D ə m I strreplƏ q L i yyatind a h ə r ə k ə t I n t ə n z I m L ə m ə s I steml ə r I


TƏPƏNİN KOMPLEKS AVTOMATİK QURĞUSU



Yüklə 1,47 Mb.
səhifə17/23
tarix01.01.2022
ölçüsü1,47 Mb.
#104833
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
TƏPƏNİN KOMPLEKS AVTOMATİK QURĞUSU
Çeşidləmə stansiyanın işi qəbul olunan qatarların vaqonlarını ayırmaqdan və yola salınan qatarların formalaşdırılmasından (tərtib olunma və dağılma) ibarətdir. İri stansiyalarda qatarlar əsasən çeşidləmə təpələrində tərtib olunurlar.

Çeşidləmə təpəciyinin əsas iş prinsipinə vaqonların sərbəst aşağıya doğru hərəkəti aiddir. Qəbul parkına yaxınlaşan qatardan əvvəlcə ayrı-ayrı vaqonlar qrupu ayrılır və sonra manevr lokomotivi bu vaqonları təpəciyə doğru itələyir. Təpəciyin ucqar nöqtəsindən ötürülən vaqonlar öz ağırlıqları ilə aşağıya doğru paylayıcı zonalara hərəkət etməyə başlayır və onlar üçün nəzərdə tutulmuş çeşidləmə parkında yığılır. Mərkəzləşdirilmiş yoldəyişənlərin, işarələrin və vaqonların tormozlanması üçün vaqon yavaşıdıcılarının idarə olunması bir təpə postundan yerinə yetirilir.

Tərkibərin formalaşdırılması və çeşidləmə təpəsinin emaletmə qabiliyyətini artırmaq üçün kompleks mexanikləşdirmə və avtomatlaşdırma qurğusundan istifadə olunur. Bu qurğunun tərkibinə hər bir ayrılma üçün yoldəyişənin avtomatik çevrilməsini və təpəaltı yolun verilmiş marşrut üzrə tutulmasını təmin edən təpə avtomatik mərkəzləşməsi – TAM, vaqon yavaşıdıcılarının və ayrılmanın hərəkət sürətini avtomatik tənzimləyən sistem – ATS, təpə svetoforları və ALİ- nin göstərişləri ilə idarə olunan tərkiblərin buraxılma sürətinin avtomatik verilməsi sistemi daxildir. Təpənin kompleks avtomatik qurğusunun göstərilən funksiyaları Rostov DYMU-nun əməkdaşları tərəfindən birləşdirilərək bir- təpə mikroprosessorlu kompleksi-TMK formasında dəmir yolunda tətbiq olunur.

TAM qurğusu elektrik ötürməli yoldəyişənlərdən, elektrik rels zəncirindən və digər avadanlıqdan ibarətdir. TAM sistemi iki rejimdə işləyir: avtomatik proqramla və marşrutlu. Birinci rejimdə təpədən tərkibin buraxılmasına qədər yığılmaların köməyi ilə qatarın tərkibinin bütün ayrılmaları üçün ilkin marşrut yerinə yetirilir. Marşrutların korreksiyası və ya yenidən seçilməsi tərkibin buraxılma prosesində yerinə yetirilə bilər. Operator təpə pultunda müvafiq düymələri basaraq marşrutu seçir. Verilən marşruta daxil olan yoldəyişənlər rels zəncirində, pedalda və digər aparatlarda ayırmaların ardıcıl təsirləri üzrə çevrilir. Çeşidləmə təpəsinin cərgələrində tərkiblərin buraxılma proqramı yığılır və hər bir ayrılma üçün təpəaltı yol displeyin köməyi ilə müəyyən olunur. Yığılmış proqram ekrana verilir ki, operator tərəfindən proqramın düzlüyü yoxlanılsın və lazım olarsa, proqram korreksiya edilsin. Tərkibin buraxılma prosesində hər bir ayrılma üçün yoldəyişən marşrutun qurulma komandası TAM-ın displeyinə daxil edilir və proqram yerinə yetirilir.

Marşrut rejimində TAM sisteminin işi hər bir növbəti ayrılmanın bilavasitə təpəyə verilməsindən əvvəl təpəaltı yola uyğun düyməni basmaqla yerinə yetirilir. Marşrut vaqunun təsirindən asılı olaraq avtomatik hazırlanır. TAM-ın nasazlığı olan hallarda yol boyu hər bir ayrılmanı təpə operatoru yoldəyişən kommutatorun dəstəyini lazımı vəziyyətlərə çevirməklə fərdi qaydada yerinə yetirilir. Sürətin avtomatik tənzimləmə sistemi – ATS vaqonların ayrılma hərəkətində dağılmaları və vaqonların çeşidləmə parklarında geriyə basılmasını aradan qaldırır.

TAM və ATS – dən fərqli olaraq təpə avtomatika kompleksinə proqramverici təpə qurğusu sistemi – PVTQ, informasiyanın operativ yaddaş qurğusuna verilmə sistemi – TOYQ, təpə lokomotivinin teleidarəetmə sistemi – TLTS, tərkiblərin aşağı enmə sürətini avtomatik tənzim edən sistem – VATS, təpəaltı yolun tutulmasını avtomatik yoxlayan sistem – TYAY və s. daxildir. Təpə mikroprosessorlu kompleksinin –TMK reallaşması sahəsində MDB ölkələrində yeni vasitələrdən istifadə olunur. Bu kompleksin qurğusu çeşidləmə stansiyasının avtomatik idarəetmə sistemi ilə əlaqədardır. Bu hesablayıcı kompleks vaqonların ayrılma marşrutlarını idarə edir, vaqonların ayrılma sürətini, yoxlamasını və buraxılma gedişini tənzimləyir, kompleksi və onun qurğusunun texniki vəziyyətini diaqnostika edir.

VATS – vaqonların tormozlanma prosesini avtomatik idarə edir və vaqon qrupları arasında tələb olunan məsafəni tənzimləyir, TOYQ – müxtəlif qatarların formalaşmasında istifadə olunan vaqonların göstəricilərini öz yaddaşında və onların hərəkət proqramını özündə cəmləşdirir, AMT – vaqonun hərəkət sürətini lazımı qiymətlərdə dəyişməsini təmin edir, TLTS – maşinistin iştirakı olmadan təpəciyin başına itələnən vaqonun hərəkət sürətinin tənzimini təmin edir. Hal-hazırda kompüterlərdən və mikroprosessorlardan və digər müasir vasitələrdən istifadə etməklə çeşidləmə təpələri üçün avtomatlaşdırılmış idarəetmə sistemlərinin tədqiqi sahəsində elmi-tədqiqat işləri aparılır.


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin