Çingiz Mustafayev



Yüklə 467,97 Kb.
səhifə2/2
tarix10.01.2022
ölçüsü467,97 Kb.
#110201
1   2
Çingiz Mustafayevə

Uca dağlar, bildlnizmi

Sizin yaşıl qoynunuzda hansı ürək dayandı?

Bildinizmi, köksünüzdə bitən otlar

Hansı qana boyandı?

Bildinizmi

O qanla siz zirvələrdən-zirvələrə

ucaldınız?

Bildinizmi

Sizdə susan o ürəklə əbədiyyət dünyasına

yol aldınız?

Nahaq sual etdim sizə,

Şahidsiniz siz çingizə.

Bilirsiniz,

Necə böyük qəhrəmandır!

Nahaq sual etdim sizə,

O qəhrəman öz qanıyla

Qeyrət dolu, qürur dolu

Tarix yazıb sinənizə.

Bilirsiniz,

O igidin ömür yolu

Çingiz adlı bir salnamə verib bizə.

Fəxr edirik, biz Çingizin

tarix yazan hünəriylə!

Fəxr edirik, biz çingizin

vətənpərvər ürəyiylə!

Aman, dağlar!

Sizin geniş köksünüzdə

Onun ayaq izləri var,

əmanətdir, itirməyin!

Zirvənizdə sakin olan küləklərdə

Onun kövrək hissləri var,

Vətəninə sədaqətdir.

Vətəninin səmasından başqa yerə

götürməyin!

Qəhrəmana xəyanətdir.

Baş əyirəm o izlərə!

Baş əyirəm o hisslərə!

Baş əyirəm qəhrəmanlıq tarixinə

Şərəf dolu tarix yazan

O al qana!

Baş əyirəm çingiz adlı qəhrəmana!



Naidə Şükürova

Hazırladı:

Vəlizadə Fidan

Yüklə 467,97 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin