Cü IL tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 3.32 Mb.
səhifə20/32
tarix14.06.2018
ölçüsü3.32 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

773) Qeyri-sabit stenokardiyalı xəstələrdə diaqnostik meyarlara hansı dəyişiklik aid deyil?
A) Ürəyin dayanmasının klinik və EKQ göstəriciləri

B) Yaş, ürək vurğularının sayı, sistolik arterial təzyiq

C) ST - seqmentinin depressiyası və yüksəlmiş miokardial nekroz markerləri

D) Kreatininin səviyyəsi, xəstəxanaya qəbulda Killip sinfi

E) ST - seqmentinin elevasiyasiyası və miokardial iltihab markerlərin yüksəlməsi
Ədəbiyyat:“Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 13
774) ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrdə qayıdan döş qəfəsi ağrıları və digər simptomlar olan hallarda EKQ - nın çəkilməsi nə vaxt məsləhətdir?
A) Daxil olduqda və xəstələrin evə yazılmasından 24 saat sonra

B) Ən azı 6 və 24 - cü saatda və xəstələrin evə yazılmasından əvvəl

C) Ən azı 12 və 18 - ci saatda və xəstələrin evə yazılmasından 7 gün sonra

D) 24 və 36 - cı saatda və xəstələrin evə yazılmasından 72 saat sonra

E) 2 və 3 - cü saatda və xəstələrin evə yazılmasından 48 saat sonra
Ədəbiyyat:“Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 15
775) Əgər EKQ - da ST - seqmentinin enməsi qeydə alınan aparmaların sayı, onun klinik əlamətləri işemiyanın yayılmasını, ağırlığını göstərirsə və proqnozla korrelyasiya edirsə, onda aşagıdakılardan hansını uyğun hesab etmək olmaz?
A) İki və daha artıq qonşu aparmalarda ST - nın >0, 5 mm - dən (çox) enməsi ST seqmentinin qalxması olmayan kəskin koronar sindromu fikrinə yönəldir və proqnoza təsir edir

B) ST - nın >2 mm - dən (çox) enməsi ölüm riskinin təxminən 6 dəfədən çox olmasına səbəb olur

C) ST - nın enməsinin >1 mm - dən (çox) olması daha mühüm əhəmiyyətə malikdir və 1 il ərzində 11% hallarda miokardın infarktı və ölümlə müşayiət olunur

D) ST - nın enməsi, keçici ST - nın qalxması ilə kombinasiyada, həmçinin yüksək riski müəyyən edir

E) Ətraf aparmalarının hər hansı birində ST - nın >0, 5 mm - dən (çox) enməsi ölüm riskini təqribən 2 dəfə çoxaldır
Ədəbiyyat:“Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 15
776) Ön döş aparmalarında T dişinin dərin simmetrik inversiyası əsasən hansı koronar arteriyanın əhəmiyyətli stenozu ilə əlaqəlidir?
A) yalnız sol koronar arteriyanın əsas şaxəsinin distal hissəsinin

B) sol ön enən koronar arteriyanın distal hissəsinin və ya sol arxa koronar arteriyanın distal hissəsinin

C) sol koronar arteriyanın əsas şaxəsinin və ya sol ön enən koronar arteriyanın proksimal hissəsinin

D) sağ koronar arteriyanın distal hissəsinin və Purkinye liflərinin

E) yalnız sağ koronar arteriyanın proksimal hissəsinin
Ədəbiyyat:“Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 15
777) ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrdə fiziki yük sınağı hansı hallarda aparılmamalıdır?
A) biomarkerlər normal olduqda (təkrar sınaqlarda)

B) ürək catışmazlığı əlamətləri olmadıqda

C) döş qəfəsi ağrıları olmadıqda

D) tipik işemik davamlı döş qəfəsi ağrılarında

E) evə yazılmadan əvvəl
Ədəbiyyat:“Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 16
778) Miokardın zədələnməsində üstünlük verilən markerlər arasında daha spesifik və daha həssas olanları hansılardır?
A) Kreatininfosfokinazanın MB fraksiyası

B) Ürək troponinləri T və İ

C) Laktatdehidrokinazanın izofermenti 1

D) Ritis koeffisiyenti

E) Aspartataminotransferaza
Ədəbiyyat:“Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 16 Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 518
779) Son on il ərzində kəskin koronar sindromlu xəstələrdə çox saylı markerlərinin arasında öz təsdiqini tapmış iltihab markeri hansıdır?
A) Qanın plazmasında prokalsitoninin konsentrasiyasının artması

B) Antineytrofil sitoplazmatik antitel

C) Yüksək həssaslıqlı C - reaktiv zülal

D) İltihab sitokinləri - interleykin - 6

E) Fosfolipaza А2, eritrositlərin çökmə sürətinin artması
Ədəbiyyat:“Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 17
780) ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrdə ağırlaşmaların qarşısını almaq və ölüm göstəricisini azaltmaqla proqnozu yaxşılaşdırmaq məqsədilə hansı müalicənin istifadəsi məsləhət deyil?
A) Antikoaqulyantların

B) Koronar revaskulyarizasiyanın

C) Antiişemik vasitələrin

D) Antitrombositar vasitələrin

E) Fibrinolitiklərin
Ədəbiyyat:“Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 19
781) ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromu baş verdikdə antitrombositar vasitələrin istifadəsinə dair aşağıdakı tövsiyələrdən hansı düzgün deyil?
A) aspirinə əks - göstəriş olanlarda klopidoqrel təyin edilir

B) əks - göstəriş olmayanlarda aspirinin bağırsaqda həll olunan forması ilkin 150 - 300 mq, sonra isə saxlayıcı dozada uzun müddət 75 - 100 mq davam etdirilir

C) aorta koronar şuntlamaya ehtiyacı olanlara klopidoqreli kəsmədən cərrahi əməliyyat aparılır

D) invaziv/perkutan koronar müdaxilə tələb olunarsa, yükləmə dozada klopidoqrel 600 mq istifadə olunur

E) yükləmə dozada - 300 mq klopidoqrel və sonra yalnız çox yüksək qanaxma riskini çıxmaq şərtilə, 12 ay müddətində gündə 75 mq davam etdirilir
Ədəbiyyat:“Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 19
782) ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrdə diaqnostik və klinik riskin qiymətləndirilməsi biomarkerləri hansı patofizioloji aspekti əks etdirmir?
A) trombositar fəallaşmanı

B) iltihabi prosesi

C) miokardın zədələnməsini

D) neyrohumoral fəallaşmanı

E) immunoloji fəallaşmanı
Ədəbiyyat:“Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 27 fevral 2012 - ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmişdir. Вакı - 2012. Səh 16

783) Ağciyər ürəyi zamanı xəstədə ürək nahiyəsində şiddətli ağrılar olduqda, AT isə kəskin aşağı olduqda, hansı dərmandan istifadə etmək zəruridir?

A) promedol

B) baralgin

C) morfin

D) mezaton

E) omnopon


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков. «Рациональная фармокотерапия сердечно-сосудистых заболеваний» 2006.
784) Sol mədəcikdə son diastolik təzyiqinin hansı həddində ağ ciyərlərin alveollar ödemi başlayır?
A) 19 - 24 mm c.st. həddində

B) 6 - 11 mm c.st. həddində

C) 1 - 5 mm c.st. həddində

D) 12 - 18 mm c.st. həddində

E) 25 - 30 mm c.st. cox
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,30
785) Ağciyər damar müqavimətinin artması hesabına yaranan ağciyər arterial hipertenziyası hansı rentgenoloji əlamətlərlə xarakterizə olunmur?
A) kiçik arteriyaların daralması ilə (funksional və və/ya orqanik)

B) ağciyər arteriyasının iri şaxələrinin genişlənməsilə

C) arteriolaların daralması ilə (funksional və və/ya orqanik)

D) ağciyər arteriyasının genişlənməsilə

E) ağciyər venaları və onun kiçik şaxələrinin daralması ilə
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 98
786) “Ağciyər arteriyası ölcüsünün sıçraması” adını almış hansı rentgenoloji əlamət ağciyər arteriyası hipertenziyası üçün xarakterik deyil?
A) sağ və sol mədəciklərin ölçülərinin böyüməsi

B) ağciyər arteriyası kötüyünün genişlənməsi

C) ağciyər arteriyalarının iri şaxələrinin (sağ və sol) genişlənməsi

D) periferik arteriyaların nəzərə çarpan daralması (hansılar ki, sanki “kəsilib gödəlmişdir”)

E) ağciyər arteriyası kötüyü və iri şaxələrinin pulsasiyasının güclənməsi
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 98 - 99
787) Çox vaxt ağciyərlərin başlanan interstisial ödeminə səbəb olan venoz durğunluq və arterial hipertenziya birliyi rentgenoloji hansı xarakter əlaməti üzə çıxarmır?
A) ən çox hər iki ağciyərlərin aşağı paylarında venaların daralmasını

B) hər iki ağciyərlərin periferiyasında ağciyər - damar şəklinin zəifləməsini

C) ağciyər arteriyasının kötüyünün və onun iri şaxələrinin pulsasiyasının güclənməsini

D) ağciyərlərin əsasən yuxarı paylarında və ya ağciyərlərin bütün şöbələrində venaların genişlənməsini

E) ağciyərlərn kökünün intensiv, homoqen tündləşməsini və nəzərə çarpan genişlənməsini
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 99
788) Ağciyərlərin rentgenoqrammasında aşağı lateral şöbələrdə horizontal yerləşən 0, 5 - dən 3, 0 sm - ə qədər uzunluqda sıx və nazik zolaqlar şəklində özünü göstərən “çəpərlərarası” B tipli Kerli xətti nə vaxt əmələ gəlir?
A) düz proyeksiyada ürəyin sol konturunun aşağı qövsünün uzanmasında

B) ağciyər arteriyası kötüyündə pulsasiyasının yavaşımasında və ya orada sistolik arterial təzyiq 15 - 30 mm c. süt. olduqda

C) ağciyərlərin arteriyalarında pərçimləyici təzyiqin yüksəlməsində və ya sol qulaqcıqda təzyiq 18 - 25 mm c. süt. olduqda

D) düz proyeksiyada ürəyin sağ konturunun aşağı qövsünün uzanmasında

E) ağciyər arteriyası kötüyünün və iri şaxələrinin büzüşməsində
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 99
789) Exokardioqrafiyanın üç əsas rejiminin: birölçülü (М), iki ölçülü (В) və dopler müayinəsi ilə kompleks istifadə zamanı hansı məlumatı əldə etmək mümkün deyil? (XÜÇ - Xroniki ürək çatışmazlığı, ÜİX - ürəyin işemik xəstəliyi, АH - arterial hipertoniya).
A) Mədəciklərin sistolik disfunksiysını xarakterizə edən miqdar parametrlərini

B) XÜÇ - ın səbəblərini (ÜİX, AH, qapaq zədələnmələri, kardiomiopatiyalar)

C) Mədəciklərin diastolik disfunksiyasını xarakterizə edən miqdar parametrlərini

D) XÜÇ - ın patofizioloji variantlarını (sistolik və ya diastolik disfunksiyasının üstünlüyü ilə)

E) Ürək ritminin variabelliyini və ekstrasistoliyaların növlərini
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 102
790) Exokardioqrafiyanın dopler rejimi ilə kompleks istifadəsi zamanı hansı patoloji dəyişikliyi müəyyənləşdirmək mümkün deyil?
A) ağciyərlərin yuxarı paylarında və ya bütün şöbələrində venaların genişlənməsini

B) dolayısıilə mərkəzi venoz təzyiqinin ölçüsünü

C) böyük qan dövranının venalarında durğunluq əlamətlərini

D) mədəciklər və qulaqcıqların morfometrik parametrlərinin ölçülməsi

E) ağciyər arteriyasında sistolik və son diastolik təzyiqinin ölçülməsi
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 102
791) Xroniki ürək çatışmazlığı angiotenzin çevirici fermentin inhibitorunun öz effektivliyini ifa etməyən hal hansıdır?
A) sol mədəciyin diastolik rigidliyin artması

B) koronar vazodilatasiya

C) böyrəklərdə, baş beyində, skelet əzələlərində regionar qan təhcizatının yaxşılaşması

D) sol mədəciyin diastolik rigidliyin azalması

E) aritmiyaların əmələ gəlməsi riskinin azalması
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 120 - 121
792) Ağciyər arteriyasının tromboemboliyasında hansı müalicə daha zəruridir?

A) trombolitiklər və antikoaqulyantların tətbiqi

B) analgetiklərin tətbiqi

C) ağciyərlərin süni ventilyasiyası

D) qlükokortikosteriodlər

E) cərrahi müdaxilə


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков. «Рациональная фармокотерапия сердечно-сосудистых заболеваний. 2006, том. VI
793) Ağciyər emboliyasının yaranmasında ən çox təsadüf edilən səbəb hansıdır?

A) prostat vəzinin trombozu

B) çanaq venalarının trombozu

C) aşağı ətraf venalarının trombozu

D) yuxarı ətraf venalarının trombozu

E) sağ qulaqcıqda tromboz


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г.
794) Neyrosirkulyator distoniyada müalicə necə aparılır?

A) fiziki məşqlərlə

B) psixoterapevtik üsullarla

C) qeyrimedikamentoz üsulları

D) sakitləşdirici dərman maddələri ilə

E) bütün cavablar düzgündür


Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко « Внутренние болезни» , 1989.
795) Aşağıdakılardan hansı funksional ortostatik hipotoniyanın səbəblərinə aid deyil?

A) hipovolemiya

B) venoz tonusun azalması

C) ümumi periferik damar müqavimətinin azalması

D) hipervolemiya

E) ürəyə gələn venoz qanın həcminin azalması


Ədəbiyyat: А.С.Сметнев, А.А. Гроссу, Н.М. Шевченко « Синкопальные состояния в кардиологии» , 2001.

796) Fiziki yük zamanı bayılma daha çox hansı xəstələr üçün səciyyəvidir?

A) mitral stenozu olan

B) mitral stenozu və mitral çatışmazlığı olan

C) mitral çatışmazlığı olan

D) aortal stenozu olan

E) aortal çatışmazlığı olan


Ədəbiyyat: Н.М. Шевченко « Кардиология» , 2006.
797) Hansı antianginal prepara ortostatik hipotoniyaya səbəb ola bilər?

A) verapamil (finoptin)

B) kaptopril

C) anaprilin

D) nifedipin

E) nitrosorbid


Ədəbiyyat: A.B. Baxşəliyev « Kliniki farmakologiya» , 2004.
798) Verapamilin vena daxilinə yeridilməsi nəticəsində yaranan hipotoniyanı aradan qaldırmaq üçün seçim preparatı hansıdır?

A) plazmaəvəzedici məhlullar

B) efedrin

C) mezaton

D) kalsium xlorid (və ya kalsium qlükonat)

E) ürək qlikozidləri


Ədəbiyyat: A.B. Baxşəliyev « Kliniki farmakologiya» , 2004.
799) Aşağıdakı əlavə təsirlərdən hansı prazozinin istifadəsi zamanı yarana bilər ?

A) fotofobiya

B) bradikardiya

C) ortostatik hipotoniya

D) quru öskürək

E) ağızda quruluq


Ədəbiyyat: Ю. Белоусов, В.С. Моисеев, В.К. Лепахин « Клиническая фармакология и фармакотерапия. Руководство для врачей », 2000.

800) Miokard infarktlı xəstələrdə kəskin hipotoniya və bradikardiya yarandıqda hansı preparatların təyini əsas sayılır?

A) bütün cavablar düzdür

B) vena daxilinə mayenin (reopoliqlükin, 5%-li qlükoza məhlulu) köçürülməsi

C) vena daxilinə atropinin yeridilməsi

D) vena daxilinə noradrenalinin yeridilməsi

E) ürək qlikozidlərinin vena daxilinə yeridilməsi


Ədəbiyyat: В.А. Михайлов « Руководство для врачей скорой помощи», 1989.

801) Arterial təzyiq düşərkən (qanaxma zamanı), baroreseptorların impulsasiyası azaldığı zaman sinir siteminin hansı təsiri üstünlük təşkil edir?
A) parasimpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm artır, damar tonusu aşağı düşür

B) simpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm artır, damar tonusu aşağı düşür

C) simpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm azalır, damar tonusu yüksəlir

D) simpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm və damar tonusu yüksəlir

E) parasimpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm azalır, damar tonusu yüksəlir
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.52
802) Kəskin sol mədəсik çatışmazlığı zamanı hansı diuretikə üstünlük verilməlidir?

A) veroşpiron

B) hiqroton

C) diakarb

D) mannitol

E) furosemid


Ədəbiyyat: Ю.Р. Ковалев «Кардиология в вопросах и ответах», 2002.
803) Miokard infarktlı xəstələrdə ağciyər ödemi zamanı hansı preparat əks göstərişdir?

A) dobutamin

B) morfin

C) eufillin

D) laziks

E) heparin


Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.
804) Ağciyər ödemi zamanı dərman preparatının yeridilməsi ardıcıllığından hansı düzgündür?

A) morfın, arfonad, strofantin

B) morfin, laziks, nitratlar

C) nitratlar, eufillin, enalapril

D) eufillin, strofantin, laziks

E) laziks, pentamin, panangin


Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.
805) Ağ ciyər ödemi zamanı arterial təzyiqin endirilməsi məqsədi ilə hansı preparat məsləhət görülmür?

A) Natrium nitroprussid

B) Labetolol

C) Furosemid

D) Nitroqliserin

E) Enalaprilat


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 665
806) Hipotenziya fonunda ağciyər ödemi zamanı hansı preparat təyin edilir?

A) adrenalin

B) atropin

C) kordiamin

D) dopamin + natrium nitroprussid

E) strofantin


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.

807) Ağciyər ödeminin hansı ağırlaşmalarında morfinin işlədilməsi göstərişdir?

A) mədəciklərin fibrilyasiyası

B) beynə qansızma

C) hipertonik kriz

D) kollaps

E) qulaqcıqların səyriməsi


Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.

808) Ağciyər ödeminin farmakoterapiyasında hansı diuretikə üstünlük verilir?

A) furosemid

B) mannitol

C) higroton

D) diakarb

E) indapamid


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.

809) Miokard infarktlı xəstələrdə mədəcik ritm pozğunluqlarında seçim preparatı hansıdır?

A) lidokain

B) amiodaron

C) atenolol

D) xinidin

E) novokainamid


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.
810) Miokard infarktın yaranmasından sonra trombolizisin aparılması hansı ilkin saatlarda effektivdir?

A) 8 - 12 saat

B) 12 - 18 saat

C) 12 - 24 saat

D) 6 - 8 saat

E) 10 - 24 saat


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.
811) Kardiogen şokun reflektor formasında hansı tədbirlər ilkin olaraq həyata keçirilməlidir?

A) arterial təzyiqin yüksəldilməsi

B) miokardın revaskulyarizasiyası

C) neyroleptanalgeziya

D) plazmaəvəzedicilərin yeridilməsi

E) trombolizis


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.
812) Aritmik formalı kardiogen şokda hansı tədbirlər ilkin olaraq həyata keçirilməlidir ?

A) plazmaəvəzedicilərin infuziyası

B) arterial təzyiqin yüksəldilməsi

C) trombolizis

D) neyroleptanalgeziya

E) ritm pozğunluğunun təcili aradan qaldırılması


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.
813) Miokard infarktlı xəstələrdə yaranmış tez-tez rast gələn mədəcik ekstrasistoliyalarda birinci dərəcəli seçim preparatı nədir?

A) novokainamid

B) kordaron

C) verapamil

D) metoprolol

E) lidokain


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.
814) Hipovolemiya əlamətləri olan kəskin hipotoniya və şok zamanı hansı müalicə tədbirləri əsas sayılır?

A) vena daxilinə antikoaqulyatların yeridilməsi

B) bütün cavablar düzdür

C) vena daxilinə noradrenalinin yeridilməsi

D) vena daxilinə ürək qlikozidlərinin yeridilməsi

E) vena daxilinə plazmaəvəzedicilərin yeridilməsi


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.
815) Miokard infarktı zamanı kardiogen şokun yaranma səbəblərinə aşağıda qeyd olunanlardan hansı aid deyil?

A) sol mədəciyin cırılması

B) papilyar əzələ başının qırılması

C) perikardit

D) mədəcikarası çəpərin yarılması

E) sağ mədəciyin miokard infarktı


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.
816) Mədəciklərin fibrilyasiyası olan xəstələrdə elekroimpuls terapiyanın effektivliyi hansı preparatın tətbiqi zamanı artmış olur?

A) amiodaron

B) ritmilen

C) novokainamid

D) propafenon

E) obzidan


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.
817) Kəskin sol mədəcik çatışmazlığı fonunda hipertonik krizlərdə aşağıdakılardan hansı istifadə olunmur?

A) sidikqovucular

B) beta-adrenoblokatorlar

C) kalsium antaqonistləri

D) vazodilatatorlar

E) kalsium antaqonistləri və beta-adrenoblokatorlar


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.

818) Aortanın laylanan anevrizması zamanı hipertonik krizlərdə preparatların yeridilmə ardıcıllığından hansı doğrudur?

A) vazodilatatorlar, beta-blokatorlar

B) beta-blokatorlar, qanqlioblokatorlar

C) vazodilatatorlar, sidikqovucular

D) beta-blokatorlar, vazodilatatorlar

E) vazodilatatorlar, qanqlioblokatorlar


Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.

819) Aortanın laylanması ilə müşayiət olunan krizlərdə apressinin venadaxili yeridilməsi hansı fəsada gətirib çıxara bilər?

A) mədəciklərin fibrilyasiyası

B) ürəyin dayanması

C) aortanın yarılması

D) kollaps

E) ürəyin tamponadası


Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.

820) Hansı hallarda ağciyər ödemi zamanı ürək qlikozidlərinin işlədilməsi məqsədəuyğundur?

A) ümumi fikir yoxdur

B) hipotenziya

C) qulaqcıqların səyriməsinin taxisistolik forması və ümumi fikir yoxdur

D) qulaqcıqların səyriməsinin taxisistolik forması

E) kəskin miokard infarktı


Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.

821) Kəskin miokard infarktının durğunluq hemodinamik növündə yaranan ağciyər ödeminin müalicəsində hansının preparatın tətbiqi əks göstərişdir?

A) Morfin

B) β-adrenoblokator

C) Nitroqliserin, Na nitroprussid

D) Oksigen terapiyası

E) Furosemid


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 566

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə