D ədə Qorqud ● 2016



Yüklə 2,43 Mb.
səhifə141/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   137   138   139   140   141   142   143   144   ...   154
Məmmədli ocağı

“Məmmədli ocağı Sora Məmmətdi ocağı var. Məmmətdi yerində, köhnə Məmmətdidə. Onu da eşitmişəm ki, çox ağır ocaxdı, inanılmış ocaxdı ha. Göyrəbasda Navrıs kişi olup. Ollar so­ra köçmüşdülər Gorusun Ağbılağına. O kişini Seyit yerini başında ilan vırır. Elə bil otu biçir, yo­ru­lur. Dədəm and içirdi ki, o, belə uzanır, huşa gedir. Duranda insanda belə gərnəşmə olur da. Belə eliyəndə qolu düşür ilanın üsdünə. Düşəndə ilan bını çalır. Durur, qolun mökgəm boğur, atı minir, ordan kəsə gedir Məmmətdi ocağına. Şahnisə arvat varıydı. Ocağa o baxırdı. Mücörrüyün o eliyirdi. – Ay Navrız, xeyir ola? Deyir ki, Allah lənət eləmiş məni çaldı. Orda bir az tüpür­cəh­nən, torpaxnan eliyirdilər, sağalırdı gedirdi. Kişidən bir on-on beş dəyqa keşmişdi, ilan gəlir. Hə­mən ilan gəlir ocağa. Arvat qayıdır ki, Allah sa lənət eləsin, sən gecihdin, ölüm səninkidi. Bax belə bir xət çəkirdi, o ilanın o xətdən çıxmağa ixdiyarı yoxuydu ta ölüp orda məf olunca. Allahın sirridi. Bı Məmmətdi ocağının möcüzəsiydi (7, 119).

Rayon ərazisində hətta müqəddəsləşdirilən bulaqlar da vardır. Göyərəbas kəndi əra­zisindəki Seyid Məhəmməd bulağı, yerli sakinlərin söhbətlərinə görə, Məhəmməd adlı ağır ocağa sahib bir seyid tərəfindən salınıb. Natəmiz insanların bu bulaqdan su gö­tür­məyə gəlməsi yasaqdır. Burada təmizlik həm fiziki, həm də niyyətin təmizliyinə işarədir.

“Seyit Məhəmmət bulağına böyuh inam varıydı. Orda iki adamın başına gələn hak-hesabı mən gözümnən görmüşəm. Şeyda varıydı, Camal kişinin qızıydı, Kamılın da bacısıydı. O gedir bılaxdan sənəyi doldurup gətiməyə, natəmiz gedir. Orda vırılmışdı. Vırılmax beleydi ki, havalanırdı da, başına hava gəlirdi. Gətdilər onu yıxdılar o bizim evin böyrünə. Dam evləri varıydı. Dam evində üsdündə ağlaşma qururdular. Rəhmətdih Aqam gəlip baxdı, bircə dəfə əlin çəhdi, onnan da Şeyda qutardı. Orda Aqam ona demişdi ki, Allah sa lənət eləsin, ora natəmiz getmisən, hə?... Seyit Məhəmmət bulağı ağır bılaxdı. Hə mən qırmızı ilannardan orda da varıdı. O ilannar adi ilan deyildi” (7, 120).

Bölgənin müqəddəs hesab edilən məkanlarına, şəxslərinə sonsuz inamı əhalinin andla­rında da dərin iz buraxmışdır.
Andlar

Mirsədağanın ojağı hakqı

Mirməhəmmədin cəddi hakqı

Mirinin cəddinə and olsun

İmamzada hakqı (6, 146).

Bu gün Qubadlı əhalisi öz doğma torpaqlarından didərdin düşmüş, ziyarət­gahları isə düşmən tapdağındadır. Bütün bunlara baxmayaraq, doğma ziyarətgahları hələ də qubadlıların ümid, pənah yeridir. Onlar bu gün də inanırlar və öz inanclarını əfsanələşdirib şifahi mətnlərdə qoruyub saxlayırlar.



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin