D ədə Qorqud ● 2016


Müasir dövrümüzdə folklorun qorunması məsələsi



Yüklə 2,43 Mb.
səhifə103/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   99   100   101   102   103   104   105   106   ...   154
Müasir dövrümüzdə folklorun qorunması məsələsi

Yüksək elmi təfəkkürə, özünəməxsus dünyabaxışa, mənəvi dəyərə və həyat idea­lına malik olan xalqımızın yaratdığı gözəl nümunələr, ortaya qoyduğu folklor sər­vəti di­gər xalqlar, dövlətlər üçün cəlbedicidir, cəlbedici olubdur. Ondan bəhrələn­mək, öz həyatlarında istifadə etməklə kifayətlənməyib onu özününküləşdirməyə də cəhd edib­lər. Bu təbiidir, çünki hər kəs yaxşının onun olmasını istəyər. Ancaq əldə etdiyi bu sər­vətin mahiyyətini, təyinatını, onu yaradan düşüncə və duyğunu anlama­yanlar ondan həqiqi mənada istifadə edə bilməzlər.

Folklor nümunələrimizin qanunsuz istifadəsi, mənimsənilməsi, özününkü­ləş­di­ril­məsi cəhdlərinin qarşısını almaq yönündə dövlətimizin apardığı siyasət, bu vəzi­fələ­rin Müəllif Hüquqları Agentliyinə həvalə edilməsi çox faydalı və günümüz üçün ak­tualdır.

Bu gün bizim həyata keçirməli olduğumuz əsas vəzifə elmi-texniki, informasiya, sənayeləşmə və urbanizasiya dəyirmanında üyüdülərək, savadlılıq kürəsində əriyərək yox olmağa gedən folklor nümunələrimizi, milli yaddaşımızı, mənəvi dünyamızı yüksək qayğı və intellektlə toplamaq, arxivləşdirmək, gələcək nəsillərə saxlamaqdır. O nəsillərə ki, bizim görmədiyimizi görəcək, bilmədiyimizi biləcək, anlamadığımızı anlayacaqlar.



    1. Yüklə 2,43 Mb.

      Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin