1966-cı il martın 10-da Ağdam rayonunun Mərzili kəndində anadan olub.
1973-1983-cü illərdə Bakı şəhəri Məmməd Rahim adına 7 saylı orta məktəbdə təhsil alıb.
1984-1986-cı illərdə Ukraynada hərbi xidmətdə olub.
1986-1991-ci illərdə Kuban Dövlət Universitetinin (Rusiya) Filologiya fakültəsində təhsil alıb.
1992-ci ildən Bakı Dövlət Universitetində çalışır.
Ailəlidir, iki övladı var.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1994-1999-cu illərdə BDU-nun Ümumi dilçlik kafedrasının aspirantı olub.
2001-ci ildə „Tabesizlik əlaqəli söz birləşmələri (Azərbaycan, rus və ingilis dillərinin materialları əsasında kontrastiv-tipoloji tədqiqat)“ mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2011-ci ildə dosent elmi adını alıb.
2013-2017-ci illərdə elmlər doktoru proqramı üzrə BDU-nun Ümumi dilçilik kafedrasının doktorantı olub.
ƏMƏK FƏALİYYƏTİ
1992-1996-cı illərdə BDU-nun Ümumi dilçilik kafedrasında laborant.
1996-1999-cu illərdə BDU-nun Rus dilçiliyi kafedrasında laborant.
1999-2001-ci illərdə BDU-nun Rus dilçiliyi kafedrasında müəllim.
2001-2006-cı illərdə BDU-nun Ümumi dilçilik kafedrasında müəllim.
2006- 2009-cu illərdə BDU-nun Ümumi dilçilik kafedrasında baş müəllim.
2009-2011-ci illərdə BDU-nun Ümumi dilçilik kafedrasında dosent əvəzi.
2011-ci ildən BDU-nun Ümumi dilçilik kafedrasının dosenti.
2011-ci ildən BDU-nun Filologiya fakültəsinin dekan müavini.
2004, Bakı, Azərbaycan. “Millətlərarası ünsiyyət dili kimi rus dilinin əhəmiyyəti və onun müasir şəraitdə Azərbaycanın ictimai-siyasi, mədəni və iqtisadi inkişafına təsir imkanlarına dair” Beynəlxalq elmi-praktiki konfrans.
2006, Bakı, Azərbaycan. “Azərbaycanda Rusiya ili”nə həsr edilmiş “Rus dili və ədəbiyyatının tədrisinin aktual problemləri” adlı elmi-praktiki konfrans.
2008, Bakı, Azərbaycan. Ümummilli lider H.Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans.
2009, Bakı, Azərbaycan. BDU-nun 90 illiyinə həsr olunmuş “Müasir Azərbaycanda rus dili və ədəbiyyatı” mövzsunda elmi konfrans.
2009, Bakı, Azərbaycan. BDU-nun 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı.
2014, Bakı, Azərbaycan. M.Ə.Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfrans.
2015, Bakı, Azərbaycan. “Filologiyanın aktual problemləri”. Ümummilli lider H.Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş elmi-nəzəri konfrans.
2016, Bakı, Azərbaycan. “Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)”. Respublika elmi konfransı.
2018, “Dilçiliyin əsasları” fənni üzrə proqram. BDU nəşriyyatı.
2018, “Qədim german dili” fənni üzrə proqram. BDU nəşriyyatı.
Məqalələr
2004, Русский язык как проводник научно-технической информации в Азербайджане. Beynəlxalq elmi-praktiki konfransın materialları, Bakı, 2004, s.77-81.
2004, Психолингвистика и обучение второму языку / BSU Elmi konfransın materialları, Bakı, 2004, s.186-187.
2005, İkinci dilə yiyələnmənin psixolinqvistik aspektləri / Dil və ədəbiyyat jurnalı, Bakı, 2005, № 2. с.20-22.
2006, Nitqin qavranılmasının psixolinqvistik təhlili //Dil və ədəbiyyat jurnalı, Bakı, 2006, № 6. s.180.
2006, Невербальные компоненты коммуникации / Azərbaycanda Rusiya ili”nə həsr edilmiş “Rus dili və ədəbiyyatının tədrisinin aktual problemləri” adlı elmi-praktiki konfransın materialları, Bakı, 2006, s.41-45.
2007, Qarabağ regionunun sosiolinqvistik mənzərəsi /Dil və ədəbiyyat jurnalı, Bakı, 2007, № 6, s.17-19.
2008, Etnopsixolinqvistika nədir? “Azərbaycan filologiyasının aktual problemləri”. Ümummilli lider H.Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları. BDU nəşriyyatı, 2008, s.39-43.
2009, Mətn və diskurs. Azərbaycan filologiyasının aktual problemləri / BDU-nun 90 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları. BDU nəşriyyatı, 2009, s.185-189.
2009, Publisistik mətnin dil xüsusiyyətləri / Dil və ədəbiyyat jurnalı, Bakı, 2009, № 5. S.69-70.
2009, Употребление слов в переносном значении, многозначность слов и метафоричность в публицистическом тексте. “Müasir Azərbaycanda rus dili və ədəbiyyatı” adlı BDU-nun 90 illiyinə həsr olunmuş elmi konfransın materialları. s.36-37.
2012, Dildə gender fərqləri / Dil və ədəbiyyat jurnalı, Bakı, 2012, № 4, s.91-92.
2013, Kompüter terminlərinin formalaşması tarixindən / Dil və ədəbiyyat jurnalı, Bakı, 2013, № 4, s.116-117.
2014, Azərbaycan dili və ədəbiyyat dərslərində şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi / M.Ə.Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş respublika elmi-nəzəri konfransın materialları. BDU nəşriyyatı, 2014, s.343-346. (Asif Nəbiyevlə birgə).
2014, Kompüter terminologiyasının beynəlmiləl xarakteri / “Dil və ədəbiyyat” jurnalı, Bakı, 2014, № 4, s.156-158.
2015, İdeya və leksik-semantik törəmələr (ulu dilin izi ilə) / “Filologiyanın aktual problemləri”. Ümummilli lider H.Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş elmi-nəzəri konfransın materialları. Bakı: BDU nəşriyyatı, 2015, s.280-282.
2016, “Kompüter” konsepti dünyanın dil mənzərəsində / “Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)” Respublika elmi konfransının materialları, Bakı, 2016, s. 66-68.
2017, Kompüter terminlərinin yaranma yolları // Filologiya məsələləri, Bakı, 2017, № 8, s.27-34.
İCTİMAİ FƏALİYYƏTİ
2008-ci ildən BDU-nun D.02.181 Dissertasiya müdafiəsi şurası yanında Elmi seminarın üzvü.
2011-ci ildən BDU-nun Filologiya fakültəsində Elmi Şuranın üzvü.