Cü IL tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Xroniki ürək çatışmazlığı (XÜÇ) olan xəstələrdə exokardioqrafik müayinələr hansı qiymətli məlumatların əldə olunmasına imkan yaradır?



Yüklə 3,32 Mb.
səhifə12/32
tarix14.06.2018
ölçüsü3,32 Mb.
#53671
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

396) Xroniki ürək çatışmazlığı (XÜÇ) olan xəstələrdə exokardioqrafik müayinələr hansı qiymətli məlumatların əldə olunmasına imkan yaradır?
A) Ürək əzələsinin elektrik qeyri stabilliyini üzə çıxartmağa

B) Ürəkdə vacib morfoloji və funksional dəyişiklikləri üzə çıxartmağa

C) Fiziki işküzarlığın dərəcəsini əks etdirir

D) XÜÇ - ın diaqnostikasının xüsusi metodudur

E) Miokardın perfuziya pozğunluğunu aşkarlanmasına
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 101
397) Xroniki ürək çatışmazlıqlı xəstələrdə angiotenzin çevirici fermentin inhibitorunun monoterapiya şəklində və diuretiklər, ürək qlikozidləri, β - adrenoblokatorlarla birlikdə hansı halda təyin edılməsi məqsədə uyğun deyil? (NYHA - Nyu - York Ürək Assosiasiyası, FS - funksional sinif).
A) arterial hipotenziya fonunda klinik simptomları ilə müşayiət olunmayan sol mədəciyin diastolik disfunksiyasında (atım fraksiyası 50% - dən çox)

B) aşkar klinik simptomlar ilə müşayiət olunmayan sol mədəciyin simptomsuz sistolik disfunksiyasında (atım fraksiyası 40% - dən az) (məs. , miokard infarktı keçirmiş xəstələrdə)

C) sinus ritmi fonunda (III - IV FS NYHA)

D) qulaqcıq və mədəcik fibrillyasiya və titrəməsi zamanı və ya ürək ritminin mədəcik pozğunluqlarında (III - IV FS NYHA)

E) minimal klinik əlamətləri olan ürək çatışmazlığının erkən mərhələsində (FS I - II NYHA)
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 122 - 123
398) Xroniki ürək çatışmazlığı olan xəstələrdə angiotenzin çevirici fermentin inhibitoru monoterapiya şəklində və diuretiklərlə, ürək qlükozidləri və β - adrenoblokatorlarla birlikdə hansı halda təyin edilməsi məqsədəuyğun deyil?
A) şəkərli diabet, eyni zamanda diabetik nefropatiya fonunda

B) arterial hipertenziya fonunda

C) atrioventrikulyar blokadalar fonunda

D) sinus düyününün zəifliyi sindromu fonunda

E) aorta mənfəzinin stenozunda
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 122 - 123
399) Xroniki ürək çatışmazlıqlı xəstələri angiotenzin çevirici fermentin inhibitoru ilə müalicə etdikdə əlavə təsirlər neçə faiz hallarda meydana çıxır?
A) 13 - 15

B) 10 - 12

C) 1 - 3

D) 7 - 9


E) 4 - 6
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 123
400) Angiotenzin çevirici fermentin inhibitorunun daha çox klinik əhəmiyyət kəsb edən əlavə təsirlərinə hansı dəyişiklik aid deyil?
A) hipernatriyemiya

B) hiperkaliemiya

C) quru öskürək

D) qırtlağın angionevrotik ödemi

E) arterial hipotenziya (eyni zamanda ortostatik hipotenziya)
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 123
401) Angiotenzin çevirici fermentin inhibitorunun daha çox kliniki əhəmiyyət kəsb edən əlavə təsirinə hansı dəyişiklik aiddir?
A) ağciyərlərin ödemi

B) böyrək funksiyasının pisləşməsi

C) arterial hipertenziya

D) hipokaliyemiya

E) hipokalsiyemiya
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 123
402) Xroniki ürək çatışmazlıqlı xəstələri angiotenzin çevirici fermentin inhibitoru ilə müalicəyə başlayandan neçə müddət sonra əsasən arterial hipotenziya inkişaf edir?
A) ilk 1 - 5 saatında

B) ilk 7 - 8 günündə

C) ilk 6 - 12 saatında

D) ilk 4 - 5 günündə

E) ilk 1 - 3 günündə
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 123
403) Angiotenzin çevirici fermentin inhibitorunun təyinı zamanı hansı halda arterial hipotenziya riski artmır?
A) Hipertrofik kardiomiopatiyanın obstruktiv variantında

B) Başlanğic sistolik arterial təzyiq 100 - 120 mm c. süt. - dan aşağı həddə olduqda

C) Aortal qapaq çatışmazlığında

D) Xroniki ürək çatışmazlıqlı xəstələrə eyni böyük dozada diuretiklərin təyinində

E) Sol qulaqcıq - mədəcik dəliyinin stenozunda
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 123
404) Angiotenzin çevirici fermentin inhibitorunun (AÇFİ) istifadəsində arterial hipotenziya riski nə vaxt artmır?
A) β – adrenoblokatorlarla birlikdə qəbul edildikdə

B) Natriumun miqdarı 130 mmol/l - dan az olduqda

C) Kaliumun miqdarı 3, 5 - 5, 0 mmol/l olduqda

D) Nitratlar və zəif kalsium kanallarının inhibitorları ilə birlikdə qəbulunda

E) AÇFİ - nin nisbətən başlanğic böyük dozalarda təyinində
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 123
405) Xroniki ürək çatışmazlıqlı xəstələrin angiotenzin çevirici fermentin inhibitoru (AÇFİ) ilə müalicəsində Avropa kardioloqlar cəmiyyətinin tövsiyə etdiyi bəzi ümumi prinsipə aşağıdakılardan hansı aid deyil?
A) AÇFİ –in dozasını artırdıqdan 3 - 5 gün sonra böyrəklərin funksiyasına nəzarət lazımdır

B) Preparatın ilk dəfə qəbulundan sonra 2 - 3 saat ərzində həkim müşahidəsi vacibdir

C) Müalicəni preparatın minimal dozayla başlamaq lazımdır

D) Diuretiklərin qəbulunu ən azı 24 saat əvvəl ləğv etmək lazımdır

E) Qeyri - steroid iltihab əleyhinə preparatlarla birlikdə qəbulu mümkündür
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 124
406) Avropa kardioloqlar cəmiyyətinin tövsiyə etdiyi, xroniki ürək çatışmazlıqlı xəstələrin angiotenzin çevirici fermentin inhibitoru ilə müalicəsində ümumi prinsiplərə aşagıdakilardan hansı aiddir?
A) kalium saxlayıcı diuretiklərlə birlikdə qəbul etmək lazımdır

B) müalicəni preparatın maksimal dozasıyla başlamaq lazımdır

C) kalium preparatları və qeyri –steroid - iltihab əleyhinə maddalərlə birlikdə qəbul etmək olmaz

D) qanda elektrolit balansına (К+, Nа+) nəzarət edilməsi vacib deyil

E) müalicənin başlanğıc mərhələsində de Ritis əmsalına nəzarət edilməlidir
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
407) Xroniki ürək çatışmazlıqlı xəstələrdə kaptoprilinin sutkalıq başlanğıc dozasını göstərin? (mq)
A) 2, 5 - 5 (2 qəbula)

B) 18, 75 (3 qəbula)

C) 1, 25 - 2, 5 (1 qəbula)

D) 12, 5 (1 qəbula)

E) 2, 5 (1 qəbula)
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
408) Xroniki ürək çatışmazlıqlı xəstələrdə kaptoprilinin sutkalıq saxlayıcı dozasını göstərin (mq).
A) 50 – 75 - ə qədər (3 qəbula)

B) 2, 5 - 5 (1 qəbula)

C) 10 - 20 - ə qədər (3 qəbula)

D) 25 (1 qəbula)

E) 5 - 20 - ə qədər (2 qəbula)
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
409) Xroniki ürək çatışmazlıqlı xəstələrdə enalaprilinin başlanğıc sutkalıq dozasını göstərin (mq).
A) 1, 25 - 2, 5

B) 2, 5


C) 5, 0

D) 2


E) 18, 75
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
410) Xroniki ürək çatışmazlıqlı xəstələrdə enalaprilinin sutkalıq saxlayıcı dozasını göstərin (mq).
A) 10 - 20 qədər (2 qəbula)

B) 50 - 75qədər (3 qəbula)

C) 4 (1 qəbula)

D) 2, 5 - 5 (1 qəbula)

E) 5 - 10 qədər (2 qəbula)
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
411) Xroniki ürək çatışmazlıqlı xəstələrdə lizinoprilinin sutkalıq başlanğıc dozasını göstərin (mq).
A) 18, 75

B) 1, 25


C) 4

D) 2, 5


E) 2
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
412) Xroniki ürək çatışmazlıqlı xəstələrdə lizinoprilinin sutkalıq saxlayıcı dozasını göstərin (mq).
A) 8 - 16

B) 10


C) 4

D) 5 - 20

E) 50 - 75
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
413) Xroniki ürək çatışmazlıqlı xəstələrdə perindoprilinin sutkalıq başlanğıc dozasını göstərin (mq).
A) 12, 5

B) 5


C) 1, 25

D) 18, 75

E) 2
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
414) Xroniki ürək çatışmazlıqlı xəstələrdə perindoprilinin sutkalıq saxlayıcı dozasını göstərin (mq).
A) 25 - 50

B) 50 - 75

C) 10

D) 5 - 20



E) 4
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
415) Xroniki ürək çatışmazlıqlı xəstələrdə ramiprilinin sutkalıq başlanğıc dozasını göstərin (mq).
A) 5, 0

B) 2, 5 - 5, 0

C) 18, 75

D) 12, 5


E) 1, 25 - 2, 5
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
416) Xroniki ürək çatışmazlıqlı xəstələrdə ramiprilinin sutkalıq saxlayıcı dozasını göstərin (mq).
A) 2, 5 - 5

B) 25 - 50

C) 5 - 10

D) 50 - 75

E) 20 - 30
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
417) Xroniki ürək çatışmazlıqlı xəstələrdə angiotenzin çevirici ferment inhibitorunun təyini hansı halda əks göstəriş deyil?
A) xəstələrin yaşı 70 - dən az olduqda

B) ikitərəfli böyrək arteriyalarının nəzərə çarpan stenozunda

C) hamiləlikdə

D) birtərəfli böyrək arteriyalarının nəzərə çarpan stenozunda

E) preparatın fərdi qəbul olunmamazlığında
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
418) Angiotenzin çevirici fermentin inhibitorunun xroniki ürək çatışmazlıqlı xəstələrdə hansı halda təyini əks göstəriş hesab olunmur? (SAT –sistolik arterial təzyiq).
A) aortal stenozda

B) hipertrofik kardiomiopatiyanın idiopatik subaortal (qapaqaltı) stenozunda

C) autoimmun xəstəliyi olan xəstələrdə

D) böyrəklərin funksiyasının nəzərə çarpan aşağı düşməsində

E) başlanğıc nəzərə çarpan arterial hipotenziyada (SAT 85 - 90 mm c. süt. )
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
419) Hansı diyretiklər nefronun qıvrım proksimal kanalcıqlarına təsir göstərirlər?
A) indapamid, klopamid

B) torasemid, hipotiazid

C) diakarb, mannitol

D) spironolakton, amilorid

E) furosemid, etakrin turşusu
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 126
420) Hansı diuretiklər nefronun əsas qıvrım distal kanalcıqları nahiyyəsinə təsir edirlər?
A) mannitol, torasemid

B) dixlorfenamid, diamoks

C) sidik cövhəri, bumetanid

D) hidroxlortiazid, indapamid

E) spironolakton, triamteren
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 126
421) Hansı diyretiklər nefronun yığıcı kanalcıqları nahiyyəsinə təsir göstərirlər?
A) diranid, mannitol, sidik cövhəri

B) furosemid, bumetanid, etakrin turşusu

C) hipotiazid, indapamid, klopamid

D) spironolakton, triamteren, amilorid

E) hidroxlortiazid, diakarb, dixlorfenamid
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 126
422) Xroniki ürək çatışmazlıqlı xəstələrin diuretiklərlə müalicəsində yaranan hansı nəticə əsas əlavə effektə aid deyil?
A) arterial (eyni zamanda ortostatik) hipotenziya

B) metabolik alkaloz

C) hipokalsiemiya, hiperkaliemiya

D) hipernatremiya, hipermaqnemiya

E) metabolik asidoz
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 138
423) Diuretiklərlə xroniki ürək çatışmazlıqlı xəstələrin müalicəsində yaranan hansı nəticə əsas əlavə effekt hesab olunmur?
A) hiperlipidemiya

B) hipermaqnemiya

C) böyrək funksiyasının zəifləməsi

D) hiperurikemiya

E) hiperqlikemiya
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 139
424) Xroniki ürək çatışmazlıqlı xəstələrdə ürək qlükozidlərinin effekliyi hansı mexanizmin təsirinin mövcudluğuyla izah olunmur?
A) müsbət batmotrop effektlə

B) mənfi dromotrop effektlə

C) mənfi xronotrop effektlə

D) müsbət inotrop effektlə

E) neyromodulyator təsiri ilə
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 144
425) Xroniki ürək çatışmazlıqlı xəstələrdə ürək qlikozidlərinin istifadəsi hansı hallarda göstəriş deyil? (FS - funksional sinif, AF - atım fraksiyası).
A) taxisistolik formalı qulaqciq fibrilyasiyası və sol mədəciyin sistolik disfunksiyası olan (II - IV FS)

B) protodiastolik qalop ritmi və ya sol mədəciyin dilatasiyasının mövcudluğunda

C) qulaqcıqların bradisistolik forma fibrilyasiyası və sol mədəciyin diastolik disfunksiyası olan (I– II FS)

D) paroksizmal mədəciküstü taxiaritmiyalı xəstələrdə

E) sinus ritmi saxlanılmaqla sol mədəciyin sistolik disfunksiyası olan (AF 40% - dən aşağı)
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 145
426) Xroniki ürək çatışmazlıqlı xəstələrdə ürək qlikozidlərindən istifadə zamanı hansı halda ən yaxşı nəticə alınır?
A) qulaqcıqların titrəməsində

B) çox saylı mədəcik ekstrasistoliyalarında

C) mədəciklərin titrəməsində

D) paroksizmal mədəcik taxikardiyasında

E) polimorf qulaqcıq ekstrasistoliyalarında
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 146
427) Hansı klinik vəziyyətlərdə ürək qlukozidlərinin istifadəsi mütləq əks göstəriş deyil?
A) nəzərə çarpan bradikardiyalarda

B) qulaqcıq fibrilyasiyasının taxisistolik formasında

C) mədəcik taxikardiyasının paroksizmində

D) ürək qlikozidlərinin intoksikasiyasında

E) tez - tez mədəcik ekstrasistoliyasında
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 146
428) Diqoksinin sutkada hansı kiçik dozası xroniki ürək çatışmazlıqlı xəstələrin uzunmüddətli müalicəsində birinci və əsas prinsip hesab olunur?
A) 1, 0

B) 1, 75


C) 0, 125

D) 0, 5


E) 0, 25
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 146
429) Ürək qlikozidlərinin daha yüksək dozasından istifadə edərkən EKQ - da hansı dəyişikliyin yaranma riski çoxalmır?
A) Mədəcik və mədəciküstü aritmiyalarının

B) ST seqmentinin depressiyasının

C) Həyat üçün təhlükəli aritmiyaların

D) Sinus taxikardiyalarının

E) QT intervalının qısalmasının
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 146
430) Sol mədəciyin sistolik funksiyasının nəzərə çarpan aşağı düşməsi olan ağır ürək dekompensasiyalı və ya mədəciküstü ritm pozğunluqlu (qulaqcıqların fibrilyasiyası, paroksizmal mədəciküstü taxikardiyalar) pasiyentlərə lazım gələrsə diqoksin sutkada hansı dozada (mq) təyin edilir?
A) 2, 0 (2dəfə)

B) 0, 5 - 1, 0 (1 dəfə)

C) 1, 0 (2 dəfə)

D) 0, 5 – 0, 75 (3 dəfə)

E) 0, 25 - 0, 5 (1 dəfə)
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 148
431) Nəyə görə ürək qlikozidləri vena daxilinə çox yavaş - yavaş yeridilir?
A) qulaqcıqların titrəməsinin yaranmasının mümkünlüyünə

B) mədəciklərin fibrilyasiyasının yaranmasının mümkünlüyünə

C) arterial qan təzyiqinin artmasının mümkünlüyünə

D) qəfləti beyin qan dövranı pozğunluğunun baş verməsinə

E) qəfləti koronar damar spazmının yaranmasının mümkünlüyünə
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 148
432) Ürək qiükozidləri vena daxilinə neçə dəqiqə müddətində yeridilməlidir?
A) 7 - 10

B) tez, şırnaqla

C) 1 - 2

D) 4 - 6


E) 3 - 4
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 148
433) Qlikozid intoksikasiyasının, xüsusən ağır və təhlükəli təzahürü olan ritm və keçiriciliyin hansı pozğunluqları nisbətən gec təsadüf olunur?
A) mədəciklərin fibrillyasiyası

B) mədəcik taxikardiyası, eyni zamanda "piruet" tipli

C) sinus bradikardiyası fonunda Hiss dəstəsinin sol ayaqcığının natamam blokadası

D) paroksizmal və qeyri paroksizmal mədəciküstü taxikardiya

E) bigemininya və trigemininya tipli mədəcik ekstrasistoliyası
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 149
434) Qlikozid intoksikasiyasının xüsusən ağır və təhlükəli təzahürü olan ritm və keçiriciliyin hansı pozğunlugu nisbətən gec təsadüf olunur? (SA - sinoatrial, AV - atrioventrikulyar).
A) Qulaqcıqların fibrillyasiyası və ya titrəməsi (nadir halda)

B) AV - birləşmədə keçiricilik pozğunluqsuz mülayim sinus bradikardiyası

C) AV - birləşmə və ya mədəcik ritmləri ilə əvəz olunan SA - düyünün dayanması

D) Nəzərə çarpan bradikardiya, sinoatrial blokada

E) I - III dərəcəli atrioventrikulyar blokadalar
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 149
435) Ürək qlikozidləri ilə müalicədə EKQ - da hansı dəyişiklik aşkar olunmur?
A) Q - Т intervalının bir qədər qısalması

B) RS - Т seqmentinin izoxətdən aşağı yerini dəyişməsiylə iki fazalı (–+) Т dişinin yaranması

C) U dişinin nəzərə çarpan üzə çıxması

D) RS - Т seqmentinin izoxətdən aşağı yerini dəyişməsiylə hamar Т dişinin olması

E) RS - Т seqmentinin izoxətdən aşağı yerini dəyişməsiylə mənfi Т dişinin təknəyəbənzər (ləyənəbənzər) olması
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 149
436) Əgər ürək qlikozidləri ilə müalicədə xəstədə mədəcik aritmiyaları (mədəcik ekstrasistoliyası, eynı zamanda bigeminiya, trigeminiya tipli; mədəcik taxikardiyası) baş verərsə, onda aşağıdakılardan hansı preparat və hansı dozada daha effektiv təsir göstərər?
A) Sotalol - daxilə 80 mq sutkada 2 dəfə

B) Lidokain - v/d bolusla (100 mq) hər 3 - 5 dəqiqədən bir, aritmiya aradan qaldırılana qədər, sonradan 1 - 2 mq/dəq sürətlə v/d damcı ilə

C) Xinidin – v/d bolusla (100 mq) hər 5 - 10 dəq bir aritmiya aradan qaldırılana qədər, sonradan 5 mq/dəq sürətlə v/d damcı ilə

D) Metoprolol suksinat - 5 mq iki dəqiqəlik fasilə ilə bolusla 3 v/d inyeksiya (cəmi 15 mq)

E) Difenin – v/d şırnaqla yavaş - yavaş 100 mq dozada hər 10 dəqiqədən bir aritmiya aradan qaldırılana qədər, sonradan daxilə saxlayıcı sutkalıq dozada (400 - 600mq)
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 151
437) Əgər ürək qlikozidləri ilə müalicədə xəstədə mədəciküstü ekstrasistoliya və ya supraventrikulyar paroksizmal taxikardiya yaranarsa, onda ilk növbədə aşağıdakılardan hansı preparat və hansı dozada işlədilməlidir?
A) Anaprilin - yavaş - yavaş şırnaqla v/d 1, 0 - 5, 0 mq (1 - 5 ml 10% məhlulu) və ya 10 - 20 mq sutkada 4 dəfə

B) Lidokain - v/d bolusla (100 mq) hər 3 - 5 dəqiqədən bir, aritmiya aradan qaldırılana qədər, sonradan 1 - 2 mq/dəq sürətlə v/d damcı ilə

C) Мaqnezium sulfat – v/d bolusla 8 - 10 ml hər 1 - 3 dəqiqədən bir aritmiya aradan qaldırılana qədər, sonradan 10 mq/dəq sürətlə v/d damcı ilə

D) Difenin - v/d şırnaqla yavaş - yavaş 100 mq dozada hər 10 dəqiqədən bir aritmiya aradan qaldırılana qədər, sonradan daxilə saxlayıcı sutkalıq dozada (400 - 600mq)

E) Novokainamid – v/d dəqiqədə 20 - 50 mq sürətlə aritmiya aradan qaldırılana qədər və ya 1000 mq dozaya çatana qədər (maksimal 17 mq/kq qədər)
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 151
438) Ürək qlikozidləri ilə müalicə nəticəsində meydana çıxmış atrioventrikulyar keçiricilik pozğunluğu ilə yaranmış aritmiyaları yox etməkdədən ötəri aşagıdakilardan hansı preparat və hansı dozada ilk növbədə istifadə olunmalıdır?
A) Obzidan - v/d yavaş - yavaş şırnaqla 1, 0 - 5, 0 mq (1 - 5 ml 10% məhlulu) və ya 10 - 20 mq sutkada 4 dəfə

B) Difenin - v/d şırnaqla yavaş - yavaş 100 mq dozada hər 10 dəqiqədən bir aritmiya aradan qaldırılana qədər, sonradan daxilə saxlayıcı sutkalıq dozada (400 - 600mq)

C) Atropin sulfat – ümumi doza 0, 4 mq/kq bədən kütləsinə müvafiq olaraq, 0, 5 - 1, 0 mq təkrarlamaqla və ya klinik simptomlar aradan götürülənə qədər

D) Lidokain - v/d bolusla (100 mq) hər 3 - 5 dəqiqədən bir, aritmiya aradan qaldırılana qədər, sonradan 1 - 2 mq/dəq sürətlə v/d damcı ilə

E) Amiodaron – v/d 6 - 8 ml 5% məhlulu (300 - 400 mq) 3 - 5 dəq. ərzində aritmiya aradan qaldırılana qədər, sonra v/d 6 ml 5% məhlulu (300 mq) + 300 ml 5% qlükoza məhlulu 30 dam/dəq. sürətlə gündə 2 - 3 dəfə
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 151
439) Hipokaliyemiya əlamətləri olan kəskin qlikozid intoksikasiyasının müalicəsində hansı preparat və hansı dozada seçim preparatı hesab olunur?
A) Spironolakton 100 mq - gündə 3 - 4 dəfə

B) Kalium xlorid –v/d 200 ml 2% məhlulu + 200 ml 5% qlükoza + 1 - 4 Vah. insulin damcı ilə (və ya 10% Kalium xlorid daxilə gündə 1 xörək qaşıgı 3 - 4 dəfə)

C) Qlükoza - v/d 200 - 400 ml 5% məhlulu + laziks 2 - 4 ml damcı ilə

D) Natrium bikarbonat - v/d 4% məhlulu - 200 ml yavaş - yavaş

E) Kalsium xlorid –v/d 20 - 30 ml 10% məhlulu + 200 ml 5% qlükoza + 6 - 8 Vah. insulin damcı ilə
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 151
440) Qlikozid intoksikasiyasında əmələ qəlmiş II dərəcəli atrioventrikulyar blokadaların müalicəsində hansı qrup preparat əks göstərişdir (III dərəcəli AV - blokada riski əmələ gələ bildiyindən)?
A) Kalium preparatları

B) Diuretiklər

C) Kalsium preparatları

D) Kalsium antaqonistləri

E) Angiotenzin - çevirici fermentin inhibitorları
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 151


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin