Çırağı sönməyən poeziya



Yüklə 1,58 Mb.
səhifə10/10
tarix22.01.2018
ölçüsü1,58 Mb.
#39652
1   2   3   4   5   6   7   8   9   10

NƏTİCƏ
Hər bir ədəbi nəslin meydana çıxması ənənələrin, nai­liy­yətlərin qiymətləndirilməsi, təzə imzaların ədəbi mühitdə ta­nın­ması, yeni ədəbi zövqlərin for­ma­laş­ması deməkdir. Daimi mətləblərə və həyat həqiqətlərinə gə­tirilən təzə düşüncə və təravət, ədəbi inkişafa təkan verən yeni baxış bucağı hər bir yeni ədəbi nəslin keyfiyyət göstəricisidir.

Beləliklə, biz 30-40-cı illərin uğurlarından danış­dığı­mız halda 50-ci illər nəslinin ədəbi həyata güclü sıçrayışını, sonuncuların 30-40-cılardan heç də geridə qalmadıqlarını, əksinə, bir çox məsələlərdə əvvəlkilərdən də irəli getdikləri­ni etiraf etməyə borcluyuq. Bir həqiqət var ki, yeni ədəbi nəsil əvvəlkinə nisbətən daha cəsarətli, ədəbi riskdən, ekspe­ri­ment­lərdən çəkinməyən, öz baxışını, öz mənəvi-estetik po­ten­sialını intensivcəsinə meydana qoyan, parlaq fərdi ciz­gilər nümayiş etdirən bir ədəbi elitanın ədəbi prosesə qədəm qoyması demək idi.

Yaradıcılıq fəaliyyəti, orijinal üslubu, tarixə və müasir­liyə yeni baxışı ilə fərqlənən Əli Kərim məhz belə bir nəslin yetirməsidir. O, ədəbi üfüqlərdə 50-ci illərdə bütün par­laqlığı ilə görünsə də, ədəbi rezonans və vüsət etibarı ilə 60-70-ci illərin ədəbi hadisəsi oldu. Şeirləri dərhal ədəbi tənqidin diq­qətini özünə cəlb edən, öz müasirlərindən, hətta öz ədəbi nəs­linin nümayəndələrindən fəal mövqeyi, bir çox məqamlarda fikir dərinliyi, ideya-mənəvi axtarışlarının ruhu və siqləti ilə seçilən Əli Kərim şair fərdiliyini millilikdən, mə­nəvi və etik tamlıqdan, mənsub olduğu soy bütöv­lü­yündən ayrı təsəvvür etmədi və bununla daha çox uğurlara nail oldu.

Əli Kərim xalqının “qan yaddaşını” vərəqlədi, onun “ömür kitabı”nı qələmə aldı, yaşadığı dövrü, “özündən” ke­çirdi. O, sübut etdi ki, nəinki təbiət lirikasında və mənəvi li­ri­kada, həmçinin siyasi lirikada öz xalqının əzəli və əbədi dərdlərini demək mümkündür. Əli Kərim şair şəxsiyyətini milli duyğularla, milli mənlik şüuru ilə zənginləşdirdi.

Azərbaycan mövzusunu ilk növbədə Əhməd Cavadın, Almaz İldırımın və b. istiqlal şairlərinin, mühacir söz ustad­la­rı­mızın, sovet dövründə Hacı Kərim Sanılı, Səməd Vur­ğun, Süleyman Rüstəm və b. şairlərin adı ilə bağlayırlar. Əli Kə­rim bu mövzuya yeni keyfiyyət, yeni çalarlar əlavə etdi, və­tənin, ana torpağın epik tərənnümündən daha çox lirik tərənnümü yolunu seçdi.

Şair Əli Kərim ədəbiyyata təkcə mövzuları ilə deyil, öz üslubu, materiala yanaşma üsulu, ədəbi-estetik meyarlara mü­nasibəti, janr-forma axtarışları, bədii təsvir və ifadə vasi­tələri, geniş məcazlar şəbəkəsi ilə gəldi. O, təkcə öz nəslinin xarakter və temperamentlərini deyil, gələcəyə yönəlmiş cə­miy­yətin vətənpərvər təbəqəsinin, hissiyyatlı və duyğulu gənc­liyin qayğılarını ifadə edirdi.

Əli Kərimin fərdi üslubunu səciyyələndirən amillər spek­trini nəzərdən keçirərkən bunların təkcə formal ünsür­lərdən deyil, məzmun və ideya ünsürlərindən də təşkil olun­duğunu görürük. Onun fərdi üslubunda poetik-mexaniki va­sitələrlə yanaşı, lirik “Mən”in ən yetkin silahları, fikir və dü­şüncə də iştirak edir. Ümumən, onun üslubunu lirik “Mən”in fəallığı və çevikliyi müəyyənləşdirir. Ayrı-ayrı amillər, xüsusilə üslubdaşıyıcı ünsürlər sırasında “yaddaş” mo­ti­vinin öz tutumlu çəkisi var. “Yaddaş” idrak anlayışı olaraq məz­mun­la əlaqələndirmədə o daha çox psixoloji-əqli keyfiy­yət­lərin ifadəsidir.

Şairin üslub fərdiliyi ilk növbədə onun yaradıcılığının mövzu və janr özünəməzsusluğu, pafosu, poetikasının rən­ga­rəng vasitələri ilə müəyyən olunur. Bu baxımdan Əli Kə­rim orijinal dəst-xətti, səciyyəvi poetik nəfəsə, özünəməxsus ritm və intonasiya sabitliyinə malikdir. Şairin üslubunun ən mühüm göstəricilərindən biri də onun dilə münasibətidir. Bu münasibət yaradıcıdır.

Əli Kərim lirikası öz düşüncə miqyasına, öz istinad ün­van­larına və qaynaqlarına görə milli lirikadır. Onun üçün “dün­ya mənim, dünya sənin, dünya heç kimin” (M.Araz) ki­mi fəlsəfi-kosmoqonik təsəvvür yoxdur, onun üçün böyük tari­xə malik Azərbaycan xalqı var, Azərbaycan ruhu, Azər­baycan dili var.

Bir material olaraq Əli Kərim poeziyasında təbiət, cə­miy­yət, məişət, tarix və s. bərabər hüquqda iştirak edirlər. La­kin onun poetik təkamülü prosesində tarixə və yaddaşa mü­na­sibətin güclənməsi müşahidə olunur. Bu, öz növbəsində onun fərdi üslubu, lirik “Mən”inin yetkinliyi üçün də səciyyəvidir.

Əli Kərimin zəngin yaradıcılığı bir daha göstərir ki, o nəinki öz şəxsiyyəti, xalqının keçdiyi keşməkeşli yolları haq­qında söhbət açarkən poetik imkanlarından məharətlə istifadə edir, həmçinin müasirlərinin təcrübəsini, dövrün qa­baq­cıl tendensiya və təmayüllərini də ifadə edə bilir. Zaman – Əli Kərim lirikasında bütün uğurları və təzadları ilə “sı­nır”, lirik təəssüratdan poetik “ideologiya” səviyyəsinə qal­xır. Bu, eyni zamanda şairin fərdi üslubunun, onun məxsusi poetik baxışının təntənəsidir.

Parlaq poetik fəaliyyət olduğuna baxmayaraq, Əli Kəri­mi və onun poetik irsini 60-cı illərin bir çox nümayən­dələrinin janr-üslub axtarışlarından təcrid etmək düzgün deyil. Poetik sözün zamanla səsləşməsini, müasirliklə zən­gin­ləşməsini nəinki 60-cı illər nəslinin ədəbi pasportu, hətta bu nəsillə 50-ci illər nəsli arasında ədəbi varisliyin göstəricisi faktı kimi qəbul etmək olar. Poetik inkişaf yalnız bir ədəbi nəslin deyil, müxtəlif ədəbi nəsillərin varisliyi ilə, birgə fəa­liy­­yətinin məqsədyönlü səmərəsi nəticəsində mümkün olur. Bu mənada 50-ci illərin üslubi təmayülü 60-cı illərdə də öz in­ki­şafını tapır. Əli Kərimin təmsil etdiyi üslub müasir poezi­ya­mızın lirik mənzərəsində öz cazibədarlığı ilə çeçilən estetik hadisə­lə­rin­dən biridir. Onun məziyyəti təkcə öz poetik fərdiy­yətini sabit­ləş­dir­məklə qalmayıb, başqa janrlarda cəsarətlə tətbiq et­mə­yində də, xüsusilə publisistikada böyük uğur qa­zan­ma­ğın­da da özünü göstərir. Hətta şairin üslubundakı müəy­yən nailiyyət­lər lirik və publisistik başlanğıcların birləş­dirilməsindən əldə edil­mişdir.

Əli Kərimin poetik fərdiyyətini müəyyənləşdirən xüsu­siy­yətlərdən biri də onun yaradıcılığındakı zəngin bədii təsvir və ifadə vasitə­ləri, poetik füqurlar və məcazların bütöv kom­pleksidir. Şai­rin obrazlarının və təsvirlərinin sıxlığını təmin edən cəhət­lə­rin biri də onun sözə öz münasibəti, öz yanaşması olmasıdır.

Əli Kərim düşünən və düşündürən şairdir – bu onun li­rikasının, ümumən yaradıcılığının mövzu müxtəlifliyində, haq­qında bəhs etdiyi məsələlərin yüksək ideya-estetik səviy­yə­yə yüksəlməsində, müasirliyində, sosial aktuallığında, hər şey­dən əvvəl isə zəmanəmizin insanının xaraktercə mürək­kəb ob­ra­zı­nı yalnız bir şair səmimiyyəti ilə deyil, dolğun­lu­ğu, çox­tə­rəf­li­liyi və mükəmməllliyi ilə yaratmasında özünü nümayiş etdirir.

Mövzuya yekun olaraq, sözümü qəlbi, sinəsi vətən eşqi ilə döyünən, Əli Kərim dünyasını daxili aləmindəki döyün­tü­ləri, çırpıntıları ilə birgə bir həkim sərrastlığı ilə duyan, hiss edən sərrast qələm sahibi, tənqidçi alimimiz Məti Os­ma­­noğlunun “Divar lampasının işığı” (gözəl başlıqdır) adlı samballı fikirləri ilə bitirirəm:

“Əli Kərim şeirlərinin birində öz ömrünün son günlə­rində xəstəxanada ölüm duyğusu çökmüş könlünə təskinlik verərək “Bu adda, bu nişanda, o gözəl gənc cahanda olma­yıb, olmayıb, olmayıb” – yazırdı (65, 168).

Bəli, bu ağır, bu təlaşlı kəlmələri qarşısında ancaq sus­malı və yenə də susmalısan.

Susmalısan ona görə ki, Məti müəllim demişkən, Əli Kə­rim təbəssümünü (əlbəttə ki, kədərli təbəssümünü) divar lam­pası kimi övladlarının başı üstündən asmağı vəsiyyət elə­mişdi.



Vaxtsız vəfatından sonra Əli Kərim poeziyasının işığı, ilıq və səməni hərarəti divar lampası kimi ədəbiyyatımızın ba­şı üstündən asıldı. Həmin divar lampasından ədəbiy­yatı­mızı yaradanlara və sevənlərə daim bir işıq düşməkdə, bələdçilik etməkdədir...
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI


  1. Abdullazadə A. Əli Kərimin poetik üslubu. Bakı, “Azərbaycan” jurnal, №7, 1974, 203 s.

  2. Abdullayev C. Müharibədən sonrakı ədəbiyyat (1946-1960) // Əli Kərim (oçerk). Müasir Azərbaycan ədə­biyyatı (dərslik). II cilddə, I cild. “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2007, 564 s.

  3. Ağayev Ə. Əsrin tərənnümü. Bakı, Yazıçı, 1980, 231 s.

  4. Anar. Əli Kərimin təbəssümü. “Ədəbiyyat və in­cə­sənət” qəzeti, 27 mart, 1981.

  5. Anar. Dünya bir pəncərədir. Bakı, “Gənclik”, 1986, 535 s.

  6. Anar. Şairin təbəssümü (Ön söz) // Ə.Kərim: Ney­lə­yim şeirlə dərd söyləyirəm. Bakı, “Yurd” nəşrlər evi, 1999, 94 s.

  7. Axundov A. Əli Kərimin şeirləri. “Bakı” qəzeti, 3 aprel, 1961.

  8. Belinski B.Q. Seçilmiş əsərləri. Bakı, “Uşaqgənc­nəşr”, 1948, 144 s.

  9. Belinski B.Q. Seçilmiş əsərləri. Bakı, EA nəşriyyatı, 1948, 272 s.

  10. Белинский В.Г. Полное собрание сочинений. Мос­ква, том 5, Наука, Академия Наук СССР, 1954, 675 с.

  11. Cəfərov N. Geri qalmış Şərqin irəli getmiş mütəfəkkiri Cəmaləddin Əfqani (Konfrans materialları). Bakı, “Azərnəşr”, 2000, 178 s.

  12. Cəfərov T. M.Y.Lermontovun yaradıcılığında Qaf­qaz və Azərbaycan mövzusu. Bakı, “Azərnəşr”, 19 dekabr, 2014.

  13. Ədəbi proses – 78. Bakı, “Elm”, 1980.

  14. Əfəndiyev A. Bənzərsizlik (Ön söz) // Kərim Əli: Seçilmiş əsərləri. II cilddə, I cild, Bakı, “Azərnəşr”, 1974, 407 s.

  15. Əfəndiyev A. Müdriklik səlahiyyəti. Bakı, “Gənc­lik”, 1976, 191 s.

  16. Əfəndiyev A. Xaqanilik. Bakı, “Azərbaycan” jur­na­lı, №7, 1976, 191 s.

  17. Əlioğlu Ə. Əli Kərim dünyalı poeziya. “Kredo” qə­zeti, 20 sentyabr, 2014.

  18. Əlioğlu Ə. Əli Kərim dünyalı poeziya. “Kredo” qəzeti, 3 oktyabr, 2014.

  19. Əlioğlu Ə. Əli Kərim dünyalı poeziya. “Kredo” qəzeti, 10 oktyabr, 2014.

  20. Əlioğlu Ə. Əli Kərim dünyalı poeziya. “Kredo” qəzeti, 17 oktyabr, 2014.

  21. Əlioğlu Ə. Əli Kərim dünyalı poeziya. “Kredo” qəzeti. 24 oktyabr, 2014.

  22. Əsgərov M. Gənc şairin poeması. Bakı, “Azər­bay­can” jurnalı, №3, 1957, 174 s.

  23. Göyüşov Z. Əsr, stress və şəxsiyyət. Bakı, “Azər­bay­can” jurnalı, №1, 1977, 207 s.

  24. Hacıyev A. Ədəbiyyatşünaslığın əsasları. Bakı, “Za­man”, 1999, 419 s.

  25. Hacıyev T. Yenilikçi poeziya (Ön söz) // Əli Kə­rim: Qayıt (şeirlər və poemalar). Bakı, “Yazıçı”, 1983, 287 s.

  26. Hacıyev T. Əli Kərim: Mavi nəğmənin sahilində (povest, hekayələr, pyeslər). Bakı, “Yazıçı”,1991, 200 s.

  27. Hacıyev T. Əli Kərim poeziyası (Ön söz) // Əli Kərim: Seçilmiş əsərləri. Bakı, Lider, 2004, 336 s.

  28. Hacıyev T. Əli Kərim (oçerk) // Müasir Azər­bay­can ədəbiyyatı. II cilddə, I cild, “Bakı Dövlət Universi­te­ti” nəşriyyatı, 2007, 564 s.

  29. Hüseynov Ə. Üçüncü atlı. Bakı, “Ədəbiyyat və in­cə­sənət” qəzeti, 4 aprel, 1959.

  30. Hüseynoğlu T. Söz tarixin yuvası. Bakı, 2000, 165 s.

  31. Хазрат Инайят Хан. Учение суфиев. Москва, Изд., “Сфера”, 1988, 37 с.

  32. Xəyal S. Əli Kərim. Bakı, “Elm və Təhsil”, 2011, 104 s.

  33. İsmayılov A. Dəli bir ümidin reallığı. Bakı, “Ədə­biy­­yat” qəzeti, 10 iyul, 1979.

  34. İsmayılov F. XX əsr fəlsəfəsinə dair oçerklər. Ba­kı, 1992, 232 s.

  35. İsmayılzadə İ. Duyğular poeziyası. Bakı, “Ədə­biy­yat və incəsənət” jurnalı, 13 fevral, 1971.

  36. Kələntərli K. Bu səfər bitən səfər deyil. Bakı, “Vek­tor” nəşrlər evi, 2007, 160 s.

  37. Kərim Ə. Qızıl qanad (şeirlər və poemalar). Bakı, “Azərnəşr”, 1965, 132 s.

  38. Kərim Ə. Qaytar ana borcunu (şeirlər və poe­ma­lar). Bakı, “Yazıçı”, 1970, 223 s.

  39. Kərim Ə. Qız və kəpənək. Bakı, “Gənclik”, 1979, 56 s.

  40. Kərim Ə. Qayıt (şeirlər və poemalar). Bakı, “Ya­zı­çı”, 1983, 287 s.

  41. Kərim Ə. Mavi nəğmənin sahilində. Bakı, “Ya­zı­çı”, 1991, 200 s.

  42. Kərim Ə. Neyləyim şeirlə dərd söyləyirəm. Bakı, “Yurd”, 1999, 94 s.

  43. Kərim Ə. Seçilmiş əsərləri. II cilddə, I cild. Bakı, “Azərnəşr”, 1974, 407 s.

  44. Kərim Ə. Seçilmiş əsərləri. II cilddə, II cild, Bakı, “Azərnəşr”, 1975, 185 s.

  45. Kərim Ə. Seçilmiş əsərləri. II cilddə, I cild (şeirlər və poemalar), Bakı, “Azərnəşr”, 1991, 272 s.

  46. Kərim Ə. Seçilmiş əsərləri. II cilddə, II cild (şeirlər və poemalar), Bakı, “Azərnəşr”, 1991, 251 s.

  47. Kərim Ə. Seçilmiş əsərləri. Bakı, “Lider”, 2004, 336 s.

  48. Kərim Ə. Seçilmiş əsərləri. I cild (şeirlər və poe­malar). Bakı, “Şərq-Qərb”, 2013, 376 s.

  49. Qarayev Y. Meyar şəxsiyyətdir. Bakı, “Yazıçı”, 1988, 452 s.

  50. Qarayev Y. Seçilmiş əsərləri. V cilddə. Bakı, “Elm”, 2016, 728 s.

  51. Qəhrəmanov N. Həyata aparan yollar. “Ədəbiyyat” qəzeti, 10 fevral, 1979.

  52. Гегель Г.В. Эстетика. Москва, том 3. 1971, 621 с.

  53. Гизнбург Л. О лирике. Ленинград, 1974, 408 с.

  54. Mahmud T. Ölməz misralar // “Kommunist qə­zet”i, 20 fevral, 1971.

  55. Məmməd A. Ədəbi tənqidi məqalələr. Bakı, Azər­nəşr, 1958, 445 s.

  56. Məmməd A. Seçilmiş əsərləri. III cilddə, I cild. Ba­kı, EA nəşriyyatı, 1967, 619 s.

  57. Məmmədov A. Əli Kərimin kitabı. Bakı, “Azər­bay­can” jurnalı, №3, 1961, 224 s.

  58. Məmmədov A. Tanıdığım Əli Kərim. Bakı, “Elm və təhsil”, 2012, 429 s.

  59. Məmməd C. Füzuli yaşayır. Seçilmiş əsərləri, II cilddə, II cild, Bakı, “Azərnəşr”, 1973, 349 s.

  60. Məmməd R. Seçilmiş əsərləri. II cilddə, I cild. Bakı, “Avrasiya-Press”, 2006, 272 s.

  61. Мир философии: I часть, Москва. Изд. По­лит­литератури, 1991, 672 с.

  62. Mustafayev F. Dinmə ey kədər. Bakı, “Yazıçı”, 1986, 427 s.

  63. Mütəllimov T. Şeirə dönmüş ürək. Bakı, “Azər­bay­can gəncləri” qəzeti, 7 dekabr, 1971.

  64. Novruz C. Əlinin iki cildliyini oxudum. Bakı, “Ul­duz” jurnalı, 1976, 65 s.

  65. Osmanoğlu M. Divar lampasının işığı. Bakı, “Azər­baycan” jurnalı, №2, 2013, 192 s.

  66. Rahim M. İstedadlı gənc şair. Bakı, “Azərbaycan gəncləri” qəzeti, 22 dekabr, 1957, 375 s.

  67. Rəsulzadə M. Çağdaş Azərbaycan ədəbiyyatı. Ba­kı, “Gənclik”, 1991, 112 s.

  68. Rza R. Seçilmiş əsərləri. V cilddə, V cild. Bakı, “Öndər”, 2005, 264 s.

  69. Rza R. Duyğuların izi ilə. Bakı, “Yazıçı”, 1990, 280 s.

  70. Səmədov Ə. Dünənimiz yada düşür bu gün. Bakı, “Ulduz” jurnalı, №8, 1988, 96 s.

  71. Südabə S. Əli Kərimsiz Əli Kərimlə. “Respublika” qəzeti, 2009, 1 iyul.

  72. Ulutürk X.R. Şairin ikinci həyatı. Bakı, “Ədə­biy­yat və incəsənət” qəzeti, 14 fevral, 1970.

  73. Vahabzadə B. Seçilmiş əsərləri. XII cilddə, X cild. Bakı, “Azərbaycan” jurnalı, 2005, 688 s.

  74. Vurğun S. Böyük sənət uğrunda. Bakı, “Gənclik”, 1970, 188 s.

  75. Vurğun Səməd. Vətənpərvərlik və gənclik. “Kom­munist” qəzeti. 10 oktyabr, 1944.

  76. Vurğun S. Əsərləri. V cilddə, V cild. Bakı, “Şərq-Qərb”, 2005, 384 s.

  77. Yaqublu N. İki sevgi. Bakı, “525-ci” qəzet, 24 de­kabr, 2016.

  78. Yusifli C. Azərbaycan poeziyasında Əli Kərim mər­hələsi. Bakı, “Adiloğlu”, 2005, 504 s.

  79. Yusifli C. Əli Kərim mərhələsi. Bakı, “Azərbay­can” jurnalı, 2005, 208 s.

  80. Yusifli V. Əli Kərim dünyası. Bakı, “Azərbaycan” jurnalı, №4, 2001, 208 s.


MÜNDƏRİCAT
GİRİŞ .....3

İlk addımlar ...18

Əli Kərim lirikasının əsas motivləri ...28

Məhəbbət lirikası ...44

Əli Kərim lirikasında vətən mövzusu................ ...95

Ənənəvi mövzular .129

Uşaq şeirləri .147

Poemaları .176

Bədii nəsri .268

Sənətkarlıq, dil və üslub .277

Nəticə .310

Ədəbiyyat siyahısı .315

Nəşriyyat redaktoru:

Texniki redaktor:

Bədii və texniki tərtibat redaktoru:

Kompüter operatoru və korrektor: Səadət Əliyeva

Dizayner: Səadət Əliyeva

__________________________________________
Çapa imzalanmışdır:

Çapı ofset üsulu ilə.



Kağız formatı 60x84. 1/16


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin