№
|
İstiqamətlər üzrə tədbirlər
|
İcraçılar
|
İcra müddəti (illər üzrə)
|
Ali təhsilin normativ hüquqi bazası
|
2.1.
|
Ali təhsilin mövcud normativ hüquqi bazasının Bolonya Bəyannaməsinin müddəalarına və beynəlxalq təcrübəyə uyğunlaşdırılması
|
Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları
|
2009-2013
|
2.2.
|
Ali məktəblərdə elmi-tədqiqat işlərinə investisiyaların və büdcədənkənar vəsaitlərin cəlb olunmasını təmin edən normativ hüquqi bazanın yaradılması
|
Nazirlər Kabineti, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
|
2009-2010
|
2.3.
|
Dövlət ali təhsil müəssisələri üzrə nümunəvi ştat normativlərinin hazırlanması
|
Nazirlər Kabineti, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi
|
2009-2010
|
|