Özünüdərk
Bir kişi dilləndi: “Özünüdərkdən danış bizə”.
O belə cavab verdi:
«Sizin ürəkləriniz öz sükutunda gündüz və gecələrin sirrini bilir.
Lakin qulaqlarınız ürəklərinizin bildiyini eşitmək həsrətindədir.
Həmişə fikirlərinizdə bildiyinizi sözlərdə də tanımaq istərdiniz.
Arzularınızın çılpaq bədəninə barmaqlarınızla toxunmaq istərdiniz.
Bu, yaxşıdır.
Ruhunuzun gizli bulağı qaynamalı və şırıltı ilə dənizə doğru axmalıdır; onda sonsuz dərinliyinizin xəzinəsi gözləriniz önünə açılacaq.
Naməlum xəzinənizi tərəzidə çəkməyə can atmayın; biliyinizin dərinliyini xətkeşlə ölçməyə çalışmayın.
Zira, Məniniz sərhədsiz və ölçüsüz bir dənizdir.
Deməyin: “Mən Həqiqəti tapmışam”, yaxşı olar deyəsiniz: “Mən bir həqiqət tapmışam”.
Deməyin: “Mən ruhun yolunu tapmışam”.
Yaxşı olar deyəsiniz: “Mən mənim yolumla gedən ruha rast gəlmişəm”.
Zira, ruh bütün yollardan istifadə edir.
Ruh yalnız bir istiqamətdə hərəkət etmir və qamış kimi bitmir.
Sonsuz ləçəkli şanagüllə kimi açılır ruh».
Dostları ilə paylaş: |