Gömrük rüsümu. gömrük rüsumları - malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü;
- xarici iqtisadi fəaliyyətin mal nomenklaturası – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır;
Gömrük tarifinin əsas məqsədləri
- idxalın əmtəə strukturunu tənzimləmək;
- malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin və bu ərazidən aparılmasının, habelə valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək;
- Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq;
- Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq;
- Azərbaycan Respublikasının iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına şərait yaratmaq.
4. Şərəfiyyə Şərəfiyyə də vergi və xidmət haqqının xüsusiyyətlərini daşıyan bir bələdiyyə gəlir növüdür. Hazırda bir çox ölkələrdə xərclərə iştirak payı olaraq adlandırılmaqla və bələdiyyələrdə qurulan yol, kanalizasiya, su və başqa xidmətlərdən istifadə edərək qiymətlənən daşınmaz əmlak sahiblərindən alınmaqdadır. Məsələn, metro tikintisi sonrası metro stansiyası ətrafındakı daşınmazların qiyməti yüksələcəkdir. Ona görə də dövlət çəkdiyi xərcin bir hissəsini əmlak sahiblərindən almağı haqlı görür. Hazırda Azərbaycanda belə bir gəlir növü tətbiq edilməməkdədir.
5. Fiskal gəlirlər “Fiskal” sözü maliyyə ədəbiyyatında əksər iqtisadçılar tərəfindən tərcümə edilməkdədir. Fiskal sözünün mənası türkcə, ümumiyyətlə, vergi, ya, da xərcə oxşar şəkildə ifadə edilməkdədir. Fiskal gəlirlər dövlət sektoru və ya yarı dövlət sektoru qurumu xarakterindəki iqtisadi, sosial və professional qurumların etdikləri xidmətlər qarşılığında öz üzvlüyündən yararlananlardan müxtəlif adlarda aldıqları pullardır.54 6. Borclanma Dövlət, hegemonluq gücünü istifadə edərək hüquqi və fiziki şəxslərdən zorla borc ala bilər. Borclanmaq vacib olan halda, bu yöndə vergiyə bənzəyə bilər.
Ancaq dövlət tərəfindən müəyyən zaman sonra geri ödəndikdə vergidən ayrıl-maqdadır.
Dövlət, zorla olmadan, yəni şəxs və qurumların razılığı ilə də borc ala bilər. Dövlətin günümüzdə ən çox borc almaq metodu budur.