Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Ödəmələr balansı üzərindəki təsirləri



Yüklə 0,73 Mb.
səhifə42/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   38   39   40   41   42   43   44   45   ...   171
DovletMaliyesiEnSonHali2015

4. Ödəmələr balansı üzərindəki təsirləri
Ödəmələr balansı, bir ölkədə rezidentlərin müəyyən bir dövrdə xarici dövlət-lərlə ticarət əməliyyatlarının iştirak etdiyi bir cədvəldir. Bu məzmunda reallaşdırı-lan əməliyyatlar daşıdıqları bəzi xüsusiyyətlərə görə Cari Əməliyyatlar Balansı, Sərmayə Balansı və Ehtiyat Hərəkətləri Balansı olaraq göstərilə bilər. Cari əməliy-yatlar Balansına mal və xidmət ticarəti ilə transfer ödəmələri yazılır. Beləcə, cari hesab tarazlığı idxalat - ixracat fərqi, faiz və transfer ödəmələrindən meydana gəl-məkdədir. Sərmayə Balansında ölkə sakinlərinin xarici ölkələrlə etdiyi investisiya və kredit əməliyyatları iştirak etməkdədir. Ehtiyat Hərəkətləri Balansında da ölkə-lərin xarici ölkə pulları, qızıl kimi varlıqlardan ibarət olan rəsmi ehtiyatlarındakı müxtəlifliklər vardır.
İkiyanlı mühasiblik sistemi əsasına görə tutulan ödəmələr balansı, mühasiblik mənasında bərabər olsa da, reallıqda bərabər olmaya bilər. Balans qələmlərindən cari əməliyyatlar və sərmayə xidmətlərinin bir qismi bazarın işləməsi ilə özbaşına ortaya çıxması səbəbi ilə avtonom qələmlər olaraq adlandırılmaqdadır. Avtonom qələmlərin kəsir, ya da profisit verməsi nəticəsində yaranan balanssızlıqları aradan qaldırıcı olaraq qızıl, kurs və SDR kimi rəsmi ehtiyatların istifadəsi də düzəldici qələmləri meydana gətirməkdədir. Buna görə bir iqtisadiyyatda avtonom qələmləri meydana gətirən gəlirlər xərclərdən az isə, ödəmələr balansı "Kəsir", gəlirlər xərclərə bərabər isə "bərabər" və gəlirlər xərclərdən çox isə “çox verir” deməkdir.
Xarici Ödəmələr tarazlığında kəsirin meydana gəlməsinin müxtəlif səbəbləri vardır. Bunlardan ən əhəmiyyətlisi strukturca ədalətsizliklərdən meydana çıxan səbəblərdir. Bir iqtisadiyyatda artan qiymətlər nəticəsi milli pulun dəyərlənməsi, idxal əvəzləyicisinə söykənən sənayeləşmə siyasətinin tətbiq olunması, xammal cəhətdən həddindən artıq şəkildə xaricə asılılığın olması, nümayiş səbəbi ilə lüks idxal mallarına düşkünlük struktural ədalətsizlikləri meydana gətirməkdədir. Struktura ədalətsizlikləri yanında konjoktur və fövqəladə səbəblərlə də ödəmələr tarazlığı kəsir verməkdədir. Buna quraqlıq, sel və digər təbii fəlakətlər nəticəsində bəzi sektorların ciddi mənfi təsirə məruz qalması misal ola bilər.
Ödəmələr balansı kəsir verən bir ölkə bu kəsirini valyuta və qızıl ehtiyatlarından qarşılayar. Ancaq ölkənin sahib olduğu bu ehtiyatlar məhdud olduğundan, ödəmələr balansındakı davamlı Kəsirlər ölkələri çətin vəziyyətdə buraxa bilməkdədir. Çünki ölkələrin ehtiyatları tükəndiyində, heç bir təşkilat borc vermək istəmədiyindən, kredit tapma imkanı da azalmaqda, ölkə çarəsiz qalmaqdadır.
1970-ci illərdə Bretton Woods sisteminin çökməsi və kapitalizmin krizisə gir-məsi ilə yeni bir yol olaraq daha rəqabətcil, xaricə açıq bir dünya iqtisadiyyatı mo-del olaraq seçilmişdir. Xaricə açıq iqtisadiyyatlarda mal və xidmətin dövlət nəzarə-tinin xaricində olması və sərmayə hərəkətlərinin sərbəst qalması ilə məhsuldarlığın artması ilə insan rifahının daha da yüksəlməsi gözlənilməkdədir. İqtisadiyyatın xaricə açılması ilə valyuta kursu və faiz nisbətləri üzərində Dövlət nüfuzunun təyinediciliyi qalxmaqdadır. Valyuta kursu əvvəldən mal hərəkətlərindən ortaya çıxan təklif və tələbə görə meydana gələrkən xaricə açıldıqdan sonra, pul hərəkətlərinin təsiri altında meydana gəlməkdədir. Faizlər bir tələb idarə vasitəsi olaraq artırıldığında, xarici sərmayə isti pul olaraq içəriyə girməkdə, pul ərzi artmaqdadır. Pul siyasəti tətbiqləri əvvəli kimi güclü ola bilməməkdədir. İqtisadiyyatlarda mal hərəkətlərin sərbəstləşdirib mənbə təsisinin təsir etdiyi rəqabət mühitində iqtisadi tarazlıqları pozan sərmayə hərəkətlərini milli iqtisadiyyat sərhədləri ilə məhdudlaşdırmaq qeyri-mümkündür.
Sərmayə axınları xüsusilə kafi qənaətə sahib olmayan ölkə iqtisadiyyatları baxımından faydalı olması səbəbi ilə Dünya Bankı tərəfindən dəstəklənməkdədir. Ancaq sərmayə axınlarının yarada biləcəyi mənfiliklərə qarşı da diqqətli olunması lazım olduğu xəbərdarlığını etməkdədir. Argentina, Çili, Kolumbiya, Meksika, İndoneziya, Koreya, Malayziya, Filippin və Tailand iqtisadiyyatlarında sərmayə axınlarının təsirlərini araşdıran Noyabr 2008 –ci il tarixli bir Dünya Bankı araşdırmasına görə sərmayə axınları ilə əlaqədar olaraq bu xəbərdarlıqlar real olmaqdadır: Maliyyə sisteminin genişlənməsi idarə sisteminin zəif olduğu ölkələrdə şar təsiri edə bilər və bank sektorunda krizislərə yol aça bilər. Xarici ticarətin sərbəstləşməsi ilə ixracatın azalması və idxalatın artması müxtəlif nəticələrə səbəb ola bilər. Sərmayə axınının dayanması və sərmayə qaçışı iqtisadi tarazlıqları pozaraq çətinlikləri artıra bilər. Sərmayə axınları sabit qur sistemlərində pul siyasəti tətbiqlərinə zərər verə bilər.
Ayrıca, Maliyyə Sabitlik Forumunun (FSF) Mario Draghi başçılığında meydana gətirmiş olduğu Sərmayə Axını ilə əlaqədar İşçi Qrupunun hesabatına görə dövlətin sərmayə axını ilə əlaqədar riski azaltması bəzi şərtlərə bağlıdır. Bunlar:
1- Mərkəz bankındakı kurs ehtiyatlarını artırmaq və xüsusi firmaları krizisə qarşı lazımlı ehtiyat tədbirlərini almağa təşviq etmək;
2 - Xarici borclanmadan daxili borclanmaya yönəlmək ;
3 - Qısamüddətli borclanmalardan uzunmüddətli borclanmaya keçmək;
4 - Ölkələrin kriz zamanlarında istifadə edilmək üzrə daha əvvəldən təyin olunan faiz nisbətindən əldə edə biləcəyi müxtəlif kredit limitləri və satın alma haqlarının olması;
5 - Şirkətləri borclanmadan çox öz sərmayələri ilə iş etməyə təşviq etmək;
6 - Müddətli satış müqavilələri (forward contracts) sataraq və ya satış opsiyonu (büt options) alaraq əhəmiyyətli ixrac mallarının qiymət risklərini azaltmaq;
7 - İdxalatçılar üçün vədəli satın almağa yönəlmək;
8 - Xidmət xərcləri və ödəmələri ixrac malları qiymətlərinə indeksləşdirilmiş bond və təhvillər çıxarmaq.
Dünya iqtisadiyyatında yaşanan dəyişmənin gətirdiyi sabitsizliklər (sərmayə axını kimi) artarkən inkişaf etməkdə olan ölkə iqtisadiyyatlarında yaranan büdcə kəsirləri və onları gətirdiyi problemlər iqtisadi tarazlıqları yaxşıca pozmaqdadır. Kəsirlərin maliyyəsində borc bataqlığına girən ölkələr borclarının faizlərini belə ödəmədə çətinlik çəkərkən, beynəlxalq sərmayə hərəkətliliyinin səbəb olduğu balanssızlıqlara qarşı lazımi siyasətləri tətbiq edə bilmədiklərindən, bu mənfiliklərlə yaxşıca sarsılmaqdadırlar. Xüsusilə inkişaf etməkdə olan ölkələrin xaricə açılması, kursları sərbəst buraxması, pullarını konvertabl elan etməsi, mal və xidmət hərəkətlərini sərbəst buraxması ilə milli siyasətlərin fəaliyyətinin azalması yaşanan mənfiliklərin həllini çətinləşdirməkdədir.
Büdcə kəsirlərinin olduğu iqtisadiyyatlarda bir tərəfdən borc geri ödəmələri, digər tərəfdən xüsusi sektorun sərmayə ehtiyacı ilə faiz nisbətləri artmaqdadır. Faiz nisbətlərinin artması istehsal xərclərini artırmaqda, iqtisadi böyüməyə mənfi təsir etməkdədir. Ayrıca, faiz nisbətlərindəki artım xarici sərmayə girişini sürətləndirərək valyuta kurslarının artmasına maneə törətməkdə, yerli pulun həddindən artıq dəyərlənməsinə səbəb olmaqdadır. Yerli pulun qiymətli olması daha əvvəl də toxunulduğu kimi, istehsal xərclərini digər ölkələrə görə artırdığından, ixracat azalarkən idxalat artmaqdadır. Beləcə, Dövlət büdcəsindəki kəsirlərin artması xarici ticarət kəsirlərini də (twin deficits) artırmaqdadır.
Büdcə kəsirləri, real faiz, inflyasiya və cari əməliyyatlar balansı arasındakı əlaqə xüsusilə yüksək inflyasiya yaşanan ölkələrdə qısa zamanda zəif olaraq ortaya çıxsa da, orta və uzun zamanda fərq edilməkdədir. Dövlət büdcəsindəki kəsirlər inflyasiya və faizləri artırmaqda, xarici borc və valyuta kursu krizislərinə səbəb olaraq ödəmələr tarazlığını pozmaqdadır. Karlos Rodriquezin 1991-ci ildə etdiyi kimi, dövlət kəsirləri ilə xarici kəsirlər və valyuta kursuarasında möhkəm bir əlaqənin olduğunu göstərən bəzi modellər vardır. Bu modellərdə maliyyə siyasətlərinin xüsusi sektor xərclərinə və xarici varlıq təcrübələrinə təsir etdiyini göstərən mexanizmlər vardır. Hərəkəti tətbiqlərlə əlaqədar olaraq da dövlət kəsirləri ilə xarici tarazlıq arasında bir əlaqənin olduğunu göstərən işlər vardır. Khan və Qumar tərəfindən neft ölkəsi olmayan 42 inkişaf etməkdə olan ölkə üzərində 1970-1980-ci illər dövrünü əhatə edən illik məlumatlara söykənərək edilən ekonometrika tədqi-qatında da büdcə kəsirlərinin cari hesablar üzərində əhəmiyyətli təsirləri olduğu göstərilmişdir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin