ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


Talonum oğraş əlinə düşməyib



Yüklə 2,19 Mb.
səhifə30/40
tarix10.02.2018
ölçüsü2,19 Mb.
#42641
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

Talonum oğraş əlinə düşməyib

Mənim dostum var Paltexnikdə, oxuyuruq bir yerdə. Onun bibisi oğlu gəlir, Şəkidən Bakıya. Bu oturar Şəkidə yi­yər-içər, polnu. Bu gəlir Gəncədə restoranda yenə də vurar. Birdən gəlir bir qayı saxlayır:

– Filankəsov filankəs.

Deyir:


– Gözuvu yeyim. Şəkili Faiq.

Deyir:


– Qadanalım, sənədləri ver.

Polis baxır görür bunun talonunda deşik yoxdu. Məzə­lə­nir dəə bilir, pul alacaq. Deyir, qadan alım, sənin talonunda heç deşik yoxdu ki?

Deyir:

– Rəis, gözüvu yeyim, mənim talonum hələ oğraş əlinə düşmüyübdü.


Səbrin nə təhərdi?

Aşağıda qohumların birinin hüzürü idi. Getmişdim hü­zü­rə başsalığına, orda molla söhbət eliyirdi, hərdən söhbətdə ara verəndə biri durdu getməyə. Durmuşdu elə iki addım at­mış­dı, biri ordan asqırdı. Asqıranda bu ayağ saxladı. Bizdə de­yim var, asqırdı ayağ saxla, biraz gözdə. Dayandı, asqırana dedi:

– Səbrin nətərdi?

Dedi:


– Vallah dörd il bundan qabağ qardaşım Rusiyyətə ge­dib. Asqırdım, gedəndən hələ də ondan xəbər yoxdu.

Keçi dərisini öpürsən?

Bir müştehid gedir şeyxə bir dənə Quran bağışlıyır. Şeyx götürüb onu öpür. Öper qoyur gözünün üstünə.

Deyir:

– Keçi dərisini öpürsən, Müştehid.



Deyir:

– Ona deyil, onun içindəkinə mən ibadət eliyirəm, onu mən öpürəm.



Dayanın, yazmayın


Bizim kənddə bir kişi var imiş. Baba adında. Bu, tiryək əkirmiş. Xəbər gedib milis orqanlarına çatıb ki, Filankəs tirek əkib yığıb aparıb bu tireki qoyub boranı tavanın altına. Bu ki­şi də baməzə idi. Bunu şeytannıyan hər şeyi yerbəyer deyib. Ta­vanın altında. Bu bazardan gələndə milislər gəliblər. Heç nə de­mədən giriblər həyətə boranı tavanın altından bir nəlbəki tirreki götürüblər. Kişi, gəl otur. Baba kişi oturub, milislərdən biri başdayıb yazmağa. Kişiynən yazanın arasında iki üç metir məsafə var imiş. Kişidə o vaxt savadı-zadı yox imiş. Heç nə bil­­miyib. Başlıyıblar buna pratakol yazmağa. Kişi deyib, da­ya­nın, yazmıyın. Deyiblər, əşi, nə bilirsən, biz nə yazırıq. Otu­rubsan orda, savadında yoxdu. Deyib, Masallıda oturub mə­nim boranı tavanımın altını görürsən, mən burdan bura onu görmürəm.



Ye, kökəl dənə

Deyir ki, kəndimizdə bir kolxoz sədri var idi. Əzazil imiş. Əlpənah adında. Bu baməzə kişi həmişə istildə quş vu­rardı. Quşu vurub qaşqaldağ adında quş. Quş bir az arığ olub. Baxıb-baxıb deyib, ay Allah evini yıxsın, sən də Əlpənahdan qor­xub bu günə qalmısan. Ye dənə bu istil olmasın, o istil ol­sun. Ye, kökəl dənə.



Bir baş soğan

Bizim Xırmandalı kəndində İstam adında bir qaravolçu varmış. Həm tərs, həm də çox dindar kişiymiş. Halallığa, haq­qa güvənən bu kişi kolxozun bağ-bostanını, anbara daşınan məsullarını göz bəbəyi kimi qoruyarmış. Günlərin bir günü kolx­oz anbarının həyətində cuvallara doldurulub bir-birinin üs­tünə qalaqlanmış soğan məsulunun qarovulunu çəkirmiş.

Arvadı ona günorta yeməyi gətirir. İstam kişi pələmədə süf­rəni açıb, bismillah edəndə görür ki, bəs arvad evdən so­ğan gətirməyib...

Başlayır arvadını danlamağa, ki, ay filangəsin qızı, bə­yəm sən bilmirsən ki, mən bozbaşı soğansız yeyə bilmirəm?

Arvad deyir:

– A kişi, vallah-billah, yadımdan çıxıb, indi dünya da­ğılmaz ki, kolxozun bir baş soğanını götürüb, bu günlük gü­nortanı yola verəsən?!

Bu qədər soğan tayasının qarovulunu sən çəkmirsənmi?

İstam kişi coşur. Hikkəsindən arvadının gətirdiyi yemə­yi geri qaytarır. Deyir:

– Ay filan-filan olmuşun qızı, sən mənə yaşımın bu ahıl çağında haram yedizdirib, dost-düşmən yanında xar elət­dir­mək istəyirsən? Allah-təala mənə bu bir baş haram soğan üçün o dünyada cəhənnəm əzabı verər, hökümətsə bu dün­ya­da! İstə­yirsən məni bir baş soğana görə gedər-gəlməzə sürgün eləsinlər?

Boş məzar

Rəhmətdik İstamın rus dostu vardı, gedib gələrdilər ola­ra. Onun bi dənə oğlu var idi. Yekə oğlan idi. O elə bil ki, Al­lah gölünə xilov* saldı, gəldi dedi ki, mən müsəlman ol­maq isti­yi­rəm. O vaxtı İstama dedi. İstam da 70-80 yaşında idi. Dedi, mu­səlman olmaq issirəm. Onu rəhməttik İstam musəl­man elə­di. Rusu kəssirdi əməlli-başdı. Musəlman eliyənnən so­ra üs­sünnən bir ay kecməmiş İstam rəhmətə getdi. Elə kətdə ölüb. Orda kişini qoydular cənazəyə gətilər evəki, əfn-dəfn elə­məyə. İndi aparıllar bunun qəbirsannığa basdırmağa, biz də uşağ idik. Hamımız qacıb durmuşuğ yolun üssündə. Bu kişi­nin cənazə­si­nə girənnər cənazənin altında qacıllar. Elə bil cə­na­zə ucur göy­nən, bala. Ucur elə bil. Mən gözümnən gör­müşəm onu, bala. Vahimeydi ona. Biri deyir kişi ucur, o biri deyir kişi ucur. An­cax əllərində tutublar cənazəni, hamı qacır, tu­tublar əllərində. Cənazənin altında hamı qacır. Bunu apar­dı­lar qəbirsannığa bas­dırdılar, gəldilər. Gələnnən iki gün sora bir nəfər adam yatır, yuxusunda görür ki, bı İstamı aparıllar ağ dəvənin üstündə.

Soruşur:

– A kişi, səni hara aparıllar?

Deyir:

Hec özüm də bilmirəm vallah, məni hara aparıllar.



Sora gedillər bılar baxsınnar ki, görək qəbirdədir, ya yox. Oğlannarı də, hamı danışır. Gedillər bələ, qəbri bi balaca qazıllar görüllər nə, orda hec nə yoxdu. Qəbir boşdu. Lal, din­məz sirr batsın deyə, ustünü örtüllər, gəlillər evə. Onu o vaxtı hamı belə-belə bir birinə danışdı. Yaxşı kişi idi o rəhmətdik. İndi Allah tərəfinnən qeyb olub, nətərı olub bilinmədi. Düz adam olub haaaa özu, ona görə də ömrü boyu kasıb olub.

İstamın ac yatmağı

Elə bil o vaxti İstamın arvadı gedib ambardan nəbilim in­di bir az buğda, bir az un, nəbilim belə-belə şeylər gətirib, bu ambara buğda atmırlar, mən də atmışam. Biçib gətirib tökür­dülər xarmannığa, ordan da soorurdular təmız, gətirib onu am­bara tökürdük. Arvad vedrənin yarısından, kasıb imişdər da, gə­tirib bunu qoot cəkib arvadı, ora da qoot plov bişirib. Hə gə­tirib bu kişiyə yeməyə. O dəmdə elə bil ürəyi xəbər verib.

Deyib:

– Arvad mən bunu yemərəm. Orda səənnən işdiyənnərin hamısının gözü var idi bunda. Olar madəm gətirmədi, sən mu­nu niyə gətirdin? Bu oğurruxdu. Mən bunu yemərəm. Arvadı da elə o vaxt danışardı, gülərdi.



Deyir elə İstam ac yatdı, bizsə yedik.


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin