Coğrafi məlumatlar sistemi(GİS)



Yüklə 47 Kb.
səhifə3/3
tarix24.11.2023
ölçüsü47 Kb.
#134009
1   2   3
Mövzu 13

İnterpolyasiya. Səthlərin qurulması başlanğıc-giriş məlumatlarının interpolasiyası əsasında həyata keçirilir.İnterpolyasiya-funksiyaların verilən intervalda,həmin intervala aid nöqtələr çoxluğunun son qiymətlərinə görə qurulmasıdır.Müasir dövrdə səthlərin onlarca interpolyasiya metodları məlumdur.Bunlardan daha çox yayılanları aşağıdakılardır-xətti interpolyasiya, məsafələrin geriyə ölçülmə metodu-kriqinq,trend interpoyasiya,splayn interpolyasiya.
Kriqinq-riyazi statistik metodların istifadəsinə əsaslanan interpolyasiya metodudur.Onun həyata keçirilməsində regionlaşdırmanın dəyişən kəmiyyət ideyası tətbiq edilir,başqa sözlə dəyişən kəmiyyət nöqtədən sonsuzluqda görünən nöqtəyə döğru dəyişir və ona görə də yalnız riyazi tarazlaşdırma ilə modelləşdirilə bilməz.Səthə 3 müstəqil kəmiyyət ölçülü şəklində baxılır-Birinci-trend-müəyyən istiqamətdə səthin dəyişməsini xarakterizə edir.Sonra təsəvvür edilir ki,ümumi tendensiyadan"pik və çökək"kimi təsadüfi kiçik kənarlaşmalar olur ki, bunlar da məkanca 1-1 ilə bağlıdır.
Nəhayət təsadüfi tam kənarlaşma(şum)-taqqiltilər(məslən-buzlaq daşı,qaya parçası), Hər üç dəyişikliklərə ayrı-ayrılıqda istinad edilməlidir.Trend riyazi tənliklərin köməyi ilə qiymətləndiri-lir və hər halda trend səthinə uyğun olaraq, səthin ümumi dəyişiklikliyini əks etdirir.
Məsafənin geriyə ölçülmə metodu ondan ibarətdir ki,ilkin nöqtələr nə qədər yaxın yerləşərsə,o qədər də onların qiymətləri 1-1nə yaxındır.Topoqrafiyada nöqtələr yığımına görə dəqiq interpolyasiyanın təsviri üçün, müəyyən olunacaq nöqtələrin hündürlüyünün dəqiq qiymətinə təsir edəcək ətraf nöqtələr seçilir.Bu belə icra olunur-başlanğıc nöqtələrdən məsafələr boyunca maksimal axtarış radiusuna daxil olacaq nöqtələr çoxluğu seçilir.Sonra müəyyən edilən nöqtənin məsafənin kvadratından asılılığı hesablanmaqla, hər bir seçmə nöqtəsində hündürlük göstəricilə-rinin yükü təyin edilir.Bununla da daha yaxın və daha uzaqdakı nöqtələrlə müqayisədə interpolyasiya olunan yüksəkliyin göstəricisi müəyyən edilir.
Yüklə 47 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin