Bildiri No: BT 148
CİNSİ İDENTİFİKASİYANIN GƏNCLƏRİN
ŞƏXSİYYƏT KEYFİYYƏTLƏRİNƏ TƏSİRİ
Dos.dok. Kamalə Salamova
Sumqayıt Dövlət Universiteti.Azərbaycan
salamovak11@gmail.com
ÖZET
Tələbələrin fəaliyyətinin əsasında fundamental məsələlər durur. Bu məsələlər içərisində fəaliyyətin motivi, məqsədi, dəyərləri, fərdi təlabatlar, sosial yönümlər və maraqlar əsas yer tutur. Bütün bunlar isə birgə fəaliyyət və ünsiyyət prosesndə dərk edilir. Ona görədə tələbələrdə birgə fəaliyyət motivlərinin yaradılması əsas məsələ olmalıdır. Birgə fəaliyyət və ünsiyyət prosesində onlarda şəxsiyyət keyfiyyətləri formalaşır. Bu keyfiyyətləri daha dərin formalaşdırılması üçün tələbələrin birgə fəaliyyət prosesindəki ünsiyyət “mədəniyyətını” və ona təsir edən cinsi identifikasiyanı öyrənmək lazımdır. Yalnız bundan sonra müxtəlif tələbə qrupları üçün modul texnologiyalarından istifadə etmək məqsədə uyğun ola bilər. Bu məqsədlə Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələr arasında tədqiqat keçirdik.
Dostları ilə paylaş: |