Cü IL tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Sağ mədəcik ekstrasistolalarının EKQ əlamətlərinə hansılar aiddir?



Yüklə 2,92 Mb.
səhifə22/26
tarix31.10.2017
ölçüsü2,92 Mb.
#23860
1   ...   18   19   20   21   22   23   24   25   26

970) Sağ mədəcik ekstrasistolalarının EKQ əlamətlərinə hansılar aiddir?

A) QRS kompleksi V1-6 aparmalarında His dəstəsi sol ayaqcığın blokadası üçün xarakterli olan QRS-ə bənzəyir

B) QRS kompleksi formaca V1-6 aparmalarında His dəstəsi sağ ayaqcığın blokadası

C) V1-3-də ST seqmentinin depressiyası

D) V5-6-da müsbət T dişi

E) Natamam kompensator pauza


Ədəbiyyat: V. N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
971) Mədəcik paroksizmal taxikardiyası EKQ əlamətlərinə hansılar aiddir?

A) Normal QRS-li taxikardiya, P` dişçiyi QRS üzərinə düşür

B) Normal QRS-li taxikardiya, QRS-dən əvvəl müsbət P`dişçiyi

C) QRS>0. 12”-lı taxikardiya, atrioventrikulyar dissosiasiya

D) QRS>0. 10”-0. 12”-lı taxikardiya, atrioventrikulyar dissosiasiya qeyd olunmur

E) QRS>0. 10”-0. 11”-lı taxikardiya, P` dişçiyi İİ, İİİ, AVF-də mənfi,və QRS-dən sonra yerləşməsi


Ədəbiyyat: V. N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
972) Sağ mədəcik paroksizmal taxikardiyasının EKQ dəyişikliklərinə hansılar aiddir?

A) QRS>0. 12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sol ayaqcığın blokadasını xatırladır, mədəciklərin zəbti

B) V1-6 aparmalarında dominə edən S dişçikli taxikardiya, mədəcik tutulması

C) QRS>0. 12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sağ ayaqcığın blokadasını xatırladır, AV dissosiasiya

D) QRS>0. 10”0. 11”-lı taxikardiya, II, III, AVF aparmalarında mənfi P dişçikləri

E) QRS-dən əvvəl mənfi P` dişçyi və V1-6 aparmalarında dominə edən R dişçikli taxikardiya,


Ədəbiyyat: V. N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
973) Sol mədəcik paroksizmal taxikardiyasının EKQ dəyişikliklərinə hansılar aiddir?

A) V1-6 aparmalarında dominə edən S dişçiyi ilə taxikardiya, mədəciklərin tutulması

B) Bütün döş aparmalarında dominə edən R dişçiyi ilə taxikardiya, atrioventrikulyar dissosiasiya

C) QRS>0. 10”-0. 11”-lı taxikardiya, P`dişçiyi İİ, İİİ, AVF aparmalarında mənfi və QRS-dən sonra yerləşməsi

D) QRS>0. 12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sağ ayaqcığın blokadasını xatırladır, atrioventrikulyar dissosiasiya

E) QRS>0. 12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sol ayaqcığın blokadasını xatırladır, mədəcik yığılmalarının sayı 1 dəq-də 60-140


Ədəbiyyat: V. N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
974) II dərəcə, tip 2 (Mobits II) sinoaurikulyar blokadanın EKQ dəyişikliklərinə hansı aiddir?

A) PQRST-in itməsi və düşmədən əvvəl PP intervalının qısalması

B) Yalnız PQRST-in itməsi zamanı sıçrayan komplekslər

C) PQRST-in itməsi və düşmədən əvvəl PP intervalının uzanması

D) PQRST-in itməsi və düşmədən əvvəl və sonra normal PP

E) Patoloji dəyişiklik qeyd olunmur


Ədəbiyyat: V. N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
975) Hansı antiaritmik preparatlar qanda ürək qlikozidlərinin konsentrasiyasını artırır?

A) Etasizin

B) Dizopiramid

C) Novokainamid

D) Kordaron

E) Propanalol


Ədəbiyyat: V. N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
976) Xinidinin hansı vəziyyətlərdə istifadəsi məsləhətdir?

A) Ürək çatışmazlığı olan xəstələrdə qulaqçıqların səyrimə və titrəməsi

B) Durğunluq ürək çatışmazlığı

C) Sinoatrial və AV blokada

D) Miokard infarktı keçirmiş xəstələrdə qulaqçıqların səyrimə və titrəməsi

E) İdiopatik qulaqcıq səyrimə və titrəməsi


Ədəbiyyat: V. N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
977) Adenozinin hansı vəziyyətlərdə istifadəsi məsləhətdir?

A) Kəskin miokard infarktı zamanı polimorf mədəcik taxikardiyası

B) İnfarktdansonrakı kardioskleroz zamanı mədəcik taxikardiyası

C) Dilatasyon KMP-li xəstələrdə sinus düyününün zəifliyi sindromu

D) Anadangəlmə QT-nin uzanması sindromu ilə olan xəstələrdə polimorf mədəcik taxikardiyası

E) ÜİX zamanı AV düyün taxikardiyası


Ədəbiyyat: V. N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
978) Lidokainin hansı vəziyyətlərdə istifadəsi məsləhətdir?

A) Supraventrikulyar ekstrasistolalar

B) Supraventrikulyar paroksizmal taxikardiyalar

C) WPW sindromu zamanı qulaqcıqların səyrimə və titrəməsi

D) QT-nin uzanması sindromu olan xəstələrdə polimorf mədəcik taxikardiyası

E) Qulaqcıqların səyrimə və titrəməsi


Ədəbiyyat: V. N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
979) Verapamil hansı ritm pozulmasını aradan götürmək üçün istifadə olunur?

A) WPW sindromu zamanı qulaqcıq səyrimə və titrəməsi paroksizmləri

B) Miokard infarktlı xəstələrdə qrup şəkilli mədəcik ekstrasistolaları

C) İnfarktdansonrakı kardioskleroz zamanı mədəcik taxikardiyası

D) Polimorf qulaqcıq və AV taxikardiyalar

E) Anadangəlmə QT intervalının uzanması olan xəstələrdə polimorf mədəcik taxikardiyası


Ədəbiyyat: V. N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
980) Frederik sindromunun EKQ xarakteristikasına hansı aiddir?

A) P dişi müsbət, QRS 0. 12-yə qədər genişlənib, RR intervalı bərabər

B) PQ stabil və QRS kompleksinin periodik düşməsi

C) P dişi qeyd olunur, f dalğaları yoxdur, QRSnormal, RR qeyri-bərabər, ÜVS>90

D) QRS>0. 12, P dişi yoxdur, ÜYS<40

E) P dişi qeyd olunmur, f dalğaların qeydi, QRS>0. 20” geniş, RR bərabər, ÜVS<40


Ədəbiyyat: V. N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
981) Distal tip tam AV blokada üçün xas olan dəyişikliklər hansıdır?

A) Qulaqcıq və mədəciklərin fəaliyyətində dissosiasiya, interval RR


0. 12, geniş

B) Qulaqcıq və mədəciklərin fəaliyyətində dissosiasiya, interval PP0. 12, geniş

C) QRS>0. 12, PQ intervalı stabil, periodik mədəcik kompleksinin itməsi

D) P dişi yoxdur, QRS>0. 12, ÜVS<40

E) PQRST-nin düşməsi
Ədəbiyyat: V. N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
982) His dəstəsi sol ayaqcığının tam blokadasının dəyişikliklərinə hansı aiddir?

A) QRS>0. 12”, V5-6 aparmalarında QS şəklində, ST seqmenti izoxətdən aşağı, T dişi mənfi

B) QRS>0. 12”, V5-6 aparmalarında R şəklində, ST –nin depressiyası, T mənfi

C) QRS>0. 12”, V5-6 aparmalarında R şəklində,ÜVS <40

D) QRS 0. 06”-0. 09, V5-6 aparmalarında qR şəklində

E) QRS>0. 12”, V5-6 aparmalarında qR şəklində, ST seqmenti izoxətdən yuxarı,


Ədəbiyyat: V. N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
983) His dəstəsinin sağ ayaqcığının və sol ön şaxəsinin blokadası üçün xarakter dəyişikliklər hansıdır?

A) V1-2 aparmalarında QRS>0. 12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) sağa meyilli

B) V1-2 aparmalarında QRS>0. 12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) kəskin sağa meylli

C) V1-2 aparmalarında QRS>0. 12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) kəskin sola meylli

D) V1-2 aparmalarında QRS>0. 12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) dəyişmir

E) V1-2 aparmalarında QRS>0. 12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) mülayim sola meylli


Ədəbiyyat: V. N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
984) AV düyün taxikardiyası üçün xarakter EKQ dəyişikliklərə hansılar aiddir?

A) QRS>0. 12 olan taxikardiya

B) Normal QRS və P dişinin olmaması ilə gedən taxikardiya

C) Normal QRS-li və II, III, AVF-də mənfi P` dişi olan taxikardiya

D) Normal QRS və QRS-dən əvvəl müsbət P dişi(sinusdan fərqli)

E) Normal QRS və ST seqmenti və ya T dişində P dişi olan taxikardiya


Ədəbiyyat: V. N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
985) Hansı preparat I "A" antiaritmik sinfinə aiddir?

A) Difenin, diltiazem

B) Lidokain, etmozin

C) Xinidin, novokainamid

D) Kordaron, verapamil

E) Trimekain, nadolol


Ədəbiyyat: V. N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
986) 1”B”antiaritmik dərmanlara sinfinə aid olan hansıdır?

A) Verapamil, aymalin

B) Ritmilen, etasizin

C) Lidokain, trimekain

D) Propafenon, obzidan

E) Kordaron, diltiazem


Ədəbiyyat: V. N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
987) II sinif antiaritmik preparatlar hansıdır?

A) Propanolol, nadolol

B) Diltiazem, difenin

C) Lidokain, aymalin

D) Kordaron, novokainamid

E) Etasizin, verapamil


Ədəbiyyat: V. N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
988) III sinif antiaritmik preparatlara hansılar aiddir ?

A) Obzidan, trimekain

B) Ritmilen, propafenon

C) Lidokain, diltiazem

D) Amiodaron, bretiliy tozilat

E) Timolol, allapinin


Ədəbiyyat: V. N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
989) IV sinif antiaritmik preparatlara hansılar aiddır?

A) Novokainamid, lidokain

B) Timolol, aymalin

C) Trimekain, sotalol

D) Verapamil, diltiazem

E) Kordaron, anaprilin


Ədəbiyyat: V. N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
990) Polimorf mədəcik taxikardiyasının aradan qaldırılması üçün preparat seçimi hansıdır?

A) Adenozin, verapamil

B) β-blokatorlar

C) Sotalol

D) Ürək qlikozidləri

E) Maqnezium sulfat, lidokain


Ədəbiyyat: V. N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
991) Resiprok AV düyün taxikardiyasının aradan qaldırılması üçün preparat seçimi hansıdır?

A) Adenozin (ATF), verapamil

B) Lidokain

C) Xinidin

D) Etasizin

E) Maqneziy sulfat


Ədəbiyyat: V. N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
992) Hansı antiaritmik preparatl QT intervalının davamiyyətini azaldır?

A) Dizopiramid

B) Sotalol

C) Atenolol

D) Kordaron

E) Novokainamid


Ədəbiyyat: V. N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
993) Vaqus sınaqlarının (Valsalv sınağı, karotid sinusun masajı) köməyi ilə aşağıda göstərilən ritm pozulmalarından hansını aradan götürmək olmur?

A) Resiprok AV taxikardiya

B) Polimorf mədəcik və mədəcik taxikardiyası

C) Sinoatrial taxikardiya

D) Qulaqcıq səyrimə və titrəməsinin paroksizmi

E) Qulaqcıq taxikardiyası


Ədəbiyyat: I. A. Latfullin “Kliniki aritmologiya” 2002.
994) Qulaqcıqlarda hansı düyünlərarası yol ilə sinoatrial düyündən atrioventrikuiyar düyünə oyanma ötürülmür?
A) Baxman və Torel düyünlərarası yollarla

B) Baxman düyünlərarası yol ilə

C) Torel düyünlərarası yol ilə

D) Venkebax düyünlərarası yol ilə

E) Hiss dəstəsi ilə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 16
995) Normada qulaqcıqlarda oyanmanın ötürülmə sürəti nə qədərdir?
A) 30 – 80 sm/s

B) 90 – 100 sm/s

C) 10 – 30 sm/s

D) 80 – 90 sm/s

E) 10 – sm/s qədər
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 16
996) Miokardın enmiş inotrop funksiyası zamanı tələb olunan dəqiqəlik həcmi uzun müddət normal ölçüdə nəyin hesabına saxlanılır?
A) ürək əzələsinin gərginliyinin artması, mədəciyin son diastolik həcminin yüksəlməsi və Frank-Starlinq mexanizminin qoşulması

B) Frank-Starlinq mexanizminin qoşulması

C) ürək əzələsinin gərginliyinin artması və mədəciyin son diastolik həcminin yüksəlməsi

D) mədəciyin son diastolik təzyiqin yüksəlməsi

E) ağ ciyər arteriyasında təzyiqin artması və Frank-Starlinq mexanizminin qoşulması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 35
997) Sinus bradikardiyasında ön yüklənmənin və mədəciklərin son diastolic həcminin təyinində rolu olan faktorlardan biri hesab olunan diastolanın ümumi davamiyyətinin uzanmaı zamanı nə baş verir?

A) qulaqcıqların dolması zəifləyir

B) mədəciklərin dolması zəifləyir

C) qulaqcıqların və mədəciklərin birgə dolması zəifləyir

D) mədəciklərin dolması artır

E) qulaqcıqların dolması artır


Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 34
998) Səyriyici aritmiya zamanı ürək atımı-dəqiqəlik həcm necə dəyişir?
A) 30–35% artır

B) 15–25% artır

C) 15–25% azalır

D) 10–20% azalır

E) 50% artır
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. ,36
999) Parasimpatik sinirlərin oyanması nə ilə müşayət olunur?
A) atrioventrikulyar düyündə keçiriciliyin artmasıyla (müsbət dromotrop effekt) , ürək əzələsinin yığılma gücünün və sürətinin artmasıyla (müsbət inotrop effekt)

B) atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta keçiriciliyin tam blokada halına düşməsilə (mənfi dromotrop effekt) , ürək əzələsinin yığılma gücünün və sürətinin artmasıyla (müsbət inotrop effekt)

C) atrioventrikulyar düyündə keçiriciliyin artmasıyla (müsbət dromotrop effekt) , ürək əzələsinin yığılma gücünün və sürətinin zəifləməsilə (mənfi inotrop effekt)

D) atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta keçiriciliyin tam blokada halına düşməsilə (mənfi dromotrop effekt) , ürək əzələsinin yığılma gücünün və sürətinin zəifləməsilə (mənfi inotrop effekt)

E) atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta keçriciliyin tam blokada halına düşməsilə (mənfi dromotrop effekt) , ürək əzələsinin yığılma gücünün və sürətinin dəyişilməməsilə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. ,40
1000) Aritmiyaların əmələ gəlməsinin elektrofizioloji mexanizmlərinin, xüsusilə impulsun pozulmasının meydana çıxması səbəbinin əsasında nə durmur?
A) kardiomiositlərin ixtisaslaşmış hüceyrələrində patoloji avtomatizmin meydana çıxması (ektopik aktivləşmə)

B) təkmilləşmiş və yığılma qabiliyyətli hüceyrələrin trigger (yönəldilmiş) aktivləşməsi

C) impulsun dekrement (sönən), eyni zamanda qeyri - bərabər keçiriciliyi

D) sinoaurikulər düyünün normal avtomatizminin dəyişikliyi

E) keciricilik sistemi hüceyrələrində patoloji avtomatizmin əmələ gəlməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1001) Hansı elektrolit mübadilə pozğunluqlarında ürək ritminin pozulması əsasən baş vermir?
A) hiperkaliemiya

B) hiponatriemiya

C) hipomaqniemiya

D) hipokaliemiya

E) hiperkalsiemiya
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1002) İmpulsun keçiricilik pozğunluğu hansı hallarda baş vermir?
A) parasistolik aktivləşmədə

B) sadə fizioloji refrakterliyin patoloji uzanmasında

C) oyanma dalğası təkrar daxil olduqda (re - entry)

D) sadə fizioloji refrakterlikdə

E) impulsun dekrement (enən), qeyri - bərabər keçiriciliyində
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1003) Hansı hallarda impulsun əmələ gəlməsi və ötürülməsinin kombinasiya olunmuş pozğunluğu baş vermir?
A) sadə fizioloji refrakterlik və ya onun patoloji uzanmasında

B) oyanma dalğası təkrar daxil olduqda (re - entry)

C) membranın hipopolyarizasiyası + sərhədd potensialının müsbətə doğru yerini dəyişməsi

D) membranın hipopolyarizasiyası + tezləşmiş diastolik depolyarizasiya

E) parasistolik aktivləşmədə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1004) Sinus taxikardiyasının meydana çıxmasına səbəb olan ekstrakardial faktorlara hansı səbəblər aid deyil?
A) periferik vazodilatatorların istifadəsi

B) hipertireoz

C) hərarət

D) β - adrenoblokatorların istifadəsi

E) kəskin damar çatışmazlığı
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
1005) Sinus taxikardiyasının meydana çıxmasına səbəb olan ekstrakardial faktorlara hansı səbəblər aid deyil?
A) anemiyalar

B) kəllədaxili təzyiqin artması

C) simpatomimetiklərdən istifadə olunması

D) tənəffüs çatışmazlığı

E) simpatikoadrenal sistemin aktivləşməsilə müşayiət olunan neyrosirkulyator distoniyanın bəzi variantları
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
1006) Sinus taxikardiyasının intrakardial formasının daha tez - tez rast gəlinən səbəbləri hansı xəstəlik hesab olunmur?
A) hipotireoz

B) kəskin miokardit

C) ağır stenokardik tutması olan ürəyin işemik xəstəliyi

D) miokardın infarktı

E) xroniki ürək çatışmazlığı
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
1007) Sinoaurikulyar düyünə toksiki təsirlərin və ya parasimpatik sinir sisteminin (vaqus təsirli) aktivliyinin üstünlüyü hesabına yaranan ekstrakardial forma sinus bradikardiyasının səbəblərinə hansı hallar aid deyil?
A) ürək qlikozidlərinin artıq dozada istifadəsi

B) hipotireoz

C) β - adrenoblokatorların artıq dozada istifadəsi

D) kəllədaxili təzyiqin artması

E) tənəffüs çatışmazlığı
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 203 - 204
1008) Ekstrakardial forma sinus bradikardiyasının səbəblərinə hansı pozğunluqlar aid deyil?
A) obturasion sarılıq

B) hiperkalsiemiya

C) hipotermiya

D) metabolik alkaloz

E) miokardın infarktı
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, 203 - 204
1009) Sinus ritminə aid olan EKQ - nı təsvir edin
A) PII və PIII dişləri mənfidir

B) Hər bir P - QRS kompleksində qeyri - sinus aparıcı ritmin olması (qulaqcıq, atrioventrikulyar birləşmədən və ya mədəciklərdən çıxan)

C) R - R intervalı özündən əvvəlki sürüşən ektopik kompleksdəkinə nisbətən uzanıb, lakin ondan sonra gələn R - R intervalı normaldır və ya qısadır

D) Mənbəyi atrioventrikulyar birləşmədən və ya mədəciklərdən çıxan impulslar hesab olunan tək - tək qeyri - sinus kompleksləri

E) РII dişi müsbətdir və hər bir QRS mədəcik kompleksinin önündə yerləşir, bütün Р dişlərinin formaları bir aparmada eynidir
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 188
1010) Aşağı şöbələrdən çıxan qulaqcıq ritminin EKQ - nı təsvir edin
A) PII və PIII dişləri mənfidir və hər bir Р dişinın ardınca dəyişilməmiş QRS kompleksi gəlir

B) Р dişi bütün aparmalarda ikifazalıdır və QRS mədəcik kompleksindən öndə yerləşir

C) PII və PIII dişləri ikifazalıdır, digər aparmalardakı P dişləri müsbətdir, QRS kompleksləri genişlənmişdir

D) Р dişlərinin forması bütün aparmalarda eynidir və müsbətdir, QRS kompleksi V1, 2 aparmalarında genışlənib

E) PII və PIII dişləri mənfidir və hər bir Р dişinin ardınca genışlənmiş QRS kompleksi gəlir
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 188
1011) Ektopik mərkəzlərin üstün olması səbəbindən yaranan heterotop ritmə aid olmayan aritmiyanı qeyd edin?
A) aparıcı supraventrikulyar ritmin miqrasiyası

B) ləng (əvəz edici) sürüşən qulaqcıq komplekslər və ritmlər

C) parasistoliya

D) sürətlənmiş ektopik ritmlər (qeyri paroksizmal taxikardiyalar)

E) atrioventrikulər düyünündən ləng (əvəz edici) sürüşən komplekslər və ritmlər
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 200
1012) Keçiriciliyin pozulması ilə baş verən aritmiyalara aid deyil:
A) sinoatrial blokada

B) qulaqcıq daxili (qulaqcıqlararası) blokada

C) monofassikulyar mədəcikdaxili blokadalar (Hiss dəstəsinin ayaqcıqlarının blokadası)

D) atrioventrikulyar blokada

E) aparıcı supraventrikulyar ritmin miqrasiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр. 201
1013) Hansı aritmiya keçiriciliyin pozulmasına aid deyil?
A) Sürətlənmiş ektopik ritmlər (qeyri paroksizmal taxikardiyalar)

B) WPW sindromu (mədəciklərin vaxtından əvvəl oyanma sindromu)

C) Mədəciklərin asistoliyası

D) PQ intervalının qısalma sindromu (mədəciklərin vaxtından əvvəl oyanma sindromu)

E) İkişaxəli mədəcikdaxili blokadalar (Hiss dəstəsinin ayaqcıqlarının blokadası)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
1014) Nəzərəçarpan sinus taxikardiyasında EKQ - də hansı dəyişiklər müşahidə olunmur?
A) P - Q(R) intervalının qısalması (lakin 0, 12 san az olmayaraq) və QT interval müddətinin qısalması

B) P dişinin formasının və qütbünün bir aparmadan digərinə doğru yavaş - yavaş dəyişməsi

C) RS - T seqmentinin çəp qalxan depressiyası (lakin izoxətdən aşağı 1, 0 mm - dən çox olmayaraq)

D) T dişinin amplitudasının artması və ya azalması

E) PI, PII, PaVF - ın amplitudalarının artması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 203
1015) Sinus bradikardiyasında EKQ - də hansı dəyişiklər müşahidə olunmur?
A) РI, PII, PaVF dişinin müsbət olması

B) РV4 - V6 dişlərinin müsbət olması

C) Düzgün sinus rirtminin saxlanılması

D) РI, PII, PaVF –ın amplitudalarının artması

E) Ürək vurğularının sayının dəq. 59 və daha aşağı enməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 203
1016) Sinus aritmiyasının tənəffüs formasında (tənəffüsü saxlayarkən) aritmiyanın itməsi ilə bərabər EKQ - də R - R intervallarının müddətinin dəyişməsi necə saniyədən cox deyil?
A) 0, 12

B) 0, 06


C) 0, 08

D) 0, 10


E) 0, 15
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 205
1017) Mədəcik taxikardiyasının (MT) “piruet” tipinin EKQ əlamətlərinə aid deyil:
A) MT tutmaları olmadan EKQ - də Q - Т intervalının əhəmiyyətli uzanması qeyd olunur

B) Mədəcik ritmlərinin sayı dəq. 150 - 250 vurğu təşkil edir, 0, 2 - 0, 3 san həddində dəyişən R - R intervalıyla qeyri - düz ritm

C) MT paroksizmi adətən bir neçə saniyə davam edir, öz - özünə keçir (dəyişkən MT), lakin tutmaların dəfələrlə yenidən əmələ gəlməyə meyilliyi var

D) QRS kompleksi böyük olmayan amplitudada olur və onların davamlılığı 0, 11san - ı keçmir

E) MT tutmalarını mədəcik ekstrasistoliyaları provokasiya edir və QRS - ın davamiyyəti 0, 12 san kecir
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 240
1018) I dərəcəli qulaqcıqlararası blokadanın EKQ əlamətlərinə aid deyil:
A) P dişlərinin diş - diş olması (dəyişkən əlamət)

B) Sinus ritmi, lakin qeyri düzdür, periodik olaraq tək - tək ürək siklləri düşür (P - QRST kompleksləri)

C) Ətraf aparmalarında P dişinin müddəti daimi (hər bir ürək siklində) artması

D) Ətraf aparmalarında P dişinin müddətinin daimi 0, 11 san çox olması

E) P dişlərinin parçalanması (dəyişkən əlamət)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 244


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin