Cü IL tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 2,92 Mb.
səhifə26/26
tarix31.10.2017
ölçüsü2,92 Mb.
#23860
1   ...   18   19   20   21   22   23   24   25   26

1134) Ürək çatışmazlığın struktur pozulmalarına əsaslanan (ACC/AHA) təsnifatındakı B mərhələ şikayət və fiziki fəaliyyətə əsaslanan (NYHA) təsnifatındakı hansı funksional sinfə uyğun gəlir? (ACC - Amerika Kardiologiya Kolleci, AHA - Amerika Ürək Assosiasiyası, NYHA - Nyu - York Ürək Assosiasiyası)
A) Sinif I

B) Sinif III

C) Sinif V

D) Sinif IV

E) Sinif II
Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 11
1135) Xroniki ürək çatışmazlığına (XÜÇ - ə) xas olan şikayətlər hansılardır?

1. sakit vəziyyətdə və ya fiziki gərginlik zamanı təngnəfəslik

2. ümumi zəiflik, tez yorulma

3. üzün şişkinliyi

4. baş qicəllənmə

5. aşağı ətraflarda ödem
A) 2, 3, 4

B) 1 , 3, 5

C) 1, 3, 4

D) 2, 3, 5

E) 1, 2, 5
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13
1136) Xroniki ürək çatışmazlığına (XÜÇ - ə) xas olan əlamətlər hansılardır?

1. taxikardiya, taxipnoe, ağ ciyərlərin aşağı paylarında kiçik qabarcıqlı yaş xırıltılar

2. plevra boşluqlarında transudat (mayenin) yığılması, vidaci venalarda şişkinlik (venoz təzyiqin artması nəticəsində)

3. əllərdə tremor

4. sağ ətrafların zəifləməsi

5. periferik ödemlər, hepatomeqaliya
A) 3, 4, 5

B) 1, 2, 4

C) 1, 3, 5

D) 1, 2, 5

E) 2, 4, 5
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13
1137) Ürəyin işemik xəstəliyi ürək çatışmazlığı olan xəstələrin neçə faizində başlanğıc səbəb kimi çıxış edir?
A) 0, 01 %

B) 70 %


C) 50 %

D) 3 %


E) 100 %
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13
1138) Nikotin turşusunun qəbulu hansı xəstəliklər zamanı əks göstəriş deyil?
A) podaqrada

B) arterial hipertoniyanın ağır formalarında

C) hamiləlik və döş əmizdirmədə

D) xroniki qastritdə

E) mədə və onikibarmaq bağırsaq xorasında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 366
1139) Nikotin turşusunun qəbulu hansı xəstəliklər zamanı əks göstərişdir?
A) böyrəklərin funksional vəziyyətinin enməsində

B) sinus düyününün zəifləməsi sindromunda

C) preparata yüksək həssaslıq olmadıqda

D) qara ciyərin funksional vəziyyətinin zəifləməsi və ağır xəstəliklərində

E) böyrəklərin xroniki xəstəliklərində
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 366
1140) Normada kiçik damarlarda qanaxma onların zədələnməsi zamanı neçə dəqiqə ərzində dayanır?
A) 10 - 11

B) 6 - 7


C) 8 - 9

D) 1 - 3


E) 4 - 5
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 377
1141) Kiçik damarlarda qanaxmanın dayanmasında hansı səbəb rol oynamır?
A) qan damar divarının zədələnməsi

B) zədələnmiş endoteldən azot oksidi və prostasiklin PGl2 - in ifraz olunması

C) trombositlərin adqeziyası və aqreqasiyası

D) subendotelial toxuma strukturasının, xüsusilə, kollagenin çılpaqlaşması

E) kiçik damarların spazmı
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 377
1142) Hansı xəstəlik və ya sindromun adı ürəyin işemik xəstəliyinin nisbi nadir səbəbi kimi ingilis dilli ədəbiyyatda çəkilmir?
A) Döş aortasının laylanan anevrızması

B) Sifilitik aortit

C) Iltihablaşmış koronaritlər

D) Koronar arteriyalarda anadangəlmə inkişaf anomaliyaları

E) Irsiyyət və emosional stres
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 368
1143) Kiçik damarların zədələnməsi zamanı yaranan qanaxmanın dayanmasında hansı proses təkanverici rol oynamır?
A) Trombositlərin aqreqasiyası və trombositar trombun əmələ gəlməsi (ağ trombun)

B) Kollagen və Villebrand faktorunun təsirindən trombositlərin aktivləşməsi

C) Kollaqen liflərin və trombositlərin Ib reseptorları arasında körpünün əmələ gəlməsi

D) Simpatik-adrenal sistemin aktivliyinin və katexolaminlərin qatılığının azalması

E) Zədələnmiş damarların subendotelinə trombositlərin adqeziyası (yapışması)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 377
1144) Zədələnmiş hüceyrələrdən ayrılan hansı toxuma elementinin təsirindən trombositlərin aqreqasiya qabiliyyəti yüksəlmir?
A) Adenozin difosfatın

B) Serotoninin

C) Elastinin

D) Katexolaminlərin

E) Kollagenin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 377
1145) Kollagenin və subendotelidə olan Villebrand adlanan faktorun təsirindən, trombositar - damar və koaqulyasion sistemin normal fəaliyyətini saxlamag məqsədilə trombositlərdə nə baş vermir?
A) Şişərək, tikan uclu cıxıntılar əmələ gətirməsi

B) Öz formasını dəyişməsi

C) Həcmin artması və partlaması

D) Adgeziyaya uğraması

E) Tez aktivləşməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 377
1146) Hansı faktorlar birincili damar - trombositar hemostazına təsir etmir?
A) Trombositlərin membranlarında Ib və IIb qlikoproteinlərin olmaması

B) Trombositlərdə araxidon turşusundan tromboksan А2 və prostasiklinin normal sintezi

C) Fibrinogenlə spesifik reaksiyaya girən aktivləşmiş trombositlərin membranlarında IIb və IIIа qlikoproteinlərın mövcudluğu

D) Qanda trombositlərin sayı, adgeziyası və aqreqasiyasına səbəb olan VIII Villebrand faktoru

E) Zədələnmiş damarın kollagen liflərinə lövhəciklərin adgeziyasını təmin edən trombositlərin membranlarında Ib qlikoproteinin mövcudluğu
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 50, 380
1147) Stabil stenokardiyalı xəstələrdə stenozlaşmış koronar ateroskleroz fonunda gərginlik stenokardiyasının əmələ gəlməsi əsasən hansı dəyişikliyin hesabına provokasiya olunur?
A) Həcmli damarların adekvat genişlənməsiylə müşayiət olunan miokardın qlükozaya tələbatının artmasıyla

B) Kompensasiya edici damarların adekvat genişlənməsiylə müşayiət olunan miokardın oksigenə tələbatının artmasıyla

C) Kapilyarların adekvat genişlənməsiylə müşayiət olunan miokardın qlükozaya tələbatının artmasıyla

D) Periferik damarların adekvat genişlənməsiylə müşayiət olunan miokardın oksigenə tələbatının artmasıyla

E) Rezistiv koronar arteriyaların adekvat genişlənməsiylə müşayiət olunmayan miokardın oksigenə tələbatının artmasıyla
Ədəbiyyat: 1) Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 50, 388. 2) Н. Н. Зайко, Ю. В. Быць и др. Патологическая физиология. Москва, 1996, стр. 425
1148) Hansı bəzi xəstəlik və sindromları, eyni zamanda ürək əzələsinin zədələnməsi ilə müşayiət olunan, işemik xəstəliklərinin nisbətən nadir səbəbi hesab etmirlər?
A) Sifilitik aortit

B) Iltihablaşmış koronaritlər (düyünlü periarteriitlər, birləşdirici toxumanın sistem xəstəlikləri)

C) Döş aortasının laylanan anevrizması

D) Koronar arteriyanın trombozu (eyni zamanda mikrotrombların əmələ gəlməsi)

E) Koronar arteriyanın anadangəlmə inkişaf anomaliyaları
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 368
1149) Hansı hallarda adenozin (ATF) seçim preparatı sayılır?
A) Tez-tez baş verən mədəciküstü ekstrasistoliyalı xəstələrin müalicəsi ücün

B) Qulaqcıqların səyriməsində ürək vurğularının sayına nəzarət məqsədilə

C) Digər antiaritmik maddələrə refrakter hesab olunan mədəcik taxikardiyasında

D) “piruet” tipli mədəcik taxikardiyaların qarşısını almaq ücün

E) Atrioventrikulyar resiprok taxikardiyaların qarşısını almaq ücün
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 273
1150) Hansı elektrolit dəyişikliklərində daha tez ritm pozğunluqları əmələ qəlmir?
A) Hiperkalsiemiya

B) Hiponatriemiya

C) Hiperkaliemiya

D) Hipomaqniemiya

E) Hipokaliemiya
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 172
1151) Trombositar hemostazın aktivləşməsi, ən azı damardaxili trombun əmələ gəlməsinə, həmçinin, trombdan və aterosklerotik piləgdən qopan hissə ilə distal yerləşmiş tac damarın embollarla tutulmasına səbəb olan vəziyyət hansı xəstəlikdə, əsasən, tez - tez öz əksini tapır?
A) Qeyri stabil stenokardiyada

B) Stabil stenokardiyada

C) Hipertrofik kardiomiopatiyalarda

D) Miokardın infarktından sonrakı kardiosklerozda

E) Kəskin miokarditdə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 380
1152) Mikrovaskulyar disfunksiyada əsas dəyişikliklər ölçüsü neçə mkm olan hansı damarların səviyyəsində baş verir?
A) 150 - 350-ni keçməyən prearteriolaların

B) 350 - 400-ü keçməyən arteriolaların

C) 50 - 100-ü keçməyən postarteriolaların

D) 100 - 120 olan venulalar



E) 20 - 40 olan kapillyarlar
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 380
Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin