ƏDƏBİYYAT
1. Azərbaycan Respublikası Konstitusiyası. 12 noyabr 1995
2. Azərbaycan Respublikası Cinayət Məcəlləsi. 30 dekabr 1999
3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi. 29 dekabr 2015
4. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” AR Qanunu. 16 may 2003
5. http://www.mfa.gov.az/content/556
Çapa tövsiyə edən: AMEA-nın müxbir üzvü Muxtar İmanov
Gülnar OSMANOVA
A MEA Folklor İnstitutunun
“Folklor və yazılı ədəbiyyat” şöbəsinin elmi işçisi
e-mail: gulnar.osmanova05@gmail.com
ÇAĞDAŞ AZƏRBAYCAN NƏSRİNDƏ MÖCÜZƏLİ DOĞULUŞ MOTİVİ
Xülasə
Özündə xalqın düşüncə tərzini, istək və arzularını ifadə edən mifoloji mətnlər və folklor nümunələri hər bir xalqın mədəniyyətində və ədəbiyyatında misilsiz yer tutur. Odur ki, bu zəngin mənbəyə bütün dövrlərdə və bütün nəsillər tərəfindən müraciət olunmuşdur. Müasir Azərbaycan nəsr nümunələrində də xalqın şifahi söz sənətindən, onun mifologiyasından qaynaqlanan motiv və süjetlərlə tez-tez rastlaşırıq.
Məqalədə xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” və tanınmış yazıçı Sadıq Elcanlının “Qanlı quzğun meydanı” romanlarında qəhrəmanın möcüzəli doğuluşu motivindən bəhs olunmuş, həmçinin Azərbaycan və dünya folklor nümunələri ilə müqayisələr aparılmışdır.
Açar sözlər: çağdaş nəsr, folklor, mifoloji düşüncə, süjet, möcüzəli doğuluş motivi
Dostları ilə paylaş: |