Çingiz Mustafayevə
Uca dağlar, bildlnizmi
Sizin yaşıl qoynunuzda hansı ürək dayandı?
Bildinizmi, köksünüzdə bitən otlar
Hansı qana boyandı?
Bildinizmi
O qanla siz zirvələrdən-zirvələrə
ucaldınız?
Bildinizmi
Sizdə susan o ürəklə əbədiyyət dünyasına
yol aldınız?
Nahaq sual etdim sizə,
Şahidsiniz siz çingizə.
Bilirsiniz,
Necə böyük qəhrəmandır!
Nahaq sual etdim sizə,
O qəhrəman öz qanıyla
Qeyrət dolu, qürur dolu
Tarix yazıb sinənizə.
Bilirsiniz,
O igidin ömür yolu
Çingiz adlı bir salnamə verib bizə.
Fəxr edirik, biz Çingizin
tarix yazan hünəriylə!
Fəxr edirik, biz çingizin
vətənpərvər ürəyiylə!
Aman, dağlar!
Sizin geniş köksünüzdə
Onun ayaq izləri var,
əmanətdir, itirməyin!
Zirvənizdə sakin olan küləklərdə
Onun kövrək hissləri var,
Vətəninə sədaqətdir.
Vətəninin səmasından başqa yerə
götürməyin!
Qəhrəmana xəyanətdir.
Baş əyirəm o izlərə!
Baş əyirəm o hisslərə!
Baş əyirəm qəhrəmanlıq tarixinə
Şərəf dolu tarix yazan
O al qana!
Baş əyirəm çingiz adlı qəhrəmana!
Naidə Şükürova
Hazırladı:
Vəlizadə Fidan