ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 2,19 Mb.
səhifə8/40
tarix10.02.2018
ölçüsü2,19 Mb.
#42641
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

Gəlin-məleykə

Bir gəlin malaykemiş. Bunun qaynanası dünyada heç ki­mə yaxşılıq eləməmişdi. Bir dənə qonşusuna qara çömçə, bir də­nə süpürgə verir. Biz can verəndə bizim başımızı kəsil­lər axı. Qaynana can verəndə gəlin məlaykə idi axı. Gedir durur kə­narda, əri görub qeyzlənir. Sora mafa gedende malaykə gö­rür, biz görmürüy axı. Görür qara cölməynən süpürgə cala-ca­la gedir. Gəlin şakqanaq cəkib gülür. Əri dilin-agzın ceyniyir ki, bu niyə gülür?! Ananı məzara qoyaram, bu arvadnan baş­lıyaram. Ogul gəlib arvadın cagırır. Diyir:

– Neynirsən?

Diyir ki, bura gel, bura! Mənim anam can verirdi, ebele ehali oturmuşdu sən niyə şakqanaq çəkib gülürdün?!

Dedi:

– Soruşma, peşmanciliyin çəkərsən.



Onda diyir yaxşı, mafa gedendə niyə şakqanaq çəkib gülürdün?! Dedi:

– Soruşma, peşman olarsan.

Oğul bir də soruşdu. Gəlin dedi:

– Yaxşı, anan can verəndə munun başın kəsdilər. Ca­maahat hamı otdi qanın icində, mən onda oturmadım, getdim otur­dum qıragda. İkinci mafa gedəndə sənin anan dünyada hec yaxşılıq eləmib, bir qara cölməy, bir də qara süpürgə ve­rib qonşuluğda. Onnar mafanın arxasınca gedirdi. Mən də ona gülürüm. Bunu deyib gəlin gözdən itdi. Malaykə idi də. Oğul ba­şinə, qıçinə döydü. Arvat da əldən getdi, ana da getdi.


Naxələf oğul

Bir arvad, bir kişi olur. Buların heç evladı olmur. Əlin açır Allah dərgahına. Degir, Ya Rəbbim Allah, bizə bir evlad verginən. Yeddi qurban kəsərəm. Allah-tala bulara bir oğul pa­yı verir.

Bu uşağ böyüyür, çıxır küçiyə. O uşağnan oyniyır, onu vurur, bunu vurur. O zad var e, ater. O uşağın gözün kor eli­yir, bu uşağın gözün kor eliyir. Bir gün, iki gün, o gəlir ki, uşağın mənim uşağımın gözün çıxardıb, bu gəlib ki, uşağın mənim uşağımın gözün çıxardıb. Bu kişi bilmir ki, neyləsin. Genə əlin açır Allahın dərgahına. Deyir:

– Ya Rəbbim, boyun almışdım ölməyinə, ginə də yeddi qurban kəsərəm, alginən onu mənim əlimdən.

Allah-tala həmən uşağı alır onun əlindən. (Canı əğriyəndə balasın əyağının altında qoyur axı.)

Allaha şükr etmək

Bir kişinən arvad varmış. Buların neçə oğlu var imiş. Kişi Peyğəmbərlərdən imiş. Bir gün bu kişinin bədənin qurd basır. Bədəni belə olir ki, mən nə deyim sənə. Arının zadı olur e, biçör. Bir gün şeytan gəlir ki, bu kişinin imanlığın əlindən alsın. Kişi helə diyirmiş ki, Allah məni bundan da pis günə qoysa, ginə də diyəcəm, min şükür. Bir gün bu kişinin bir oğ­lu rəhmətə gedir. Deyir, Allaha çox şükür. Bir neçə gündən sora ikinci oğlu rəhmətə gedir. Kişi əlin açır, Allaha çox şü­kür eliyir. Şəri-şeytan gəlir kişinin yanına. Diyir:

– Sənin başua bu işdər gəlib, ginə diyirsən ki, Allaha min şükür.

Kişinin gəlinləri də ölür. Ginə kişi əlin qaldırır Allahın dərgahına deyir:

– İlahi, sənə çox şükür, İlahi, sənə min şükür.

Yarım saatdan sora kişi oldi cavan bir oğlan. Oğlanları da gəldi, gəlinləri də gəldi, ayləsi də dirildi. Deməli, şeytan bunun ürəyin ala bilmədi.


İnsan Nəfsi

Həzrət Əliyə sual verillər ki, ən mundar şey nədir dün­yada?

Deyillər:

– Donuzdu.

Deyir:

– Yox.


Deyillər:

– İtdi?


Deyir:

– Yox, ən mundar şey insanın nəfsidi.



Peyğəmbərin uzaqgörənliyi

İmam Hüseyn gəlir görür ki, yeməy yoxdu, qardaşı Hə­sən də uşağıdı. Peyğəmbər deyir ki, nədi? Deyər, nədi? Qızı Fatimə deyir ki, evdə yeməy yoxdu.

Peyğəmbər qızı Fatiməyə deyər ki, keç o üzdən yeməy gətir. Keçər o tərəfə, görər cənnətdən gələn xurma. Gətirər verər atasına.

Peyğəmbər çıxardar bir dənə qoyar İmam Həsənin ağ­zına, öpər dodağınnan. Bir dənə də qoyar İmam Hüseynin ağ­zına, öpər onun boğazınnan. Çıxanda Fatimə deyər:

– Baba, sən niyə belə elədün?

Deyir:


– Vaxt gələcəy, bunun ailəsi buna zəhər verəcəy. O qoy ölümü yüngül olsun. Vaxt gələcəy, Şümür olacağ bir dənə Şü­mürüstandan. Bu Şümür ən yaxın dostu olub İmam Hüseynin. Sonra keçib o biri tərəfə. Şümürün taleyini soruşublar ki, kim­di, bu deyib, üzr istəyirəm, filankəsdən əmələ gələnnərdi, 6-7 kişidən əmələ gələndi. Onun ürəyində qalmışdı da o, İmam Hü­seyn düz danışmalıdı, danışdı da. Deyir, öpürəm onun bo­ğazının altınnan ki, kafirlər bunun boğazını qoy kəsə bil­məsinnər. Budu da, kəsə bilmir.

Loğmanın şağirdi

Loğmanın ən böyük təbibi olub. Günnərin bir günü loğman imtahan götürürmüş. Bütün tələbələr gəlir imtahan ve­­rir tibbdən. Axırda nəzəri imtahan imiş, elə-belə imtahan. Görüm bunun biliyi, səviyyəsi çatacaq, çatmayacağ? Bura qo­yullar kəlbətin, isti köz, bir də kül. Kim gəlib əlin atıb gö­tü­rür, yanır əli. Ərəstun baxıb o üzə-bu üzə, gedib külü gö­türüb, deyib, hə, indi qoyun mənim ovucuma bunu. Qoyublar, keçib imtahannan.

Günnərin bir günü loğman səfərdəymiş. Bunun arvadı möhkəm xəstələnir. Bütün həkimlər yığılar, dayı loğmanın ailəsidi də, xəstələnib, gedəllər bunun yanına. Müalicə eliyə bil­məzlər bunu, heç zad yemir. Günü-günnən arığlıyar. Ailəsi gələr deyər ki, Ərəstun, sənin müəlliminin yoldaşı xəstədi, hə­kimlər onu müalicə eliyəmmir. Sən də get dəy. Səninçün də zəhmət çəkib, sənin müəllimin olub, təbibin olub. Gedər, gö­rər bütün müalicələr olub.

Deyər:


– Deyin görüm mənə, bu loğmanın yoldaşının əsli, nəsli, zatı hardandı?

Deyillər:

– Bunun zatı dağdandı.

Deyib:


– Buna pendir verün, doşab verün, lavaş verün, bal ve­rün, dağ suyu verün. Bunu eliyənnən sora qadın düzələr.

Yolda loğmana deyillər ki, Loğman, bəlkə də ailən indi gedib rəhmətə.

Gələr, görər arvad sağdı. Bütün əhvalatları danışar. De­yər:

– Səni kim sağaltdı?

Deyər:

– Sənin şagirdün Ərəstun.



Deyir:

– Sənə nə dedi?

Deyir:

– Mənə dedi ki, sənin kökün, nəslin hardandı, dedim dağ­dan. Müalicələr yazdı. Mən onnan sağaldım.



Deyir:

– Əhsən ona.


Loğmanın möhləti

Bir dəfə Əzrayıl Loğmana deyir ki, sənin canıvı alacam.

Deyir ki, mənim canımı gedək o çəmənniyin, çayın qı­rağında al.

Gedir.


Deyir:

– Oxxay, necə yaşamalı dünyadı.

Əzrayıl deyir:

– Loğman, sən niyə dedin mənim burda canımı al?

Deyir ki, onsuz da öləcəm, dedim, gözəl bir təbiət na­mında ölüm.


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin