Coş Makdauell Kristobal Kruzenin


On birinci fəsil Uiton və daha uzaqlara



Yüklə 1,29 Mb.
səhifə11/19
tarix09.02.2020
ölçüsü1,29 Mb.
#102043
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

On birinci fəsil

Uiton və daha uzaqlara


Uitonda məni üçüncü kursa keçirtdilər. Mən dərslərə 1960-cı ilin payızında başladım. Elə bu vaxt həmin kollecin yüzilliyi qeyd olunurdu. Mənim dərs proqramıma iqtisadiyyat, tarix, hüquq və dövlət, ingilis dili, ilahiyyat daxil idi. Bir tərəfdən dərslər, digər tərəfdən isə yarımgünlük iş bütün vaxtımı aldığından, Miçiqana Linnə zəng edib danışmaq üçün çox böyük çətinliklə vaxt ayıra bilirdim. Bütün bunlara baxmayaraq, mən çox xoşbəxt idim və gələcəyə böyük ümidlərlə baxırdım.

1961-ci ilin yanvarında Con F. Kennedi Birləşmiş Ştatların otuz beşinci prezidenti seçildi. Öz inauqurasiya məktubunda o, «dünyanın bütün xalqlarını insanlığın ümumi düşməni — kasıbçılıqla, vəhşiliklə, xəstəliklə və müharibənin özü ilə mübarizə» etməyə çağırırdı. Bəli, mən bu xeyirxah çağırışı dəstəkləsəm də eyni zamanda başa düşürdüm ki, Məsihin bütün dünyaya yönələn Xoş Müjdəsi olmadan bu məqsədə nail olmaq mümkün deyil.

Mənim dərslərə qarşı çalışqanlığım zəifləmədi və həmişəki kimi qətiyyətlə hüquqşünas olmaq istəyirdim. Uitondakı dərslər məndə tədricən qrammatikanı və nitq mədəniyyətini, təhqiqat aparmaq və öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığını mükəmməlləşdirmişdi. Hətta kolleci bitirəndən sonra hüquqşünaslıq üzrə təhsilimi davam etdirməyim üçün pul ödəmək təklifi ilə yanıma iki məsihçi biznesmen gəlmişdi.

Qış uzun çəkdi. Mənə elə gəlirdi ki, sanki Allah da, həyatın özü də mənim tərəfimdədir.

Elə bu vaxt ağlıma gəlməyən bir hadisə baş verdi.

Budur, mən həmin dəmiryolu keçidində idim. Mən radionu dinlədiyim vaxt yük maşını böyük sürətlə mənə elə çırpıldı ki, avtomobilim çevrildi və dəmir relslərin üzərinə tulladı. Şübhə etmirəm ki, qatarın maşinisti baş verənləri görə bildi. Hətta görmüş olsaydı belə, çətin ki, buna reaksiya verə bilərdi.



Bu da son. İndi öləcəm.

Mənim maşınımla sürətlə gedən qatarın arasında bir anlıq məsafə var idi. Bir-iki santimetr də yaxın olsaydım, həyatımla vidalaşacaqdım. Sonra məlum oldu ki, pikapın sürücüsü sərxoş imiş.

Zərbə məni elə sürətlə arxaya atdı ki, sürücünün oturacağını saxlayan dəmir iyirmi santimetr qabağa əyilmişdi. Bizi çoxlu saydı hadisə şahidləri dövrəyə aldı. Yol polisi gəlib ifadəni aldıqdan sonra halıma acıyan tanımadığım bir adam məni yataqxanaya apardı.

Ünvana çatanda, maşından düşdüyüm vaxt həmin adam məndən soruşdu: «Əminsən ki, sən yaxşısan?» Həmin anda mənə elə gəldi ki, hadisəni kiçik yara və şokla ötüşdürmüşəm. Lakin ertəsi gün huşumu itirdiyim vaxt təcili yardımla məni xəstəxanaya çatdırdılar. Məlum oldu ki, ciddi xəsarətlər almışam: maşınının oturacağında başaltı olmadığı üçün başım zərbə ilə arxaya itələnmışdi. Bu səbəbdən boynumdakı və belimin yuxarı hissəsindəki bağlar qırılmışdı.

Ağrı dözülməz idi.

Dörd günlük intensiv müalicədən sonra mən xəstəxanada daha on gün keçirməli oldum. Bir gün səhər həkim mənə xəbər verdi ki, məni xəstəxanadan çıxardıb evə yazıblar və müalicəmi evdə davam etdirməli olacam.



  • Görünür, bu, bir qədər uzun prosesdir, — o dedi. — Odur ki, evdə sizə daha yaxşı olacaq.

İlk baxışdan bu, tamamilə ağlabatan görünürdü, amma heç əmin deyildim ki, həkim mənim evimin nə halda olduğunu görsəydi, məni evə göndərərdimi? Çox güman ki, həkim onun təklifinin məni necə təşvişə saldığını hiss elədi:

  • Atanız sizin qayğınıza lazımi qaydada qalmaq üçün xəstə baxıcısı tutacağını vəd edib.

  • Siz mənim atamla danışmısınız?

  • Bəli, biz hər şey haqqında danışmışıq.

Düşünürdüm ki, mənə üz verən bu hadisədən sonra heç kəs onu axtarıb tapa bilməz.

Həkim çarpayımın yanında əyləşdi:



  • Biz onunla bir neçə gün əvvəl danışmışıq.

Mənə yalnız nəfəs almaq qalırdı:

  • Mənə deyin görüm, mən neçə gün evdə qalmalı olacağam?

  • Düşünürəm ki, üç həftə, bəlkə də dörd həftə. Baxaq görək, vəziyyət necə olacaq.

  • Bəs mənim dərslərim necə olsun? Mənim imtahanlarıma az vaxt qalıb.

  • Zənnimcə, artıq sizin kollecin rəhbərliyi bu məsələni həll edib. İndi isə siz yalnız tezliklə sağalıb ayağa qalxmaq barədə düşünməlisiniz. Bunun üçünsə mütləq yataq şəraitində olmaq lazımdır.

Lakin məni inandırmaq o qədər də asan deyildi:

  • Bəs mən evə necə gedib çıxacam?

  • Təcili yardım maşını aparacaq.

  • Yunion-sitiyə kimi? Həkim, axı, bu, iki yüz kilometrdən çox bir yoldur!

Nahardan sonra yola düşürsüz. Sizi xərəyə uzandırıb necə lazımdır bağlayacaqlar ki, birdən yolda silkələnməyəsiniz. Həkim əli ilə çiynimə toxundu və mən elə gərildim ki, boynum ağrımağa başladı.

Düşünmə ki, sənin vəziyyətini lazımi qədər düzgün qiymətləndirmirəm, — deyə həkim əlavə etdi, — amma sən bir sına... hətta bilmirəm bunu necə deyim... elə hesab et ki, planlaşdırmadığın bir tətilə çıxırsan. Hə, buna nə deyirsən?



  • Yaxşısı budur, bu barədə heç düşünməyim.

Həkim mənim sonuncu fikrimi eşitsə də, onu heç cür inkar eləmədi. O, digər xəstələrə baş çəkməli idi və buna görə də demək olar ki, qapıdan çıxırdı. Mən gözlərimi tavana zilləmişdim. İndi ona nə isə olacaq deyə hiss edən bir epileptik xəstəsi kimi gözəl başa düşürdüm ki, evə getmək mənim üçün nə deməkdir. Lakin nəyisə dəyişmək gücündə deyildim. Keçmişin bir-birindən ağır səhnələri yaddaşımda canlanmağa başladı. Mən anamın göz yaşlarını gördüm, döyülməyə qarşı çıxan zəif səsini eşitdim. Mən o vaxtlarda olduğu kimi atamın boynunu necə sıxdığımı, dəfələrlə unitaza necə soxduğumu, su boçkasından tökülən suyun səsini, məni atamdan ayıran polisin güclü əllərini və atamın qan qarışıq su tüpürməsini xatırladım.

Mən dua etməyə cəhd etdim. Xoşbəxtlikdən indi dərk edirdim ki, İsa Məsih sağdır və məni eşidir. Hər halda Onunla söhbət acı və çaşdırıcı deyildi. O mənim dostum və təsəllivericim idi. Tədricən sakitləşdim və baş verənlərə başqa bir nöqteyi-nəzərdən baxmağa çalışdım.

Hər şeydən öncə yadıma saldım ki, mən atamla ümumi bir dil tapa bilmişəm. Mən artıq ona qarşı nifrət etmirdim və hətta bəzi vəziyyətlərdə ona qarşı olan davranışıma görə vicdan əzabı çəkirdim. Hər halda bu, mənə çətinliklə də olsa nail olduğum barışığı xatırladırdı. Mən evə getmək istəmirdim. Ev bu dünyada olmaq istədiyim ən axırıncı yer idi.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin