Cü Bakı su kəmərinin layihələşdirilməsi və tamam-kamal tikilməsi sifarişinin yerləşdirilməsi üçün Beynəlxalq sənədləşmələr (tender) keçirilməsi üzrə təşkilat komitəsinin t ə r k I b I



Yüklə 105,6 Kb.
tarix29.06.2018
ölçüsü105,6 Kb.
#55138

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1993-cü il 16 iyun

tarixli 305 nömrəli qərarına

1 nömrəli əlavə.


3-cü Bakı su kəmərinin layihələşdirilməsi və tamam-kamal tikilməsi sifarişinin yerləşdirilməsi üçün Beynəlxalq sənədləşmələr (tender) keçirilməsi üzrə təşkilat komitəsinin
T Ə R K İ B İ
Sədr:
V. Əhmədov - Baş nazirin birinci müavini
Müavinlər
Ə. Təhməzov - Baş nazirin müavini

R. Quliyev - “Kommunsənayesutəchizatı” İİB-nin rəisi


Üzvləri:
S. Sadıxov - İqtisadiyyat nazirinin birinci müavini

S. Məmmədov - Maliyyə naziri

R. Qarayev - Xarici İqtisadi Əlaqələr naziri

İ. İsmayılov - Ədliyyə naziri

R. Gülməmmədov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

F. Əfəndiyev - Nazirlər Kabinetinin şöbə müdiri

R. Rzayev - Nazirlər Kabinetinin şöbə müdiri

R. Hüseynov - Səhiyyə naziri

Ş. Eyubov - “Azərsənayetikinti” Dövlət Şirkətinin prezidenti

Q. Babayev - Mülki Müdafiə Qərargahının rəisi

T. Hüseynov - Kənd Təsərrüfatı naziri

Cəmil Ünal - Torpaq Komitəsinin sədri

S. Abasbəyli - Rabitə naziri

Ə. Əhmədzadə - Melirasiya və Su Təsərrüfatı Komitəsinin sədri

Ə. Əliyev - “Azərhavayol” Konserninin prezidenti

F. Zeynalov - Material Ehtiyatları naziri

D. Abdullayeva - Milli Bankın prezidenti

V. Əhmədov - Səhmdar-Kommersiya Beynəlxalq Bankı İdarə Heyətinin sədri

Ə. Axundov - Sənaye İnvestisiya Bankının sədri

B. Nəsibov - Azərenerji” Dövlət Şirkətinin prezidenti

Ə. Şəkinski - “Dövlətgeolkomun” rəisi

E. Bağırov - Dövlət Neft Şirkətinin prezidenti

A. Sultanov - Dövlətgeodezkartkom

Ş. Həsənov - “Azərtikintimaterialsənaye” Dövlət Konserninin prezidenti

M. Məmmədov - “Azərmeşə” İB baş direktoru

İ. Vəliyev - Gömrük Komitəsinin sədri

A. Məlikməmmədov - “Azərb.SETLİ” institutunun direktoru

A. Orucov - “Xidmət” KO müdiri

V. Məmmədov - “Bakısukanallayihə” institutunun direktoru

İ. Babayev - Azərbaycan elmi-tədqiqat Su problemləri institutunun laboratoriya müdiri

F. Əbilov - AzərbSUKEO institutunun direktor müavini

M. Mehdiyev - Xaçmaz rayonunun İcra Hakimiyyətinin başçısı

M. Hüseynov - Dəvəçi rayonunun İcra Hakimiyyətinin başçısı

F. Əhmədov - Siyəzən rayonunun İcra Hakimiyyətinin başçısı

B. Orucov - Abşeron rayonunun İcra Hakimiyyətinin başçısı

İşlər müdiri M.Abbasov

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1993-cü il 16 iyul

tarixli 305 nömrəli qərarına

2 nömrəli əlavə



Beynəlxalq sövdələşmələr (tender) haqqında
B İ L D İ R İ Ş
Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə “Kommunsənayesutəchizatı” istehsalat istismar birliyi məhsuldarlığı 6 m3/saniyə olan 3-cü Bakı su kəmərinin layihələşdirilməsi və tamam-kamal tikintisi sifarişinin yerləşdirilməsi üçün beynəlxalq sövdələşmə (tender) elan etmək şərəfinə layiq görülmüşdür.
TENDER MƏQSƏDİ
3-cü Bakı su kəməri üçün sifarişin yerləşdirilməsi üçün partnyorun təyin edilməsi.
TENDER MÖVZUSU
3-cü Bakı su kəmərinin tikintisi üzrə tender təkliflərinin beynəlxalq sövdələşmə iştirakçıları tərəfindən işlənib hazırlanması.
İLKİN MƏLUMATLAR
1. 1993-cü il sentyabrın 20-ə qədər xarici firmalara və yerli təşkilatları tenderin şərtləri olan dəvətnamə məktub göndərilir.

2. Xarici firmalar və yerli təşkilatlar dəvəti aldıqdan sonra 10 gün ərzində Sifarişçiyə özlərinin tenderdə iştirakı barədə və Bakı şəhırinə tender sənədlərinin alınması üçün göndərilən nümayəndəsi barədə məlumat verilməlidirlər.

3. Tenderdə iştirak etmək istəyən firmalar, təşkilatlar təsəvvür edilən təkliflərin işlənib hazırlanması üçün lazım olan tender sənədlərini almaq məqsədilə öz nümayəndələrini 1993-cü il oktyabrın 30-a qədər Sifarişçiyə göndərirlər.

4. Sifarişçi ilə tender iştirakçıları arasında qarşılıqlı müqavilələr əsasən tender təkliflərinin işlənib hazırlanması üçün tender sənədləri firmalara haqqı ödənilməklə (üçüncü tərəfə verməmək şərti ilə) verilir. Firmanın tələbi ilə Sifarişçi qarşılıqlı razılaşdırılmış şərtlərlə və müddətdə əlavə və digər məlumatlar təqdim edə bilərlər.

5. Lazım gəldikdə Sifarişçi tender iştirakçılarına və gələcək tikinti meydançasına baş çəkmək üçün şərait yaradır.
TENDER TƏKLİFLƏRİNİN TƏXMİNİ MƏZMUNU
1. Əsas texniki iqtisadi göstəricilər

1.1. Qəbul edilən əsas texniki həllərin təsviri, onların işlənib hazırlanmış variantının göstəriciləri ilə müqayisəsi.

1.2. Tikintinin ümumi dəyəri, o cümlədən əsas obyektlər üzrə.

1.3. Əsas texnoloji avadanlıq və materialların dəyəri.

1.4. İllik elektrik enerjisinə tələbat - mln. Kvt/saat.

1.5. Tikilmə müddəti.

2. Tender təkliflərində aşağıdakılar nəzərdə tutulmalıdır.

2.1. Yerli mütəxəssis, işçi qüvvəsi və ehtiyatlardan maksimum istifadə. Lazım gəldikdə firma işçilərinin təhsilini həyata keçirir.

2.2. Uzunmüddətli icarə şərtləri ilə texnoloji tikinti-quraşdırma avadanlıqları təchizatı (lizinq).

2.3. Bakı şəhərində spiraltikişli boru zavodunun tikintisi.

3. Əsas nəticə və tövsiyələr.

4. Obyektin istismara təhvil verildiyi müddət +1997-ci ildən gec olmayaraq.


TENDER KEÇİRİLMƏ MÜDDƏTİ
1. Tenderin başlanması -1 noyabr 1993-cü il

2. Tenderin qurtarması -31 yanvar 1994-cü il.


TENDER UEKUNLAŞDIRILMASI
1. Xarici firmalar və yerli təşkilatlar tərəfindən təşkil edilən tender təklifləri Tender Komitəsi tərəfindən 1994-cü il iyulun 15-nə kimi baxılmalı və 1994-cü il iyulun 20-ə kimi müsabiqənin nəticələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqinə verilməlidir.

2. Sifarişçi 1994-cü il iyulun 30-a kimi tender iştirakçılarına onun nəticələri barədə məlumat verir. Tenderin qalibi 3-cü Bakı su kəmərinin tikintisi üzrə kontraktı imzalamaq hüququ qazanır.

3. Tender təklifləri geri qaytarılmır və üçüncü təklifə verilmir.

4. Tender komitəsi tərəfindən tenderin yekunlaşdırılması zamanı, tender təkliflərində aşağıdakı üstün göstəricilərə diqqət yetirilir.

-tikintinin dəyəri

-istismar xərcləri

-yerli işçi qüvvənin təhsili və hazırlığı

5. Tenderin materialları gizli xarakter daşıyır.

6. Tender iştirakçıları “Kommunsənayesutəchizatı” İİB-nə tender təkliflərilə birgə sorğu məlumatlarını təqdim etməlidirlər.
TƏŞKİLAT KOMİTƏSİ

İşlər müdiri M.Abbasov


Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1993-cü il 16 iyun

tarixli 305 nömrəli qərarına

3 nömrəli əlavə

Müsabiqədə iştirak etmək üçün
DƏVƏTNAMƏ
“Komunsənayesutəchizatı” İİB Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə 3-cü Bakı su kəməri tikintisinin sifarişinin yerləşdirilməsi və partnyor seçmək məqsədilə tender etmək şərəfinə nail görülmüşdür.

Sizə tenderin şərtlərini göndəririk (əlavə N 1)

Sizin şirkətinizi (firmanızı, təşkilatınızı tenderdə iştirak etməyə dəvət edirik.

Sizdən xahiş edirik ki, 10 gün ərzində tenderdə iştirak etmək barədə qərarınızı bildirəsiniz. Sizə haqqı ödənilməklə 1993-cü il oktyabrın 15-dən 20-dək tender sənədləri verilməlidir.


3-cü Bakı su kəməri haqqında qısa məlumat
Su təchizatı mənbəyi-Bakı şəhərindən 160 km. məsafədə Azərbaycanın şimal hissəsində yerləşən Samur Qusarçay çaylararası yeraltı yüksək keyfiyyətli sular.

-Su kəmərinin gücü – 6 m3/saniyədə

-Su kəmərinin uzunluğu – Dağıstanla sərhəddən Xudat şəhərinə qədər 25 km.

Suvaran quyuların dərinliyi -150-250 m

Quyuların miqdarı – 210

Trass üzrə mühəndis-geoloji şərtlər.

Trass üzrə 80 km uzunluğunda şişmiş gil və çökmə qruntların yayılması.

Su kəmərinin trassı üzrə təxminən 10 km. olmaqla texniki pozuntuların mövcudluğu.

Rayonun hesabi seysmikliyi 8-9 bal (Rixter cədvəli ilə).
HÖRMƏTLƏ
Kommunsənayesutəchizatı” İİB rəisi

İşlər müdiri M.Abasov

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1993-cü il 16 iyun

tarixli 305 nömrəli qərarına

4 nömrəli əlavə




TENDER SƏNƏDLƏRİN TƏRKİBİ



  1. Məktub dəvətnamə

  2. Sənədləşmə iştirakçıları üçün təlimat (təklifin təqdimolunma üsulu)

  3. Tender forması əlavə (ilə)

  4. 3-cü Bakı su kəmərinin tikintisinin texniki iqtisadi əsaslandırılmasının dəqiqləşdirilmiş variantı.

İşlər mqdiri M.Abasov

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1993-cü il 16 iyun

tarixli 305 nömrəli qərarına

5 nömrəli əlavə

3-cü Bakı su kəmərinin layihələşdirilməsi və tamam-kamal tikilməsi sifarişinin yerləşdirilməsi üçün Beynəlxalq sövdələşmələr (tender) keçirilməsi üzrə Tender komitəsinin
TƏRKİBİ
Sədr:
Quliyev Rasim Kamil oğlu “Kommunsənayesutəchizatı” İİB-nin rəisi
drin müavini:
- Dövlət Tikinti Komitəsi sədrinin 1-ci katibi
Komuitənin üzvləri:
Məlikməmmdov Azər Eldar oğlu - “AzərbSETLİ” institutunun direktoru
Orucov Azər Qulam oğlu - “Xidmət Ko” müdiri
Əbilov Fazil Adil oğlu - “AzərbSUKEO” institutunun direktor müavini
Məmmədrzayev Bayram Cümşüd oğlu - Xarici İqtisadi Əlaqələr Nazirliyinin

ekspertiza idarəsinin rəisi


Hüseynbəyov Feyzulla Fərəc oğlu - İqtisadiyyat Nazirliyi podrat işləri şöbəsinin rəisi
Hüseynqulubəyov Əliheydər Mürsəl oğlu - Bakı şəhəri İcra hakimiyyətinin plan və iqtisadiyyat

komitəsinin sədri


Psaxov Manaşir İlyataroviç - Maliyyə Nazirliyi sənaye və xidmət

sahələrinin maliyyələşdirilməsi idarəsinin rəisi


Əskərov İdris Həsən oğlu - Ədliyyə Nazirliyi qanunvericilik idarəsinin

rəis müavini


Məmmədov Vaqif Hüseyn oğlu - “Bakısukanallayihə” institutunun direktoru


İşlər mqdiri M.Abasov
Yüklə 105,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin