Təsviri sənət əsərlərinin surətinin çıxarılmasına və dekorativ-tətbiqi sənət əsərlərindən sənayedə istifadə olunmasınagörəmüəllifqonorarınınhesablanmasıqaydaları
1. Təsviri sənət əsərlərinin surətinin çıxarılmasına və dekorativ-tətbiqi sənət əsərlərindən sənayedə istifadə olunmasınagörəmüəllifqonorarı həmin əsərlərin yaradılmasınagörəödənilən qonorardan asılı olmayaraq ayrıcahesablanır.
2. Təsviri sənət əsərlərini əhali arasında yaymaq məqsədi ilə surətini çıxartmaqla çoxaldan və dekorativ-tətbiqi sənət əsərlərindən sənayedə istifadə edən fiziki və hüquqişəxslər (tabeçiliyindən və mülkiyyətformasındanasılı olmayaraq) müəllifqonorarınınödəyicilərisayılırlar.
3. Müəllifqonorarının 7 nömrəli Əlavədə nəzərdə tutulmuş tarif dərəcələri minimum miqdar sayılır və o zaman tətbiq edilir ki, istifadəçi və müəllif və ya onun hüquqi varisi, yaxud əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatarasındabaşqa qiymət müəyyən edilməyib və qonorarınmiqdarı tərəflərin mübahisəsinə səbəb olmur. Həmin qonorarınyığılması qanunvericiliyə görəmüəllif(lər)in qanuni mənafelərini təmsil edən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat tərəfindən həyata keçirilir. Belə təşkilatyaradılana qədər həmin funksiyanı Azərbaycan RespublikasıMüəllifHüquqları Agentliyi yerinə yetirir.
4. Müəllifqonorarınınödəyicisi olan bütün istifadəçilər müəllif(lər)dən və ya onlarınhüquqi varislərindən, yaxud müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatdan icazə (lisenziya) almalıdırlar. Belə təşkilat yaradılana qədər həmin funksiyanı Azərbaycan RespublikasıMüəllifHüquqları Agentliyi yerinə yetirir.
5. Müəllifqonorarınınödəyiciləri istifadə olunan əsərlərin dəqiq uçotunun aparmalı və müəllifqonorarı ilə bağlıbütün sənədləri yoxlamaq üçün Müəllifhüquqları Agentliyinin nümayəndəsinə təqdim etməlidir.
6. Əsər müəllifinin, qiymətli metallar və daş-qaşlar istisna olmaqla, tiraj nüsxələrindən bir ədədini maya dəyərini ödəməklə almaq ixtiyarıvardır.
Əgər məlumat nümunələri metrlə ölçülən materialdandırsa (parça, klyonka və s.) müəllifin sərgidə nümayiş etdirmək üçün onun şərtlərinəuyğun olan ölçüdə mal almaq (dəyərini ödəməklə) hüquqivardır.