D ə m I strreplƏ q L i yyatind a h ə r ə k ə t I n t ə n z I m L ə m ə s I steml ə r I



Yüklə 1,47 Mb.
səhifə3/23
tarix01.01.2022
ölçüsü1,47 Mb.
#104833
1   2   3   4   5   6   7   8   9   ...   23
İŞARƏLƏRİN TƏSNİFATI.

Səslə və görünmə ilə qeyri-şərtsiz yerinə yetirilməsi vacib sayılan əmr və göstərişlərin verilməsi işarəvermə sayılır. Texniki İstismar Qaydalarına müvafiq olaraq dəmiryol işçiləri işarələrin tələbini yerinə yetirmək üçün bütün vasitələrdən istifadə etməyə borcludurlar. Dəmiryol nəqliyyatında işarə sözünü işarə qurğusu və onun göstəricisi kimi başa düşürlər. İşarələrin əhəmiyyəti Azərbaycan Dəmir Yolu QSC işarəvermə və rabitə təlimatına uyğun başa düşülməlidir. İşarəvermə dəmir yolunda görünənlərə və səslənənlərə bölünürlər. (şəkil 1).

Görünən işarələrə işığın rəngi, lövhələr, bayraqcıqlar, disklər, işarəvermənin sayı və qarşılıqlı göstəricisi, işarə işığının qaranlıq vaxtlarda göstəricisi və köçürülən işarələrin forması ilə təyin olunur. Görünən işıq işarələrinin səs işarələrindən üstün cəhəti ondan ibarətdir ki, uzaq məsafədən görünür. Vaxta görə görünən işarələr gündüz lövhənin rənginə, qaranlıqda isə rənginə və işıqlanma rejiminə bölünür. Görünən işarələrə svetoforlar (işıqfor), bayraqcıqlar, fənərlər, lövhə və disklər aiddir. Belə işarələr TİQ-ə və İşarəvermə və rabitə təlimatına uyğun yerləşdirilir. Görünən işarələr işarəverici cihazın tipindən asılı olaraq daimilərə (svetoforlar, dəmir yolunun təyin olunmuş yerlərində qurulur və lokomotiv svetoforları), köçürülənlərə (lövhələr, bayraqcıqlar, dirəkdən asılmış fənərlər), qatar işarələrinə (bayraqcıqlar, disklər, fənərlər) bölünür. Svetoforlar öz növbəsində təyinatına görə giriş, çıxış, keçid, marşrut, çəpərləmə işarələrinə bölünür. Giriş və çıxış svetoforlarının normal vəziyyəti bağlı şəkildə olmalıdır. Bu svetoforlar stansiya növbətçisi tərəfindən açıla və bağlana bilər. Giriş svetoforları stansiyaya mənzil tərəfindən icazə və yaxud qadağanedici göstəriş verir, çıxış svetoforları qatara stansiyadan yola düşməyə icazə verir və ya hərəkəti qadağan edir, keçid svetoforu mənzildə bir blok sahədən digərinə keçməyə qatara icazə verir və yaxud qadağan edir, marşrut svetoforu qatarlara stansiyanın bir rayonundan digərinə keçməyə icazə verir və ya qadağan edir, çəpərləyici svetofor iki dəmir yolunun kəsişməsində, tramvay yolu, trolleybus xətti, açılan körpü və keçidlərdə hərəkəti tənzimləyir. Bundan əlavə xəbərdaredici, manevr, təpə, təkraredici və lokomotiv svetoforları da olur.

Dəmiryol nəqliyyqtında svetoforların rəngi əsasən qırmizı, sarı, yaşıl olur. Qırmızı rəng dayanma əmri verir, sarı rəng hərəkətə icazə verir və eyni zamanda sürəti azaltmağı tələb edir, yaşıl rəng təyin olunmuş sürətlə hərəkətə icazə verir. Qeyd olunan rənglərdən başqa göy, ağ ay işığı, şəffaf-ağ və süd rənglərindən istifadə olunur. Göy rəng manevr svetoforlerında hərəkəti qadağan edir, ağ ay işığı manevrə icazə verir, giriş svetoforlarında çıxış və manevr svetoforlarında dəvətedici göstərici verir. Şəffaf ağ rəng əl fənərlərində, qatar işarələrində, hidrokalonkada, süd-ağ rəng isə yol çəpərləməsində və yol dəyişdiricisinin göstəricisində istifadə olunur.

Qatar işarələrinə şəffaf-ağ, qırmızı və sarı işığı olan əl fənəri, qırmızı və sarı bayraqcıq və qırmızı disk aiddir. Belə işarələr qatarın əvvəlini və sonunu bildirir. Sayına, rənginə və qatarın baş və yaxud quyruq hissəsində sutka ərzində qatarın hansı yolla, lokomotiv baş tərəfdə və yaxud vaqon baş tərəfdə hərəkət etdiyini təyin etmək olur.

Əl işarəsi bildirmək üçün qırmızı və sarı bayraqcıqdan, qırmızı, sarı, yaşıl, şəffaf ağ rəngli işığı olan əl fənərindən, bir tərəfi ağ, o biri tərəfi qırmızı rəngli diskdən istifadə edirlər. Əl işarələrindən manevr işlərində, əyləci yoxladıqda qatarın qəbulu, buraxılması və yola salınmasında, yol körpü və tunel göstəriciləri qatarı ötürməsində istifadə edirlər. Əl işarələrinin köməkliyi ilə lokomotiv maşinistlərinə qatarı saxlamaq, yola düşmək, təyin olunmuş sürətlə hərəkəti davam etdirmək və yaxud sürəti azaltmaq, tormozu yoxlamaq və ya buraxmaq işarəsi bildirilir.

Səsli işarələr səslərin sayı və müxtəlif davam etməyi ilə təyin olunur. Səsli işarələrə lokomotivin, motor-vaqonlu qatarın, drezinin fiti, zənglər, əl fiti, nəfəs aləti, sirenalar və petardlar aiddir. Bir neçə növ işarə göstəriciləri mövcuddur ki, onlara marşrut-yolun sıra nömrəsini göstərən, qəbul və yola salma, yoldəyişənin nömrəsi, yoldəyişənin baş və yaxud yan yola istiqamətini bildirən, təhlükəli yerin başlanğıcı və qurtaracağı, fit vermə, sayıq ol xəbərdarlıq işarəsi, fit ver, pantoqrafı qaldır və yaxud endir və s. aiddir. İşarə nişanları daimi, xəbərdaredici və müvəqqəti növlərə bölünürlər. Müvəqqəti nişanlar təmir-tikinti işləri yerinə yetirilən zaman və sahədə qar təmizləmə işləri aparılarkən qurulur.

İşarə nişanları svetoforlardan fərqli olaraq ancaq bir funksiyanı bildirir. İşarə nişanları işıqlanma ilə təmin olunmur və elə qurulur ki, qatarın projektoru onu işıqlandıra bilsin. Bir neçə növ işarə nişanları mövcuddur ki,onlar parlaq görüntü üçün əks etdiricilərlə təmin olunurlar.





Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin