İşin elmi nəticəsi. Tədqiqat mövzusu olan ağac pirlərlə bağlı inanclar Azərbaycan folklorşünaslığının çağdaş tələblərinə uyğun araşdırılmışdır. İslam qanunları dağ, ağac və s. kimi tapınaqları inkar etməsinə baxmayaraq, bu cür pir-ocaqlar, tapınaqlarla bağlı inanclar geniş etnocoğrafiyada yaşantısını saxlamış və bunun səbəbləri müxtəlif aspektlərdən tədqiqata cəlb olunmuşdur. Məqalədə o da vurğulanır ki, həm ümumi dilək funksiyalarını yerinə yetirən, həm də ayrıca funksiya (şəfadiləmə, övladistəmə və s.) statusunda olan pirlər mövcud olmuşdur.