CYDR Grammar(Iron 1)
Öncəliklə sənə CYDR mexanikasının grammatikaya yanaşması haqqında məlumat vermək istəyirəm.
Əgər gözəl və axıcı nitqə sahib olmaq arzusundasansa o zaman səhvlər ilə dolu gedişat gözləməyini məsləhət bilir CYDR. Bu mexanika Ən təməl grammarlar çərçivəsinda sənin ilə bir müddət keçirəcək. Onun ilə iləriləyəcəyin sadə grammarlarda tək məqsəd reflekslərini dəyişməyin və qrammarları saqqızı çeynədiyin kimi çeynəməkdir. Buna görədə ilkin olaraq “Puzzle” gedişatı ilə başlayacağıq.
Puzzle gedişatı.
Cümləni qurmaq üçün ehtiyacımız olan 1-ci hissə: Şəxs əvəzliyi (Mən, sən, o, biz, və s.)
Cümləni qurmaq üçün ehtiyacımız olan 2-ci hissə: Feil,yəni hərəkət (İstəmək,qaçmaq,yatmaq,işləmək və s.)
Cümləni qurmaq üçün ehtiyacımız olan 3-ci hissə: İkinci feil (İstəyirəm yatmaq,gedirəm qaçmaqa,Düşünürəm işləməyi)
Şəxs əvəzlikləri: Feil (Hərəkət)
I - Mən Want - Istəmək
You - Sən,Siz Think - Düşünmək
She - O (Qadın cinsində) Do - Etmək
He - O (Kişi cinsində) Go - Getmək
We - Biz Come - Gəlmək
They - Onlar Guess - Təxmin etmək
İt - Bu Eat - Yemək
Yuxarda verilmiş sözləri öyrənməyin məsləhətdi, yenədə özün bil. Bu sadə sözləri sənin üçün cümlələrdə işlədəcəyəm. Daha sonra sənə verəcəyim fərqli feilləri eynən mən işlətdiyim kimi işlətməyin məsləhətdi.
I think - Mən düşünürəm
You want - Sən istəyirsən
She eats - O yeyir
We do - Biz edirik
They guess - Onlar təxmin edirlər
He comes - O gəlir
Göstərilmiş söz və cümlələr elə yazıldıqı kimi sadədir, çox dərinə getmə.Cümlələri daha sadə qurmaq üçün sənin ilə bir “Rəqəm” qaydası üzrə gedəcəyik.İstifadə etdiyimiz bütün şəxs əvəzliklərinin rəqəmi “ 1 “ olacaq. Feillərin rəqəmi “ 2 “ olacaq. İkinci feillərimiz “ 3 “ olacaq.
Məsələn :
1 2 3
I Want To go
3 rəqəmi ilə vurğuladıqımız məsdər, yəni ikinci feillərimizin əvvəlində olan “ to “ bizim dilə tərcümədə “ maq mək “ şəkilçisi deməkdir.
Dostları ilə paylaş: |