Cübran Xəlil Cübran



Yüklə 1,96 Mb.
səhifə1/32
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#106377
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   32



Cübran Xəlil Cübran

Sükutun poezİyası

Bakı-2009




Elmi redaktor

və ön sözün müəllifi:

C.X.Cübran

Sükutun poeziyası / Ərəb, ingilis və rus dillərindən seçilmiş tərcümələr. Bakı. 2008, 273 səh.

C.X.Cübran (1883-1931) – görkəmli ərəb-amerikan yazıçısı, şairi, rəssamı filosofudur. Onun əsərləri 30-a yaxın xarici dilə tərcümə olunmuş həm Şərq, həm Qərb ölkələrində geniş yayılmışdır. Azərbaycan oxucusuna ilk dəfə ötən əsrin ikinci yarısında görkəmli şərqşünas alim Aida İmanquliyeva tərəfindən təqdim olunmuşdur.

Kitabda Cübranın ən məşhur əsərlərindən olan «Peyğəmbər», «İblis» s.- yanaşı seçilmiş müdrik fikirləri toplanmışdır. Topluya həmçinin prof. A.İmanquliyevanın C.X.Cübran haqqında geniş oçerki daxil edilmiş, bu görkəmli mütəfəkkirin həyat fəaliyyəti hərtərəfli işıqlandırılmışdır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


Cübran hansı məsələdən danışırsa-danışsın, o, həmi­şə mütəfəkkir, böyük sənət­kar, söz ustası öz xal­qı­nı, bütün bəşəriyyəti hədsiz də­rəcədə sevən bir insan olaraq qalır.
Aida İmanquliyeva

Cübran Xəlil Cübran - 125



(1883 - 1931)

Ön söz


Mədəniyyət tarixində elə böyük şəxsiyyətlər vardır ki, on­lar müəyyən bir millətin, öl­kə­nin hü­dud­larını keçərək bütün bə­şə­riyyət miqyasında tərəqqiyə xidmət etmiş, müxtəlif sivi­li­za­si­ya­lar arasında körpü atmağa, qütbləri birləşdirməyə nail ol­muş­­lar. Həm Şərq, həm də Qərb oxu­cuları üçün doğma olan və öz yaradıcılığı ilə xalqlar və mədəniyyətlər arasında qarşılıqlı ya­­xınlaşmaya xid­mət edən belə böyük şəxsiyyətlərdən biri Cüb­ran Xəlil Cübrandır. Onun həm bədii ya­ra­dı­cılığı, həm böyük mə­­na tutumuna malik olan fəlsəfi fikirləri öz ruhuna və pa­fo­su­na görə Şərq mahiyyətini ifadə etsə də, ideya və məzmununa gö­rə Qərb rasionalizmindən və ro­mantizmindən bəhrələn­miş­dir.

C.X.Cübran irsinin koloriti və cazibədarlığı onun Şərq bə­dii yaradıcılıq ənənələrinə sadiq ol­masından irəli gəlir. «Şər­qin üstün cəhətlərini Qərb oxucusuna necə, hansı yollarla çat­­dır­maq olar?» – sualına ən yaxşı cavablardan birini Cüb­ran Xəlil Cübran öz şəxsi yaradıcığı və fə­aliyyəti ilə vermişdir.

C.X.Cübran imzası Azərbaycan oxucusuna XX əsrin 70-ci illərindən etibarən görkəmli şərq­­şünas alim Aida İman­qu­li­ye­­vanın əsərlərindən tanışdır. O, hələ 1975-ci ildə Cübran Xə­lil Cübrana ayrıca kitab həsr etmiş, bu böyük ərəb yazıçısının hə­yat və yaradıcılığını geniş şərh etmişdir. Aida xanım bu mövzuya ilk növbədə bir ərəbşünas alim olmaq etibarı ilə müraciət etsə də, sonrakı tədqiqatlarında o, Cübranı həm də bir mütəfəkkir kimi dəyərləndirmiş və onun Şərq ilə Qərb düşüncə tərzlərini vəhdət halında ifadə edən əsərlərini fəlsəfi aspektdə də təhlil etmişdir. A.İmanquliyeva Cübranın fəlsəfi dün­yagörüşündən bəhs edərkən əvvəllər bu barədə aparılan tədqiqatlara da öz münasibətini bildirmişdir. O, Cozef P.Ho­qas­sianın «Xəlil Cübran; fikir qanadları. Xalq filosofu» adlı kitabına xitabən yazır: «Burada əsas diqqət Cübranın bədii ya­ra­dıcılığında əksini tapmış fəlsəfi baxışlarının təhlilinə ve­ril­miş­dir. Müəllif belə nəticəyə gəlir ki, Cübranın dünya­gö­rüşü də­rin idealist yönümlüdür, belə ki, onun fəlsəfi konsep­si­ya­sının əsa­sını bu mühakimə təşkil edir – həyat hər şeydən əvvəl ruhun həyatıdır».1

C.X.Cübranın həyat və yaradıcılığı haqqında ən geniş və də­yərli məlumat Aida İmanquliyevaya məxsus olduğu üçün ki­ta­bın giriş hissəsində onun Cübran haqqında məqaləsi dərc olunur.

XX əsrin əvvəllərində Qərb sivilizasiyasının ən çox ya­yıl­dı­ğı Şərq ölkələrindən biri olan Livan mədəniyyətlər arasında ne­cə əlaqələndirici rol oynayırdısa, indi – XXI əsrin əvvəl­lə­rin­də Azərbaycan da Şərq və Qərb arasında həmin mövqeyi tutur. Bu baxımdan, o vaxt Livanda yaranmış ədəbi-bədii irs bu gün Azərbaycan üçün də olduqca aktualdır. Professor Aida İman­qu­liyevanın da uzaqgörənliyi Şərq və Qərb sivilizasiyaları arasında dialoqun qaçılmaz olduğu müasir şəraitdə özünü daha çox göstərir.

Müasir dövrdə Cübran yaradıcılığının daha böyük aktuallıq kəsb etməsini, habelə onun ədəbi-bədii və fəlsəfi irsinin dilimizdə səslənməsinə olan ehtiyacı nəzərə alaraq bu kitabda onun bir sıra əsərləri Azərbaycan oxucusuna ilk dəfə təqdim edilir. Tərcümədə Cübrana xas olan poetik üslubun saxlamasına cəhd göstərilmiş, mətnlərin təfərrüatı deyil, müəllifin ideya və ruhu önə çəkilmişdir. Şərq-Qərb Tədqiqat Mərkəzinin əməkdaşları f.e.n. Müşfiq Şükürov və f.e.n. Könül Bünyadzadə tərəfindən orijinaldan tərcümə edilən bu əsərlər Azərbaycan xalq hikməti nümunələri ilə, atalar sözləri və afo­rizmlər kimi Şərqdə geniş yayılmış kəlamlarla çox gözəl səsləşir. Cübran öz yaradıcı təfəkkürünün məhsulu olan ide­ya­larla bərabər, Şərq adamına hələ şifahi xalq ədəbiyya­tın­dan, el hikmətindən bəlli olan bir sıra fikirləri yeni kontekstdə və yeni üslubda təqdim edir. Cübran hər gün dəyişən köpük və dalğalara rəğmən, həmişə sabit qalan dəniz və sahil müna­si­bət­lərindən bəhs edərkən, fani dünyanın gəldi-gedər nemətləri arxasında əbədi dəyərləri görməyin zəruriliyini vurğulayır. Onun yazılarını oxuyan insan ruhunun ənginliyinə qədəm qoyur: «Mən əngin dənizəm, bütün aləmlər isə mənim sa­hi­lim­də bir qum dənəsidir». İnsanın hikmət dənizinə, haqq dün­ya­sına qədəm qoyması onu böyüdür, yüksəldir və fani dünya onun müqabilində bir qum dənəsi kim olur. Burada «Mənəm haqq, haqq məndədir», yaxud «Məndə sığar iki cahan, mən bu cahana sığmazam» deyən Nəsiminin fəlsəfi pafosu bir qədər fərqli formada ifadə olunsa da, ideya və ruh eynidir.

Hətta Şərq poeziyası üçün Ömər Xəyyamdan, Məhsətidən üzü bəri ən çox dəbdə olan mövzulardan biri olan «şərab» mövzusunda da yeni tapıntıları adamı heyrətləndirir: «Sən şərab içirsən ki, sərxoş olasan, mən isə içirəm ki, başqa bir şərabın sərxoşluğundan azad olum».

Prof. Aida İmanquliyevanın tədqiqatlarında daha çox dərəcədə Cübranın ideya qaynaqları və onun Qərb romantizmi ilə əlaqələri müqayisəli şəkildə şərh edilmişdir. Oxuculara təqdim olunan bu kitabda Cübran yaradıcılığının o dövrkü Azərbaycan ədəbiyyatı ilə də ideya yaxınlığı araşdırılmış və bir sıra ümumi cəhətlər aşkar edilmişdir. Xüsusən, Mirzə Cəlil və Hüseyn Cavid kimi böyük Azərbaycan yazıçılarının əsərlərində tərənnüm edilmiş bir sıra motivlərin Cübran yaradıcılığına da xas olması onu bizim üçün daha da doğmalaşdırır.

Belə güman edirik ki, C.X.Cübranın Azərbaycan dilində oxu­culara təqdim olunan «Peyğəmbər», «İblis», «Kafir Xə­lil» və s. bu kimi əsərləri bir tərəfdən ənənəvi mövzulara yeni, orijinal baxış mövqeyindən, digər tərəfdən də fəlsəfi ide­yaları ənənəvi poetik üslubda təqdim etməyin gözəl nümunələri kimi böyük maraq doğuracaqdır.

Tarixin eyni bir zaman kəsiyində uzaq Amerikada və Azərbaycanda yaşayıb-yaradan iki böyük Şərq mütəfəkkiri­nin eyni mövzuda yazıb-yaratması yeni obraz və bədii təfək­kür kontekstində bir daha ənənəvi Xeyir və Şər timsallarına müraciət etməsi təsadüfi deyil.

Bütün bəşəriyyət miqyasında düşüncə, qlobal təfəkkür in­­di­ki dövrdə – qloballaşma şəraitində təbii görünə bilər. Am­ma bir əsr bundan əvvəl ədəbi prosesin diqqətinin planetar miq­yas­­lı problemlərə, sivilizasiyalararası münasibətlərə yö­nəldil­­məsi yalnız zamanı qabaqlamaq hesabına mümkün ola bilər. Qa­baqlayıcı təfəkkür isə ancaq dahilərə xas olan bir cəhətdir.

Yubiley ərəfəsində Azərbaycan mətbuatında C.Cübran yaradıcılığına həsr olunmuş məqalələr və onun ayrı-ayrı əsərlərinin tərcümələri ölkəmizdə gedən ədəbi-bədii prosesin beynəlxalq miqyasdakı proseslərlə sıx surətdə bağlı olduğunu göstərir. Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşən bir ölkə kimi təkcə Böyük İpək Yolunun bərpasında, iri miqyaslı iqtisadi layihələrin həyata keçirilməsində deyil, həm də mədəni-mənəvi irslərin bərpası və əlaqələndirilməsi sahəsində öncül mövqe tutması tamamilə qanunauyğundur.

Böyük mütəfəkkir-şair C.X.Cübranın anadan olmasının 125 və onun Azərbaycanda ilk tədqiqatçısı, görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illiyinə bir töhfə olan bu kitab, eyni zamanda sivilizasiyaların dialoquna, ümumbəşəri idealların və humanist təfəkkürün təbliğinə xidmət edəcəkdir.

Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin