D ədə Qorqud ● 2016


Çevrilmə – həm də kosmoqonik yaradılış aktıdır



Yüklə 2,43 Mb.
səhifə132/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   128   129   130   131   132   133   134   135   ...   154
6. Çevrilmə – həm də kosmoqonik yaradılış aktıdır:

Məlum olduğu kimi, Azərbaycan əfsanələrində insanların, xüsusilə qadınların, gəlinlərin quşlara, heyvanlara, daşlara çevrilməsi motivi var. Bir əfsanə mətninə nəzər salaq:

“Gəlin başını yuyanda qayınatası içəri girir, gəlin utanır. Qız başında daraq quşa çevrilir. Amma uzağa uça bilmir” (3, 36).

Bu çevrilmə kosmoqonik yaradılış hadisəsidir. Yəni burada adamdan (gəlin­dən) quş (şanapipik) yaranır.

Z.Hüseynova yazır ki, Azərbaycan əfsanələrinin çoxunda, xüsusən də totem əfsanələrində heyvana və ya quşa çevrilmək arzusu hiss olunur. Əfsanələrimizdə əsasən maral, ceyran, qurd, turac, şanapipik və s. zoomorfik heyvan və quşlara çevrilmə ilkin düşüncənin məhsulu kimi diqqəti cəlb edir (6, 103).

Bu əfsanələr əsasında çevrilmələrin iki cür olması haqqında da nəticə çıxarmaq olar. Məsələn, qızın şanapipiyə çevrilməsi birdəfəlik çevrilmədir. Yəni gəlin birdə­fəlik olaraq quşa çevrilir. Ancaq yuxarıdakı qurd-qadın əfsanəsində qadın tez-tez öz əslinə, ilkin şəklinə qayıda bilir. Lakin onun qurd donu yandırıldıqdan sonra qadın bir daha qurda çevrilə bilmir. Bu, o deməkdir ki, donunun yandırılması ilə qurdun qadına çevilməsi prosesi birdəfəlik tamamlanır.




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin