Peyğəmbərin məsləhəti
İbrahim Peyğəmbər əsil bizim dinimizə aid olan Peyğəmbərdir. O, uşağ vaxtında elə baxıb səmaya. Hamı istaiş edib bütlərə, başqa-başqa şahlara, amma o deyib ki, mən bunu heç vaxt qəbul edə bilmərəm. Göyü, Yeri yaradan var, gecəni, gündüzü yaradan var. Onun da əmisi büt düzəldirdi, İbrahim də aparıb bu bütləri satardı bazarda. Sonra boğaza gəldi ki, mən nə vaxta qədər inanmadığım bir şeyi eliyirəm. Odu ki, gətirdi bütlərin boğazına ip bağladı başladı, sürüməyə. Heç kəsə xeyri olmayan, heç kəsə yaramıyan bütləri. Camaat bunu eşitdi gəldilər bunu döydülər, söydülər, neylədilər, axır kənddən çıxmalı oldu.
Vilayətdən çıxandan sonra başına çox oyunlar gəldi. Oda atdılar Allahın yarikarlığıynan gül baxçasına döndü həmin oturduğu od. Çox müsübətlərdən sonra İbrahim peyğəmbərin yaşadığı ölkənin şahı dedi:
– Mən Allaham, səni öldürə də billəm, dirildə də billəm.
Dedi:
– Öldürədə bilərsən, dirildədə bilərsən, amma Allah kimi öldürüb-dirildə bilməzsən.
Gətirdi məhbusları bunu öldürün. Neylədilər, bu qəbul eləmədi. Allahsansa, neynək, Günəşi şərqdən çıxatma, qərbdən çıxart, şimaldan çıxart. Bunu eliyə bilməyəcəksən. Odur ki, kənddən, vilayətdən çıxmalı oldu. Vilayətdən çıxandan sonra Sara adlı yoldaşı oldu. Çox gözəl qız idi. Gözəlliyinə görə qorxdu ki, bunu mənim əlimdən alarlar. Sandığda apardı onu. Nə təhərnən getdi başqa vilayətlərdə məskən salmağa. Ümumiyyətlə, bunun günü-güzaranı o oldu ki, Allahın birliyini tanıtdırmağ. Nəhayət, övladı da olmurdu. Saranın özünün Həcər adı kənizi var idi. Bağışdadı buna. İbrahim Əleyhisalam kənizi götürdü, yaşamağa başladılar. Bundan bir dənə oğlu oldu – İsmayıl adlı. Olmamışdan qabağ Sara dedi:
– Bunu mənim gözüm görməsin.
İbrahim Peyğəmbər gətirdi onnarı Məkkə çölündə – Məkkənin düzənliyində atdı.
Həcər dedi:
– Məni kimə tapşırırsan?
Dedi:
– Səni Allaha tapşırıram.
Dedi:
– Allaha tapşırırsansa, eybi yoxdur, onda qəbulumdu.
Nəhayət, İbrahim Əleyhisalam qocaldı. İsmayıl orda evləndi.
İbrahim gəldi İsmayılın evinə, gördü ki, yoldaşı nəsə iş görür dedi:
– Sənin yoldaşın haradadı?
Dedi ki, iş dalınca gedib. Dedi, necə keçinirsiz? Necə keçinəcəyik, pis. Dolanışığımız pisdi. Dedi:
– Yoldaşın gələndə deyərsən ki, qapının kəndirini dəyişdirsin.
Bu gedəndən sonra İsmayıl Əleyhisalam gəldi. Yoldaşı dedi ki, bir nəfər kişi gəlmişdi dedi ki, qapının kəndirini dəyişdirsin.
Dedi:
– O, mənim atam imiş. O, sənnən narazı gedib. O, deyib ki, yoldaşuvı dəyişdir.
Odu ki, başqasıynan evləndi.
İbrahim Peğəmbər gəldi, yenə də yolu düşdü həmən yerə. Nağayrırsuz, neynürsüz, necə keçinirsiz? Gələn kimi bu gəlin başladı su gətirdi, bunun ayağlarını yumağa. Bunun qulluğunda dayananda dedi ki, necə dolanırsız? Dedi, şükr Allaha, dolanırıq. Lap yaxşı dolanırıq. Zəhmətimiz hədərə getmir. Dedi:
– Onda yoldaşın gələndə deyərsən ki, qapının kəndirindən bərk yapışsın.
Odur ki, İbrahim Əleyhisalam qayıdandan sonra İsmayıl evə gəldi. Yoldaşı elənçik dedi ona. İbrahim Əleyhisalamın sözündən sonra İsmayıl Əleyhisalam dedi ki, o, mənim atam imiş. O, səndən razı gedib. Allah da sənnən razı olsun. O, mənə tapşırığ verib ki, səndən möhkəm yapışım.
Nuh Peyğəmbər
Min ilə qədər Nuh Peyğəmbərin ömrü olubdu. Allah tərəfindən ona Peyğəmbərlik göndərilib. Amma buna qulaq asanlar olmuyub. Çox təbliğatlar aparıbdı, qəbul olunmuyubdu. Nəhayət, Peyğəmbərlər qarğış eləməzlər heç vaxt. Amma Nuh Peyğəmbər Allahnan nida eliyib ki, Ya Allah, mən artıq bunlarnan bacara bilmirəm. Neyniyim, özün bilən məsləhətdi. Bunların dində olanını bağışla, dində olmayanların cəzasını özün ver. Odu ki, Allahdan nida gəldi ki, Ya Nuh, sənə inananları yığ bir yerə, mən inanmayanların haqı-sabını özüm eliyərəm. Sənniy döyül, sənin gücün çatmaz olara.
Odur ki, Nuh Peyğəmbər böyük bir gəmi düzəldir. Ucubunağ adlı ustaya, ustanın adı olub. Usta hər cürə materiallar yığdı yanına, gəmi düzəltdi. Lazım olan heyvanlardan cüt-cüt, öz yanlarında götürdülər. Biri onu qəbul eləmirdi. Dini qəbul eləmirdi, o qaldı. Qalanını isə götürdü, gəmiyə mindirdi. Bular gəmiyə minəndən sora gəmi dəryaya düşdü. Və o gəmi uca yer hardaydısa orda dayanmışdı. Allahın izni ilə elə sel gəldi, elə su gəldi, elə yağdı, elə tufan oldu ki, dərya əmələ gəldi. Gəldi dəryaya gəmi üzdü. Nə qədər qaldılar o suyun üstündə. Onun bir oğlu da özüynən idi. Amma inanmadığına görə suda boğuldu.
Allah dedi, sən onu qəbul eləməginən. O, sənin dinivi qəbul eləmir. O biri balalarıynan Peyğəmbər Cüdə dağının başında qərar tutdu. Sonra isə təzədən dünya yarandı.
Qarı əhvalatı
Bi dənə rəvayət var. Allah rəhmət eləsin mənim bibimi. O da belə şeylərdə pis deyildi. O danışıb, mən eşitmişəm ki, bir qarı varmış. O bi dənə qarı həmişə Allahı yada salarmış. O, Allahı yada saldığı üçün o, axşam yatıb yuxuya qalıb, Nuh Peyğəmbərnən o gəmidə olmuyub. Axşam yatıb, evdə elə su-dərya əmələ gələndə rəvayətə görə qadının xəbəri olmuyub. Ancax qarı sağ-salamat qalıb. Nəhayət, bir də ayılıb qarı gedib təndir başına ki, çörəy bişirsin, görüb təndirin yarısı suda. Balam bu nə olubdu, yağıb nə olub?
Nuh Peyğəmbər dəryadan çıxandan sonra, dünya üzrə gələndən sonra o, qarını tapıb. O, qarını tapıb ki, Allahın rizası varmış ürəyində. Ona görə bu heç dəryanın suyundan xəbəri olmuyub. İndi o, Allahı tanımaq, Allaha istaiş eləmək bir başqa şeydi. Gündə üç dəfə Allahı yaduva salmalısan. Allaha ibadət eliyirsən. Namazdakı sözlər Allaha yalvarışlardı. Allahdan nəsə diləməylərdi. Namazı qılmıyanlar helə bil Allahı yada salmır.
Hz. Məhəmmədin Namaz Ricası
Peyğəmbər Salavatullah meyraca getmişdi. Məbəs gecəsinə. Həmin Məbəs gecəsində Peyğəmbər Salavatullah Uraq adlı atla Cəbrayıl Əleyhisalamı göyün yeddinci qatına apardı. Qatların hamısında Peyğəmbərlərə rast gəlir. Cürbəcür Peyğəmbərlərə rast gəldi, keçmiş Peyğəmbərlərə. Göyün ən yüksək qatında isə Allahtalaynan Peyğəmbər Salavatullahın arasında pərdə bir şey olub. Bircə dənə Amənə Rəsulu var Quranda “Bəqərə” surəsində. Axırıncı ayələridi. İkinci ayədir. Həmən o Amənə Rəsulda.
Allah-tala Peyğəmbər Salavatullahnan şəxsən özü danışıb. Allahın öz səsiynən, amma üzünü görmüyüb. Pərdə arxasından Allah-tala Rəsulla danışdı. Allahın yanından qayıdanda yolda Musa Əleyhisalam soruşdu:
– Ya Peyğəmbər, Allah-tala sənə nə dedi?
Dedi:
– Mənə dedi ki, əlli bir dəfə namaz qıl.
Dedi:
– Yox, sənin bəndələrin qılmayacaq. Ya Məhəmməd, qayıt Allahdan xahiş elə, rica elə ki, azaltsın bunu.
Qayıtdı Allah-tala əlli bir rukəti gətirdi otuz beş rukət elədi namazı. Musa Peyğəmbər dedi:
– Yenə çoxdu. Mən ümmətlərimə qıldıra bilməmişəm.
Yenə qayıdır, yenə rica eylədi. İkinci ricadan sonra on yeddi rukətə gətirdi. On yeddi rukətə gələndə Musa Əleyhisalam yenə dedi:
– Yenə çoxdu.
Dedi:
– Yox, day üzüm gəlməz, qayıda bilmərəm. Day bəsdi, üzüm gəlməz Allahnan danışmağa.
Odur ki, on yeddi rukət namaz qaldı. Dedi, Allah-tala Amənə Rəsulda nə dedi sənə? Deyir, Allah-tala əvvəla namazı dedi mənə. İkincisi Allah-tala mənə dedi, sənin ümmətlərin keçmiş ümmətlər kimi deyil. Keçmiş ümmətdərin hər hansı günahı olurdu, o günahı mən boynuna yüz qat, min qat yazırdım. Sənin ümmətdərin üçün sənin xətrinə onu azaltmışam. Əgər bir işi yerinə yetirməzlərsə, mən onu yazmaram. Yetirərlərsə, yerinə mən yenə tövbə edəndə oların tövbəsindən keçərəm. Tövbələrin qəbul eliyərəm.
“Dünyada Seyidlər vardır ki, duası ilə yanan zəmiləri söndürür!... Onların qəlbini sındıranlara Pərvərdigar tərəfindən ən dəhşətli cəzalar qismət olur... Güllənin icadı möcüzə deyil. Möcüzə onun hədəfdən yayındıran Cəddin ağırlığındadır. (hacı Azərin Hacı Mir Sultan ağanın xatirəsinə yazdığı “Behişt zəvvarı” kitabından).
Dostları ilə paylaş: |