Cü IL tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Kəskin koronar sindrom fonunda əgər ağ ciyərlərin ödemi ağrı sindromu ilə müşahidə edilirsə preparat seçimi hansıdır?



Yüklə 3,32 Mb.
səhifə25/32
tarix14.06.2018
ölçüsü3,32 Mb.
#53671
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

1025) Kəskin koronar sindrom fonunda əgər ağ ciyərlərin ödemi ağrı sindromu ilə müşahidə edilirsə preparat seçimi hansıdır?

A) Analqin

B) Fentanil

C) Morfin

D) Diklofenak

E) Promedol


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1026) Sağ mədəcik infarktı zamanı ağrı sindromunu götürmək üçün preparat seçimi hansıdır?

A) Morfin

B) Promedol

C) Fentanil

D) Diklofenak

E) Analqin


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1027) Miokard infarktının kəskin mərhələsində streptokinazanın optimal dozası hansıdır?

A) 500 min V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində

B) 300 min V, sonra 1,2 mln V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində

C) 1,5 mln V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində

D) 3 mln V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhluluda 30-60 dəqiqə ərzində

E) 750 min V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1028) ST seqmentinin qalxması olmayan kəskin koronar sindrom zamanı aspirinlə hansı preparatın terapiyası məqsədə uyğundur?

A) Aşağı molekulyar heparin və yaxud fondaparinuks

B) Qeyri düz antikoaqulyant

C) Heparin

D) Trombolitik

E) Klopidoqrel


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1029) Dopaminin infuziyasının maksimal sürəti kardiogen şok olan xəstələrdə nə qədərdir?

A) 20 mkq/kq/dəqiqə

B) 25 mkq/kq/dəqiqə

C) 7,5 mkq/kq/dəqiqə

D) 15 mkq/kq/dəqiqə

E) 30 mkq/kq/dəqiqə


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1030) Kəskin miokard infarktı zamanı səyrici aritmiyanın medikamentoz müalicəsi hansıdır?

A) Asparkam 2 həb gündə 3 dəfə

B) Verapamil, diltiazem-per os

C) Venadaxili diqitalizasiya

D) Ivabadrin 5 mq 1 həb x 2 dəfə

E) Venadaxili β-blokatorların təyini əgər əks göstərişləri yoxdursa


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007 .
1031) Miokard infarktı və ritm və keçirilicik pozulmaları olan xəstələrdə ürəyin müvəqqəti elektrokardiostimulyasiyaya göstərişləri hansıdır?

A) His dəstəsinin sağ ayaqcığının və sol ön şahənin kəskin əmələ gələn və proqressivləşən blokadası

B) Mobits I tipli 2 dərəcəli AV blokada

C) Sinus bradikardiyası və hipotoniya, mədəcik ekstrasistoliyası

D) Tam AV blokada və mədəcik kompleksinin nəzərə çarpan genişlənməsi

E) Tam AV blokada və normal mədəcik kompleksləri


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007 .
1032) Miokardın ağrısız işemiyasına nə aiddir?

A) Ağrı sindromu aritmiya ilə müşayət edilir

B) Ağrı sindromu ST seqmentinin depresssiysı ilə müşayət edilir

C) ST seqmentinin nəzərə çarpan depressiyasının epizodları stenokardik tutma ilə müşahidə edilmir

D) Fiziki yük sınağından sonra ST seqmentinin depressiyası qeyd edilmir

E) Stenokardik tutma ST seqmentinin nəzərə çarpan depressiyası ilə müşayət edilir


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1033) Reyno sindromlu stenokardiyalı xəstələrdə, antianqinal preparatların seçimi hansıdır?

A) β-blokatorlar

B) Molsidomin

C) Kalsium antaqonistləri

D) Nitratlar (monoterapiya)

E) AÇF inhibitoru


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
1034) Supraventrikulyar aritmiyalar zamanı antianqinal preparatın seçimi hansıdır?

A) Metoprolol, atenolol

B) Nitratlar

C) Preduktal MR

D) Amlodipin

E) Molsidomin


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1035) Mitral və aortal stenoz zamanı antianqinal preparatın seçimi hansıdır?

A) Kardioselektiv β-blokatorlar

B) AÇF inhibitoruı

C) Dihidropiridin qrupdan kalsium antaqonistləri

D) Verapamil, diltiazem

E) Nitratlar


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1036) Mitral və aortal çatmamazlıq zamanı antianqinal preparatın seçimi hansıdır?

A) AÇF inhibitorları

B) Nitratlar

C) Kalsium antaqonistlərinin dihidropiridin qrupu

D) Kardioselektiv β-blokatorlar

E) Verapamil, diltiazem


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
1037) ST seqmentinin qalxması olmayan kəskin koronar sindromun əlamətlərinə hansı aiddir?

A) ST seqmentinin 1 aparmada 2 mm qalxması

B) I, AVL aparmalarında ST seqmentinin 2 mm az olmayan qalxması

C) ST seqmentinin 2 mm və çox V1-V3 kimi aparmalarda qalxması

D) Iki qonşu aparmalarda mənfi T dişinin olması

E) Patoloji Q dişinin iki aparmada qalxması


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2005
1038) Kəskin koronar sindromun müalicəsində vena daxili təyinat üçün β–blokatorların seçimi hansıdır?

A) Daxili simpatomimetik fəallığı olan β–blokatorlar

B) Yüksək kardioselektiv uzunmüddətli β–blokatorlar

C) Vazodilyatasiya təsirli kardioselektiv β-blokatorlar

D) Vazodilyatasiya təsirli qeyri selektiv β-blokatorlar

E) Yüksək kardioselektiv qısa müddətli β–blokatorlar


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
1039) Kəskin koronar sindromla olan hansı xəstələrə trombolitiklər təyin edilir?

A) Əgər ST seqmeti iki qonşu və daha çox aparmalarda izoxəttdən yuxarı qalxıb

B) Əgər ST seqmenti izohətdən qalxmayib

C) Əgər kəskin Q dişsiz miokard infarktı qeyd edilir

D) Kəskin Q dişli miokard infarktlı xəstələrdə xəstəliyin əvvəlindən 12-18 saat keçəndən sonra

E) Əgər kəskin Q dişli miokad infarktı olan xəstədə xəstəliyin əvvəlindən 24 saat keçəndən sonra


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
1040) Miokard infarktının terapiyası zamanı hansı trombolitiklər daha çox letallığı azaldır?

A) Streptokinaza

B) Trombolitiklərin hamısı eyni dərəcədə letallığı azaldırlar

C) Urokinaza

D) Streptodekaza

E) Plazminoqenin aktivatorları


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1041) Ağ ciyərlərin ödemini götürmək üçün kiçik qan dövranınında damarlarında təzyiqin artması zamanı preparat seçimi hansıdır?

A) Nitroprussid natriumun vena daxili infuziyası normal və yüksək arterial təzyiqi olan xəstələrdə

B) Kalsium xloridin vena daxili təyini

C) Prednizolonun vena daxili təyini

D) Oksigenin inhalyasiyası

E) 20 mq furosemidin vena daxili təyini


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1042) Aterosklerozun inkişafında modifikasiya olunan (dəyişən) risk faktorlarına hansı aid deyil?
A) piylənmə

B) tütün çəkmək

C) arterial hipertenziya

D) 50 – 60 yaşdan yuxarı yaş həddi

E) qanda xolesterinin, triqliseridlərin və aterogen lipoproteinlərin artması
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 301
1043) Aterosklerozun inkişafında modifikasiya olunan (dəyişən) risk faktorlarına hansı aid deyildir ?
A) ilişikli irsiyyət

B) hiperhomosisteinemiya

C) karbohidrat mübadiləsinin pozğunluğu (hiperqlikemiya, şəkərli diabet)

D) hipodinamiya

E) yüksək sıxlıqlı lipoproteinlərin aşağı düşməsi
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 301
1044) Ürəyin işemik xəstəliklərində ən aşağı ölüm həddi ümumi xolesterinin hansı qatılığından az olduqda müşahidə olunur (mq/dl)?
A) 400

B) 500


C) 300

D) 600


E) 200
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 301
1045) Ürəyin işemik xəstəliklərində ölüm göstəricisinin mülayım yüksəlməsi ümumi xolesterinin hansı həddində müşahidə olunur (mmol/l)?
A) 8, 3 - 9, 5

B) 6, 7 - 7, 3

C) 5, 3 - 6, 5

D) 4, 2 - 5, 2

E) 7, 4 - 8, 2
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 301
1046) Ürəyin işemik xəstəliklərində ölümlə nəticələnmənin sayının birdən artması ümumi xolesterinin qatılığının hansı həddinnən yuxarı olduqda qeydə alınır (mmol/l)?
A) 7, 8

B) 5, 8


C) 6, 5

D) 4, 8


E) 7, 2
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 301
1047) Triqliseridlərin əsas daşıyıcı formasından biri hansı hissəcikdir?
A) Lipoprotein A

B) Apoprotein A - I

C) Xilomikronlar

D) Yüksək sıxlıqlı lipoproteinlər

E) Aşağı sıxlıqlı lipoproteinlər
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 303
1048) Xolesterinin əsas daşıyıcı forması hansı hissəcikdir?
A) Xilomikronlar

B) Apoprotein A - II

C) Çox aşağı sıxlıqlı lipoproteinlər

D) Aşağı sıxlıqlı lipoproteinlər

E) Yüksək sıxlıqlı lipoproteinlər
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 303
1049) Fosfolipidlərin əsas daşıyıcı forması hansı hissəcikdir?
A) Xilomikronlar

B) Çox aşağı sıxlıqlı lipoproteinlər

C) Yüksək sıxlıqlı lipoproteinlər

D) Aşağı sıxlıqlı lipoproteinlər

E) Apoprotein C
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 303
1050) Xilomikronlar 80 - 95% triqliseridlərdən ibarət ekzoqen (qida) triqliserid daşıyıcılarıdır. Onlar triqliseridləri nazik bağırsaqdan hara daşımırlar?
A) skelet əzələlərinə

B) miokarda

C) mimiki əzələlərə

D) saya əzələlərə

E) piy toxumasına
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 303
1051) Aterosklerozun formalaşmasına (ateroqenez) hansı proses aid deyil?
A) fəsadlaşmış aterosklerotik piləyin formalaşması

B) fibroz piləyin əmələ gəlməsi

C) lipid zolaqların əmələ gəlməsi

D) birləşdirici toxumanın əmələ gəlməsi

E) lipid ləkələrin əmələ gəlməsi
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 313
1052) Kliniki təcrübədə aterosklerozun əsasən hansı forması daha ağır fəsadlar törətmir?
A) koronar arteriyaların aterosklerozu

B) döş aortası və onun şaxələrinin aterosklerozu

C) periferik venaların aterosklerozu

D) qarın aortası və onun şaxələrinin aterosklerozu

E) periferik arteriyaların aterosklerozu
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 316
1053) Qanın plazmasında triqliseridlərin hansı həddi hiperlipidemiyanın diaqnostikasında orta və şərti yuxarı hədd hesab olunur (mmol/l)?
A) 5, 2

B) 2, 2


C) 1, 7

D) 4, 3


E) 3, 7
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 330
1054) 1965 ildə D. Fredrikson tərəfindən təqdim edilmiş təsnifata əsasən hiperlipidemiyanın neçə tipi mövcuddur?
A) III

B) VI


C) IV

D) II


E) V
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
1055) 1965 ildə D. Fredrikson tərəfindən təklif olunmuş təsnifata əsasən I tip hiperlipidemiyа nə ilə xarakterizə olunur?
A) çox aşağı sıxlıqlı lipoproteinlərin və həmcinin triqliseridlərin yüksək olmasıyla

B) aşağı sıxlıqlı lipoproteinlərin və ümumi xolesterinin xeyli yüksək konsentrasiyası ilə

C) xolesterinin normal konsentrasiyası fonunda çox aşağı sıxlıqlı lipoproteinlərin yüksək olmasıyla

D) xilomikronların (ac qarına) miqdarının yüksək olması və nəzərəçarpan hipertriqliseridemiya ilə

E) triqliseridlərin və patoloji dəyişmiş çox aşağı sıxlıqlı lipoproteinlərin yüksək olmasıyla
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
1056) 1965 - ci ildə D. Fredrikson tərəfindən təklif olunmuş təsnifata əsasən IIa tip hiperlipidemiyаya aşağıdakılardan hansı uyğun gəlmir?
A) aşağı sıxlıqlı lipoproteinlərin xeyli yüksək konsentrasiyası

B) ümumi xolesterinin xeyli yüksək konsentrasiyası

C) çox aşağı sıxlıqlı lipoproteinlərin normal miqdarı

D) xilomikronların miqdarının yüksək olması

E) triqliseridlərin normal miqdarı
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
1057) 1965 ildə D. Fredrikson tərəfindən təklif olunmuş təsnifata əsasən IIb tip hiperlipidemiyаya aşağıdakılardan hansı uyğun gəlmir?
A) çox aşağı sıxlıqlı lipoproteinlərin miqdarının mülayım artması

B) ümumi xolesterinin xeyli yüksək konsentrasiyası

C) aşağı sıxlıqlı lipoproteinlərin xeyli yüksək konsentrasiyası

D) aşağı sıxlıqlı lipoproteinlərin xeyli aşağı konsentrasiyası

E) triqliseridlərin miqdarının mülayım artması
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
1058) D. Fredrikson tərəfindən təklif olunmuş təsnifata əsasən III tip hiperlipidemiyaya aşağıdakılardan hansı uyğun gəlmir?
A) patoloji dəyişmiş çox aşağı sıxlıqlı lipoproteinlərin yüksək olması

B) patoloji dəyişmiş aşağı sıxlıqlı lipoproteinlərin yüksək olması

C) xolesterinin aşağı həddə olması

D) triqliseridlərin yüksək olması

E) xolesterinin yüksək olması
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
1059) 1965 - ci ildə D. Fredrikson tərəfindən təklif olunmuş təsnifata əsasən IV tip hiperlipidemiya hansı xüsüsiyyətə malik deyil?
A) triqliseridlərin yüksək həddə olması

B) aşağı sıxlıqlı lipoproinlərin normal olması

C) triqliseridlərin aşağı həddə olması

D) çox aşağı sıxlıqlı lipoproteinlərin yüksək həddə olması

E) xolesterinin miqdarının normal və ya yüngülcə yüksəlmiş olması
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
1060) 1965 - ci ildə D. Fredrikson tərəfindən təklif olunmuş təsnifata əsasən V tip hiperlipidemiyada sadalalanlardan hansının nəzərəçarpan yüksək olması müşahidə olunmur?
A) xilomikronların

B) ümumi xolesterinin

C) çox aşağı sıxlıqlı lipoproteinlərin

D) yuxarı sıxlıqlı lipoproteinlərin

E) triqliseridlərin
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
1061) Aterogenezdə hansı tip hiperlipidemiyalar daha çox əhəmiyyətlidir?
A) I, II, IV

B) II, III, IV

C) II, III, V

D) I, IV, V

E) I, III, V
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
1062) 40 - 60 yaşlı kişilərdə aterosklerozun kliniki və digər təzahürləri olmadıqda, xolesterinin aterogenlik əmsalı normada hansı həddi keçmir?
A) 4, 6 - 4, 9

B) 5, 0 - 5, 5

C) 3, 0 - 3, 5

D) 3, 6 - 3, 9

E) 4, 0 - 4, 5
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
1063) Mülayim riskli aterosklerozu olan xəstələrdə xolesterinin aterogenlik əmsalı hansı həddə olur?
A) 6, 0 - 7, 0

B) 5, 0 - 6, 0

C) 3, 0 - 4, 0

D) 7, 0 - 8, 0

E) 4, 0 - 5, 0
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
1064) Yüksək riskli aterosklerozu olan xəstələrdə xolesterinin aterogenlik əmsalı hansı göstəricidən çox olur?
A) 2, 5

B) 3, 5


C) 2, 0

D) 3, 0


E) 4, 0
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
1065) Hansı pozğunluq aterosklerotik piləyin destabilizasiyası hesab olunmur?
A) ateromatoz piləyin daxilində trombozun əmələ gəlməsi

B) lipid ləkələrin əmələ gəlməsi

C) ateromatoz piləyin daxilində qansızmanın yaranması

D) aterosklerotik örtüyün nazikləşməsi

E) fibroz kapsulanın dağılması, lipid nüvənin hissəvi boşalması
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
1066) Hansı faktorlar aterosklerotik piləyin destabilizasiyasının səbəbi hesab olunmur? (ASL - aşağı sıxlıqlı lipoproteid, LP - lipoproteid).
A) ASL və LP (α) - nın modifikasiyasına səbəb olan lipidlərin peroksid oksidləşməsinin olmaması

B) nəzərə çarpan fiziki yüklənmə hesabına gərginliyin yüksəlməsi

C) trombositlərin aqreqasiyasının yüksək olması

D) damarların endotelinə və fibroz qişasına oksidləşmiş ASL və LP (α) - nın təsiri

E) aortada yüksək təzyiq hesabına gərginliyin yüksəlməsi
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
1067) Aterosklerotik piləyin destabilizasiyasına səbəb olan faktorlara hansılar aid deyil?
A) aktivləşmiş iltihabı proses və trombositlərin aqreqasiyasının azalması

B) aşağı sıxlıqlı lipoproteidlərin modifikasiyasına səbəb olan lipidlərin peroksid oksidləşməsinin aktivləşməsi

C) neyrohumoral sistemin aktivliyini yüksəldən endotelin disfunksiyası

D) lipoproteid (α) modifikasiyasına səbəb olan lipidlərin peroksid oksidləşməsinin aktivləşməsi

E) aterosklerotik piləkdə aktiv iltihablaşma və immun reaksiya
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
1068) Təsdiq edilmiş aterosklerotik prosesi olan fəsadlaşmış aterosklerozlu pasiyentlərin müalicəsi və ikincili profilaktikasında hansı tədbir ikinci prinsip hesab olunur?
A) aterosklerotik piləyin mümkün destabilləşməsinin qarşısının alınması

B) hiperlipidemiyanının təsirinin aradan qaldırılması

C) tütün çəkmənin təsirinin zəiflədilməsi

D) arterial hipertenziyanın təsirinin aradan qaldırılması

E) piylənmənin təsirinin aradan qaldırılması
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
1069) Modifikasiya olunmuş (oksidləşmiş) aşağı sıxlıqlı lipoproteidlər nəyə səbəb olmur?
A) saya əzələ hüceyrələrinin proliferasiyasına və müvafiq olaraq, onların inkişaf faktorunun hasilatına

B) sitokinlərin və inkişaf faktorunu ifraz edən köpük hüceyrələrinin əmələ gəlməsinə

C) trombositlərin aqreqasiya və adqeziyasına

D) endotelin zədələnməsi və disfunksiyası hesabına endotelinlərin və digər vazokonstriktorların hasilatının artmasına

E) damar tonusunu requlə edən faktorlardan biri olan azot oksidinin damar endotelindən ifrazının artmasına
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 354
1070) Yanaşı piylənmə və ya artıq bədən çəkisi olan aterosklerozlu xəstələrdə diyetik müalicə ücün hansı prinsiplər formalaşmayıb?
A) tərkibində bişmə məmulatları əvəzində asan mənimsənilməyən karbohidratların istifadəsi (meyvə, tərəvəz və s.)

B) tərkibində bişmə məmulatları olan (şəkər, mürəbbə, konfet, bal və s.) asan mənimsənilən sadə karbohidratların istifadəsini məhdudlaşdırmamaq

C) fərdi seçilmiş qida rasionunun ümumi energetic dəyərinin aşağı salınması (gündəlik kalorini 2000 kkal qədər)

D) doymuş yağ turşularından istifadəni kəskin azaltmaq

E) qida rasionunda yüksək energetik dəyərə malik olan yağların miqdarının məhdudlaşdırmaq
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
1071) Aterosklerozlu xəstələrdə yanaşı piylənmə və ya artıq bədən çəkisi varsa, diyetik müalicəyə hansı prinsip uyğun deyil?
A) monodoymamış yağ turşularının istifadəsinin artırılması

B) polidoymamış yağ turşularının istifadəsinin artırılması

C) qida rasionunda yüksək energetik dəyərə malik zülal tərkibli ərzaqlardan istifadəni artırmaq

D) qida rasionunda sadə və mürəkkəb karbohidratların münasibətini dəyişmək (mürəkkəbdən daha çox istifadə etmək)

E) xolesterinlə zəngin ərzaqlardan istifadəni kəskin azaltmaq
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
1072) Ümumi xolesterin və aşağı sıxlıqlı lipoproteinlərin (IIа tip hiperlipidemiya) yüksək həddi olan aterosklerozlu xəstələrin müalicəsi ücün hansı dərman birinci seçim preparatı hesab olunur?
A) nikotin turşusu

B) fibratlar

C) statinlər

D) nikotin turşusunun törəmələri

E) öd turşusu sekvestrantları
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 363
1073) Hiperlipidemiyanın hansı tipinin müalicəsində fibron turşusunun törəmələrindən (fibratlar) istifadə olunmur?
A) V

B) IIа


C) III

D) IV


E) IIб
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 363
1074) Aterosklerozlu xəstələrin müalicəsi ücün lipantilin məsləhət görülən düzgün dozasını göstərin.
A) 300 mq sutkada 2 dəfə

B) 400 mq sutkada 1 dəfə

C) 100 mq sutkada 1 dəfə

D) 500 mq sutkada 1 dəfə

E) 200 mq sutkada 1 dəfə
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 364


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin