ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 2,19 Mb.
səhifə18/40
tarix10.02.2018
ölçüsü2,19 Mb.
#42641
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

Lal Seyidin ocağı

Bura ən çox elə nəzir boyun alıllar, gəlillər bura. Uşağı olmuyan, nə bilim ee. Orda içəridə bir yatax var, orda gəlib yatan da olur bir gecə, oturan da olur. Çox ağır seyid olub. Yoldaşı da ağır seyid olub, özü də. İkisi də seyid idilər. Lal seyi­din on bir övladı olub. Burda olanı da var, Bakıda olanı da var. Hər cümə günü bura çoxlu qurbannar gətirillər kəsil­lər. Bu ətrafda ən tanınmış ocaxdı. Bu onun türbəsidi, evi də o evlərin yanındadır. Onun evinə də nəzir boyun alannar var, ora da ocağ kimidir. Kimin ağriyan yeri var, gəlir gündüzlər uzanır orda, sağalır.



Mir Tağı ocağı

Bura bir şey boyun alıllar, deyillər məsəl uşağımız sal­dat gedib sağ-salamat gəlsin, gedərüy ağanın ocağına. Gəlin­nər gec azad olanda deyillər ki, sağ-salamat azad olsun, gedə­rüy ağanın ocağına. Gedərüy, qoyun boyun alıllar, pıl boyun alıllar, indi kimin nəyə gücü çatir. Öz həyətində də dəfn olu­nub ağa. Həftənin yeddi gününün 7-si də bura ziyarətə gəlil­lər, xəstələr gətirillər bura ki, şifa tapsın. Tapıllar, sora yenə gəlillər.


Mir Tağı Ağanın kəramətləri

O gördüyünüz daş Əlinin ayağının izidi. Bax, yuxuda gö­rüb ki, məsələn bizim həyətdə qalmamalıydi, gəldi bizdən istədi, biz də məsləhət bildüy ki, gətirdik burda ocağda qoydux o daşı. Kimsə niyyət tutur, məsələn, gətirir qoyur o daşın altında nəzi­rini. Məsələn, kiminsə niyyətinə ərizə yazdırıllar, qoyullar, sora biz oları götürürüy aparıruy, məsələn, başqa ocağda yerbə­yer eliyirüy. Kiminin arzusu, istəyi. Adam var, yasin boyun alır, adam var, ərizə boyun alır, adam var, qoyun boyun alır, ora kə­sən yerimizdi. Orda kəsdirirüy. Ağanin sağlığında çox şey olub.

Məsələn, bizim bu Boradigah kəndinin əhalisi bunun cəd­diynən dolanan, yaşayan adamlar olublar. Elə bi ki, 12 metrə at­danma arşında o 12 metrədən çox atdanmağ istiyib, amma biri ona bais olub. Elə bi ki, ipi çəkib o məsafəni atdana bilməsin, məsələn 13, 14, 15 metrə atdana bilməsin, ağa orda xar olsun da. O adam özü də ağır seyid olub, Şatroba kəndindən olub. Sora o gedib görüb ki, nəvəsi düşüb suya boğulub ölüb. O, ağanı pis eləməy ücün belə eləmişdi. Sora gəlib bunun ayağına düşüb ki, deyib ağa mən bilə-bilə o ipi çəkdim ki, sən orda qalib gəlmi­yəsən. Ama bizim ağa yenə qalib gəlib o yarışda.

Burda Ərkivanda Seyid Sadiq var ha, o da həmişə de­yərdi ki, məsələn, mənim cəddimnən Mir Tağı Ağanın cəd­di gücdidi. Məsələn, mənə boyun alan nəziri ona boyun alun. Düz­di, ora da ziyarətə gedən var, amma o, həmişə bunun cəd­dini özünnən üstun bililirdi.

Mir Tağı Ağamın bir əlində imamlarımızın dırnağ yeri olub. Helə vaxt olub birinin ağzı əyilmişdi, hec həyətə girmir. Elə əl-zad sürtürdü, gedir şəfa tapır.

Bunun haqında danışmağnan qutarmaz eee. Məsələn, gü­nün günorta vaxtı deyib gün çıxsın, gün çıxıb. Bi dəfə elə Bo­radigah bazarında məçidin qabağında ağacın yerə çırpan kimi, deer helə tufan başdadı, yağış yağdı ki, yığıb yığış­dır­mağ olmadı. İndi də elə tanıyannar var. Elə kasıb-kusublara nəzir payleeb ki, onçün o qabax 25 manat var idi eee rus pulu, onunçun 1 paçka onnan gətiriblər.



Boyun olunan pul


Bi adam ağaya bi paçka pul boyun olub. Belə olub da. Kişi boyun alıb, amma gətirmiyib. Ağa girib onun yuxusuna ki, mənim səndə əmanətim var, niyə gətirmirsən? Kişi də gə­lib o vaxtı, o, 20 yanvarda olub, deyib burda Masalli şofer­lə­rin­dən kim var da. Biri çıxıb deyib neynirsən? Bizim Kərbə­layi Hacıdı bizim bu balaca məhəllədə İmam var, o deeb ki, mənəm Ma­sallı Boradigah şoferi. Deeb, hansı kətdənsən. Deeb, Bədəlan kəndinnən. Deer, bu gecə Mir Tağı ağa mənim yuxuma girmişdi, deer, mənim səndə əmanətim var, niyə ver­mir­sən? Gələ bu 25 manatlıq paçkanı apar çatdır ona. O da de­yib niyə çatdırmaram. Hə gəlir deer, ağa, səninçün pul gə­tir­mişəm bir xeyləm, deeb, ədə, mənə pul lazım idi elə zarafatnan.

Ağa, deeb hə, otur maşına sür bu evdə saxlagınan. Sax­lıyıb, bi 25-dik o qadına, bu qadına verib, kasıba-kusuba helə helə axırda bi dənə gilə qalıb. Deeb, İmam, bu da sənün, şo­ferin də yəni. Şofer deyib, ağa, bə kişinin yuxusuna niyə gir­mişdin? Axı demişdin mənim səndə əmanətim var? Deeb elə muna görə olub, camaatlara paylamay ücün.

Məni aşırlı qəbiristanlığına aparmayın

Sora bu evin qabağında bi dənə armud ağacı var idi, orda bi dənə pələmə var idi. O, həmişə orda yatıb bütün fəsillərdə, xəstələnənə yaxın uje axır nəfəsində, o ev var ha, bi dənə əmi­miz var o aparıb evınə. Burda bu ev yox idi, o vaxti soradan tiki­lib. İstəmiyib heç vaxtı ki, yaxşı ev-eşıyi olsun. Hə bax o əmi­min balaca evində rəhmətə gedib hüzürün-zadın veriblər orda. Adını daşıyanlar var indi. Bi gəlinimizin yoldaşının adıdı, sora nəvələr də var, balaca nəticələri də var. Dəfni də ki, özünün və­siy­yətidi ki, məni həyətdə dəfn eliyərsiz. Elə bi ki, bunun bi dənə qardaşı olub Mir Kazım. Onun əsgər getməsini istəmirmiş. Hə götürüblər bizim bu Mir Kazımı buğdanın içində gizdə­diblər, bi dənə başı görsənirmiş. Həmin əsgər aparan kişi adı Mü­təl­lim idi, onu gəlib götürüb aparıb əsgərriyə. Ona görə o de­yir­di ki, mənim düşmənim o qəbirsannığdadı. Deyib məni nəba­da-nəbada aşırlı qəbirsan­nığına aparmıyun ha.

Məsələm, o qədər avam olub ki, zəmbili qoyub burda o yatan yerində, zəmbilin içinə iki dənə pişik girir. Elə helə zən­bili aparır, o Boradigahacan o zənbil pişiklərnən gedir. Zən­bili orda qoyanda orda pişiklər çıxır gedir. Bunu da görənnər deer ay ağa, bi adam zənbilinə baxmaz ki, orda olan nədi? Mə­nim 7 yaşım olanda o rəhmətə getdi. Bax 4-5 yerdə arvadı-zadı var. Elə onun bu başdaşı da mərmərdən hazırlanıb. Ağa­mızın bi dənə arvadı Türkoba kəndində var idi. Anamız de­yirdi ki, elə belə şeyləri yığardı verərdi bizə, yaxşısını apa­rardı o arvadçin. Sora boyun alıblar, məsələn, deyiblər qızım ərə getsin, üziy salmanı verəriy sizə.

Mir Seyid Sadiq Ağa “Kişi Vaar?”

Ağa uzun müddət xəstə olub, çox acılı günnər keçirib, cavannığınnan ta yaşdaşana qədər. Elə hey iyneynən dərman­nan. Ağam butun Masallı rayonunun xeyir-şər məclis­lərində iştirak eliyərdi. Mən olarda dərs oxuyardım, Onun qardaşı mə­nə dərs deyib. Biz səhər-səhərrər gələndə ağa çağırardı bizi, söbət eliyərdüy. Ağanın qardaşı oğlu bına dedi:

– Ağa, sən hardan bilirsən ee, bu gün hardasa ya xeyir işdi, yoxsa şər işdi?

Dedi:


– Mənə yuxuda deyillər.

Bi də ki nə desəydi olurdu də. Misal deyirdi, səə filan şey eliyərəm o şey gedirdi onun başına gəlirdi. Ya məsəl elə bi yerdədi ki, elə bi işdədi ki, ordan çıxmağ çətindi də, dar­dadı, Al­lahın möcüzəsiydi də elə bil. Bının da cətdi pey­ğəm­bərdi. Allahın yanında ən yüksəy məqamdadı. Kim nə istəsə, ona xatir verərdi. Bunun da cətdinə hec vaxt hörmətsizdiy eləmi­yib, yəni Allahın haram buyurduğu işdəri eləmiyib. Bi də bi əlinnən alıb, bi əlinnən verən olub. Da fikirrəşmiyib eee buyün mən bu pulu xəjdəsəm, sabaha Allah verər misal da adamlar var da elə. Bınçin marağlı olmiyib bi əlinnən alır, birinnən də verirdi.

Bi dəfə çıxıbmış yola maşına əl eliyib, indi o yazığında vacib işi olub, ya nəsə saxlamağ istəmiyib, elə 1-2 metr gedib maşın qabağda dayanıb. Hə indi gəl də. Deyib, ədə, ağanı get tap. Ağanı gətiriblər. Ağa maşının dalınnan viran kimi maşın tərpənib. Bi dənə yaxşı sözü var idi onun “Kişi vaar?”. De­yər­di mənnən başqa kişi yoxdu. Bi də deyərdi “Yalan, yalan, hamısı yalan”.



Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin