ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 2,19 Mb.
səhifə5/40
tarix10.02.2018
ölçüsü2,19 Mb.
#42641
1   2   3   4   5   6   7   8   9   ...   40

İmam Hüseynlə Əli Əkbər

Bir gün İmam Hüseyin Ağa küsüb çıxmışdı Kufədən. An­cağ ordan o qədər məktublar gəldi. Ya Hüseyin, sən bur­dan gedibsən, bizim günümüz çox çətindi. Sən gəl səni burda xə­lifə qoyaq. Məktublar Kufədən gəlmişdi. Bəyəm atamı qı­lınc­­lamağ yadınızdan çıxıb? Bəyəm qardaşıma zəhər verib öl­dür­məy yadınızdan çıxıb? Mənə nə qədər əziyyətlər ver­di­yi­viz yadımdan çıxıb? Yenə məktublar gələndə İmam ba­la­la­rı­na iki nəfər – birinin adı Aqil, birinin adı Tofiq, qoşub onları gön­dərdi ora. Bu uşağlar getdi, dedilər ki, İmam Hü­seyin gə­lir. Hər yerdə hər zaman özünün söz gəzdirəni var, aravuran var.

O vaxtı Allah-tala Adəmi də yaratmamışdı, bizdən qa­bağ ki, Adəmi yaratmamışdı, bütün ruhları yığdı bir yerə, pər­dəni götürdü, bir dənə də bayrağ qoydu ora. O pərdəni gö­türəndən sonra Kərbəla müsübətini ruhlara göstərdi. Dedi, bu bayrağı kim götürə bilər. Bunu Əli Əleyhisalam istədi, İmam Həsən istədi, Əyyub Peyğəmbər istədi, İmam Hüseyin getdi götürdü.

Bunları qarşıladılar, onda Yezit Şamda idi. Şama get­dilər ki, ay evin yıxılsın, oturubsan burda, İmam Hüseyin gə­lir. Xəlifə keçəcək. İki dənə də uşağ göndərib. Gəldilər bir nə­fə­rin evinə yığışıb əyləşmişdilər. O, uşağları tutdular, hamı qaçdı, hərə bir yerə. O uşağları qətlə yetirdilər.

Bunu eşidən İmam Hüseyin çox kədərləndi, adamlarını da götürüb Kufəyə yola düşdü. İmam Hüseyin Ağa gəlib Kərbəlaya çatdı. Nə qədər istiyir ki, bunun miniyi getsin irəli, getmədi. Düşdü aşağı, başını qoydu sinəsinin üstünə dedi:

– Ay Allah, bura mənim sonumdu, niyə yerimirsən?

Özü də baxıb gördü ki, on bir dəstə qoşun dayanıb. Uşağ­lar deyir, ata, biz bu yolu gəlib keçəndə heç burda əriy ağacı yoxdu. Burda nə qədər əriy ağacı var. İmam Hüseyin bilir, uşağlara demir. Çox qəmlənib oturmuşdu, Allah Salma­na rəhmət eləsin. Ürəyini o qədər imamlara vermişdi ki, Ima­mın balaları buna əmi deyirdi.

Bir gün günəş yerindən çıxmışdı. Əli Əkbər çadırın bö­rün­də, günçıxana sarı durmuşdu. Yəmən şəhərinin şahına dedilər:

– Evin yıxılmasın, gör iki dənə çadır qurulub. Gecənin bir günü keçsə, bizi qıracağlar. Dedi:

– Qalanını biz qırağ da.

Dedi:

– Yox, özüm gedərəm.



Səhər-səhər şah gələndə gördü ki, çadırın böründə elə bil ay canlanıb. Əgər gecə qaranlığ olsa, işıq verər. Gün hava bulud olsa, gün şaxıyar.

Bu şahın bir qızı var idi. Dedi:

– Nə olaydı, bu cavan mənim qızımı alaydı.

Əli Əkbər gördü ki, şah gəlir, yeridi irəli, salam elədi, görüşdü.

Dedi:

– Sən kimin oğlusan?



Dedi:

– Mən İmam Hüseynin oğluyam.

Dedi:

– Atan hardadı?



Dedi:

– Çadırda əyləşib.

Gəldi keçdi içəri, salam eylədi, görüşdü. Əli Əkbər atasından haya eliyib içəri daxil olmadı.

Dedi:


– Ya Hüseyin, sən kimsən?

Dedi:


– Əli oğlu Hüseyinəm.

Dedi:


– Nə işdi, belə?

Dedi:


– Mənimlə vuruşmağa gəliblər.

Yəmən şahı dedi:

– İcazə ver onları bir saatın içində qətlə yetirim.

Dedi:


– Yox. Müharibə belədi. Ana oğulsuz qalar, gəlin yarsız qalar, qız qardaşsız qalar. Bəlkə onlarnan danışaram, razı­la­şar. İstəmirəm qan tökülsün.

Dedi:


– Ya Hüseyin, bir qızım var onu bu cavana verəcəm. İmam Hüseyin bilirdi ki, günortayacan Əli Əkbər qətlə yeti­riləcək.

Dedi:


– Allah mübarək eləsin.

Şahın o saat qəlbi şad oldu. Bu sözü gəldi qızına dedi:

– Qızım, səni bu cavana vermişəm. Günü Günəş əvəz eli­yər, gecəni Ay əvəz eliyər.

Dedi:


– Ata, nə o məni gördü, nə mən onu görmüşəm.

Dedi:


– Qızım, görməmiş vermişəm səni ona.

Səhər oldu, müharibə başladı. Allah Salmanı rəhmət elə­sin. Aldılar əhatiyə uşağları, böyükləri yığdılar ora. Qəmli-qəmli oturmuşdu İmam Hüseyin Ağa. Düşməndən elçi gəldi dedi, nəyə oturmusan? Nəhlətə gəlmiş dedi, Arvad kimi başı­vı aşağı salmısan. Gəl, müharibə eliyirəm. Gəl, qan tökməyə.

Dedi:

– Yox.


Dedi:

– Səni öldürməsəm, getmiyəcəm.

İmam Hüseyin hazırlaşırdı ki, Əli Əkbər gəldi. Dedi:

– Ata, meydana mən gedəcəm.

Dedi:

– Yox, oğul, özüm gedəcəm.



Dedi:

– Ata, sən mənim gözümün qabağında şəhid olsan, mən dözə bilmərəm, özüm gedəcəm.

Dedi:

– Onda anannan vidalaş, ondan sora get. Əli Əkbər gəl­di ximələrinə gördü, ana elə qəmli oturub ki. Nə oğulun nit­qi olmadı anaya bir söz deməyə, nə də ananın. Onsuz da Əli Əkbər gedir. Durdu ayağa dedi:



– Ya Əli Əkbər, bir ayağ saxla. Sənin tellərinə əl çək­mə­mişəm, oğul, sənə toy eləməmişəm, əllərə xına yax­ma­mı­şam, axı mən qəribəm. Qayda budu. Ana öləndə onu məzara oğul aparır.

Ana-bala vidalaşdılar. Əli Əkbər gəldi, getdi meydana.

Mən aşiq qarğamışa.

Ya Hüseyin.

Ya İmam Həsən.

Ya Imam Hüseyin.

Qar yağar qar qamışa.

Sizin o zülümlərinizə.

Dözərmi qarğamışlar.

Dedi:


– Ey uşağ, sən kimin oğlusan?

Dedi:


– Mən İmam Hüseyin oğluyam.

Dedi:


– Sənin ağzınnan süd iyi gəlir, sən get.

Dedi:


– Az danış, biz həmişə fürsəti düşmana vermişik. Əvvəl sən başla.

O ki onnan döyüşən şəxs fırlatdı qılıncı, düşdü Əli Ək­bərin başına. Gördü qan gözlərini tutur, əl atdı torpağ gö­tür­dü, çəkdi başına ki, qan gəlməsin. Sora fırlandı, onun ba­şı­na bir qılınc çəkdi ki, elə bil yerdən duman qopdu. Göydə mələklər əhsən, dedi.

Dedi:

– Sənə demədim uşağsan?!



Dedi:

– Haran sancdı?

Dedi:

– Ürəyimin başı.



Dedi:

– Allah sənə lənət eləsin. Sənin alnın möhür görmüyüb. Sənin dilin “La İlahə İllAllah” demiyib. Ürəyində Allah xofu, Əli xofu yoxdur. Ona görə ürəyin sancdı.

Orda düşmən pəhlivanı ikiyə parçalandı.


Nuh peyğəmbərin yazısı

Nuh Peyğəmbər bilirsiz ki, ikinci Adəmdi. Nuhun gə­mi­si qərq olandan sonra onun qalıqlarını tapdılar. Bir dənə lövhə tapdılar, onun üstündə yazılar var idi. Dünyanın səkkiz dənə dilçi alimi gətirdilər bunu oxumaq üçün, heç biri də mü­səl­man deyil. Oxudular onu. Nuh Peyğəmbər yazıb, Ya Rəb­bim­sən bu beş kimsə üçün bu aləmi yaratmısan. Bu beş kimsəyə görə bizə kömək eylə. Olar da Muhəmməd, Əli, Hə­sən, Hü­se­yin, Fatimə. (O dua yazan var ha, onun yaxşısınada lənət eliyib pisdiyirlər.)



Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin