Cü IL tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Aşağıdakılardan hansı “ Prinsmetal stenokardiyası ” - vazospastik stenokardiyaya aid deyildir?



Yüklə 3,32 Mb.
səhifə14/32
tarix14.06.2018
ölçüsü3,32 Mb.
#53671
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

490) Aşağıdakılardan hansı “ Prinsmetal stenokardiyası ” - vazospastik stenokardiyaya aid deyildir?

A) ST seqmentinin qalxması yalnız ağrı zamanı müşahidə olunur

B) Kalsium antaqonistlərinin dihidropiridin qrupuna aid dərmanlar ağrını götürür

C) Nitratların təsirindən çox hallarda ağrı keçmir

D) Adətən sakitlik vaxtı, əsasən yuxuda baş verir

E) Fiziki gərginliklə əlaqədardır


Ədəbiyyat: Шлант Р. К., Александер Р.В. Клиническая кардиология. Пер. с англ. - М.; СПб.: «Издательство БИНОМ» - «Невский диалект», 1998. - 576 с., ил.
491) Normada sol mədəcik miokardının qalınlığı nə qədərdir?
A) 8-9 mm

B) 4-5 mm

C) 5-6 mm

D) 6-7 mm

E) 7-8 mm
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
492) Aşağıdakılardan hansı ürəyin funksiyasına aid deyildir?
A) oyanma

B) avtomatizm

C) inteqrativ-koоrdinasion

D) keçiricilik

E) yığılma
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
493) Miokardın inotrop (yığılma) vəziyyətinin müəyyən olunmasında hansı faktor vacib sayılmır?

1.ümumi damar müqavimətinin ölcüsü

2.ağciyər damar müqavimətinin ölcüsü

3.aorta və ağ ciyər arteriyasında qan təzyiqinin həddi

4. miokardın yığılmasını zəiflədən patoloji hallar

5. miokardın fəaliyyətdə olan kütləsi
A) 1, 3, 5

B) 1, 2, 3

C) 2, 3, 5

D) 1, 2, 4

E) 2, 4, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
494) Müsbət xronotrop effect ürəyə necə təsir edir?
A) miokardın yığılma qabiliyyəti yüksəlir, ürək vurğularının sayı artır

B) atrioventrikulyar düyündə elektrik impulslarının keçiriciliyi artır

C) ürək əzələsinin oyanması və ürək vurğularının sayı artır

D) ürək əzələsinin oyanması artır

E) qulaqcıq və mədəcik yığılmalarının qüvvəsi və sürəti artır
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 40
495) Hansı faktorlar endoteldən aslı vazadilatasion faktor olub damar tonusuna və trombositlərin aqreqasiyasına təsir edirlər?

1. Boşaldıcı endothelial faktorlar (azot oksidi, NO)

2. Prostasiklin PGI2

3. Endotelial hiperpolyarizəedici faktorlar (EHPF)

4. Endotelin -1 (ЕТ1)

5. Toxuma angiotenzini II (АII)
A) 2, 4, 5

B) 1, 2, 3

C) 1, 2, 5

D) 1, 2, 4

E) 2, 3, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр 47-50
496) Əsas endoteldən aslı vazokonstriktor damar tonusunu, trombositlərin aqreqasiyasını və qanın laxtalanmasını artıran maddələrə nə aiddir?

1. Endotelin-1 (ЕТ1)

2. Toxuma angiotenzini II (АII)

3. Tromboksan А2, prostoqlandin PGH2

4. Boşaldıcı endotelial faktorlar (azot oksidi, NO)

5. Prostasiklin PGI2
A) 1, 3, 5

B) 3, 4, 5

C) 2, 4, 5

D) 1, 2, 5

E) 1, 2, 3
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,49
497) Əsas risk faktrorları olan hiperlipidemiya, arterial hipertoniya və tütün çəkmək ayrılıqda hər biri ürəyin işemik xəstəliyi olan xəstələrdə ölümü neçə dəfə artırır?
A) 6

B) 5


C) 2

D) 4


E) 3
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
498) Əsas risk faktrorları olan hiperlipidemiya, arterial hipertoniya, tütün çəkmək birliyi ürəyin işemik xəstəliyi olan xəstələrdə ölümü neçə dəfə artırır?
A) 4

B) 2


C) 5

D) 3


E) 6
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
499) Aterosklerotik kardiosklerozlu xəstələrdə əsas risk faktorlarının təsirinin azalması və ya tam aradan qaldırılmasına yönəldilmiş aktiv tədbirlər, qanuna uyğun olaraq əsasən hansı xəstəliklərin tezliyinin azalmasıyla müşayiət olunmur?
A) miokard infarktının

B) vazospastik stenokardiyanın

C) qəfləti ürək ölümünün

D) beyin insultunun

E) kəskin koronar sindromunun
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.353
500) Ürəyin işemik xəstəliyinin xüsusi forması olan mikrovaskulyar stenokardiyanın (“Х-sindromu”) meydana gəlməsinin əsasında duran disfunksiya nə ilə xarakterizə olunmur?
A) Proksimal yerləşmiş koronar arteriyalarda nəzərə çarpan funksional və morfoloji pozğunluğun mövcud olmaması ilə

B) Sol koronar arteriyanın əsas şaxəsində aterosklerotik dəyişikliklərin olmaması ilə

C) Iri (epikardial) koronar arteriyalarda tipik aterosklerotik dəyişikliklərin olması ilə

D) Distal yerləşmiş koronar arteriyalarda nəzərəçarpan morfoloji pozğunluğun olması ilə

E) Distal yerləşmiş koronar arteriyalarda nəzərəçarpan funksional pozğunluğun olması ilə
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 380
501) Ürəyin xroniki işemik xəstəliyinin uzun müddətli “ləng” kalsium kanalları blokatorları - benzotiazepin törəmələri ilə müalicəsi hansı hallarda məsləhət deyil?
A) Qoca və ahıl yaşlı gərginlik stenokardiyası olan şəxslərdə (kliniki vəziyyətlərdən asılı olaraq) və Prinsmetal vazospastik stenokardiyasında

B) Gərginlik stenokardiyası və arterial hipotenziya ilə xroniki ürək catışmazlığının IIB-III mərhələsinin müştərək olmasında

C) Sinus bradikardiyası, sinus düyününün zəifliyi sindromu (SDZS), I dərəcəli atrioventrikulyar (AV) blokada gərginlik stenokardiyası ilə müştərək olduqda və zəif ürək catışmazlığının əlamətlərində

D) Əsasən simpatik-adrenal sistemin hiperaktivasiyası fonunda sinus taxikardiyasına meyillik olan gərginlik stenokardiyası və arterial hipertenziyada

E) Hiperlipidemiya və ya şəkərli diabet, həmçinin aşağı ətraf damarlarının obliterə olunmuş aterosklerozu ilə müştərək olan gərginlik stenokardiyasında
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 445
502) Ürəyin işemik xəstəliyində ürək əzələsinin hansı funksiyasının pozğunluğu ən erkən hesab olunmur və onun yaranma səbəbinə aid deyil?
A) Diastolik disfunksiya hesabına sol mədəcik miokardının kompesator hipertrofiyası

B) Sistolo - diastolik disfunksiya hesabına ürək əzələsinin rigidliyinin zəifləməsi və sol mədəcik miokardının kompesator hipertrofiyası və dilatasiyası

C) Diastolik disfunksiya hesabına ürək əzələsinin rigidliyinin artması, aterosklerotik və postinfarkt kardiosklerozun mövcudluğu

D) Diastolik disfunksiya hesabına Са2+-ın sarkoplazmatik retikuluma və hüceyrəarası mühitə geri qayıtmasının pozulması

E) Diastolik disfunksiya hesabına aktiv diastolik boşalma prosesinin əhəmiyyətli zəifləməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 384.
503) Ürəyin işemik xəstəliyində sol mədəciyin sistolik disfunksiyası hansı halda inkişaf etmir?
A) Aktın - miozinin qarşılıqlı təsirinin pozulmasında

B) Miokardın işemiyası hesabına ürək əzələsinin rigidliyinin artmasında

C) Са2+-in yığılma qabiliyyətli zülallara daşınmasının pozulmasında

D) Makroergik birləşmələrin nəzərə çarpan defisitində

E) Makroergik birləşmə ehtiyatının tükənməsi və ion nasosunun zədələnməsində
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 384
504) Hal hazırda praktikada istifadə olunan ürəyin işemik xəstəliyinin təsnifatına hansı klinik forma daxil deyil?
A) Aterosklerotik kardioskleroz

B) Stenokardiya

C) Mikrovaskulyar stenokardiya (“Х sindromu”)

D) Qəfləti ürək ölümü (ürəyin ilkin dayanması)

E) Miokardın ağrısız işemiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 384
505) Ürəyin işemik xəstəliyi olan xəstələrdə aşağıdakılardan hansı β - adrenoblokatorların təsirinə aid deyil?
A) koronar təhcizatın cüzi artması

B) katexolaminlərin hüceyrə reseptorlarının təsirinə mane olması

C) diastolanın davam müddətinin artması

D) müsbət inotrop

E) qismən xronotrop effekt
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 440 - 441
506) β - adrenoblokatorların qəbulunun birdən kəsilməsi (ləğv edilmə sindromu) nə ilə müşayiət olunmur?
A) oyanma ilə

B) baş ağrısı ilə

C) tremorla

D) yuxululuqla

E) taxikardiya ilə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 443
507) Kalsium kanallarının blokatorları - difenilalkilamin törəmələri (verapamil) hansı xüsusiyyətə malik deyil?
A) müsbət batmotrop təsirə

B) atrioventrikulyar düyünün keçiriciliyinin zəiflədilməsinə

C) mənfi inotrop təsirə

D) sinoaurikulyar düyünün funksiyasını zəiflədilməsinə

E) durğunlug ürək çatışmazlığının dərinləşməsinə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 444, 445
508) Stabil stenokardiyalı xəstələrin müalicəsində anaprilinin (propranolol) sutkalıq dozası (mq) nə qədərdir?
A) 60-160

B) 20-60


C) 160-220

D) 320-420

E) 220-320
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.443; В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г., стр.69,70.
509) Hansı EKQ göstəriciləri olduqda kəskin koronar sindromlu xəstələrdə trombolitik terapiya göstərişdir?

A) EKQ -də qeyri-spesifik dəyişikliklərin olmağı

B) ST seqmentinin depressiyası və/və ya mənfi T dişcikləri

C) normal EKQ

D) Hiss dəstəsi sol ayaqcığının yeni əmələ gələn blokadası

E) ST seqmetinin qalxması


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
510) Prinsmetal stenokardiyasının müalicəsində hansı dərman preparatları daha vacibdir?

A) kalsium antaqonistləri,dihidropiridin qruppundan

B) kalsium antaqonistləri və nitratlar

C) kalium kanalların aktivatorları

D) AÇF inhibitorları və nitratlar

E) AÇF inhibitorları


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
511) Kəskin koronar sindromlu xəstələrdə miokardial zədələnmənin üstünlük verilən markeri hansıdır?

A) AST


B) Mioqlobin

C) Troponin İ və T

D) KFK MB

E) ALT
Ədəbiyyat: Кардиология : национальное руководство / под ред. Ю.Н.Беленкова, Р.Г.Оганова. - М. : ГЕОТАР - Медиа, 2007.


512) Bu mexanizmlərdən hansı kəskin və ya xroniki koronar çatışmazlığının əsas mexanizmi hesab olunmur?
A) mikrovaskulyar disfunksiya

B) koronar arteriyanın trombozu, eyni zamanda mikrosirkulyator damar axınında mikrotrombların əmələ gəlməsi

C) distal yerləşmiş koronar arteriyanın mövcud cüzi funksional pozğunluğu

D) proksimal (epikardial) koronar arteriyanın aterosklerotik piləglə daralması

E) koronar arteriyanın nəzərə çarpan stenozu (“dinamik stenoz”)
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.370 - 371
513) Ürəyin işemik xəstəliyi olan xəstələrdə koronar arteriyanın spazmı və tonusun yüksəlməsinin əsas səbəblərinə aid deyil:
A) zədələnmiş endotelinin məhsulunun - anqiotenzin II, endotelin, serotoninin artması

B) zədələnmiş koronar arteriyada azot oksidi və prostasiklinin PGl2 ifrazının azalması

C) simpatik - adrenal sistemin aktivliyinin və katexolaminlərin qatılığının azalması

D) aqreqasiyaya məruz qalmış trombositlərdə tromboksan А2 məhsulunun artması

E) aqreqasiyaya məruz qalmış trombositlərdə araxidon turşusu metabolizmin aktivləşməsi
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр.377
514) Tac damarların divarlarını daraldan aterosklerotik piləklər, əsasən, harada lokalizə olunur?
A) Aterosklerotik piləklərin koronar damarlarda seçim lokalizasiyası qeyd olunmur

B) Başlıca olaraq intramural tac damarlarda

C) Proksimal (epikardial) koronar arteriyaların uzunlugu boyu

D) Distal koronar arteriyaların uzunlugu boyu

E) Başlıca olaraq proksimal koronar arteriyaların mənsəbində
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 369
515) Bu mexanizmlərdən hansı kəskin və ya xroniki koronar çatışmazlığının əsas mexanizmi hesab olunmur?
A) Distal yerləşmiş koronar arteriyanın mövcud cüzi funksional pozğunluğu

B) Proksimal koronar arteriyanın aterosklerotik piləglə daralması, koronar axının məhdudlaşması və tac damarların adekvat genişlənə bilməməsi

C) Koronar arteriyanın nəzərə çarpan stenozu (“dinamik stenoz”)

D) Mikrovaskulyar disfunksiya

E) Koronar arteriyanın trombozu, eyni zamanda mikrosirkulyator damar axınında mikrotrombların əmələ gəlməsi
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 370 - 371
516) “X sindromu”nun klassik təsvirinə aşağıdakılardan hansı aid deyil?
A) Iki böyük koronar arteriyanın ciddi stenozu

B) Müsbət cavablı fiziki yük sınağı

C) Normal koronar arteriyalar

D) Fiziki yük zamanı meydana çıxan tipik stenokardiya (sakitlik stenokardiyası və təngnəfəslik də ola bilər)

E) Müsbət cavablı stress təsvir üsulları
Ədəbiyyat:Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 32
517) Mikrovaskulyar stenokardiyada (“X-sindromunda”) kiçik koronar arteriyalar hansı disfunksiyaya məruz qalmır?
A) Damar mənfəzin əhəmiyyətli daralmasına

B) Intimada saya əzələ hüceyrələrinin hiperplaziyasına

C) Mediada fibroplastik prosseslərə

D) Mediada saya əzələ hüceyrələrinin hipertrofiyasına

E) Mediada saya əzələ hüceyrələrinin hiperplaziyasına
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 380
518) Mikrovaskulyar stenokardiyalı (“X-sindromu”) xəstələrdə kiçik damarların qeyri - bərabər daralması və onların genişlənmə qabiliyyətinin aşağı düşməsi və, müvafiq olaraq, miokardın oksigenə tələbatının artmasında hansı dəyişikliyin rolu yoxdur?
A) Kinin-kallikrein sisteminin funksiyasının artmasının

B) Prostasiklin məhsulunun azalmasının

C) Endotel qatında nəzərə çarpan disfunksiyanın

D) Endotelin və neyropeptid Y vazokonstriktor substansiyaların məhsulunun artmasının

E) Azot oksidi məhsulunun azalmasının
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 381
519) Sol mədəciyin işemiyaya uğramış seqmentlərində lokal yığılma pozğunluğunun (hipokinez) əmələ gəlməsinə gətirib çıxaran kardiomiositlərin energetik təminatının azalmasında (koronar axının azalmasında) nə baş vermir?
A) Oksidləşmə fosforlaşma prosesinin pozulması (yağ turşularının daha az oksidləşməsi hesabına qlükoza laktata çevrilir, hüceyrənin рН-ı azalır, hüceyrədaxili К+ miqdarı və makroerqik birləşmələrin hasilatı azalır)

B) Elektrik impulsunun keçiriciliyinin pozulması və miokardın mexaniki funksiyasının azalması

C) Yüksək enerjili fosfatlar - adenozintrifosfat və kreatin fosfatın əmələ gəlməsi

D) Hüceyrənin elektrik aktivliyinin proqressiv azalması (eyni zamanda transmembran hərəkət potensialının amplitudasının və müddətinin azalması)

E) Anaerob mübadilə yoluna keçmiş zədələnmiş hüceyrələrin hesabına miokardda oksigenin defisiti
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 381
520) Aşağıda qeyd olunmuş xüsusi koronar anatomiyalı hansı xəstələrin aorta koronar şuntlanmadan sonrakı prognozu yaxşı deyil?
A) Sol əsas kötüyün ciddi stenozu olan

B) Pozulmuş sol mədəcik funksiyası ilə yanaşı üç damar xəstəliyi olan

C) Ön mədəciklərarsı koronar arteriyanın stenozu və yanaşı II tip şəkər xəstəliyi olan

D) Sol ön enən arteriyanın proksimal seqmentində yüksək dərəcəli stenozu da daxil olmaqla iki böyük koronar arteriyanın ciddi stenozu olan

E) Üç böyük koronar arteriyanın ciddi proksimal stenozu olan
Ədəbiyyat:Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 26
521) Kəskin koronar sindromda, eyni zamanda miokard infarktın yaranmasına şübhə olduqda morfinin başlanğıc yox, sonrakı dozasını göstərin?
A) 1 - 2 mq hər 5 - 6 dəqiqədən bir, cəmi 10 - 15 mq-dan çox olmamaqla

B) 6 - 8 mq hər 10 - 12 dəqiqədən bir, cəmi 8 - 10 mq-dan çox olmamaqla

C) 2 - 6 mq hər10 - 15 dəqiqədən bir, cəmi 20 - 30 mq-dan çox olmamaqla

D) 8 - 10 mq hər 15 - 20 dəqiqədən bir, cəmi 30 - 40 mq-dan çox olmamaqla

E) 2 - 4 mq hər 3 - 5 dəqiqədən bir, cəmi 5 - 6 mq-dan çox olmamaqla
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 531
522) Kəskin koronar sindromlu xəstələrdə, eyni zamanda miokardın infarktına şübhə olanlarda anginoz tutmanı aradan qaldırmaq ücün hansı preparatdan istifadə olunur (əks göstəriş olmadıqda)?
A) no-şpa əzələ daxilinə, sonra isə vena daxilinə

B) morfin - ancaq əzələyə

C) baralgin - ancaq vena daxilinə

D) analgin- əzələ daxilinə, sonra isə vena daxilinə

E) morfin - ancaq vena daxilinə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 532
523) Kəskin koronar sindromlu xəstələrdə, və eyni zamanda miokard infarktına şübhə olanlarda anginoz tutmanı yox etməkdən ötəri 0,1% nitroqliserin məhlulunun vena daxilinə damcı üsulu ilə başlanğıc yeridilmə sürətini göstərin (mkq/dəq)?
A) 10

B) 8


C) 15

D) 12


E) 5
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 532
524) Kəskin koronar sindromlu xəstələrdə və eyni zamanda miokard infarktına şübhə olanlarda anginoz tutmanı yox etməkdən ötəri 0,1% nitroqliserin məhlulunun damcı üsulu ilə vena daxilinə yeridilmə surəti necə artırılmalıdır?
A) 15 mkq/dəq. hər 1-2 dəqiqədən bir, baş ağrısı əmələ gələnə qədər

B) 10 mkq/dəq. hər 3-5 dəqiqədən bir arterial təzyiqin reaksiyasının əmələ gəlməsi və ya simptomların dəyişməsinə qədər

C) 5 mkq/dəq. hər 6-7 dəqiqədən bir, sifətin qızarmasına qədər

D) 20 mkq/dəq. hər 2-3 dəqiqədən bir, qulaqlarda küyün əmələ gəlməsinə qədər

E) 2 mkq/dəq. hər 8-10 dəqiqədən bir, SPO2-nin 89% enənə qədər
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 532
525) Kəskin koronar sindromlu xəstələrdə və eyni zamanda miokard infarktına şübhə olanlarda anginoz tutmanı yox etməkdən ötəri nitroqliserin məhlulunu damcı üsulu ilə vena daxilinə yeridildikdə sistolik arterial təzyiq hansı həddən aşağı olmamalıdır (mm c. süt.)?
A) 100

B) 90


C) 80

D) 110


E) 120
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 532
526) Arterial hipertenziyalı, kəskin koronar sindromlu xəstələrdə və eyni zamanda miokard infarktına şübhə olanlarda, anginoz tutmanı yox etməkdən ötəri nitroqliserin məhlulunu damcı üsulu ilə vena daxilinə yeridildikdən sonra, sistolik arterial təzyiqin necə faizdən aşağı düşməsi məsləhət deyil (mm c. süt.)?
A) 40

B) 30


C) 15

D) 25


E) 10
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 532
527) Miokard infarktı nədir?

A) ürək əzələsinin aşkar iltihabi dəyişikliklər nəticəsində zədələnməsi

B) miokardın işemik zədələnməsi

C) ürək əzələsinin aşkar metabolik dəyişikliklər nəticəsində zədələnməsi

D) miokardın miokardiopatiya ilə əlaqədar baş vermiş nekrozu

E) koronar arteriyanın kəskin okklüziyası nəticəsində ürək əzələsinin nekrozu (ölməsi)


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
528) Miokard infarktının ən çox təsadüf olunan səbəbi hansıdır?

A) tac arteriyaların uzunmüddətli spazmı

B) iltihablaşmış tac arteriyaların trombozu

C) tac arteriyaların aterosklerotik kütlə ilə emboliyası

D) aterosklerotik dəyişikliyə uğramış tac arteriyaların trombotik okklüziyası

E) tac damarların tromboemboliyası


Ədəbiyyat: Чазов Е.И. Инфаркт миокарда. М., 1982 - Т.3 - С. 53-102.
529) Miokard infarktının kəskin dövrünün (nekroz ocağının və miomalyasiyanın formalaşması) morfoloji dəyişiklikləri hansı müddət ərzində inkişaf edir?

A) 30 gündən artıq

B) 27-30 gün

C) 17-25 gün

D) 11-16 gün

E) 2-10 gün


Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. Киев, 1997 - Т.1 - С. 338-395.
530) Hansı müddətdə infarktdan sonrakı çapığın tam formalaşması başa çatır?

A) 6-8 həftə

B) 6 aya qədər

C) 8-10 ay

D) 12 aydan çox

E) 10-12 ay


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
531) Miokard infarktının ən çox təsadüf olunan klinik variantı hansıdır?

A) serebrovaskulyar variant

B) aritmik variant

C) qastralgik variant

D) astmatik variant

E) anginal variant


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
532) Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra kreatinfosfokinazanın (KFK) MB fraksiyasının fəallığı maksimuma çatır ?

A) 12-18 saat

B) 4-6 saat

C) 24-36 saat

D) 48-56 saat

E) 66-72 saat


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 516
533) Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra ürək troponinlərinin səviyyəsi artır ?

A) 8-12 saat

B) 2-ci sutkadan

C) 14-24 saat

D) 3-6 saat

E) 3-cü sutkadan


Ədəbiyyat: Национальные клинические рекомендации. М., 2008 - С. 233-326
Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin