Həzrəti İsanın möcüzəsi
Həzrəti İsa da oldu peyğəmbər, camaatı dəvət eləyir, camaat da baxmır. Baxanlar da bitəhər, yalandan. Beş-on nəfər varıydı, onnan gəzirdilər, xeyir ücün. Buları götürdü bir dəfə, Həzrəti İsa bilir dənə, oların icin də bilir, cölün də bilir. Gəldi bir tanınmayan şəhərin qırağına. Gəldi girdi şəhərə, gördü qabaqda bir daxma var, onun qabağında bir oğlan oturub.
Dedi:
– Diyəsən fikirli, sən e?
Tanımır axı, nə bu onu tanıyır, nə o bunu tanıyır.
Dedi:
– Dərdiyi mənə diyə bilərsən?
Dedi:
– Yox.
Dedi:
– Niyə?
Dedi:
– Cünki dərdimə əlac eliyə bilməzsən. Sənin ücun dəyil mənim dərdimə əlac eləmək. Mənim dərdimə əlac eliyən tapılmaz. Əlacı olan dərd deyil.
Dedi:
– Ə kişi, bəlkə elədim.
Bilmir axı peyğəmbərdi.
Dedi:
– De dana.
Dedirtdi.
Dedi:
– Mən şəhərin naxırcısıyam, camaatın malını otarıram. Dünənləri yolnan gələndə, yolum padşah yanından düşdü, padşahın qızını gördüm. Ürəgim ona vurulub, nə ürəgimdəi anası vardı, nə cıxarda bilmirəm, nə də adın tuta bilirəm padşahın qorxusundan. Adın da tuta bilmirəm, məhəbbət ürəgimdən cıxmır. Bu dərt də məni öldürəcək, əlac olmuyacaq buaa. Qorxumdan kimə diyə biləcəyəm?! Həzrəti İsa Əleyhsəlam, onun bi anası vardı, oğlanın.
Dedi:
– Xanım, carşavaıın at başua, get padşahın elci daşının üstündə otur. Səni aparsınlar icəri.
Dedi:
– Əəə, sən nə danışırsan?! Mən onu eliyə billəm?!
Dedi:
– Səni padşah öldürmiyəcək ki, sənə nə qayıracax?! Qorxma! Hec zad deməz sənə. Qorxma, get!
Arvadı göndərdi. Arvad getdi oturdu elci daşının üstündə. Padşaha xəbər verdilər ki, bi nəfər oturub elci daşının üstündə. Padşah güldü, güldü böyük adamdı da dənə. Gətirdilər.
Dedi:
– Arvad, elci daşının üstündə oturmusan. Arvad qorxa-qorxa dedi:
– Bəli.
Dedi:
– Ay arvad! Mənim qızım sənin oğlunun tayı-tuşu deyil, get öz tayın-tuşun tap! Ay arvad, mənim qızıma bir tabaq qırmızı qızıl gəlməlidi!
Arvad yeməyə cörək tapmır.
Dedi:
– Hə, get bir tabaq qırmızı qızıl gətir, qızımı verəcəm sənin ogluaa.
Arvad qayıtdı gəldi. Həzrəti İsaya dedi. Həzrəti İsa dedi:
– Get tabağı cöldə qumla doldur gətir.
Doldurdu gətirdi. Allah möcüzə vermişdi axı ona. Allah eliyir də hamısını. Əlin sürtdü o quma, hamısı oldu qıpqırmızı qızıl. Üstunə bidənə carşab örtdü, qoydu arvadın başına, dedi, apar ver padşaha. Arvad təəccüb elədi. Qoydu başına getdi padşahın cıxdı yanına, qoydu yerə. Bu səfərki ürəkli gedir arvad, qabağ gönülsüz gedirdi, indi gönüllü gedir. Başındakı tabağı qoyur yerə, padşahın qabağında. Acdı üstünü padşah, gördü, məətəl qaldı. Bu nədi ay arvad, bu qızılı hardan tapmısan, xəzinə tapmısan?
Dedi:
– Ay padşah, başıaa dönüm, xəzinə tapmamışam, bizdə bi adam var, gəlib, məni bura göndərən də odu. Əlin sürtdü torpaq oldu qızıl.
Padşah İsanı bilir, ona iman gətirib. Ama, görmüyüb. Düşündü ki, bu İsadı yəqin.
Dedi:
– Arvad, get ogluu da, o torpağı qızıl eliyəni də gətir bura.
Getdi, dedi sizi padşah cağırır.
Buların ücü də gəldilər, cıxdılar yuxarı. Padşah bildi bu İsadı. Görüşdülər, öpüşdülər. Padşah dedi:
– Mənim qızımın elciliyin eliyən peyğəmbərdi.
Dedi:
– Qızımı verirəm, üstündən padşahlığımı da verirəm yeznəmə. Mən qoca kişiyəm.
Həzrəti İsa oğlana dedi:
– Qızın istiyirdin, üstündən padşahlığ da verdi.
Oğlan dedi:
– Xeyr, nə mənə padşahın qızı lazım deyil, nə də padşahlıq! Mən belə bir Allahdan əl cəkmərəm! Səninlə! Hara getdin, ora gedəcəyəm! Mən naxırcının biriydim, mənə gör Allah nələr verdi. Mənə lazım deyil, ölüncə sən hara getdin, peyğəmbər! Mən sənlə gedərəm!
Həzrəti İsa oğlanı götürdü, gəldi onların yanına. Dedi:
– Bax padşahlığı da atdı, padşahın qızını da atdı. Məndən əl cəkmir. Siz necə vaxtdı mənnən bir yerdəsiz, sizdə bunun yüzdə bir əqidəsi yoxdu! Siz elə xeyir gəzirsiz!
* * *
Ən qədim ocağ Geygəl ocağıdı. Musa Peyğəmbər Səlavatullahhın oğlu o vaxt yəhudilər, Allah lənət eləmişlər, öldürmək istiyilərmiş. O gəlib bura cıxıb. Ona görə burdan ocax yaranıb. Ona görə Geygəl ocağı deyillər ki, öz ogluna deyib ki, get, geyin gəl. Uşax o biri oglan gizlənip, o isə geyinip gəlip. Ona gorə qalıp Gey Gəl ocağı. Burdan da ora bir oğlan gedib, Kəlbayı Tağının ocağında, indi hər iki ocağa gediblər, gəliblər.
Hər əməli sorğuya yalnız Allah cəkər
İbrahim peyqumbər səlavatullah həmişə çörək yiyəndə, diyərdi, ay Allah, mənə bi adam göndər, sırfada tək oturmuyum. (İbrahim peyqumbərin nuru camalına salavat!) Bi gün də yiyəndə gördü bir şəxs gəldi. Salamun əleykum, dedi, əleykum salam.
Dedi:
– Gəl otur.
Elə istədilər yiyələr, dedi, namaz qılibsan?
Dedi:
– Yox.
Dedi:
– Dur burdan! Namaz vacibdi.
Bu durdu ayağa, Allah-Taaladan səda gəldi, ey mənim həbibim! Mənim istəkli peyqumbərim! Əgər onu tapıb surfa başında oturtmasan, səni peyqumbərlikdən azad edirəm! Namazı qılmıyıb, mən çəkərəm sorğu suala! Sən onun surfa başında niyə qəlbinə dəydin, durğuzdurdun?! Gedib onun gönlünü almasan, səni peyqumbərlikdən cıxardaram. Burdan İbrahim peyqumbər səlavatullah düşdü onun dalına, getdi. Yapışdı gedək. Dedi:
– Yox! Sən məni bayaq qovdun, getmirəm!
Dedi:
– Səni ant verirəm bir olan Allaha, gedək!
Qaytardı, gətirtdi oturtdu, o surfadan, o cörəgdən ona yedirtdi. Allah dedi, namaz qılmıyıb, mən yaratmışam, mən sorğusunu çəkəciyəm, axı mənnən istixasə elədin, dedin, mənə adam yetir. Mən yetirmişəm, niyə onun qəlbinə dəydin, durğuzdurdun?! Ona görə indi qəlbini aldın, oturtdun.
Nuh peygəmbərin insanları dinə dəvət eləməsi
Nuhun üc dənə oğlu var idi. O, oğlanlarına o qədə təlim-tərbiyə elədi, iksi Nuhun dediginən getdi, biri ama getmədi. Həmmeşə Nuhun əksinə getdi. Vaxt oldu ki, dünyanı su basdı, su basanda Nuha xəbər gəldi ki, (o dağın adın bilmiyəcəm, s-nan başlanır) sən bir gəmi bağlatdırırsan, eni bu qədər, uzunu bu qədər, nə boyda. Sənə biət eliyib sənin sözünə qulaq asanları yığacaqsan o gəmiyə. Yeri-göyü su basacaq, gedəcəksən orda qalacaqsan. Nuh da cağırdı, Nuha biət edib sözünü eşidənləri. Hərə gətirdi taxta, usta, necə min metrə eni, uzunu gəmi bağlatdırdı. Kim Nuhu istiyirdi, oları yığdı gəmiyə. Elə gəmiyə yığmışdı, su gəldi. Aparanda, o biət eləmiyən oğlan minməmişdi, gəldi gəmiyə. Su cıxmışdı bura. Əlin atdı, ay ata! Gəmini saxla, məni götür! Peyqumbərin ürəgü yumşaldı, əlin uzatdı ki, oğlun cəkə, səda gəldi Allah Təbərak Taladan ki, ey mənim həbibim! Burax onun əlini! O sənə biət eləmiyib, qoy getsin! Peyqumbər əlin cəkdi, o orda qərq oldu suda. Oları yığdı götürdü getdi. Getdi o qədər ki, orda qaldılar, su, sel dayandı, bular ordan düşdü gəldi. Axı bular cölə cıxmıyıb, gəmini mundarliyıblar. Allah-Talah bulara bir yara qismət elədi, o gəmidə olanlara, bir yara qismət elədi ki, qaldılar. Dərman yox idi. Biri getdi o gəmidən elə bidəə bi şey götürdü. Belə ozibildən belə cəkdi, bıy yaxşı oldu. Bay filankəs yaxşı olub, Arif yaxşı olub, bay, Həsən də düşdü dalına, Əli də düşdü dalına. Bular getdilər o gəmini belə qaşıdılar, o yaralarna belə sürtdülər, gəmi qaldı gül kimi tər– təmiz. Hindi bular aşağı düşəndən bir-birinən danışıqlarından, bir-birinə səda gəlmədi. Bir-birinin sözün başa düşmədilər. Odu bizim yetmiş iki olub, onnan əmələ gəlib. Talış dili, fars dili və başqa ordan yarandı.
Dostları ilə paylaş: |