NORMATİV QAYDALARI 1. Elmi-ədəbi toplumuz “Dədə Qorqud kitabı”nın poetika, mətnşünaslıq, ideya-məzmun problemlərinin tədqiqi istiqamətində aparılan və folklorun müxtəlif elmi-nəzəri, praktik məsələlərini əhatə edən, heç yerdə çap olunmamış yüksək elmi səviyyəli araşdırmaları və eləcə də yazıya alınmış yeni folklor nümunələrini çapa qəbul edir.
2. Məqalələr Azərbaycan dilində qəbul olunur.
3. Redaksiyaya təqdim olunan məqalələrin həcmi 15 səhifədən artıq olmamalıdır.
4. Redaksiyaya təqdim olunan məqalələrdə müəllifin adı, soyadı, iş yeri və e-mail ünvanı göstərilməli, xülasə və açar sözlər verilməlidir.
5. Xülasə 100, açar sözlər 10 sözü keçməməlidir.
6. Şəkillər, rəsm, not, qrafik və cədvəllər çapda düzgün, aydın çıxacaq vəziyyətdə olmalıdır.
7. Sonda göstərilən elmi ədəbiyyat və mənbələr məqalənin içərisində kodlaşdırılmalıdır.
8. Məqalələr, xülasə və açar sözlər Winword proqramında, Times New Roman şrifti, 14 punto böyüklüyündə yazı tipi ilə yazılaraq diskdə və A4 vərəqində təqdim olunmalıdır.