Cü IL tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Ürəyin hansı hissəsi avtomatizm funksiyasına məhrumdur?



Yüklə 2,92 Mb.
səhifə6/26
tarix31.10.2017
ölçüsü2,92 Mb.
#23860
1   2   3   4   5   6   7   8   9   ...   26

200) Ürəyin hansı hissəsi avtomatizm funksiyasına məhrumdur?
A) Hiss dəstəsinin son hissəsi və ayaqcıqları

B) atrioventrikulyar (AV) birləşmənin hüceyrələri ( AV-düyünün Hiss dəstəsinə keçən yeri və qulaqcıqların aşağı şöbələri)

C) yığılma qabiliyyətli miokard

D) sinoatrial düyünün hüceyrələri

E) Hiss dəstəsinin hüceyrələri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 15
201) Neçə avtomatizm mərkəzi var?
A) 3

B) 4


C) 5

D) 2


E) 6
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 15
202) Birinci dərəcəli avtomatizmə malik hüceyrələr hansıdır?
A) Hiss dəstəsinin son hissəsinin, ayaqcıqların və şaxələrinin hüceyrələri

B) AV-düyünün Hiss dəstəsinə keçən yeri və qulaqcıqların aşağı şöbələrinin hüceyrələri

C) Miokardın yığılma qabiliyyətli hüceyrələri

D) Atrioventrikulyar (AV) birləşmə hüceyrələri

E) Sinoatrial düyünün hüceyrələri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 15
203) İkinci dərəcəli avtomatizmə malik hüceyrələr hansıdır? ( AV – atrioventrikulyar, SA - sinoatrial)
A) SA-düyünün hüceyrələri

B) AV birləşmə (AV-düyünün Hiss dəstəsinə keçən yeri və qulaqcıqların aşağı şöbələri), həmçinin Hiss dəstəsi hüceyrələri

C) Hiss dəstəsinin son hissəsinin, ayaqсıqlarının və şaxələrinin hüceyrələri

D) miokardın yığılma qabiliyyətli hüceyrələri və AV-düyünün Hiss dəstəsinə keçən yeri və qulaqcıqların aşağı şöbələri

E) miokardın yığılma qabiliyyətli hüceyrələri və Hiss dəstəsinin son hissəsinin, ayaqcıqlarının və şaxələrinin hüceyrələri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 15
204) Üçüncü dərəcəli avtomatizmə malik hüceyrələr hansıdır? ( AV – atrioventrikulyar)
A) AV-düyünün Hiss dəstəsinə keçən yeri və qulaqcıqların aşağı şöbəsinin hüceyrələri

B) Hiss dəstəsinin son hissəsinin, ayaqciqlarının və şaxələrinin hüceyrələri

C) miokardın yığılma qabiliyyətli hüceyrələri

D) AV-düyünün Hiss dəstəsinə keçən yeri və qulaqcıqların aşağı şöbələrinin, həmçinin Hiss dəstəsi hüceyrələri

E) AV birləşmə hüceyrələri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 15
205) Birinci dərəcəli avtomatizmə malik olan mərkəz dəqiqədə təxminən hansı tezliklə elektrik impulsları yaradır?
A) 40 - 60

B) 60 - 80

C) 120 - 140

D) 100 - 120

E) 80 - 100
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 15
206) İkinci dərəcəli avtomatizmə malik olan mərkəz dəqiqədə təxminən hansı tezliklə elektrik impulsları yaradır?
A) 60-80

B) 80-100

C) 40-60

D) 20-40


E) 100-120
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 15
207) Üçüncü dərəcəli avtomatizmə malik olan mərkəz dəqiqədə təxminən hansı tezliklə elektrik impulsları yaradır?
A) 85-105

B) 65-85


C) 25-dən az

D) 45-65


E) 25-45
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 15
208) Normada digər (ektopik) ritm aparıcılarının avtomatik aktivliyinə üstün gələn yeganə ritm aparıcısı hansı düyündür?
A) Purkinye lifləri

