“Çiraq” UŞaq iNKİŞaf məRKƏZİ İCTİMAİ BİRLİYİ İnklyuziv təHSİLLƏ bağli yeni layiHƏYƏ başladi



Yüklə 11,38 Kb.
tarix23.10.2017
ölçüsü11,38 Kb.
#11868

14 aprel 2011, saat 12:00-da

TREND İnformasiya Agentliyi

(Ünvan: Bakı ş., Firuddin Ağayev küç. 14. Elmlər Akademiyası metrosunun arxası, MDU filialın yanında)
Press reliz

Mətbuat Konfransı

İNKLYUZİV TƏHSİLLƏ BAĞLI YENİ LAYİHƏYƏ BAŞLADI.
İnklyuziv təhsil layihəsi Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş "Xüsusi qayğıya ehtiyacı olan (XQE) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı"nın icrası istiqamətində Təhsil Nazirliyinin YUNESKO ilə birgə layihəsi 2005-ci ildən başlanmış, Bakı və Sumqayıt şəhərlərində iki məktəbi və iki uşaq bağçasını əhatə etmişdir.
Bu Proqramın icrası istiqamətində  müxtəlif beynəlxalq təşkilatların təşəbbüsü və maliyyəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə bir sıra bağça və məktəblərdə inklyuziv təhsillə bağlı pilot layihələr həyata keçirilməkdədir. Bu illər ərzində inklyuziv təhsilin əldə etdiyi nailiyyətlər bu işin vacibliyindən və düzgün təşkil edildiyindən xəbər verir.

İnklyuziv təhsilin üstün cəhəti ondan ibarətdir ki, lazımi dəstək verməklə, XQE olan uşaqları kollektivə uyğunlaşdırmaq və birbaşa cəmiyyətə inteqrasiya etdirmək olar.

2010-cu ilin payız fazası üzrə ACİ-YF Təhsil Proqramı Azərbaycanda vətəndaş cəmiyyətinin
formalaşması,  açıq cəmiyyət ideyaları və prinsiplərinin inkişaf etdirilməsi istiqamətində "Xüsusi qayğıya ehtiyacı olan uşaqların keyfiyyətli təhsil imkanlarının artırılması” qrant müsabiqəsini elan etmişdir. Müsabiqənin məqsədi cəmiyyətin ən həssas təbəqələrindən olan xüsusi qayğıya ehtiyacı olan uşaqların (əlilliyi olan uşaqların) keyfiyyətli təhsil alma hüquqlarının müdafiəsi və onlara birbaşa ünvanlanan sosial xidmətlərin təşkili idi.
          Bu müsabiqə çərçivəsində, “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyi və “Göy Qurşağı” Reabilitasiya Mərkəzi ilə birlikdə təqdim etdiyi “Əlilliyi olan və əlilliyi olmayan uşaqların layiqli və keyfiyyətli təhsil alması üçün bərabər imkanların yaradılması: İnklüziv təhsil”adlı layihə qalib gəlmişdir ki, fevral ayından layihə icra prosesindədir. Mərkəzin təklif etdiyi layihənin məqsədi - Inklüziv təhsilə keçid mərhələsi üçün şəraitin hazırlanması və yaradılması; Azərbaycanın təhsil ocaqlarında inklüziv təhsilin təşkili üçün şəraitin yaradılması.Bu layihə Nizami rayonunda yerləşən 1 uşaq bağçası və 1 məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqların keyfiyyətli təhsil imkanlarını artırmaq və sosial xidmətləri təşkil etməkdir.

ACİ-YF, Təhsil Nazirliyi, Baş Təhsil İdarəsi, Nizami r-n İcra hakimiyyəti, Nizami rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin dəstəyi ilə bu layihə fevral ayının 1-dən layihə Bakı şəhərinin Nizami rayonunda 113 saylı uşaq bağçasında və 210 saylı orta təhsil məktəbində həyata keçirilməyə başlamışdır. Bu layihədə biz qruplarda (siniflərdə) çalışacaq tərbiyəçilərə (müəllimlərə) və uşaqların valideynlərinə inklyüziv təhsil, xüsusi qayğıya ehtiyacı olan uşaqların ehtiyac hiss etdiyi 5 sahə (psixoloji, əqli, fiziki, sosial, nitq), hər bir sahə üzrə bacarıqların qiymətləndirmə və inkişaf  metodikaları haqqında məlumat vermək, il ərzində tərbiyəçilərlə (müəllimlərlə) birlikdə bu uşaqların fərdi iş planının hazırlanması və inkişaf dinamikasını izləməyi, inklyüziv təhsildən faydalanacaq uşaqları lazımi vəsaitlərlə təmin etməyi öz üzərinə götürmüşük. Məktəbdə isə əlavə bütün siniflərdə şağirdlərə xüsusi “Xeyirxahlıq” təlimləri keçirilir. Hər iki binada əlilliyi olan uşaqlara uyğun infrastruktur müyyəsərlik yaradılacaq.

Biz hesab edirik ki, cəmiyyətin ən həssas təbəqələrindən və xüsusi qayğıya ehtiyacı olan uşaqların (əlilliyi olan uşaqların) keyfiyyətli təhsil alma hüquqlarının müdafiəsi və onlara birbaşa ünvanlanan sosial xidmətlərin təşkilinə yönəlmiş bu layihənin həyata keçirilməsi çox aktualdır. Buna görə də biz bütün beynəlxalq və avropa standartlara uyğun olaraq, yerli qanunvericiliyinə və təhsil sisteminə müsbət təsir edən islahatları həyata keçirilməsinə dəstək olmaq məqsədilə bu layihə çərçivəsində səmərəli əməkdaşlıq etməyə maraq göstəririk və hazır olduğu bildiririk.
əlavə məlumat üçün;

(012) 414 96 92 ------ Aydın Xəlilov, “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin rəhbəri

(050) 667 18 82 ------ Validə Abbasova, “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyi rəhbəri

(055) 784 46 33 ----- Yeganə Məmmədəliyeva, “Göy Qurşağı” Reabilitasiya Mərkəzi rəhbəri




Yüklə 11,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin