STANSİYADA İŞARƏVERMƏ, MƏRKƏZLƏŞMƏ VƏ BLOKLAMA SİSTEMİ
Avtomatika və telemexanikanın stansiyon qurğularına hər şeydən əvvəl işarəvermə, mərkəzləşmə və bloklama sistemi daxildir. Bu sistem yoldəyişən və siqnalların idarə olunması və onlar arasında qarşılıqlı əlaqələrin təmin olunmasına xidmət edir. Stansiya sərhədlərində qatarların hərəkəti və manevr yerdəyişmələri müəyyən olunmuş marşrutla yerinə yetirilir. Marşrut – qatarın və ya manevr tərkibinin stansiya üzrə müəyyən olunmuş vəziyyətdə bağlı yodəyişənlər və açıq svetoforlara görə hərəkət etdiyi yoldur. Dəmiryol stansiyalarının qatarburaxma qabiliyyətinin intensivləşdirilməsində və onların təhlükəsiz hərəkətlərinin təminində əsas vasitə elektrik mərkəzləşməsinin telemexaniki vasitələridir. Bu vəsaitlər hesabına stansiyaların qatarburaxma qabiliyyəti 1,5 2 dəfə azalır, yoldəyişən postlardakı növbətçilər ştatı azaldıla bilər və digər növbətçi heyyətinin hər 100 mərkəzləşdirilmiş yoldəyişənə 35 nəfər azaldıla bilər. Elektrik mərkəzləşməsinə sərf olunan xərclər adətən 4 – 5 ilə ödənilir.
Stansiyalarda yoldəyişən və siqnalların idarə edilməsi ilk vaxtlar mexaniki mərkəzləşmə yolu ilə aparılırdı. Belə sistemlərdə yoldəyişən və işarəvericilər mexaniki yolla xüsusi dəstək və elastiki polad intiqal vasitəsilə aparılırdı. XX əsrin 30- cu illərindən başlayaraq dəmir yollarında yoldəyişənlər və işarələrin idarə olunmasında elektrik açar mərkəzləşməsindən istifadə olunmağa başlandı. Sonralar bu sistemdə yoldəyişən və siqnalların idarə olunması I sinif relelər vasitəsilə həyata keçirildi. 1946-cı ildən başlayaraq aralıq və sahə stansiyalarında rele mərkəzləşməsi tətbiq olunmağa başlandı. Mərkəzləşmənin cəldliyini artırmaq üçün sahə stansiyalarında yeni sistem marşrut rele mərkəzləşməsi (MRM) tətbiq olundu. İlk belə sistem 1949-cu ildə Moskva-Kursk stansiyaları arasında tətbiq olundu. 1960-cı ildən sonra kiçik qabaritli ştepsel relelərindən rele mərkəzləşməsində geniş istifadə olunmağa başlandı. İlk belə sistem 1961-ci ildə Moskva-Leninqrad dəmir yolunda tətbiq olundu.
Avtomatika və telemexanikanın stansiyon qurğularına həmçinin TAM – təpə avtomatik mərkəzləşməsi və dispetçer mərkəzləşməsi daxildir. Bir çox aralıq stansiyalarda yoldəyişən və siqnalların idarə olunmasının əl ilə yerinə yetirilməsi hələ də qalmaqdadır.
Elektrik mərkəzləşməsi olan stansiyalarda yoldəyişən və siqnalların asılılıq cədvəli (şəkil 9) qurulur. Cədvəldə qəbul və yola salınma istiqamətləri, marşrutların adı, marşrut asılılıqları, qapayıcı yoldəyişənlər, svetoforların nömrələri göstəriciləri əks olunur.
Dostları ilə paylaş: |