Council of europe office in baku



Yüklə 17,36 Kb.
tarix13.12.2018
ölçüsü17,36 Kb.
#85914

AVROPA ŞURASININ AZƏRBAYCANDAKI OFİSİ

JURNALİSTLƏR ÜÇÜN

AVROPA ŞURASI: DEMOKRATİYA, İNSAN HAQLARI VƏ QANUNUN ALİLİYİ”



MÖVZUSUNDA MÜSABİQƏ ELAN EDİR
Müsabiqənin şərtləri:


  • Müsabiqə materiallarını təqdim edərkən bütün iştirakçılar Avropa Şurasının Azərbaycandakı Ofisində xüsusi qeydiyyat formasını doldrumalıdırlar.

  • Müsabiqəyə 10 aprel 2007-ci il tarixindən 10 iyun 2007-ci il tarixinədək ümumrespublika miqyasında populyarlıq qazanmış media qurumlarında (qəzet, jurnal, internet və ya tele-radio) çap olunmuş və ya yayımlanmış materiallar təqdim oluna bilər.

  • Müsabiqəyə təqdim olunan materialın çap olunduğu və ya yayımlandığı media qurumunun redaksiya qərərgahı Bakı şəhərində və ya Azərbaycan Respublikasının digər şəhərlərindən birində yerlışməlidir.

  • Müsabiqədə iştirak etmək istəyənlər 11 iyun 2007-ci il saat 18:00-dan gec olmayaraq öz çap və ya yayım materiallarını Avropa Şurasının Azərbaycandakı Ofisinə təqdim etməlidirlər.

  • Çap materialları nəşr olunduğu mətbu orqanın (jurnal, qəzet) artıq çap olunmuş versiyasında təqdim olunmalıdır.

  • İnternet materialları çap olunduğu internet səhifəsinin ünvanının dəqiq göstərilməsi ilə həmin səhifənin məqaləni tam şəkildə əks etdirən çap olunmuş formasında təqdim olunmalıdır.

  • Yayım materialları (televiziya və ya radio) VHS və ya CD/VCD/DVD formatına yazılmış nüsxədə təqdim olunmalıdır. Bütün materiallar müsabiqəyə təqdim olunmadan əvvəl mütləq efirdə nümayiş etdirilməlidir.

  • Müsabiqəyə təqdim olunmaq üçün hazırlanan bütün çap materiallarının əvvəlində məqalənin başlığından sonra qeyd olunmalıdır: Bu məqalə Avropa Şurası tərəfindən keçirilən müsabiqədə iştirak etmək üçün təqdim olunur.

  • Müsabiqəyə təqdim olunmaq üçün hazırlanan bütün xəbərlər reportajının sonunda reportajı hazırlayan müxbir deməlidir: Bu xəbər Avropa Şurası tərəfindən keçirilən müsabiqədə iştirak etmək üçün təqdim olunur.

  • Müsabiqəyə təqdim olunmaq üçün hazırlanan bütün sənədli filmlərin sonunda müəllif hüququ (copyrights) nişanı qeyd edilmədən əvvəl bu yazı yazılmalıdır: Bu film Avropa Şurası tərəfindən keçirilən müsabiqədə iştirak etmək üçün təqdim olunur.

  • Hər bir iştirakçı ən çox üç çap materialı, üç tele-radio xəbər reportajı və ya bir sənədli filmlə müsabiqəyə qatıla bilər.

  • Müsabiqəyə təqdim olunan bütün materiallar ən azı 3800 işarə (çap və internet materialları üçün), 1-2 dəqiqə (televiziya və radio xəbər reportajları üçün) və 10-20 dəqiqə (sənədli filmlər üçün) həcmində olmalıdır.

  • Bütün çap və yayım materialları müsabiqəyə Azərbaycan, Rus və İngilis dillərində təqdim oluna bilər.

  • İştirakçılar öz materiallarını həm fərdi, həm də qrup şəkilində təqdim edə bilərlər.

  • Əgər müsabiqəyə təqdim edilən material müəllif qrupu tərəfindən hazırlanıbsa (tədqiqatçılar, jurnalistlər və ya redaktorlar) o zaman qeydiyyat formasında onların hər biri qeyd olunmalıdır. Müəllif qrupuna ən çox beş nəfər daxil ola bilər.

  • İştirakçılar müsabiqəyə təqdim etdikləri materialların surətlərini özlərində saxlamalıdırlar, belə ki, müsabiqəyə təqdim olunan materiallar geri qaytarılmayacaq.

  • Avropa Şurası müsabiqəyə təqdim olunan materiallardan müsabiqənin və ya Avropa Şurası dəyərlərinin və prinsiplərinin təqdimatı, yaxud media qurumlarında təbliği üçün istifadə hüququnu öz üzərinə götürür.

  • Münsiflər heyətinin qərarı qəti və sondur. Münsiflər heyəti müsabiqənin şərtlərinə uyğun gəlməyən istənilən materialı müsabiqədən kənarlaşdırmaq səlahiyyətinə malikdir.


Əlavə kriteriya:

  • Müsabiqədə iştirak etmək istəyən hər bir kəs aktiv jurnalistika ilə məşğul olmalı və ən azı 1 il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdır.


Qiymətləndirmə Kriteriyaları:
Münsiflər heyəti müsabiqəyə təqdim olunan materialları Avropa Şurasının məqsədlərini, dəyər və prinsiplərini təbliğ və izah etməsi baxımından qiymətləndirəcək. Avropa Şurası, onun müxtəlif kampaniyaları və fəaliyyəti haqqında məlumatın artırılmasına yönələn media materiallarına daha çox üstünlük veriləcək.
Əlavə olaraq münsiflər heyəti aşağıda qeyd oluynan qiymətləndirmə kriteriyalarını da nəzərə alacaq:





Əlavə məlumat üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:

Avropа Şurasının Azərbaycandakı Ofisi

Ünvan: Böyük Qala 39-41, İçəri Şəhər, Bakı

Tel.: +994 12 497 54 89: 497 54 93

Faks: +994 12 497 23 95

E-mail: fieldbaku@coe.int






Yüklə 17,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin