ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


Mir Həsən Ağanın inək satmağı



Yüklə 2,19 Mb.
səhifə14/40
tarix10.02.2018
ölçüsü2,19 Mb.
#42641
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

Mir Həsən Ağanın inək satmağı

Mir Həsən Ağa o vaxtlar Masallının kəndlərini gəzər­miş. Hacıtəpə kəndində savadlı ədəbiyyat müəllimi (indi rəh­mət­lik) Yaqub Əsədovun da bir inəyi varmış ki, balası doğan kimi də ölərmiş. Anası, arvadı deyirlər:

– Yaqub, sən gəl inəyin doğan balasını Mir Həsən Ağa­ya nəzir de.

Yaqub müəllim belə şeylərə çox inanmasa da, razı olur. İnəyin doğacaq balasını Yaqub müəllim Mir Həsən Ağaya nə­zir deyir. Gəlir bu dəfə inəyin balası ölmür. İnəyin sonrakı ba­la­­ları da qalır. Nəzir deyilən buzov da böyüyüb bala verir. An­caq Mir Həsən Ağa kəndə gəlmir ki, gəlmir. Bir gün Ya­qub müəllimə uşaqları deyirlər ki, ata, Mir Həsən Ağa bizim evin qabağından keçir. Yaqub müəllim Ağanı evə dəvət edir. Deyir:

– Ağa, bu yanı balalı inək sizindir. İnəyimin balaları öl­məsin deyə bunu sizə nəzir dedim, şükür, doğulan balaların ha­mısı sağ qaldı.

Mir Həsən Ağa deyir:

– İndi ki, bu yanı balalı inək mənimdir, mən də onu satı­ram. Ancaq ilk sənə təklif edirəm, zəhmət çəkmisən, otunu-suyunu vermisən. Beş manat ver, inəyi balası ilə sənə verim.

Yaqub müəllim çox təəccüblənir. Deyir:

– Ağa, bu inəyin balası ilə bərabər qiyməti iki yüz ma­nat­dan çox edər. Siz nə danışırsız?

Ağa deyir:

– Müəllim, inək mənim deyil?

Deyir:


– Sənindir.

Deyir:


– Onda istədiyim qiymətə sataram. İnəyin qiyməti oldu üç manat. Verirsən sənə satım, yoxsa kənddə birinə satacağam.

Yaqub müəllim naəlac qalıb üç manatı verir, inəyi və balasını alır. Mir Həsən Ağa da üç manatı Yaqum müəllimin həyətdə oynayan uşaqlarına verib deyir ki, gedin özünüzə şəkər alın.


Seyid Sadiqlə Seyid Rza

Deməli, Seyid Sadiqdən saatı soruşurlar. Deyir:

– Üçə qalır beş dəqiqə.

Elədi. Bizim bir qohum olurdu Alatavada. Seyid Sadiq Alatavanı tanımırdı. (Mən şəhərin mərkəzində qalmışam, son­ra işləmişəm avtovağzalda.) Orda Etibar adında oğlan vardı. Seyid Sadiq düşər avtovağzalda, Şamaxinkada. Etibar da ba­laca həyət evlərində olurdu.

Ay Etibar, Etibar, Seyid söyüş söyən idi, ay alçağ, bil­mirsən mən gəlmişəm, çıx qırağa da. Deyir, çıxdım göz­lərim bu boyda oldu. Bunu kim gətirib, nətər gəlib bura? Heç Ala­tavaya getmiyib, Bakıya getmiyib. Onun atası Seyid Rzanı polis gətirmək istiyib. Gəliblər maşını sürüblər, nə qədər əl­ləşiblər maşın xoda düşmüyüb.

Qızılağac piri

Qızılağacın tarixi və o kənddə yaşayan insanlar haq­qın­da bizə yazılı mənbələrdən məlumatlar var, o cümlədən xalq deyimləri, söyləmələri əsasında Qızılağacın qədim tarixi özü­nə məxsus qorunan abidə vasitəsi ilə təstiqlənib. Vaxtı ilə Qı­zılağac şəhər tarixi antik müəlliflərin əsərlərində şəhər kimi qeyd edilib. İndiki Qızılağac keçmiş qərarlaşan yerdə olub. O da, təxminən, qəbirstanlığ ərazisindən iki kilometrə yaxın məsafə uzağlığındadı. O dövürdə tarixi bizə bəlli olmayan o şə­­hərə rəhbərlik edən hökümdar tərəfindən şəhərin abadlığ-quruculuğ işləri yerinə yetirilmədiyindən şəhər əhalisini sə­fər­bərliyə alırlar. O, kiçik yaşlı iş qabiliyyəti olanlardan tutmuş qo­ca­lara qədər iməcliyə cəlb edir. O cümlədən həmin dövürdə qoca bir kişi, vardı, Sultan adlı, o da işə cəlb edilir.

Bu Sultan pir, elə kəramətli insan ki, bu şəhərdə yaşı­yırmış. Onun yaşının çox olmağına baxmayaraq, şəhər rəh­bər­liyi onu da səfərbərliyə cəlb etdi. Lakin Allah tərəfindən kəramətli şəxslər öz mövqeyinnən qiymətlənən bu Sultan Pir həmin vaxt şəhərdə tikinti işləri aparan ustalar üçün su daşı­mağ tapşırığını alıb.

Daşlı quyunun yanına gəlir. Dolu vedrəni dərin quyudan çəkib yanındaki səhəngə tökür (səhəng bişmiş palçıqdan hazırlanan su qabıdır, yayda suyu çox sərin saxlayır).

Sultan pir səhəng dolusu sula bir neçə dəfə ustalara xid­mət göstərir. İsti hava şəraitində işləyən ustalar yenə su tələb edirlər. Sultan pir yorulub, ehtiyacı ödəmək qüvvəsinə malik ol­madığını bilir. Nə etməli? İşdən yayına bilməyəcək. Çarə ancaq Allaha yalvarmaqdadır.

Sultan pir yenə vedrəni quyudan doldurub səhəngə tö­kür. Hər tərəfdən su tələb edirlər. Sultan səhəngi götürüb onu səsləyən ustanın yanına gedir.Usta su qabını götürüb qocanın əlində olan səhəngə yaxınlaşırır. Usta baxıb görür ki, səhəng­dən su tökülmür. Bu vaxt deyir:

– “Ay Sultan, nə üçün boş səhəngi gətirmisən? Axı bizə su lazımdır. And içir ki, and olsun Allahın izzəti-cəlalına sə­həngin içində su var. Usta inanmır, baxırlar görürlər ki, sə­hən­gin içindəki su buz bağlıyıb. İsti yay günündə səhəngdəki su buza dönüb. Sultan pir və yanında olan nəvəsi hadisənin cərəyan etməsini görəndə oradan uzaqlaşırlar.

Xəbər şəhərin başçısına çatır. Sultan piri tutub saxlamaq haqda gösrəriş verir. Həmin vaxt Sultan pir qiblə səmtinə üz tutub yeyin addımlarla hərəkət edir. Arxaya nəzər edəndə gö­rür ki, onu təqib edirlər. İndiki qəbristanlıqda olan oçağın ye­rində onu təqib edənlərin gözünün qabağında qeyb olur. Şah gəlir o yerə çatanda qocanın hara girdiyini soruşur. Deyirlər ki, burada gözümüzün qabağında qeyb oldu. Həmin yerdə şah iki qəbr tərtib elətdirir. Böyük qəbir Sultan pirin, kiçik qəbir isə nəvəsinindir. O gündən həmin yer ziyarətgaha çevirlir. Son­ra­dan qəbirlərin üstündə bina inşa edilir. Ona “Ocaq” adı veriblər. Sultan pir oçağı kimi məşhurlaşıb. Oçağı ziyarət edən inamlı, etiqadlı şəxslər ondan bəhrələnib nemətlən­diril­dik­lərinə görə onun adı dillər əzbəri olub. Son zamanlar hətta Dağıstan vilayətindən bu oçağa gələn ziyarətçilər deyiblər ki, bu ocaq Dağıstanda çox məşhurdur. İndi də qonşu rayon kənd­lərindən Ocağa gələn ziyarətçilər çoxluq təşkil edir. Kə­ramət sahibi olan Sultan pirin və nəvəsinin o yerdə çıxdığı gündə o ərazi qəbiristanlıq üçün vəqf olunub. İslam şəraitində qəbirstanlıq yol üstündə, camaatın o yerdə dəfn etməyi lazım edilməlidir. Şəriət vəfat edənləri o yerdə dəfn etməyi lazım bi­lir ki, orada kəramətli insanlar, seyidlər, müctəhidlər, din xa­dimləri, imam və imamzadələr dəfn olunsun. Qəbirstanlıq yaşayış yerindən uzaq olsa da, belə o şəxslər orda dəfn olun­muşsa, gərək vəfat edəni aparıb o qəbirstanlıqda dəfn edəsən.

Sultan Pirin məzarı dillərdə əzbər olub. Hər niyətə gəlir­lər. Uşağı olmuyan nəzir eliyir. Dalağ xəstəliyindən olan ora uza­narmış, sağalarmış. O ocağın qədimliyi və o Sultan Pirin isə kəramətli olmağı bir az da insanların bu ziyarətə gəlmə­yi­nə çox səbəb oldu. Hər yerdən istiyirlər gəlirlər o ziyarətgaha. O ziyarətgahda öz niyyətinə nail olurlar. Masallının Sığıncağ kəndi var. Ordan bir kişi hər ildə bir dənə cöngə gətirir. Burda kəsir. Buna sud eylədilər ki, sizin bura ehsan eləməyinizin səbəbi nədi? Dedi:

– Mən hər yerə getdim, Allah mənim istəyimi həyata keçirsin. Mümkün olmadı. Bu ziyarətgaha gəldim. Burda Al­lah mənim dualarımı eşitdi. Hətta istiyirdi o ziyarətgahı tə­zə­ləsin. Gələr ehsan verər, camaata özü də orda bişitdirər, ve­rər camaata, yeyərlər. Qalanını da paylayarlar. Ocağın kəraməti var. Orda Mir Həsən Ağa var. Orda Mir Cəfər Ağa var, olar qırağdadı. Sultan Pir nəvəsiynən içəridədi.




Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin