Hacı Mir Heydər Ağanın əyri ağzı düzəltməsi
Atam özi Quran oxiyirdi, bəzi məsələ şərhləri bilirdi. Mənim yadıma gəlir ki, bi dənə qadın Biləsuvarın Əmənkəndinnəndi, onun ağzı əyilmlşdi. Orda da bizim bi yaxın adamlarımızzan var idi, onu Bakıya aparıblar xəssəxaniyə. Həmən o adam deeb ki, dayı bizim orda bi dənə seyid var Mir Heydər Ağa aparginən onun ocağına, biz onda uşağduğ hələ. Nəsə gördüy bı qadın gəldi. Dedüy, yağın gəlib ziyarət eliyib gedəllər də. Dedi, yo, mən gedmiyəcəm, qalacam bırda, mənim ta bı ağzım düzələ gedəm. Ərinin də adı Bəşir idi. Dedi, Bəşir, mən qallam. Əri də komunistin vaxtında işdiyirdi. Dedi, mən qala bilmiyəcəm axı. Arvad dedi:
– Sən get mən qalıram.
Nə isə o qadın qaldı olar getdilər. Üstünnən bi gün keşdi, o teşt olan evdə qalırdı qadın da. Teşt onun içində su var, camaat gəlir orda ziyarət elyir, kimyəli sudu da icir onnan. Hə, bı qadın bi gün qaldi, utanırdı də yiyəndə su tökülürdü ağzınnan, yaşmağın çəkirdi yenə bi tikə daldalanırdı.
İkinci gündi. Rəhmətdik babam vardı, seyiddi özü də Mir Yaqub. Özü də ki, 41-ci ildə müharibədə iştirak eliyib. Ukraynalı bi palkovnik düz 35-40 ildən sora gəlib tapmışdı onu. Babam gəldi, otmışdı nahar yeyirdi ağam. Dedi, ağam, bilirsən nə var, mənə sən də dua elə, da bi ümid bilib bı qapını gəlib, Allah bına şəfa versin. Öz də bının yoldaşı, dedi ziyarət elədin gə gedəy, bı dedi yox e, mən qalacam bı belə bi əqidəynən gəlib. Ta düzələnə kimi mən bı seyidin cətdinə əqidə bağlamışam ki, bırda mən nicat tapacam. Nəsə üçüncü gün axşamı idi, yatmışdı bı qadın. Gördüy ağlamağ səsi gəlir, qorxduğ dedüy, yağın bına bi şey zad olub. Durduğ ayağa gəldüy, anam gəldi soruşdu nədi, nə işdi, a bala? Biz də gəldüy yığışduğ, dedi, yatmışdım, gordüm yuxu aləmində göy aləmindən bi şey gəldi içində də beş nəfər şəxs gəldi, oların arasında da bi dənə də qadın xeylağı var idi. İçinnən bi nurani şəxs düşdü, dedi o qadına ki, gəl bı qadına şafa ver, onun ağzına əlüyü çəkginən. Deer, o mənim ağzıma vırannan sora mən yuxuda diksindim oyandım, əlimi belə ağzıma apardım, gördüm ağzım gəlıb yerinə.
Hə onnan üç gün sora gəldilər bını aparmağa, dedi ki, Bəşir, mən getmirəm, get bizim tayfa ki var ordan bi dənə də cöngə gətir bı qapıda kəsim ehsan verim, onnan sora gedim. Təbii bı 1-ci Allahın lutfüdı. Hər şey Allahın əlindədi. Amma o insannar ki, ümid bağlıyıllar, Allah da onlara nicat verir. Bular mənim uşağlığda gördiyim idi. Amma bu günnəri oların o seyidlərin yolun elə saxlasoğ böyük şeydi. Biz olar ola bilmərüy axı. Atam rəhmətdik deyərdi ki, bəzi seyidlər ki var olar cətdinin yolunu saxlamasaydı, oların etiramı aradan gedərdi. Yəni büyünnəri Mir Həsən ağa, Mir Heydər ağa, Mir Məmməd ağa olsun, Bakıda, ya qeyri yerrərdə ki o seyidlər ki öz cəddinin etiramını saxlıyıblar, Allah olarin o əqidəsinə görə, imanına görə oları xəlq icərisində nümunə qərar verib.
Mir Heydər Ağa oğlan uşağı verir
Köhnə Alvadıdan Əmir kişi vardı, tütün zavodunun müdürü idi. Onun dossı var idi, onun oğul övladı olmaz. Əmir də ona deyər ki, bizim rayonda bi seyid vaar səni boyun alıram, sənə ki Allah bı qədər qız uşağı verib, bı səfər oğlan övladın olsun səni aparacam Mir Heydər Ağanın ziyarətinə. Elə də oldu oğul övladı dunyaya gəldi. Gəldilər bıra Zakataladan. Əmir kişi dedi, bax bı seyiddi, mən səni bının cətdinə boyun almışam və sənə də oğluvun adını mən demişəm Əli qoy.
Bakıda indi də vergi nazirliyində işdiyir, biri var Allah canın sağ eləsin həmişə gedib gəlirdi atamın sağlığında da.
Ağa müşkülləri həll edir
Bi gun deer, bizim bi kətçi var onnan bi izdaniyədə olur ona deer ki, məəm biyaz işdərim dolaşığa düşüb. Deeb, ədə, bizdə bi seyid var Mir Heydər Ağa onun cətdinə boyun al, səən işdərin duzələcəy. Nə isə gedir, bi də gördüy ki, bi maşın gəldi səhər tezzən. Biz də tanımıruy. Salam əleyküm, əleyküm salam. Deer, Bakıdan gəlmişəm. Sizin bırda Mədət kişi var, onun oğlu biznən bi izdaniyədə qalır o deyib, mənim bi işim var düzəlib gəlmişəm. Deməy, atam rəhmətə gedəndə o bi başqa qardaşı var o da gəlmişdi onnan, atam rəhmətə gedəndə yatar, ağam onun yuxusuna girər. Bu qardaşına deyər ki, mən ağamı yuxuda gördum olara getməy issiyirəm. Qardaşı deyib, qal altı, ya da bazar gedərüy. Deeb, yo mən getməliyəm. O həmin zaman gəldi, o günü atam rəhmətdiyin 7-si idi. Gəldi içəri girdi, dedi, ağa, nə işdi? Dedim ağa rəhmətə gedib. Dedi, sən Allah? Ağladı. And olsun onun cətdinə axşam yuxuma girib mən gəlmişəm. Qardaşım hətda dedi qal, 6-bazar güni gedərüy, dedim yox mən gedirəm.
Mir Heydər Ağa rusa yardım edir
Necə dəfələrnən insannar dalaşanda onu barışığa gətmişdilər. Ölüm də olsa idi, ağanın cətdinə xatir onu keçəcəydilər. Mən görmüşəm cavan oğlu ölüb, çox adamlar gedib deeb, mən keçmiyəcəm filan, ağayə eləsi var idi qabağdan deyərdi gəlmə ha, sən gəlsön mən gərəy evimnən çıxam. Bizim bi adam var Xocavar kəndində idi, uzun muddət Rusiyada olur. Bi rus dossı var deer, dedim noolub? Dedi, bi problemim var. İşə düzəlməliyəm düzəlmir, helə bugün sabah. Deer, dedim əəə, sluşay sən bını bizdə bi seyid var ona boyun al ona, iş düzələcəy. Nəisə bı şeylər Allahın əlindədi ha, sadəcə insanın əqidəsi Allahnan olanda niyyəti də qəbul olur. Bəli o gedir Allah səbəb salır o iş düzəlir. Deer, mən də Allaha dua eliyirəm ki, ay Allah, Mir Heydər Ağamın cətdi, məni bı rusun yaninda xar eləmə, bının niyyətini hasil elə. Deer, gördüm bı gəlir, əlin salır boynuma, dedim nə işdi? Dedi:
– Bı pılı da, rus rulu idi, o seyidə verərsən, Allah qismət eliyər bi dəfə gedib onu görərəm.
Mir Heydər Ağanın köməyi
Bi nəfər də vardı Köhnə Alvadıdan, o vaxtı sovetin vaxtında Rusiyaya işdiyiridi, deer otmuşuğ samalyotda, bi dəssə adam. Gördüy, ə, samalyot bi neçə dəfə fırrandı, ama düşmədi. Deer, hardasa bi iyirmi nəfər Köhnə Alvadıdandı, sora orda dedilər ki, bəs təkər açılmır. Elə mını dedilər hamı düşdü çaxnaşmaya. Dedim, Ya Mir Heydər Ağanın cətdi, mənim aman, zaman bi dənə oğlum var, o da dədəsiz qalmasın, ya ağamın cətdi, özün bırda nicat ver xəlqi bırda qərq eləmə. Deer, dedim, əlimi atdım öz pılımnan 10 manat qoydım bıra. Deer, bi də gördüm ordan dikdavat elədilər ki, bəs narahat olmeün təkərrər açıldı enirüy.
Bilirsüz bı mənim danışmağım yox, xəlqin danışmağıdı. Bu gün adi bi məclisə gedirüy deellər Mir Heydər Ağamın ruhuna bi salavat. O bizim ağamızdi ona bizim əqidəmiz var.
Dostları ilə paylaş: |