Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy
Xuraman KƏRİMOVA
A MEA Folklor İnstitutunun böyük elmi işçisi
e-mail: kerimova.xuraman@rambler.ru
XX ƏSRƏ QƏDƏR AZƏRBAYCAN FOLKLORUNUN TOPLANMASI, SİSTEMLƏŞDİRİLMƏSİ VƏ NƏŞRİ HAQQINDA
Xülasə
Azərbaycanın zəngin folklor nümunələri qədim zamanlardan toplanmış və mühafizə edilmişdir. XVI əsrə qədər bu iş pərakəndə və sistemsiz şəkildə aparılmış, toplanan materiallar müxtəlif əlyazma və cünglərdə qorunub saxlanmışdır. XVI-XVIII əsrlərdə isə bu iş nisbətən sistemləşdirilmişdir. XIX əsrdən sonra foklorun toplanması geniş vüsət almışdır. Tiflisdə nəşrə başlayan QƏXTMT jurnalının bu sahədə xüsusi rolu olmuşdur. Məqalədə XX əsrə qədər olan dövrdə Azərbaycan folklorunun toplanması, sistemləşdirilməsi və nəşri haqqında məlumat verilir.
Açar sözlər: folklorşünaslıq, tarix, əlyazma, yaradıcılıq, söyləyici, toplayıcı
Dostları ilə paylaş: |