B) Düyünlərarası yollar (Baxman, Venkebax, Torel)

C) Sinoatrial düyün

D) His dəstəsi

E) Atrioventrikulyar düyün
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 16
209) Qulaqcıqlarda oyanmanın gedişinin düzgün variantını göstərin
A) əvvəl sol, sonra sağ, sonda-sağ və sol qulaqcıqlar

B) əvvəl sağ, sonra sağ və sol, sonda-ancaq sol qulaqcıq

C) əvvəl sağ və sol, sonra sağ, sonda-ancaq sol qulaqcıq

D) əvvəl sol, sonra sağ və sol, sonda-ancaq sağ qulaqcıq

E) əvvəl sağ və sol, sonra sol, sonda-ancaq sağ qulaqcıq
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 16
210) Normada oyanmanın hər iki qulaqcıqları əhatə etmə vaxtı neçə saniyədən çox olmamalıdır?
A) 0,2 – 0,25

B) 0,1


C) 0,3 – 0,35

D) 0,15 – 0, 2

E) 0,25 – 0,3
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 16
211) Oyanmanın fizioloji ləngiməsi harada baş verir (keçiricilik sürəti 2-5 sm/san qədər enir)?
A) Atrioventrikulyar düyündə

B) Baxman düyünlərarası yolda

C) Torel düyünlərarası yolda

D) Venkebax düyünlərarası yolda

E) Hiss dəstəsində
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 16
212) Oyanmanın atrioventrikulyar düyündə (AV-düyün) ləngiməsi nəyə imkan yaradır?
A) mədəciklərin oyanması yalnız sol qulaqcığın tam yığılmasının başa çatmasından sonra baş verir

B) mədəciklərin oyanması sağ qulaqcığın tam yığılmasının başa çatmasına qədər baş verir

C) mədəciklərin oyanması sol qulaqcığın tam yığılmasının başa çatmasından və sağ qulaqcığın hissəvi yığılmasından sonra baş verir

D) mədəciklərin oyanması qulaqcıqların tam yığılmasının başa çatmasından sonra baş verir

E) mədəciklərin oyanması sol qulaqcığın tam yığılmasının başa çatmasına qədər baş verir
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 16
213) Normada atrioventrikulyar düyün dəqiqədə qulaqcıqlardan mədəciklərə necə impulsdan çox olmayaraq “buraxır”?
A) 100-130

B) 130-160

C) 160-180

D) 220-250

E) 180-220
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 16
214) Hansı ritm tezliyində hətta sağlam adamda belə qulaqcıqlardan mədəciklərə impulslar ötürülərkən natamam atrioventrikulyar blokada baş verir?
A) dəqiqədə 140- dan az impuls olan sinus və qulaqcıq ritmlərində

B) dəqiqədə 180-dan az impuls olan qulaqcıq ritmlərində

C) dəqiqədə 220-dən çox impuls olan sinus və qulaqcıq ritmlərində

D) dəqiqədə 160-dan az impuls olan sinus ritmlərində

E) sinus bradiaritmiyalarında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 16
215) Normada atrıoventrikuiyar ləngimə (gecikmə) neçə saniyəni keçmir?
A) 0,3

B) 0,5


C) 0,2

D) 0,4


E) 0,1
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 16
216) Mədəciklərdə oyanmanın gedişini göstərin
A) His dəstəsi, onun ayaqcıqları və Purkinye lıflərıylə

B) Venkebax və Baxman düyünlərarası yollarla

C) Venkebax düyünlərarası yolla

D) Baxman düyünlərarası yolla

E) Torel düyünlərarası yolla
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 17
217) Mədəciklərdə oyanmanın yayılma sürəti necə sm/s həddindədir?
A) 100–150 - 300–400

B) 800-900 - 1000-1200

C) 30-40 - 90 -100

D) 300–400 - 500-600

E) 500-600 - 800-900
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 17
218) Depolyarizasiya dalğası ürək qişalarında necə yayılır?
A) ürəyin subendokard qişasından subepikard qişasına doğru

B) ürəyin subepikard qişasından subendokard qişasına doğru

C) ürəyin perikard qişasından subepikard qişasına doğru

D) ürəyin subendokard qişasından perikard qişasına doğru

E) ürəyin subepikard qişasından perikard qişasına doğru
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 17
219) Mədəciklər depolyarizasiyaya necə uğrayır? ( MAÇ - mədəciklərarası çəpər, SağM - sağ mədəcik, SolM - sol mədəcik)
A) əvvəlcə MAÇ sol yarısı, həmçinin SolM, SağM, və MAÇ-in bazal şöbələri, sonra SolM əsas hissəsi, sonda isə SağM böyük hissəsi aktivləşir

B) əvvəlcə MAÇ-ın sol yarısı, həmçinin SağM-ın böyük hissəsi, sonra SolM-ın əsas hissəsi, nəhayət sonda SolM, SağM və MAÇ-in bazal şöbələri aktivləşir

C) əvvəlcə SağM böyük hissəsi, həmçinin SolM əsas hissəsi, sonra isə SolM, SağM və MAÇ bazal şöbələri, sonda isə MAÇ sol yarısı aktivləşir

D) əvvəlcə SağM-ın böyük hissəsi, həmçinin MAÇ-ın sol yarısı, sonra SolM əsas hissəsi, nəhayət sonda SolM, SağM və MAÇ bazal şöbələri aktivləşir

E) əvvəlcə SolM, SağM, MAÇ-in bazal şöbəsi, həmçinin SağM-in böyük hissəsi, sonra SolM əsas hissəsi, nəhayət sonda MAÇ sol yarısı aktivləşir
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 17
220) Mədəciklərarası çəpərin sol yarısı və sağ mədəciyin böyük hissəsi necə saniyəyə depolyarizasiyaya uğrayır?
A) 0,05

B) 0,02


C) 0,03

D) 0,04


E) 0,01
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 17
221) Mədəciklərarası çəpərin sol yarısı və sağ mədəciyin böyük hissəsinin depolyarizasiyasından necə saniyə sonra sol mədəciyin əsas hissəsi oyanır?
A) 0,01-0,02

B) 0,02-0,03

C) 0,04-0,05

D) 0,03-0,04

E) 0,06-0,07
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 17
222) Sol mədəciyin, sağ mədəciyin və mədəciklərarası çəpərin bazal şöbələri hansı müddətə depolyarizasiyaya uğrayır?
A) 0,08–0,1 san

B) 0,04–0,06 san

C) 0,06—0,08 san

D) 0,12–0,14 san

E) 0,1–0,12 san
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 17
223) Mədəciklərin depolyarizasiyasının davam müddəti nə qədərdir?
A) 0,08 - 0,09 san

B) 0,09 - 0,10 san

C) 0,06 - 0,07 san

D) 0,07 - 0,08 san

E) 0,10 - 0,11 san
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 17
224) Ürəyin hansı xüsusiyyəti oyanma funksiyası adlanır?
A) xarici mühit elektrik impulslarının təsiri ilə ürəyin keçiricilik sistemininin hüceyrələrinin və yığılma qabiliyyətli ürək əzələsini oyatmaq

B) xarici mühit qıcıqlandırıcılarının təsiri ilə elektrik impulsları hasil etmək

C) ürək əzələsini oyatmaq və keçiricilik sistemi ilə elektpik impulslarını ötürmək

D) ürəyin keçiricilik sistemi ilə qıcığı ötürmək

E) xarici mühit qıcıqlandırıcılarının təsiri olmadan elektrik impulsları hasil etmək
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 17
225) Ürək əzələsinin oyanması nə ilə müşayət olunur?
A) transmembran hərəkət potensialı ilə

B) sağ mədəciyin cox böyük hissəsinin depolyarizasiyası ilə

C) mədəciklərarası çəpərin və sağ mədəciyin cox böyük hissəsinin depolyarizasiyası ilə

D) mədəciklərarası çəpərin sol yarısının depolyarizasiyası ilə

E) sol mədəciyin , sağ mədəciyin (SağM) və mədəciklərarası çəpərin bazal şöbələrinin depolyarizasiyası ilə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 17
226) Transmembran hərəkət potensialı nə deməkdir?
A) hüceyrə membranının polyarizasiyasının bərpası

B) hüceyrə membranının xarici mühitində dəyişən potensial fərqidir

C) hüceyrə membranının daxili mühiti müsbət, xarici isə mənfi yükləndiyi zaman onun yüklərinin yenidən elektrikləndirilməsi

D) hüceyrə membranının daxili mühitində dəyişən potensial fərqidir

E) hüceyrə membranının xarici və daxili mühiti arasındakı dəyişən potensial fərqidir
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 17
227) Miokardial hüceyrələrin transmembran hərəkət potensialının neçə fazası var?
A) V

B) I


C) II

D) IV


E) III
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 18
228) Sakit halda oyanmamış miokardial hüceyrələrin səthləri necə yüklənir?
A) xarici və daxili səthləri ancaq mənfi

B) xarici və daxili səthləri ancaq müsbət

C) xarici səthi müsbət, daxili isə mənfi

D) xarici səthi mənfi, daxili isə müsbət

E) xarici səthi müsbət və mənfi, daxili isə mənfi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 18
229) Miokardial hüceyrənin transmembran hərəkət potensialının (TMHP) hansı fazası düzgün deyil?
A) erkən yavaş sistola fazası

B) nisbi davam edən (təxminən 0,2 san) plato fazası, nə vaxt ki, TMHP eyni səviyyədə saxlanılır

C) erkən sürətli repolyarizasiya fazası

D) diastola fazası

E) son sürətli repolyarizasiya fazası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 18
230) Na+ - К+-sorucu işi hesabına К+, Na+, Ca2+ və Cl- ionlarının ilkin konsentrasiyası bərpa olunarkən 4 –cü fazada miokardın yığılma qabiliyyətli hüceyrələrinin transmembran hərəkət potensialının (TMHP) ölcüsü təxminən hansı həddə saxlanılır?
A) – 80 mV

B) – 70 mV

C) – 90 mV

D) – 110 mV

E) – 60 mV
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 18
231) Transmembran hərəkət potensialının (TMHP) hansı fazalarında hüceyrənin oyanması qeyri mümkündür (mütləq refrakter dövr)?
A) 0, 2, 4

B) 1, 2, 3

C) 0, 1, 2

D) 1, 0, 4

E) 4, 0, 1
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 18
232) Transmembran hərəkət potensialının hansı fazasında hüceyrənin oyanma funksiyası hissəvi bərpa olunur (nisbi refrakter dövr)?

A) 4 (diastola fazası)

B) 0 (hüceyrə membranının tezləşmiş yenidən elektrik yüklənmə fazası)

C) 3 (son tezləşmiş repolərizasiya fazası)

D) 1 (erkən sürətli repolərizasiya fazası)

E) 2 (nisbi davamlı plato fazası)


Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 18
233) Oyanma nə vaxt hissəvi bərpa olunur?
A) 1, 2 fazalarında

B) 0, 1 fazalarında

C) depolyarizasiya fazasında

D) sürətli son repolyarizasiya fazasında

E) hüceyrələrin oyanmasının qeyri mümkün dövründə (mütləq refrakter dövr)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 18
234) Transmembran hərəkət potensialının hansı fazasında refrakterlik olmur və miokardial liflər tam oyanıqlıq vəziyyətində olur?
A) I

B) 0


C) II

D) IV


E) III
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 18
235) Ürəyin hansı fəaliyyəti yığılma funksiyası adlanır?
A) qıcığın təsirindən ürək əzələsinin yığılma xüsusiyyəti

B) ürək əzələsini oyatmaq və keçiricilik sistemi ilə elektpik impulslarını ötürmək

C) ürəyin keçiricilik sistemi ilə qıcığı ötürmək

D) xarici mühit qıcıqlandırıcılarının təsiri olmadan elektrik impulsları hasil etmək

E) xarici mühit elektrik impulslarının təsiri ilə ürəyin keçiricilik sistemini və yığılma qabiliyyətli ürək əzələsini oyatmaq
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 18
236) Əsasən hansı hüceyrələr yığılma funksiyasına malikdir?
A) Hiss dəstəsi hüceyrələri

B) yığılma qabiliyyətli ürək əzələləri

C) atrioventrikulyar birləşmə hüceyrələri

D) Purkinye lifləri

E) sinoatrial düyün hüceyrələri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 18
237) Hansı elementin ionlarının transmembran hərəkət potensialı zamanı hüceyrə daxilinə keçməsi nəticəsində ürək əzələsinin yığılması baş verir?
A) xlor

B) natrium

C) maqnezium

D) kalsium

E) kalium
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 18
238) Miokard membranının depolyarizasiyası zamanı nə baş verir?
A) Са2+ ionları hüceyrədən xaric olur

B) Nа+ ionları hüceyrədən xaric olur

C) Са2+ ionları hüceyrəyə daxil olur

D) Nа+ ionları hüceyrəyə daxil olur

E) Са2+ və Nа+ hüceyrəyə daxil olurlar, K + ionları isə hüceyrədən xaric olur
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 18
239) Miokard membranının repolyarizasiyası zamanı və miokardın əzələ liflərinin boşalması başlayarkən nə baş verir?
A) K+ ionları hüceyrədən xaric olur və hüceyrəarası mayeyə daxil olur

B) K+,CL- ionları hüceyrədən xaric olur və hüceyrəarası mayeyə daxil olur

C) CL- ionları hüceyrədən xaric olur və hüceyrəarası mayeyə daxil olur

D) Na + ionları hüceyrədən xaric olur və hüceyrəarası mayeyə daxil olur

E) Са2+ ionları hüceyrədən xaric olur və hüceyrəarası mayeyə daxil olur
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 18
240) Kardiomiositlərin bir-birini əvəz edən, dövrü yığılması və boşalmasının əsasında nə durur?
A) hüceyrə membranının, Са2+ ionlarının miofibrillərdən sarkoplazmatik şəbəkəyə (yığılma) və əksinə (boşalma) müxtəlif hərəkətini, təmin etmək qabiliyyəti

B) hüceyrə membranının, Na+ ionlarının sarkoplazmatik retikulumdan miofibrillərə (yığılma) və əksinə (boşalma) müxtəlif hərəkətini, təmin etmək qabiliyyəti

C) hüceyrə membranının, K+ ionlarının sarkoplazmatik şəbəkədən miofibrillərə (yığılma) və əksinə (boşalma) müxtəlif hərəkətini, təmin etmək qabiliyyəti

D) hüceyrə membranının, Са2+ ionlarının sarkoplazmatik şəbəkədən miofibrillərə (yığılma) və əksinə (boşalma) müxtəlif hərəkətini, təmin etmək qabiliyyəti

E) hüceyrə membranının, K+ ionlarının miofibrillərdən sarkoplazmatik şəbəkəyə (yığılma) və əksinə (boşalma) müxtəlif hərəkətini, təmin etmək qabiliyyəti
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 23
241) Са2+ hüceyrədaxili konsentrasiyası bir cox faktorlarla requlə olunur, o cümlədən:
A) Nа+ - Са2+ - mübadilə mexanizmi, və К+ - Nа+ -kanalları(nasosu)

B) К+ - Nа+ -kanalları(nasosu), Са2+ ionlarının aktivliyi və Nа+ - Са2+ - mübadilə mexanizmi

C) Са2+ və К+ -АТF-азa aktivliyi , və К+ - Nа+ -kanalları(nasosu)

D) Са2+ - АТF-азa aktivliyi , К+ - Nа+ -kanalları(nasosu) və Nа+ - Са2+ - mübadilə mexanizmi

E) К+ - Nа+ - АТF-азa aktivliyi və Са2+ - mübadilə mexanizmi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 23
242) Miokardın inоtrop vəziyyəti (yığılma) nə ilə xarakterizə olunur?
A) ürək vurğularının sayının azalması və atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta tam blokadanın yaranması ilə

B) atrioventrikulyar düyündə elektrik impulslarının keçiriciliyinin sürətlənməsi ilə

C) ürək vurğularının sayının (ÜVS) azalması və atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi ilə

D) ürək əzələsinin oyanmasının və ürək vurğularını sayının (ÜVS) artması ilə

E) ya damar yatağına böyük həcmli qanı qovmaq; ya da həmin həcmli qanı maqistral damarlardakı böyük müqavimətə qarşı qovmaqla
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 24
243) Mədəcikdaxili təzyiq hansı halda ani qalxır?
A) izovolümik boşalma fazasında, mədəciklərdəki təzyiq qulaqcıqlardakı təzyiq həddinə düşdüyü vaxt

B) protodiastolik dövrdə, aorta və ağ ciyər arteriyası aypara qapaqlarının bağlandığı vaxt

C) mədəciklərin sürətli dolma fazasında, təzyiqlər fərqi təsirindən qanın “passiv” qulaqcıqlardan mədəciklərə töküldüyü vaxt

D) izovolümik yığılma fazasında; atrioventrikulyar və aypara qapaqların tam örtüldüyü vaxt

E) qulaqcıqların sistolası fazasında; qulaqcıqların aktiv yığılması hesabına qanın qulaqcıqlardan mədəciklərə töküldüyü vaxt
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 27
244) Protodiastolik dövrdə nə baş verir?
A) mədəcik əzələsində boşalmanın başlanması nəticəsində təzyiq maqistral damarlardakı təzyiqdən azacıq fərqlə aşağı düşür

B) atrioventrikyulyar və aypara qapaqların tam bağlanması şəraitində mədəcikdaxili təzyiqin təcili qalxması

C) atrioventrikylyar qapaqların acılması

D) qulaqcıqlardan mədəciklərə qan aktiv qovulur

E) mədəciklər qanla maksimal dolur
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 28
245) Miokardın inоtrop (yığılma) vəziyyətinin müəyyən olunmasında hansi faktor vacib sayılmır?
A) miokardın yığılmasını zəiflədən patolojı hallar

B) müsbət inotrop təsirə malik dərman preparatları (noradrenalin və onun törəmələri, ürək qlikozidləri )

C) sistem və ağ ciyər damar müqavimətlərinin ölcüsü

D) mənfi inotrop təsirə malik dərman preparatları ( Ь- adrenoblakatorlar, novokainamid, xinidin, barbituratlar )

E) mədəciklərin müxtəlif mənşəli yüksək dilatasiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 34
246) Səyrici aritmiya zamanı qulaqcıqlarla mədəciklər ardıcıl yığılmadıqda nə baş verir?
A) ön yüklənmə,vurğu həcmi və ürək atımı-dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə aşağı düşür

B) son yüklənmə,vurğu həcmi və ürək atımı-dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə yuxarı qalxır

C) vurğu həcmi , ürək atımı-dəqiqəlik həcm və atım fraksiyası nəzərə çarpacaq dərəcədə yuxarı qalxır

D) son yüklənmə,vurğu həcmi və ürək atımı-dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə aşağı düşür

E) ön yüklənmə,vurğu həcmi və ürək atımı- dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə yuxarı qalxır
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. ,36
247) Ürəyin ürəkdaxili requlyasiyası ilk növbədə nəyin hesabına həyata keçir?
A) ancax simpatik sinir sisteminin ürəyə təsiri hesabına

B) ancax parasimpatik sinir sisteminin ürəyə təsiri hesabına

C) Frank-Starlinq mexanizminin qoşulması hesabına

D) ürəyin yaxşı inkişaf etmiş ikili (simpatik və parasimpatik ) innervasiyası hesabına

E) metasimpatik sinir sisteminin hesabına, hüceyrədaxili requlyasiya mexanizmi də böyük rol oynayır
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. , 38


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin