ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


GƏLƏNDƏ BİR ŞEYİ GƏTİRMƏYƏN



Yüklə 2,97 Mb.
səhifə37/195
tarix10.01.2022
ölçüsü2,97 Mb.
#110296
1   ...   33   34   35   36   37   38   39   40   ...   195
GƏLƏNDƏ BİR ŞEYİ GƏTİRMƏYƏN,

GEDƏNDƏ DƏ BİR ŞEYİ APARMAZ
Bir qıtmır, üzlü kəndli var idi. O, hər vaxt şəhərə gələndə əli-qolundan uzun şəhərdəki qohumunun evinə gələr, günlər­lə sallanıb qalardı. Bir dəfə o genə neçə gün qonaq qalandan sonra kəndə qayıtmaq istəyəndə ev yiyəsi arvadına deyir:

– Sən onun sovqatını verib yola salanda ona denən ki, kənddən bizə bəzi şeylər gətirsin, bəlkə bu yolnan onun şərini başımızdan sovaq.

Arvad selə-sovqatı verəndə ona deyir:

Şəhərdə süpürgə, əriştə, bir də qurut tapılmır, zəhmət olmasa, bu dəfə şəhərə gələndə bir neçə dana süpürgə, bir az da əriştə ilə qurut gətir.

Kəndli deyir:

– Ay mənim başım üstə. O yollanıb gedir. Bir müddət sonra o genə bir gün boş eşşək ilə tapılır. Küçə qapısına çatanda, başlayır heyvan eşşəyi bərk döyəcləməyə. Sonra ucadan deyir:

– Süpürgə çatdım, gətirmədin, əriştə çatdım, gətirmədin, qurut çatdım, gətirmədin, indi nə üzünən istərsən evə girəsən?

Ev yiyəsi onun hay-küyünə qapıya çıxıb deyir:

– O heyvanı döyəcləmə, gələndə bir şey gətirməyən gedəndə də bir şey aparmaz.


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin