Civil Society Project



Yüklə 12,92 Kb.
tarix30.06.2018
ölçüsü12,92 Kb.
#55341

Potensial” Sumqayıt Mütəxəssislər Birliyi Hüquqi Yardım və Təlim Mərkəzi

Ünvan: Sumqayıt şəhəri,

12-ci m/rn, Koroğlu prospekti 27a

Tel:(018) 646 58 26; (012) 418 41 60

Faks: (018) 646 58 26

E-mail : potensial_smb@yahoo.com

Web: http://pss.aznet.org
____________________________________________________________________________________________________________________

PRESS RELİZ

Sumqayıt şəhəri 11 avqust 2007-ci il


Bələdiyyə büdcəsinin şəffaflığının təmin edilməsində ictimai dinləmələrin rolu böyükdür.

Avqustun 10-da Qusar rayonunun Aşağı Ləyər kəndində yerləşən mədəniyyət evində Vətəndaş Cəmiyyəti layihəsinin vətəndaş iştirakçılığı komponenti çərçivəsində elan olunmuş qrant müsabiqəsində qalib gəlmiş Azərbaycan Milli Sahibkarlar Konfederasiyaları Təşkilatlarının (AMSKT) Qusar rayon nümayəndəliyinin təşəbbüsü ilə ictimai dinləmə keçirilmişdir.

İctimai dinləmənin keçirilməsində məqsəd iştirakçıları AMSKT Qusar rayon nümayəndəliyinin qalib gəldiyi layihə çərçivəsində görəcəyi işlərin qrafiki ilə tanış etmək, eyni zamanda onları narahat edən problemlərlə bağlı sualların cavablandırılması idi.

30-a qədər fəal vətəndaşların və məhəllə komitəsi üzvlərinin toplaşdığı ictimai dinləmədə AMSKT Qusar rayon nümayəndəliyinin rəhbəri Fazil Mahmudov, Potensial Sumqayıt Mütəxəssislər Birliyinin sədri Sahib Fərzəliyev, Aşağı Ləyər bələdiyyəsindən Amil Səfərov, Aşağı Ləyər kəndinin icra hakimiyyətinin nümayəndələri Azad Məmmədov və Sahvar Əzizov da iştirak edirdilər.

AMSKT Qusar rayon nümayəndəliyinin rəhbəri Fazil Mahmudov giriş sözü ilə iştirakçıları salamladı və onları öz rəy və təkliflərilə çıxış etməyə, bələdiyyə büdcəsinin formalaşmasında, layihələrin yazılıb təqdim edilməsində fəal iştirak etməyə çağırdı. O, məktəb binasının təmir olunacağını, yeni iş yerlərinin açılacağını, biznes-marketinq planının hazırlanmasında onlara yardımçı olacağını bildirdi. Fazil Mahmudov yeni layihə çərçivəsində rayonun Aşağı Ləyər, Həzrə və Hil kəndlərində bələdiyyə haqqında bütün yenilikləri, büdcə barədə məlumatları özündə əks etdirən lövhələrin, eləcə də vətəndaşların yerli problemlərin həlli üzrə sual, rəy və təkliflərini sərbəst şəkildə bildirmələri üçün ictimai rəyi öyrənmə qutusunun yerləşdiriləcəyini, 4 səhifəlik bülletenlərin hazırlanıb yayılacağını, vətəndaşlardan əks əlaqəni almaq üçün rəy sorğusunun keçiriləcəyini, bələdiyyənin təşəbbüsü ilə özəl sektor və vətəndaş cəmiyyəti qurumları ilə görüşlərin, noyabr ayında yerli QHT və icmaların iştirakı ilə dəyirmi masaların keçiriləcəyini, dekabrın sonunda isə artıq büdcənin formalaşacağını da diqqətə çatdırdı.

Potensial SMB-nin sədri Sahib Fərzəliyev isə öz çıxışında bildirdi ki, vətəndaşlarla bələdiyyə arasında əlaqə nə qədər sıx olarsa və vətəndaşlar vergi və rüsumları vaxtlı-vaxtında bələdiyyəyə köçürsələr, onların bələdiyyəyə inamı bir o qədər güclü olar.

Sonra isə iştirakçılar onları düşündürən məsələlərlə bağlı öz sual və təkliflərini verdilər.

Onu da qeyd edək ki, Vətəndaş Cəmiyyəti Layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən beş illik təşəbbüsdür. Bu layihə Urban İnstitutu, Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz və seçilmiş səkkiz Dəstək QHT ilə tərəfdaşlıq edərək Counterpart İnternational təşkilatı tərəfindən həyata keçirilir. Potensial SMB həmin səkkiz Dəstək QHT-lərdən biridir. Pоtеnsiаl SMB-nin mətbuat xidməti

Əlaqələndirici şəxs: Aynur Qəhrəmanova

e-mail: a_gahramanova@yahoo.com




Yüklə 12,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin