b-Büdcənin əvəzetmə funksiyası Büdcənin əvəzetmə funksiyası işsizliyin azaldılmasında və əsasən, struktur xa-rakterdə olmayan depressiyadan ayılmaqda vacib bir rol oynamaqdadır. Funksiya çərçivəsində büdcə, lazım olduqda, büdcə kəsiri verərək sektorun yetişmədiyi hissələrə müdaxilə edəcək, beləcə, iqtisadiyyat normal inkişaf dövrünə soxula biləcəkdir. İqtisadiyyat tam işləmə səviyyəsində sağlam bir balansa qovuşunca, büdcənin bağışlama funksiyası tamamlanmış olacaqdır. Bu vəziyyətdə büdcələr yenidən balans olaraq hazırlanıb həyata keçirilə biləcəkdir.
c- Büdcənin inkişaf funksiyası Büdcələr bu funksiyaya uyğun olaraq, ölkələrin iqtisadi inkişaf cəhdlərində əsas bir maliyyə ünsürü olaraq işlədilməkdədir.
İqtisadi inkişaf, şübhəsiz, az inkişaf etmiş ölkələrin problemidir. Az inkişaf et-miş ölkələr büdcə vasitəsi ilə inkişaflarını sürətləndirmək yolundadırlar. Bunu hə-yata keçirə bilmək üçün də büdcədə investisiya xərclərinə ağırlıq vermək, büdcənin inkişafı barədə plan və proqramları ilə uyğun həyata keçirilməsini təmin etmək məcburiyyətindədirlər. Az inkişaf etmiş ölkələrin büdcə gəlirlərinin sərhədli və yetərsiz olması büdcə xərclərinin artım sürətini yavaşlatmaqdadır.42 d-Büdcənin qaynaq bölüşdürülməsi funksiyası Qaynaq istifadəsində əlverişlilik, iqtisadiyyatdakı tükənən qaynaqların ictimai faydanı ən üst səviyyədə təmin edəcək formada yönləndirilərək mal və xidmət istehsal edilməsi, başqa sözlə, mövcud istehsal ünsürlərini ən rasional formada və ən geniş ölçüdə ictimai ehtiyacları təmin edəcək səviyyədə işlədilməsi şəklində ifadə edilə bilər.43 Dövlət digər tərəfdən həyata keçirəcəyi büdcə siyasətləri ilə iqtisadiyyatda da qaynaqların ehtiyaclara ən yaxşı şəkildə təhsis edilməsinə, qaynaq işlədilməsində əlverişlilik yaradılmasına cəhd edə bilər.
e- Büdcənin gəlir paylanmasının tərtibi funksiyası İqtisadiyyatda mal və xidmət istehsalına qatılan istehsal faktorları istehsal sonu yaranan gəlirdən müəyyən bir pay alırlar. Dolayısı ilə milli gəlir iqtisadi mexaniz-minin işləməsi nəticəsində faktorlar arasında bazar qanunlarına görə paylanır. Bu paylanma nəticəsində istehsal faktorları: əmək, sərmayə, idarəçi, təbiət özlərinə dü-şən payları alırlar. Büdcənin gəlir paylanmasını tərtibi funksiyası iqtisadi mexaniz-minin işləməsi nəticəsində öz-özündən meydana gələn gəlir paylamasına təsir etmə, əmək gəlirinin payını yüksəltmə, hər hansı bir səbəblə iqtisadi fəaliyyətlərə qatıl-mayan bir əmək faktoru varsa, bu hal minimum keçim səviyyəsində gəlir təmin etmə kimi tədbirlərə əl atmaq mənasına gəlir.