Yunis peygəmbərin insanları dinə dəvət eləməsi
Yunis Peyğəmbər qohumunu dəvət elədi, Allaha inanın, Allah var, bütdən Allah olmaz! İnanmadı. Yunis peyğəmbər Allahdan bəla istədi, Allah dedi, verrəm bəla. Yunis bilir axı, Allah dedisə, verəcək bəlanı. Bular inamır. Yunis özü o camaatın içinnən çıxdı, qalmadı orda, bilirdi axı, Allah bəla göndərəcək. Bilir axı, peyğəmbərdi, çıxdı gəldi dənizin qırağına, gördü gəmiyə adamlar minir gedir. Bu da mindi gəmiyə. Bəladan qaçır da, Allahın bəlası camaatı qıracaq, mən də ölərəm. Bu çıxır məna. Ama düz eləmiyib, adamdı dana, nə olsun peyğəmbərdi. Gəmiyə minənnən sora gəmini sürdülər dənizin içinə. Dənizin ortasına gedəndə, ən yekə heyvan dənizdə balinadı dana. Gəmini qalxızdı. Camaat doludu axı gəmidə. Gəldilər gəminin yiyəsinin yanına dedilər, bu nə olan şeydi?
– Vallah mən neçə illərdi bu yolu gedirəm, mənə belə şey rast gəlmiyib. Birinci dəfədi, belə şey heç olmuyub indiyə qədər. Birinci dəfədi aşır nəsə. Yəqin ki, anasınnan qaçan var, belə çıxır məna. Mənnən olsa bi nəfər atayın onun ağzına, yəni bilinmir əjdahadı, balığdı nədi. Həə, bir nəfər atayın onun ağzına, qoy çıxsın getsin. Yoxsa əl çəkməz. Hamımızı qıracaq. Həzrəti Yusif də bu qısa müddətdə söhbətiynən buların hörmətini qazanıb. Peyğəmbərdi axı. Bular da bilmir peyğəmbərdi. Gəldilər püşk atdılar, püşk gəldi düşdü Yunisə. Dedilər, yox, səni atmarıq, genə atdılar, genə gəldi düşdü Yunisə. Dedilər, səni yox, səni atmarıq! Üçüncü kərəm atdılar, genə gəldi düşdü Yunisə, Yunis başa düşdü ki, anasınnan qaçan mənəm. Peyğəmbərdi axı. Anasınnan qaçan mənəm.
Dedi:
– Məni atın.
– Atdılar, düşdü getdi. Qırx gün balığın qarnında qaldı dənizdə. O müddətdə camaat gördü bəla gəlir, bəla nədi, göydə qara bulud. Qara bulud gəlir yavaş-yavaş əyilir bizə tərəf. Camaat qorxuya düşür. Deyir, düzdü gəlir bəla. Onda bir abid vardı, getdilər o abidin yanına, dedilər, bəs, biz nə qayırağ? Abid də bilir buların əhvalatın.
Dedi:
– Vallah, mən bir şey bilmirəm, ancağ bi dənə şey bilirəm. Deyim onu eliyin, ağlıma gəlir. Dedilər, de.
İndi istiyillər bular bəlanı qaytaralar. Yunisin deməyilə razılaşırlar, indi Yunisi gəzirlər, tapmırlar. Tapmadılar Yunisi desinlər ki, iman gətiririk, qaytar bəlanı.Tapmadılar, getdilər abidin yanına. Abid də dedi ki, şəhərdən cıxın cölə! Hec şəhərdə bi dənə adam qalmasin! Ancax, uşaqlar bir ayrilsin, böyüklər bir. Məsələn, quzuu anasından ayırın bi qalsın, uşagı anasından ayırın bi qalsın. Uşağ da, anasından sarı aglyər dənə. Bəla da, gəlir əyilir yavaş-yavaş. Ot alovdu gəlir. Burda bir vahimə düşdü, aglaşma düşdü, bu şəhrdən köcdülər. Aglamayan olmadi. Başina döyməyən olmadı. Allahın bulara rəhmi gəldi. Buların aglamagına. O bəla gəldi bulara lap yaxinlaşanda dayandi, bir az durdu, durdu, yavaş-yavaş qayıtdı. Bəla cıxdı getdi balığ gəldi dənızin qiranisğına, ağzın acdı, Yunis salamat cıxdı, qırağa. Gəldi qohumlarının yanına. Qohumlar yığışdı bunun başına, Harda idin biz iman gətirdik. Danışdılar, ta bu cür oldu, bu cür oldu. Bu cür elədik. İman gətirdilər Yunisə. Nəqədə, az müddət, genə həmən, genə baxmadılar. Ə, bəladı gəlmədi, daha olmaz. Yenə başladılar əyriyə, üyrüyə inammamaga.
Allahın Məryama övlad əta eləməsi
Həzrəti İsa Əleyhsəlam peyğəmbər, Allah ona Peyğəmbərlik vermişdi, möcüzə vermişdi, ölünü diriltməyi vermişdi. Ölüylə danışmağı, kor gözü yoxdu, ona göz verməyi ona möcüzə vermişdi. Həzrəti İsa kimin gözü yox idi, əlin cəkirdi göz verirdi ona. Kim ölürdü, Allahın əmriylə dirildirdi. Allah dirildirdir e, İsa istiyəndə Allah dirildirdi. Həzrəti Musaya necə əsanı vermişdi, onun kimi buna da möcüzə vermişdi. Dedilər, bizə bir övlat ver, məscidə xidmətci qoyarıx. Allah buların duasın eşitdi, gətdi Məryamı verdi bulara ovlad. Məryəm bi az böyüdü, apardılar qoydular məscidə, axı deyiblər, nəzir eliyiblər. Verdilər məscidə. O dedi, mən cağırım, bu dedi, mən cağırım, püşk atdılar, gəldi düşdü Yəhyaya. Yəhya saxladı. Daha Məryam yekəlib, yekə qız olub, məsciddə qalir. Bi kərəm gəldi, gördü Məryam namaz qılır, amma onun böyründə, o tərəfdə bir şey fırlanır. Həzrəti Məryəmi elə qoruyur, hec kəs görmür. Elə qoruyur kişilərdən. Məryam namazı qutardı.
Dedi:
– Məryam, bala, bunu sənə kim gətirib?
Dedi:
– Vallah, sən məndən qabaq görübsən.
Məryam oldu bir yekə qız. Bi dəfə əvdə idi, gördü bir cavan oğlan girdi icəri. Cəkildi geri, dedi:
– Səni ant verirəm Allahın adına, mənə toxunma!
Cavan oğlan dedi:
– Qorxma, Məryam! Mən adam deyiləm, mən mələyəm. Məni Allah göndərib, sənə bir ogul əta edəcək. Məryam dedi:
– Mənim ərim var, mənim oğlum ola?!
Onun tutdu əlindən, qolundan pilədi, mələk pilədi, Allah eliyir dənə! Gəldi, bunun hamilənin qarnı böyüyəcək dənə, qarnı böyüyəcək. Qohum, qəbilə ona dedi, bu bici hardan qazandın? Məryəm nə qədər and icdisə qazanmamışam, ərə getməmişəm, mən bi kişi görməmişəm. O qədər dedilər, dedilər, bu bici hardan qazanıbsan. Həə, nə qədər deyir, inanmirlar. Məryam şəhərdən cıxdı getdi, xurma ağacının dibində oturdu. Axı hamının zəhləsi gedir, yaxın qoymur camaat. Xurma ağacı acanda başin əyirdi, gəlirdi qabağına, yeyirdi. Hacan acıxırdı, xurma ağacı eyilirdi, gelirdi qabağına, yeyirdi. Uşağı oldu, uşağı aldı qucağına. İndi genə acıxıb, xurma ağacı əyilmədi. Allahdan nida gəldi! Ya Məryam! Məhəbbətin bölündü, getdi oğluna da. Həm mənə məhəbbət, həm oğluna məhəbbət!
Orda qalmayacax ki. Uşağı aldı qucağına, gəldi evlərinə. Gəldi, evlərinə, “bic balanı aldı qucağına, gəldi” daraşdılar canına. Allah ona dedi:
– Deynən, mən orucam, danışa bilmərəm. Əlinlə işarə elə ki, uşaxdan xəbər alın.
O da Allah diyən kimi elədi, dedi, mən orucam, danışa bilmərəm, uşaxdan xəbər alın. Dedilər, görürsən dünən uşax doğub, bu gün deyir uşaxdan xəbər al. Uşax danışa bilər?! Dedilər, bəlkə soruşaq, bəlkə diyəcək. Səni nətər qazandı? Həzrəti İsa acıx səsnən dedi:
– Mən bic bala deyiləm, mən Ruhullaham, məni Allah yaradıb, mən bic deyiləm. Həə, dunən uşax doğula, bu gün danışa, bular təəccüb elədilər. Ta dinmədilər, daha danışmadılar.
Sora Məryəm ərə getdi. Yusif adında bir adama ərə getdi. Ama Həzrəti İsanı böyütdü.
Dostları ilə paylaş: |