Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


DÖVLƏT BÜDCƏSİNİN GƏLİRLƏRİ



Yüklə 0,73 Mb.
səhifə88/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   84   85   86   87   88   89   90   91   ...   171
DovletMaliyesiEnSonHali2015

7.11. DÖVLƏT BÜDCƏSİNİN GƏLİRLƏRİ


Dövlətin iqtisadi funksiyaları arasında gəlirlərin yenidən bölgüsü, ictimai əmtəə və xidmətlərin buraxılışı xüsusi əhəmiyyət kəsb edir ki, onun da həyata keçiril-məsinə müxtəlif səviyyəli büdcələr vasitəsi ilə nail olunur. Büdcə vasitəsi ilə gəlir-lərin yenidən bölgüsü eyni vaxtda həyata keçirilən və bir-biri ilə sıx əlaqədə olan ikitərəfli prosesdir. Həmin prosesə aşağıdakılar daxildir:80
− Büdcə gəlirlərinin yaradılması;
− Büdcə vəsaitlərinin xərclənməsi;
− Büdcənin tarazlaşdırılması.
Büdcə Azərbaycan Respublikasınınmüvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsi ilə dövlətə, bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir.
Büdcə dövlətin baş maliyyə planı sayılır. O, hesabdarlıqda olduğu kimi, iki tərəfə malikdir: gəlir və xərc. Əgər birinci tərəf vergilər, rüsumlar və qeyri-vergi ödənişlərindən təşkil olunarsa, ikinci tərəf özündə səhiyyə, təhsil, elm, sosial təmi-nat, müdafiə, idarəetmə, həmçinin dövlət subsidiyaları balansına fəaliyyət göstərən iqtisadiyyatın ayrıca sahələrinə yönəlmiş xərclərin kompleks spektrini əks etdirir.
Büdcə gəlirləri müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada müxtəlif səviyyəli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödəniş və daxilol-malardır.81
“Büdcə sistemi haqqında” AR Qanununun 9-cu maddəsində qeyd olunur ki, dövlət büdcəsinin gəlirləri aşağıdakılardan ibarətdir;82
− Dövlət vergiləri;
Qrantlar;
− Digər gəlirlər.
Dövlət büdcəsinin gəlirləri iqtisadi mahiyyətinə görə aşağıdakı qaydada qrup-laşdırılır:
− Cari gəlirlər, o cümlədən vergilər haqqında qanunvericiliklə müəyyən edil-miş dövlət vergiləri, habelə həmin vergilərə görə hesablanmış faiz və ma-liyyə sanksiyaları;
− Dövlət rüsumları, birdəfəlik rüsumlar və gömrük rüsumları;
− Əsas vəsaitlərin və ya dövlət ehtiyatında olan malların satışından və ya icarəyə verilməsindən alınan gəlirlər;
− daxili və xarici mənbələrdən alınan qrantlar və transfertlər;
− Qanunvericiliklə müəyyən edilən digər daxilolmalar.
Büdcənin gəlirləri vergi ödəyicilərinə, vergitutma obyektlərinə, alınma üsulla-rına, ödənişin müddətinə və digər xüsusiyyətlərinə görə fərqlənir. Büdcə gəlirləri vergilərdən, vergi olmayan gəlirlərdən, əsaslı gəlirlərdən və rəsmi qaydada alınan vəsaitlərdən ibarətdir. Vergi gəlirlərinin əsas mənbəyini yenidən bölgü nəticəsində alınan yeni yaradılmış dəyər, gəlirlər və yığım təşkil edir.
Büdcənin gəlirləri, yeni vergilərdən daxilolmalar, əsaslı gəlirlər və rəsmi qay-dada alınan vəsaitlər dövlətin iqtisadi fəaliyyəti, ya da büdcə sisteminin səviyyələri üzrə alınmış gəlirlərin yenidən bölgüsü nəticəsində yaranır. Nəzərə almaq lazımdır ki, büdcə gəlirlərinin strukturu dəyişkəndir və konkret iqtisadi şəraitlə əlaqədardır. Məsələn, sosial-iqtisadi səviyyəsi yüksək olan ölkələrdə büdcə gəlirlərinin əsas hissəsini fiziki şəxslərdən alınan vergilər, zəif inkişaf göstəricilərinə malik ölkə-lərdə isə dolayı vergilər və hüquqi şəxslərdən alınan vergilər təşkil edir.
Azərbaycanda dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi hazırda 25 faiz təşkil edir. Azərbaycan Respublikasınınbüdcə sisteminə daxil olan büdcələr və büdcə təşkilatları, habelə büdcədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının müqayisəsini təmin etmək məqsədi ilə vahid büdcə təsnifatı tətbiq olunur.
AR Nazirlər Kabinetinin “AR vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 6 oktyabr 2004-cu il tarixli 149-saylı qərarı ilə dövlət büdcəsi gəlirlərinin və xərclərinin təsnifatı hazırlanıb.
Büdcə gəlirlərinin təsnifatı büdcə sisteminə daxil olan büdcə gəlirlərinin qrup-laşmasıdır. Büdcə gəlirləri 4 kateqoriyadan ibarətdir: vergilərdən daxilolmalar (1.1), sosial ayırmalar (1.2), qrantlar (1.3) və digər gəlirlər (1.4). Bu kateqoriyalardan asılı olaraq, büdcə gəlirlərinin təsnifatı dörd səviyyədən: bölmə, yarımbölmə, mad-də və yarım maddədən ibarətdir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin