D ə m I strreplƏ q L i yyatind a h ə r ə k ə t I n t ə n z I m L ə m ə s I steml ə r I


AVTOMATİKA VƏ TELEMEXANİKİ QURĞULARIN VƏZİFƏSİ VƏ TƏSNİFATI



Yüklə 1,47 Mb.
səhifə2/23
tarix01.01.2022
ölçüsü1,47 Mb.
#104833
1   2   3   4   5   6   7   8   9   ...   23
AVTOMATİKA VƏ TELEMEXANİKİ QURĞULARIN VƏZİFƏSİ VƏ TƏSNİFATI.

Azərbaycan dəmir yolu müasir avtomatik, telemexaniki idarəetmə sistem və qurğuları ilə təchiz edilmişdir. Bu nəqliyyatda böyük bir təsərrüfat sahələri idarə olunur. Buraya müxtəlif istehsal sahələrinin, təsərrüfatlarının, su nəqliyyatı məntəqələrinin, vaqon və lokomotiv təmiri müəssisələrinin, hərəkət tərkiblərinin və s. mikroprosessorlu avtomatik idarəetmə sistemləri daxildi.

Bu gün dəmiryolu kompüter texnikası, teleidarə, telenəzarət, teleölölçmə sistemləri, sərnişinlərə avtomatlaşdırılmış xidmət sahələri ilə təmin olunmuşdur.

Dəmiryol avtomatlaşdırılmış idarəetmə sistemi bir neçə altsistemləri özündə birləşdirir ki, buraya da çeşidləyici stansiya, daşımanın operativ idarə olunması, elektrik təchizatı və s. aiddir.

Bu fəsildə qatarların hərəkətinin tənzimlənməsi, onların stansiya və mənzillərdə təhlükəsizliyini təmin edən avtomatika-telemexanika qurğuları haqqında ümumi məlumat veriləcəkdir. Bu qurğulara avtomatik bloklama, avtomatik lokomotiv işarəvermə, qatarların hərəkətinə nəzarət edən dispetçer məntəqəsinin quruluşu, yolçəpərləyicinin avtomatik işarəvericisi və çəpərləyicisi, yarımavtomat bloklama, yolçeviricilərin və siqnalların elektrik mərkəzləşməsi, dispetçer mərkəzləşməsi, çeşidləmə təpəciyinin mexanikləşdirici avtomatlaşdırıcı qurğuları və s. aiddir.

Stansiyalarda qatarların hərəkətində və manevr işlərində tez-tez dəyişikliklər aparıldığından, qısa müddətdə lazımi əmr və məlumatları lokomotiv briqadalarına və digər dəmiryol işçilərinə göndərmək üçün xüsusi işarəvermə kompleksindən istifadə olunur.

İşarəvermə hərəkətin təhlükəsizliyinə, qatarların hərəkətinə və manevr işlərinin düzgün icra olunmasına xidmət edir.

İşarəvermə görünən və ya eşidilən olub müəyyən əmrin və ya xəbərdarlığın verilməsinə xidmət edir. Lakin onun əsas vəzifəsi əmr verməkdən ibarətdir ki, dəmir yolunun bütün işçiləri onun göstərişinə reaksiya verməlidir. İşarəverici məfhumuna işarəverən cihaz və onun göstərişi aiddir.

Nəqliyyatda işarəvericilər gözlə görünən və eşidilən işarəvericilər kimi təsnif olunurlar.

Gözlə görünən işarəvericilər işığın rəngi, bayraq, disk, şit şəklində; işarələrin rəngi və qarşılıqlı vəziyyəti, işıq işarələrinin yanma rejimləri və yerinin dəyişən işarə şitlərinin forması şəklində aşkarlanır.

Görünən işarəvermənin müsbət cəhəti ondadır ki, o eşidilən işarəvermələrə nisbətən daha uzaq məsafədən müşahidə edilə bilər.

Səs işarəvermələri müxtəlif müddətli tək və ya bir neçə səs yaradan cihazların məcmusundan ibarət olur. Səs işarəverməsi üçün gündüz və gecənin əhəmiyyəti yoxdur. O, lokomotiv, motor-vaqon qatar fitləri, əl fiti, sirena və s. vasitəsilə verilir.

Səs işarəverməsinin fonu elə seçilir ki, yaşayış məntəqəsində çox böyük səs-küy yaratmasın.Bu növ işarənin verilməsində hökmən insan iştirak edir.

Zamana görə görünən işarəvericilər gündüz (şitin və ya diskin rənginə görə, yanma rejiminə görə, işarəverici cihazda eyni vaxda kompleks işıqlanmaya görə), axşam (müəyyən rəngdə işıqlanmaya görə), bütün gün ərzində (rənginə, yanma rejiminə və kompleks işıqlanmaya görə) işıqlanan olurlar.

Görünən işarələr, işarəvericilərin, bayraqların, fənərlərin, şit və disklərin köməyilə verilir. Bu cihazların vəzifəsi, işarələrin göstərişləri, qoyulma yeri işarəvermə üzrə respublika dəmir yolunda tətbiq olunan instruksiyaya uyğun müəyyən edilir.

Görünən işarələr, işarəverici cihazlar aşağıdakılara təsnif olunur: daimi (dəmir yolu boyu müəyyən yerlərdə qoyulmuş işarəvericilər, lokomotiv işarəvericiləri); aparılabilən (şitlər, bayraqlar, bu və ya digər yol hissəsini çəpərləmək üçün və hərəkət vasitələri üçün fənərlər); əldə olan (bayraq, disk, fənər – qatarlara əmr və göstərişlər vermək üçün); hərəkətli (disk, bayraq, fənər – qatarın kənarlarını aydınlaşdırmaq üçün).

Bundan başqa lokomotiv briqadasına əlavə göstəriş və məlumat vermək üçün görünən işarələr və işarə nişanlarından istifadə edilir.

Altı tip siqnal işarəsi mövcuddur: marşrut, yolçevirici, yolçəpərləyici, hidrokalonka, buksun qızması və cərəyan qəbuledicini aşağı sal! Bu işarələr yolçevirici, buksun vəziyyəti və s. haqda məlumat verir.

Siqnal işarəsi maşinistdən xüsusi əməliyyatların aparılmasını tələb edir (məsələn cərəyan qəbuledicini qaldirmalı, yaxud sürəti azaltmalı).

Siqnal işarəsi işarəvericilərdən fərqli olaraq yalnız bir işarəyə malikdir. Onlar daxili işıqlanmaya malik deyillər və qatarın yaxınlaşması zamanı kənar projektor vasitəsilə işıqlanırlar. Yaxşı görünməsi üçün bir çox siqnal işarələri əksetmə qabiliyyətinə malik olurlar.

Daimi siqnallar üçün xüsusi işarəvericilərdən istifadə olunur. Bu siqnallar vəzifələrinə görə əsas və xəbərdaredici olurlar. Əsas siqnallar stansiyaların və bloksahələrin sərhədlərini müəyyən edir, qatarların hərəkətinə, manevr etməsinə icazə verir və ya qadağan edir.

Xəbərdaredici siqnallar hərəkət tərkibinin əsas işarəvericiyə yaxınlaşdığını xəbər verir.

Əsas siqnallar: stansiyanı mənzil yollarından ayıran, oraya qatarın daxil olmasına və ya icazə verilməməsinə xidmət edən giriş; stansiyadan qatarın çıxmasına icazə verən və ya verməyən çıxış; sahələrdən hərəkət tərkibinin keçməsinə icazə verən və ya verməyən aralıq; stansiyanın bir sahəsindən digər sahəsinə qatarın keçməsinə icazə verən və ya verməyən marşrut; eyni müstəvidə digər dəmir yolu, tramvay, trolleybus xətlərini kəsən sahələrdə yerləşdirilən qoruyucu işarəvericilərlə verilir.

Bundan başqa manevr üçün, çeşidləmə təpəciklərində, təkrarlamada, çəpərləmədə və lokomotivlərdə işarəvericilərdən istifadə olunur. Nəqliyyatda əsas işarələr qırmızı, sarı və yaşıl rənglərdə verilir. Qırmızı işıq ən yaxşı görünən və az təhrif olunandır. Bu işıq dayanmaya xidmət edir. Sarı işıq qırmızı işığa nisbətən zəifdir, lakin yaşıl işığa nisbətən daha yaxşı seçilir. O, hərəkətə icazə verir, lakin sürətin məhdudlanmasını tələb edir. Dumanda sarı işıq qırmızıya yaxın görsənir və onu səhvən yaşıl işıq kimi qəbul etmək ehtimalı yoxdur. Bundan başqa göy, ağ-bəyaz, şəffaf-ağ, süd kimi ağ rəngli işıqlanmalar da mövcuddur. Göy işıqda manevr etməyə icazə verilmir. Uzun yoxuşda aralıq icazəvericidə şərti-icazəverici siqnal kimi üzərində əksedici T hərfi olan xüsusi şit yerləşdirilə bilər. Bu halda maşinist 20 km/saat sürətlə işarəvericinin qırmızı işığından ötə bilər. Lakin o, bu zaman yüksək sayıqlığa malik olmalıdır.

Ağ-bəyaz işıq manevr etməyə, hərəkət tərkibini girişə, çıxışa dəvət etməyə xidmət edir. Şəffaf-ağ işığa əl fənəri, buksun qızmasını göstərən göstəricilərin kənardan işıqlandırılması və s. aiddir. Süd kimi ağ işıq yolçeviricilərdə və çəpərlərdə qoyulur.


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin