7.1. AZƏRBAYCAN RESPUBLİKASININ BÜDCƏ SİSTEMİNİN QURULUŞU VƏ PRİNSİPLƏRİ
Dövlət büdcəsi dövlət maliyyəsinin mühüm tərkib hissəsidir. Büdcə əsasən maliyyə göstəricilərinin birliyi – məcmusu deməkdir (vergilər, dövlət krediti, döv-lət xərcləri). Büdcə vasitəsilə vəsaitlərin cəlb olunması və xərclənməsi, bölgüsü həyata keçirilir.
Azərbaycan Respublikasınınbüdcə quruculuğunun tarixini xronoloji olaraq üç dövrə bölmək olar. İlk büdcə quruculuğu prosesi ötən əsrin 20-ci ilinə qədər olan dövrü əhatə edir. Bu dövrdə Azərbaycanın büdcə sistemində gəlirlərin büdcələr arasında bölgüsü üfüqi şəkildə həyata keçirilirdi. Belə olan halda dövlət büdcəsi və yerli büdcələrin hər birinin ayrıca gəlirləri, rüsumları mövcud idi
Nəhayət, 1991-ci ildə müstəqilliyimizin bərpası mümkün oldu. Qarabağ mü-haribəsi nəticəsində müdafiə xərcləri artan Azərbaycanın dövlət büdcəsində gəlir-xərc tarazlığının 1993-cü ildən etibarən kəsir verəcək şəkildə pozulmağa başladığı görünməkdədir.61 1993-cü ildə yenidən büdcə proqnozlaşdırılması və icrası mə-sələləri dövlətin iqtisadi siyasətinin başlıca alətlərindən birinə çevrildi. Dövlət büd-cəsinin layihəsi hər il parlament müzakirəsi vasitəsilə təsdiq olunur. Aşağıdakı şə-kildə Azərbaycan Respublikasının büdcə sisteminin quruluşu göstərilmişdir.
Şəkil 7.1. Azərbaycan Respublikasının büdcə sisteminin quruluşunun sxemi Azərbaycan Respublikasının büdcə sisteminin fəaliyyət prinsipləri aşağıdakılardır:62
Büdcə sisteminin vahidliyi;
Büdcə sistemi səviyyələri arasında gəlir və xərclərin bölgüsü;
Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi;
Büdcələrin gəlir və xərclərinin, dövlət büdcədənkənar fondlarının həmin büdcələrdə tam əks etdirilməsi;
Büdcənin balanslaşdırılması;
Büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi;
Büdcə vəsaitlərindən istifadənin ünvanlığı və məqsədli xarakteri.
Büdcə sisteminin vahidliyi ümumi hüquqi bazanın, pul sisteminin, büdcə sənəd-ləşdirmə formalarının, büdcə prosesi prinsiplərinin eyni olmasını, büdcə qanunveri-ciliyinin pozulmasına görə cərimələrinin tətbiqini, eyni zamanda, büdcə sisteminin bütün səviyyələrində büdcə xərclərinin vahid sistemlə maliyyələşdirilməsini, dövlət büdcəsi və yerli büdcələrin vəsaitlərinin mühasibat uçotunun vahid qaydada aparıl-masını nəzərdə tutur.63 Azərbaycan Respublikasınınbüdcə sistemi səviyyələri arasında gəlir və xərclərin bölgüsü mərkəzi icra orqanına və yerli idarəetmə orqanlarına müvafiq gəlir növlərinin və xərcləri-nin həyata keçirilməsi üçün səlahiyyətlərinin verilməsidir.
Əsas prinsiplərdən biri müxtəlif səviyyəli büdcələrin müstəqilliyidir. Bura da-xildir:
Dövlət hakimiyyət orqanlarının və yerli idarəetmə orqanlarının büdcə sistemi-nin hər bir səviyyəsində büdcə prosesinin müstəqil həyata keçirilməsi hüququ;
Azərbaycan qanunvericiliyinə əsasən müəyyən edilmiş bütün səviyyəli büdcə sistemlə-rinin xüsusi gəlir mənbələrinin mövcudluğu;
Qanunvericilik əsasında tənzimləyici büdcə gəlirlərinin olması, müvafiq büdcə-lərin gəlirlərinin yaradılması səlahiyyətləri;
Mərkəzi icra orqanının və yerli idarəetmə orqanlarının müvafiq büdcə vəsaitlə-rinin müstəqil olaraq xərclənməsi istiqamətinin müəyyən edilməsi;
Mərkəzi icra orqanının və yerli idarəetmə orqanlarının müvafiq büdcələrinin müstəqil olaraq büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi;
Maliyyə ilinin sonunda əmələ gəlmiş və büdcə xərclərinin qənaətlə istifadəsin-dən yaranmış gəlirlərin mərkəzi xəzinəyə tam məbləğdə köçürülməsi.
Büdcələrin gəlir və xərclərinin, dövlət büdcədənkənar fondlarının tam əks et-dirilməsi o deməkdir ki, büdcələrin bütün gəlir və xərcləri, büdcədənkənar fondlar və digər daxilolmalar tam və dolğun büdcələrdə, büdcədənkənar fondlarda öz ək-sini tapmalıdır.
Büdcənin balanslaşdırılması; hər bir büdcə balanslaşdırılmalıdır, yəni büdcədə nəzərdə tutulmuş xərclərin həcmi büdcənin gəlirlərinin və büdcə kəsirinin maliyyə-ləşdirilməsinə sərf edilən məbləğin həcminə uyğun olmalıdır.
Büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi o deməkdir ki, büd-cələrin tərtibi və icrası zamanı icra orqanları və büdcə vəsaiti alanlar müəyyən büd-cə vəsaiti balansına, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nail olmalı-dırlar.
Büdcə xərclərinin ödənilməsinin ümumiliyi o deməkdir ki, büdcənin bütün xərcləri ümumi gəlirdən maliyyələşdirilməlidir.
Aşkarlıq təsdiq edilmiş büdcənin və onun icrası haqqında hesabatın, büdcənin icrası zamanı informasiyanın dolğun verilməsi, eyni zamanda, qanunverici və yerli idarəetmə orqanlarının qərarlarının və digər məlumatların Kəsir nəşri büdcə layihə-sinə baxılması və qərarın qəbul edilməsi üsulunun və digər məsələlərin cəmiyyət və kütləvi informasiya vasitələri üçün açıq-aşkar olması kimi başa düşülür.
Büdcənin həqiqiliyi müvafiq bölgənin sosial-iqtisadi inkişaf göstəricilərinin və büdcənin gəlir və xərclərinin reallığını göstərir.
Büdcə vəsaitlərindən istifadənin ünvanlılığı və məqsədli xarakteri konkret məqsədlərin maliyyələşdirilməsi üçün konkret ünvanların sərəncamına verilir.
Büdcənin tərtibi, müzakirəsi, təsdiqi və icrası zamanı yuxarıda qeyd edilən prinsiplərə riayət olunması gələcəkdə büdcənin fayda verəcək şəkildə real yerinə yetirilməsi üçün ilkin şərtlərdir. Bu prinsiplərdən kənarlaşdıqda bu, büdcəyə nəzarət edilməsi və təhlili prosesini çətinləşdirir.