ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


Mir Tağı Ağanın hissiyatı



Yüklə 2,19 Mb.
səhifə23/40
tarix10.02.2018
ölçüsü2,19 Mb.
#42641
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

Mir Tağı Ağanın hissiyatı


Bi dəfə bi qonşuda birinin evi yanırmış, evdə də hec kəs yox. Həmən günü evdən tez çıxar, çıxanda deyər ki, nəsə na­ra­hatam elə bil hadısə olacağ. Elə də olub, işdən qayıdanda görüb bəs qonşunun evi yanır.

Ağada belə hisslər çox olurdu.

Adicə onun ayaqqabısın kimsə elə belə ayağına taxıb cıxarseydi, gəlib deyirdi ki, kim mənim ayaqqabımı geyib. Onu hiss edirdi. Qəsdən eliyirdüy görəy biləcəy? Özü də ki, o elə ateydi ki, hec vaxt səsinin tonu qalxmazdı bizə.



Lampa sönmür

Mənim anam onun ocağına gələndə, o vaxtı onda işığ olmeyib, lampa olub. Anam gəlib lampanı söndürməyə, neft­nən yanırmış. Lampa sönmeyib, piltəsini əlnən sıxıb, nə illah eliyib, lampa sönmiyib. Atamın da anası olmıyıb, nənəsi bıla­rın ikisinə də analığ eliyib. Çağırıb ki, anasın, bacı deyirdi, bacı, lampa sönmür. Nənəm də gəlib nə qədər əlləşibsə, lam­pa sönmüyüb. Sora qonşunu çağırıb ki, bəs hal qəziyə belə. Bı qadın gəlib ağlıyıb. Deeb, bəs bı ağanın ocağına gəlin gəlib, onun evində teşt qurulub həmişə. O öz ocağının bərpa olun­ma­sını istiyir. Nənəm də deyib ki, mən nə qədər canımda can var, bı ocağı yaşadacam.



Mis teşt

Bir dəfə bura bi qadın gəldi, seyid idi o da. O gəldi ki, bəs mənə yuxuda deyillər ki, nənəm də teşt qoyurdu ziya­rət­çilərçin, bəs get ağagilə de ki, o teşt yazılacağ. Çüyünü götür­sün­nər ora mis teşt qoysunnar. Sözün doğrusu, ailə böyüy idi, çatdırmağ olmurdu. O da baheydi, nənəm dedi eybi yox bu il qalsun. O qadın 3 dəfə gəldi. Axırı nənəm maaşın aldı, sora bı teşti almağa. O qədər saf insan idi ki, onu o ar bilmədi durdu məc­lisdərin birində, bı məhərrəmliydə, dedi, ay camaat, mə­nim niyyətim budu, bəs belə, adi qara 2 qəpiy. Onnan kim var­ranacağ? Dedi, ay camaat, sizə savab olmağçün, 2, 5, 10 qəpiy, kimin nəyə qüvvəsi çatarsa, pıl qoysun. Onda teşt 35 manat idi. Nə isə yığıldı, verildi. Getdi onu Boradigahdan za­kaz ver­di onu aldı gətirdi, qurdu. Teşt qurdu. İmamın 7-si idi yığış­dır­dılar. Yığışdıranda gətirdi teştin suyun boşaltdı, o dua oxun­muş sudu. Onu nənəm içiləsi olmıyanda güllərin dibinə zada tökürdü, kiməsə də nəzir verirdi. Teşti boşaldanda gör­düy teştin qırağı bütoy ərəb yazısıynan, Quran diliynən yazı­lıb. Sadə ustaya düzəlmiş teşt idi. İçi heç nəsiz. Bax o möcü­zədi ki, onun içi bütöy yazılmışdı soradan. İçində də dəvə kar­vanı şəklinə qədər. Gətirdi atam onu özü gördü, oxudu da. Am­ma şəkk elıməsün deyə millətimiz, götürdü onu apardı Ər­kivanda axund var idi. Apardı o axundun yanına. Dedi ki, axund, bını sən oxu. Axund oxuyub ağamı qucağlıyıb ağla­mış­­dı. Demişdi sənin saflığua, mərtdigüə o ocağ elə də olmalıydı.


Ələm

Ora qeybən ələm gəldi, axşam. Bizdə həmişə söbət olurdu ki, bu evdə Əbəlfəz ələmi yoxdu, ocağımızda. Bir kəs gəlib, atam dedi, mən bı adamı tanımıram. Ürbənddi adam imiş. Arxadan gəlib, qəbristanlığın birinci qapısı var, bizə tə­rəf. Orda salam verib atama. Atam deyir başıaşağı belə gə­lirəm, deyib ki, ay ağa, səə qurban olum, sənə əmanət gətir­mişəm. Qara bayrağ yazılı, arasında da ələm. Vermişdi atama, atam gətirdi, onu qoyduğ ocağa.



Haqqımı halal eləmərəm

Atam deyirdi ki, balalarım, heç vaxt gedib cəddüüzdən istifadə eliyib bir şey eləmöün. Nə vaxtsa kimsə səən qəlbüə dəysə də, hec vaxt ona cəddim evüü yıxsın demiyəsüz. Onda haqqımı sizə halal eləmərəm. O dərəcədə insan adam olub, məəm atam. Məsəl gedirəm nəsə almağa, mən alanda, qoy o bilməsün mən seyidəm, qoy gələnnən sora bilsin. Elə bilər ki, mən onnan nəsə təmənna umuram. Ona yolda nəzir verse­dilər, qəbul eləməzdi. Evinə gələməliydi. Əsil seyid idi.



İşıq

Bir dəfə cümə axşamı kiçiy qardaşım o otağın lampasın açıb, nəysə olmıyıb, bı qız deyib ki, mən salaram yerinə. Bı Mirəli də xəbər göndərib ki, döşəmə plov bişiriblər, bizə gə­lil­lər. Gəldüy. O otağda otumuşduğ. Dedi ki, kim gedər arxa evdən şoraba gətirər. Mən getdim gəlinnən. Arxıya keçəndə gördüm o ocağ evində bi dənə şam yanır. Dedim, ay Şirin, orda şam yanır? Biyaz irəli getdüy o şam qalxdı yuxarı. Qal­xanda bı gəlin qorxdu qaşdı gəldi evə. Mən dayandım orda. Yeznəsi gəldi. Dedi, arvaddara iş buyurdun qorxağdılar da. Gəldi o da gördü, dedi, ilahi, möcüzöə şükür. O da qayıtdı gedə bilmədi. Mən də dayanmışam. Bı qız gəldi – bacım Gü­lüstan. Hə, o mənnən getdi. Getdüy, and olsun Allaha, o işığ qalxdı o evin tininə, ordan da biz getdigcən getdi düz qapının tininə qədər. Orda dayandı. Yəni ki, qalduğ məəttəl ki, gör o bir balaca şamın işığı, necə nurrandirdi o qrannığ otağı. Bi­lir­siz o niyə helə oldu? Qardaşım dedi ki, əşi, yoldan işığ dü­şür, bi­zi qorxuzmasın da güya. Elə bil o işıx lap acığa qalxdı da o küncə ki, ora işıx düsə bilməz. Onnan sora hamı diyandı həyətdə.



Ətirşah gülü

Bı ətirşah gülü var eee, o mütləq ocağa qoyulmalıdı, behişt gülüdü deyillər. O gülə, bizim bi qonşu var iki qızı var idi, yaşdaşmışdı, alan yox idi, o qızdarı üçüm gətirdi, əl yay­lığı bağladı, ətirşah gülünə. Biz də uşağuğ. O qardaşımdı, mənəm, bir də böyük bacım var, o idi. Oturmuşuğ biz də ev­də. Arvad yaylığı bağlıyıb, 2-3 düyün vırıb yaylığa. Birin bağ­lıyıb Zərifeyçün, birin də Südabeyçin. Zərifə böyükdü, Sü­dabə kiçiy. Allaha and olsun, gülün üstündə o kiçiy qızçün bağladığı yaylığ başdadı açılmağa. Açıldı düşdü. O biri açıl­madı. Neçə il dalbadal bağladı açılmadı. Soradan o biri illərdə açıldı. O birinci yayliğı açılan qız elə həmin ili də getdi. O biri yazığ necə il qaldı, gec getdi ərə.



Ən böyük ocaq elə sənin evindədi

Bir dəfə də aşura, tasura bilirsüz də nədi. Aşura yox, ta­su­ranın güni. Birda Ərkivan kəndi var, orda tasura ehsanı verilir, atamın ailəvi dostu var idi. O gəlib maşınnan bizi ailə­vi yığıb aparıb. Həyətimizdə də toyuğ cücə var idi, qapıya to­xunub açılmasın deyə anam cəftəni qaldırıb keçirdib ora. Kilit vırmıyıb ha. Ba o qonşu, bı qonşu görüblər ki, şarşablı adam­lar şaxsey-vaxsey sinə vırıllar. Heç kim də yoxdu. Olar ağ­laşırmış, atamın da Həsənni kəndinnən dostu var idi, kişi gə­lib ziyarətə, görüb bılar ağlaşır. Deeb:

– Bacı, nə ücün ağlıyırsuz?

Deeb:


– Bəs belə. Kişi görüb ki, hə pəncərədən möcüzə. Qapı­nın da dalınnan cəftəsi keçilidi ha. Qapını acıblar da, nəə heç kim yox içəridə.

Gəlib atamın yanına atam zapravkada onda işdiyirdi. Gö­türüb atamı da gediblər Ərkivana. Yığıb gətirib bizi. Anam onda toba eləmişdi, heç yerə getmirdi. Hər yerdən məhrum idi. Atam dedi, səə bı göstərmə oldu ki, ən böyük ocağ elə səən öz evündədi. Başqa yerə getməyə ehtiyac yoxdu.




Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin